Azərbaycan müasir poeziyasının görkəmli nümayəndələrindən biri



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix17.11.2017
ölçüsü229,28 Kb.
#11009
1   2   3   4   5   6   7   8

Yuxarıda qeyd etmişdik ki, A.İldırım Türkiyəyə 

gəldikdən sonra çox az müddət  ərzində müəllim 

işləmişdir. Tezliklə dövlət işinə irəli çəkilən  şair 

ömrünün sonunadək dövlət məmuru kimi çalışır. O, 

Türkiyənin bir sıra yerlərində (Elazığda, Malatyada və 

s.) bucaq müdirliyi vəzifəsini (qəza rəisliyini) yerinə 

yetirir. Lakin onun evində  və  iş otağında Azərbaycanın 

üçrəngli bayrağı, bir də Azərbaycanın parçadan 

toxunmuş xəritəsi baş ucda yer almışdı. 

Oğlu Azər Elmas bu baxımdan ibrətamiz bir 

hadisəni belə xatırlayır: 

“Bir gün türk valisi xəritə  və bayrağı görərək 

atamdan hiddətlə, bu nə deməkdir” soruşur. 

-  Bu vətən deməkdir, - atam sakitcə cavab verir. 

-  Bəs bura nədir? 

-  Azərbaycan mənim birinci vətənim, Türkiyə isə 

ikinci vətənimdir -deyir”. 

Bəli, A.İldırım Türkiyənin timsalında özünə ikinci 

vətən, türklərin timsalında isə qardaş  və bacılarını 

tapmışdı. Bununla belə birinci vətəni – Azərbaycan, 

Bakı, Xəzər, Araz, Kür – heç nə ilə ölçülməsi mümkün 

olmayan güclü cazibə qüvvəsi ilə şairi özünə çəkirdi. 

Göründüyü kimi, A.İldırım rəsmi vəzifələr 

tutmasından asılı olmayaraq milli mənsubiyyətini, 

Azərbaycan övladı olduğunu unutmamış,  əksinə bu 

mənsubiyyəti konkret əməllərilə daim sübut etmişdir. 

Türkiyədə yaşadığı illər  ərzində  şairin səsi 

boğulmadı. Türkiyədə çap etdirdiyi ilk kitabını 

“Boğulmayan bir səs” adlandırmasına baxmayaraq 

 

25 




1936-ci ildə o, soydaşlarına müraciətlə yazdığı bir 

məqaləsində amalını oxucularla belə bölüşürdü: 

“Ey, Azəri türk... Ey vətəndaşım. Sənin qarət olmuş 

haqqından doğan çaşqınlığına tərcüman olayım deyə 

hayqırdım. Nə yazıq ki, bu hayqırış sonunda qırıq-tökük 

çıxan hıçqırımlarımdan ibarət boğuq bir səs oldu”. 

A.İldırımın yaradıcılığında özünün niskil 

poeziyasının baş misrası “Vətən”, son misrası da 

 

“Ayrılıq” olmuşdu. Onun poeziyası vətən və vətəndaşlıq 



haqqında himnlərdən daha çox laylalara, oxşamalara 

bənzəyir. 

Peyğəmbərimiz Həzrəti - Əleyhüssəlam 

Məhəmmədin sözlərini xatırlamaq yerinə düşərdi: 

“Vətənə xidmət etməyənin imanı olmaz” 

Vətən dərdi bütün dərdlərin  ən dəhşətlisi və 

müqəddəsidir. Bu dərdə dözməyi bacaranlar mətin və 

ulu insanlardır. Almas İldırım da belə bir şəxsiyyət kimi 

Azərbaycan ədəbi mühitinə əbədi həkk olunmuşdur. 

A.İldırım 1952-ci il yanvarın 14-də ağır xəstəlikdən 

sonra Türkiyənin Elazıq şəhərində vəfat etmişdir. 

Şairin dörd oğlu qalmışdır. Avropada ali təhsil 

almış Azər  İstanbulda yaşayır, biznesmendir, neft 

mühəndisliyi ilə  məşğul olur. Bakıxan Almaniyanın 

Frankfurt  şəhərində yaşayır, sürücüdür. Araz və Odxan 

İstanbulda yaşayırlar, Araz atasının yolunu davam 

etdirir. 

 

 



 

 

26 




 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Almas İldırım yaradıcılığının və ictimai 

fəaliyyətinin kitabxanalarda təbliği 

 

Biz uzun müddət Azərbaycan mühacirətindən 

danışmamışıq. Danışanda da onları satqın, casus, dönük 

və s. adlandırmışıq.  

 

27 



Ona görə  də mühacirlərdən bəhs edəndə ilk 

növbədə bu şəxsləri vətəni yana-yana tərk etməyə 

məcbur edən amilləri və tarixi səbəbləri azca da olsa 

özümüz üçün aydınlaşdırmalıyıq.  

Ola bilər ki, şair öz istəyi ilə başqa ölkədə yaşasın, 

yazıb-yaratsın. O azaddır, ona mühacir demək olmaz. 

Ancaq  əgər  şair siyasi əqidərinə görə  vətənindən 

didərgin salınarsa, çıxıb getməyə  məcbur edilərsə, bu, 

artıq mühacirlikdir. Belə hallar ən çox sərhədlərin 

qapandığı XX əsrə təsadüf edir. 

Yuxarıda qeyd etmişdik ki, vətəndən didərgin düşən 

ziyalıların sayı çox olmuşdur. Bunların arasında Ceyhun 

Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli  (sonra çətinliklə 

vətənə qayıtdı, 30-cu illərdə isə  məhv edildi), 

Məmmədəmin və 

Məmmədəli Rəsulzadələr, 

M.Məmmədzadə,  Ə.Cəfəroğlu, M.S.Aran, A.Ziyadxan, 

H.Baykara və b. çox tanınmış ziyalılar vardı. 

 Bu  şəxslər Azərbaycan dövlətinin azadlığı, 

istiqlaliyyəti, xalqının mədəniyyətinin, elminin, dilinin 

saflığı  uğrunda çox zəhmətlər çəkmiş, mübarizə 

aparmışlar. Onlar müqəddəs amalları yolunda 

məhrumiyyətlərdən, çətinliklərdən qorxmamış, öz 

ailələrinin  həyatlarını təhlükədən qurtarmaq üçün daim 

vətən həsrətilə mühacirətdə yaşamağa məcbur olmuşlar. 

Mühacirətdə yaşasalar da əqidə dönməzliyinə, möhkəm 

iradəyə, nəcib insani keyfiyyətlərə malik bu şəxslər 

dövlət, vətən, xalq qarşısında böyük xidmətlər 

göstərdiklərindən tarixin, insanların yaddaşında  əbədi 

həkk olmunmuş, nəsillərə örnək, nümunə kimi təqdim 

 

28 



edilmişlər. Son zamanlar onların həyatına olan marağın 

artması  nəticəsində kitablarda, dərsliklərdə, bədii 

əsərlərdə, müxtəlif elmi ədəbiyyatlarda və 

monoqrafiyalarda bu mühacirlərin mübarizəsi, işıqlı 

ideyaları, sabahkı günə inamı öyrənilməyə, təbliğ 

edilməyə başlanılmışdır. 

Belə tarixi şəxsiyyətlərlə bağlı materialların 

öyrənilməsi və  təbliği nəticəsində, geniş oxucu kütləsi 

bir tərəfdən mübarizə apardığı yüksək amallarla, 

yaşadıqları dövrün ictimai – siyasi, mədəni  həyatı ilə 

yaxından tanış olur, digər tərəfdən isə  gənc nəslin 

nümayəndələri özlərini onlara oxşatmaq və bu şəxslərin 

nümunəsində tərbiyə almaq imkanları qazanırlar. 

Azərbaycan mühacirət poeziyasının görkəmli 

nümayəndələrindən biri, alovlu vətənpərvər Almas 

İldırımın bu ilin mart ayının 25-də anadan olmasının 100 

illiyi tamam olur. 

Yubiley  ərəfəsində  şairin 100 illiyini yüksək 

səviyyədə keçirmək üçün Mədəniyyət və Turizm 

Nazirliyi tərəfindən reallaşdırılması  nəzərdə tutulmuş 

tədbirlər geniş və çox profillidir. 

Respublikanın Mərkəzləşdirilmiş Kitabxana 

Sistemlərində (MKS) və onun filiallarında keçirilən bir 

sıra mədəni- kütləvi işlər bu tədbirlərin ana xəttini təşkil 

edir. Çünki mədəni-kütləvi tədbirlər elmi dünyagörüşün, 

mənəvi zövqün, estetik mühakimə və hisslərin, eləcə də 

digər keyfiyyətlərin aşılanmasına yardım göstərməklə 

yanaşı, oxucularda bilik və bacarığı,  əqidəliliyi inkişaf 

etdirir, nəcib sifətlər aşılayır. 

 

29 




Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə