Azərbaycan müasir poeziyasının görkəmli nümayəndələrindən biri



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix17.11.2017
ölçüsü229,28 Kb.
#11009
1   2   3   4   5   6   7   8

Malatyada və s. şəhərlərdə bucaq 

müdirliyində (qəsəbə 

bələdiyyəsində) 

 çalışmışdır. 

1936.  

Şairin Türkiyədə “Boğulmayan bir səs” 



kitabı  işıq üzü görür. Kitabın titul 

vərəqəsinə 

şair Gültəkinin alovlu 

misralardan birini sitat kimi vermişdir: 

 

İstiqlal, o sönməyən müəbbəd bir məşalə



Könüllərdə tutuşur, gözlərdə sönsə belə. 

 

1935- 1951. Almas  İldırım Türkiyədə yaşayıb-yaratdığı 



dövrdə öz şeirlərini və poemalarını  həm 

türk mətbuatında, həm də başqa ölkələrdə 

çıxan bir çox qəzet və jurnallarda çap 

etdirmişdir. Bu qəzet və jurnallar içərisində 

Almaniyada nəşr olunan “Qurtuluş”, 

Türkiyədə çap olunan “Çinaraltı”, “Orxun”, 

“Göybörk”, “Boz qurd”, “Özbəyiş”, 

“Kommunizmlə mücadilə” və s. qəzet və 

dərgilərlə sıx əməkdaşlıq etmişdir. 

1944.  


Bu 

ildə almanlara əsir düşmüş 187 

azərbaycanlı Sovet İttifaqına təhvil 

verilmişdir. Onlar sərhəddən keçirilən kimi 

xaincəsinə güllələnmişlər. A.İldırım bu 

hadisəyə  kəskin reaksiya vermiş  və  dərhal 

“Dönük  

qardaş”  şeirini yazmışdır.  Şeir 

qardaşlıq, dostluq duyğularının özünə 

məxsus  şərhi ilə başlayır. Qardaş, soy 

 

12 



etibarının pozulduğunu müəllif çəkilməz 

dərd kimi qəbul edir və yazır: 

   

 Mən nə deyim bu vəfasız dağlara, 



Öz qardaşı dönük olan ağlara. 

 

1949. O, 



Türkiyədə yaradılan Azərbaycan Kültür 

Dərnəyinin üzvü olmuşdur. 

 

1952.  


 Almas  İldırım yanvarın 14-də, bazar ertəsi 

günü  Türkiyənin Malatya vilayətinin Qalə 

qəsəbəsində  vətən həsrətilə  həmişə  nəmli 

olan gözlərini əbədi yumdu. 

    

 

 

 

 

 

 

 

Azərbaycan mühacir ədəbiyyatının 

parlaq ulduzu 

 

Azərbaycan mühacirətinin milli mənəviyyatda, 

mədəniyyətdə  və elmdə tutduğu yer uzun müddət 

diqqətdən kənarda qalmış, mühacirətimizin səbəbləri, 

 

13 



əsas dalğaları, yaradıcı simaları haqqında söz 

açılmamışdır. Azərbaycan mühacirliyi vətənə və torpağa 

bağlı, qürbətdə  də  vətəni düşünən, onun istiqlalının 

gələcəyinə inanan və bu amal uğrunda fədakarlıqla 

mübarizə aparan insanların  əqidə birliyi idi. Bu əqidə 

birliyində mədəniyyət və ədəbiyyat ən önəmli yerlərdən 

birini təşkil edirdi. 

Azərbaycan mühacir ədəbiyyatının görkəmli 

nümayəndələri qürbətdə haqsevərlik duyğuları, vətən 

həsrəti ilə alışıb yanaraq, əzab-əziyyətli, acı bir tale 

yaşamışlar. 

Sovet dövründə belə şəxslər  öz vətənlərində vətən, 

millət xaini elan edilir, onlar haqqında düşmən təsəvvürü 

yaradılırdı. Sovet mətbuatında müntəzəm olaraq 

“məktublar” təşkil olunur, onlar “xalq düşməni”, “vətən 

xaini” damğası ilə “ifşa” edilir, hətta xaricdə çap edilən 

mətbuatda əsər çap etdirmək də böyük qəbahət sayılırdı. 

1920-30 -cu illərdə Əhməd Cavad, Bəkir Çobanzadə, Əli 

Nazim kimi ədəbi  şəxsiyyətlərin  əsərlərinin ölkə 

xaricində çapı Azərbaycanda böyük hay-küyə  səbəb 

olmuş, onlar müxtəlif cinayətlər törətməkdə 

günahlandırılmışlar. 

Azərbaycan mühacirətinin ilk dalğası 20-ci illərdə 

Azərbaycanda bolşeviklər hakimiyyəti  ələ keçirdikdən 

sonra başladı. Bolşeviklər müsavatçılara, ittihadçılara və 

azad fikirli şəxsiyyətlərə qarşı güclü terror və repressiya 

tədbirləri həyata keçirirdilər. Bunun nəticəsində bir çox 

görkəmli ziyalılar Azərbaycanı  tərk etdilər. Bunların 

sırasında Məmməd  Əmin Rəsulzadə,  Əli bəy 

 

14 




Hüseynzadə,  Əhməd Ağa oğlu,  Əlimərdan bəy 

Topçubaşov və b. var idi.   

30-cu illərdə azad düşünən, istiqlalçı fikirlərlə 

yazıb-yaradan ziyalılara qarşı təqiblər yenidən gücləndi. 

Haqsız  şaiələrə, təhqirlərə dözə bilməyən bu ədiblər 

vətəni tərk etmək məcburiyyətində qalırdılar. Bu illərin 

təzyiq dalğasına gənc çair Almas İldırım (1907-1952) da 

düşdü. O, Bakı Universitetindən qovulduqdan sonra 

ölkədə qala bilməyib Dağıstana, oradan isə 

Türkmənistana getdi. Lakin təqiblərin gücləndiyini 

görən  şair  İrana, daha sonra Türkiyəyə köçməli oldu. 

Almas İldırım, Əhməd Cavad, Əli Nazim və b. ailələrini, 

özlərini ölümdən qurtarmaq məqsədilə 30-cu illərdə 

xaricə mühacirət etdilər. 

Almas  İldırımın istər sürgün zamanı, istərsə  də 

mühacirətdəki yaradıcılığı mühacir ədəbiyyatımızın  ən 

parlaq səhifələrindəndir. Bu iki dövrü birləşdirən  ən 

ümdə xüsusiyyət millilik, işğalçılara qarşı mübarizə, 

müstəqillik uğrunda çarpışan xalqların iradəsi ilə 

həmrəylikdir. Bu baxımdan Almas İldırımın yaradıcılığı 

Azərbaycan mühacirətinin ən böyük ədəbi hadisəsidir. 

Almas  İldırım həyatı  və taleyi ağrı-acılarla dolu 

qeyri-adi 

şəxsiyyətlərdən biridir. O, digər 

soydaşlarımızdan fərqli olaraq keçirdiyi ağır sürgünü və 

mühacirətin vətən həsrətini öz şeirlərində  əks etdirə 

bilmiş, olduqca təsirli və duyğulu  şeirlər, həmçinin 

poemalar yazmış, qürbət poeziyazımıza dəyərli töhfələr 

vermişdir. 

 

15 




Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə