Azərbaycan müasir poeziyasının görkəmli nümayəndələrindən biri



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix17.11.2017
ölçüsü229,28 Kb.
#11009
1   2   3   4   5   6   7   8

Uzun illər A.İldırım Azərbaycanda yaxından 

tanınmamış, səsi yalnız xarici mətbuatdan, radio 

dalğalarından eşidilmişdir. 

A.İldırımın yaradıcılığında Azərbaycan mühacirəti 

üçün xas olan problemlər: “Qırmızı” kabusa qarşı 

mücadilə, istiqlal savaşı, açıq sözlülük, vətəni tərənnüm, 

xalqının taleyi və qürbət dərdi çox geniş  təmsil 

olunmuşdur. 

Almas  İldırım hələ 20-ci illərin sonundan Sovet 

rejiminə qarşı açıq çıxan, Azərbaycanın Sovet 

Imperiyasının  əsarətindən xilas olmasını  cəsarətlə irəli 

sürən sənətkarlardan biridir. 

“İnsanlara hürriyyət, millətlərə istiqlal” A.İldırım 

poeziyasının  əsas milli, demokratik prinsipidir. Bu 

prinsip isə  hələ Azərbaycan Xalq Cümhuriyyətinin 

yaradıcılarının müdafiə etdiyi əsas dəyərlərdən biri 

olmuşdur. 

A.İldırım poeziyasının əsas özülləri azərbaycançılıq 

və türkçülükdür. A.İldırımın azərbaycançılığı  təkcə 

istiqlala xidmətdə, qürbət poeziyasını yaratmasında 

deyil, həm də Azərbaycan həqiqətlərinin dünyaya 

çatdırılmasında, Azərbaycan idealını yaşatmasında, bu 

mövzunu özünün əsas dəyəri elan etməsindədir. 

A.İldırım türkçülüyü əxlaqi-mənəvi türkçülükdür. Bu 

türkçülüyün  ən səciyyəvi xüsusiyyəti vətənə  məhəbbət, 

millətə böyük sevgi, ana yurduna dərindən bağlılıqdır. 

Almas  İldırımın  əsərlərinin məzmunu, fikri, bədii 

yükü o qədər sanballıdır ki, onun mənsub olduğu və son 

illərə  qədər bizdə adı dilə  gətirilməyən mühacir 

 

16 




ədəbiyyatı ideya-məfkurə, milli və  bəşəri dəyərlər 

baxımından öyrənməyə  və müasir oxucular arasında 

təbliğ edilməyə layiqdir. 

Görkəmli Azərbaycan şairi Almas İldırımın 2007-ci 

il mart ayının 25-də 100 illiyi tamam olur. Azərbaycan 

mühacir poeziyasının görkəmli nümayəndələrindən biri, 

alovlu vətənpərvər Almas İldırımın 100 illik yubileyinin 

respublikamızda yüksək səviyyədə keçirilməsini təmin 

etmək məqsədi ilə Azərbaycan Respublikasının 

Prezidenti  İlham  Əliyev 16 aprel 2007-ci ildə “Almas 

İldırımın 100 illik yubileyinin keçirilməsi” haqqında 

sərəncam imzalamışdır. 

 Bu 

məqsəd ilə Azərbaycan Respublikası 



Mədəniyyət və Turizm Nazirliyi də digər dövlət 

qurumları kimi bir sıra tədbirlərin həyata keçirilməsini 

nəzərdə tutmuşdur.  

“Azərbaycan mühacir poeziyasının parlaq ulduzu” 

adlı metodik vəsaitin işlənib hazırlanması  nəzərdə 

tutulmuş tədbirlərin bir qolunu təşkil edir. Almas İldırım 

irsinin öyrənilməsi və oxucular arasında təbliği  ədəbi 

tariximizin bir sıra milli və ideoloji aspektlərinin aşkara 

çıxarılmasına kömək etməlidir. 

Azərbaycan mühacir poeziyasının  ən görkəmli 

nümayəndələrindən biri Almas İldırımın 100 illiyi 

münasibətilə hazırlanmış metodik vəsaitdən 

respublikanın kitabxanalarında yubileylə bağlı  təşkil 

ediləcək kütləvi tədbirlər zamanı kitabxana işçilərinin 

bəhrələnəcəkləri şübhəsizdir.   

 

 



17 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Almas İldırım 



 

(Qısa biblioqrafik məlumat) 

   

 

Bir gün gələr qoşaraq yurdumun harayına, 



          Mən atəş edəcəyəm düşmənin sarayına. 

          Nə düşər yurdu batmış bir igidin payına, 

          Ya şərəfli istiqlal, ya qızıl qan, a dağlar... 

 

 



18 


    Almas İldırım 

                    “Dağlara vida” şeirindən. 

 

Almas  İldırımın həyat və yaradıcılığı  əsasən 20-ci 



əsrin birinci yarısına təsadüf edir. Bu illərdə demək olar 

ki,  əsrin  ən dəhşətli hadisələri baş vermişdir: bir neçə 

inqilab, ikinci dünya müharibəsi, tez-tez dəyişən siyasi 

şərait... Bütün bunları yaşamaq, özününküləşdirmək və 

ya öz mənəviyyatından keçirmək böyük hünər tələb 

edirdi. 


Müstəqil Azərbaycan dövləti yaranan zaman 

A.İldırımın 11 yaşı vardı.  

On üç yaşında yeniyetmə ikən işğalçı rus ordusunun 

Bakını “fəth” etməsini də o, öz gözü ilə görmüşdür. 

20-ci illərdə Azərbaycanda bolşeviklər hakimiyyəti 

ələ keçirdikdən sonra milli istiqlalçı qüvvələrə qarşı cəza 

tədbirləri də gənc İldırımın gözləri qarşısında baş vermiş 

və o, respublikanın bir çox görkəmli xadimlərinin həbs 

edildiyinin, ağır işgəncələrə  məruz qaldıqlarının və 

çoxunun güllələndiyinin şahidi olmuşdur. 

Qeyd etmək lazımdır ki, Azərbaycan  ədəbi 

mühitində Almas İldırımın adı 50 ildən artıq bir 

müddətdə çəkilməmişdir. Azərbaycan oxucularının çoxu 

bu adı tanımırdı. Uzun müddət bu ad bizim üçün yasaq 

olmuş,  ədəbiyyat tarixlərinə, dərsliklərə düşməmişdir. 

Ədəbiyyatşünas-tənqidçi H.Hacıyevin haqlı olaraq qeyd 

etdiyi kimi, demək olmazdı ki, onu Azərbaycanda heç 

kim tanımırdı. Tanıyanlar da var idi, lakin onlar Almas 

İldırım anlayışını özlərilə  qəbrə apardılar və ondan bir 

 

19 




kəlmə  də  bəhs etmədilər. Amansız repressiya dövrünün 

xalqa bəxş etdiyi acı  nəticələrdən biri də bu idi. 

Vətəndən sürgün övladların adlarının dillərdən də 

sürgün olunması.  

Almas  İldırım 1907-ci il mart ayının 25-də Bakı 

şəhərində  Çəmbərəkənddə tacir ailəsində anadan 

olmuşdur. O zaman Bakı mədənlərində işləməyə gəlmiş 

İran fəhlələrinin (Cənubi Azərbaycanlıların) balaları 

üçün şəhərdə “İttihad” adlı bir məktəb açılmışdı. Yeddi 

yaşı yenicə tamam olmuş Alması  həmin məktəbə 

oxumağa qoyurlar. İran hökuməti tərəfindən 

maliyyələşdirilən bu məktəbdə  sənədlər farsca yazılsa 

da, dərslər Azərbaycan dilində keçirilirdi. 1925-ci ildə 

“İttihad”-ı bitirən A. İldırım təhsilini davam etdirmək 

üçün, o zaman Bakının ən yaxşı təhsil ocaqlarından biri 

hesab edilən A.Şaiq adına Nümunə  məktəbinə daxil 

olmuşdur. Bu məktəb o zamanlar Azərbaycanda çox 

böyük ehtiyac hiss edilən müəllimlik sənəti üzrə  gənc 

mütəxəssislər hazırlayırdı. Araşdırmalar göstərir ki, 

A.İldırım hələ “İttihad”ın son siniflərində oxuyarkən şeir 

yazmağa başlamışdır. 

Qeyd etməyi vacib bilirəm ki, 1925-ci ildə 

A.İldırım Nəriman Nərimanovun müəmmalı ölümünü 

qələmə alaraq “Nəriman” şeirini yazmışdır. Bu şeir istər 

öz konkret məzmunu, istərsə  də siyasi formasının 

mükəmməlliyi etibarı ilə  həmin illərdə  nəşr olunmuş 

şeirlərdən fərqlənirdi. Müəllif öz şeirini bu sözlərlə 

başlayırdı: 

 

 

20 




Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə