Azərbaycan müasir poeziyasının görkəmli nümayəndələrindən biri



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix17.11.2017
ölçüsü229,28 Kb.
#11009
1   2   3   4   5   6   7   8

Şərqdə bir səadət aradığın gün, 

Nəriman, ürəyin parçalandımı? 

Göz qapaqlarını yumarkən o gün, 

Dodaqların qoca Şərqi andımı? 

 

Həmin  şeirdən anlaşılır ki, gənc yazar Almas 



İldırım təkcə N.Nərimanovun ölümündən ötrü deyil, 

vətəni Azərbaycanın müqəddəratı üçün güclü narahatlıq 

hissi keçirir. Çünki Azərbaycana qarşı mübarizənin 

nəticələri göz qabağında idi. O zaman Zəngəzur və 

Azərbaycanın bir çox torpaqları ermənilərə verilmiş, bir 

sıra vətən oğulları məcburən ölkəni tərk etmişdilər. 

Etiraf etmək lazımdır ki, A.İldırımın 

dünyagörüşünə,  ilk növbədə milli bir şair kimi 

yetişməsinə “Azərbaycan  Ədəbiyyatı  Cəmiyyəti”nin 

üzvlərinin, xüsusən cəmiyyətin katibi olmuş  Əhməd 

Cavadın və digər azad fikirli şair və yazıçıların böyük 

təsiri olmuşdur. A.İldırım 1925-ci ilin fevralında 

yaradılmış “Azərbaycan  Ədəbiyyatı  Cəmiyyəti”nin  ən 

gənc və ən fəal üzvlərindən biri idi. 

1927-ci ildə A.İldırım Bakı Dövlət Universitetinin 

Şərq fakültəsinə daxil olur. Bir-iki ay  oxuduqdan sonra 

onu guya mənşəyini gizlətdiyi üçün (əslində əksinqilabi 

şeirlər yazdığı üçün) ali məktəbdən xaric edirlər.  

Bu illər şair Bakı ədəbi mühiti ilə sıx bağlı olmuş, 

şərq ədəbiyyatını, folklorunu ciddi öyrənmişdir. 

Elə bu vaxtlar Bakıda “Azərbaycan Proletar 

Yazıçılar Cəmiyyəti” yaranır. A.İldırım bu cəmiyyətin 

üzvü kimi yaradıcılığını davam etdirir və  təşkilatın çap 

 

21 




etdirdiyi “Gənc Qızıl Qələmlər” adlı məcmuədə bir neçə 

şeiri də dərc olunur.  

Ancaq onun adı  bəzi yığıncaqlardakı  sərbəst 

çıxışlarına, ictimai mənşəyinə, nəhayət  İstanbulun 

“Həyat” dərgisində çap etdirdiyi şeirlərinə görə artıq 

siyasi idarənin qara siyahısına düşmüşdü. 

Bütün bu deyilənlərin  əsasında Almas İldırım 

Azərbaycan Proletar Yazıçılar Cəmiyyətindən xaric 

olunur.  

Az sonra Baş siyasi idarənin (QPU) əli ilə  şair 

Dağıstana sürgün edilir. Bu hadisə Almas İldırıma çox 

sarsıdıcı təsir bağışlamışdı. Cavan şair öz hisslərini belə 

ifadə etmişdi: 

 

Gizli yol kəsmədim, qaçaq olmadım,  



Sakit bir həyatı pozmadım mən ki? 

Dost üçün qanlı bir bıçaq olmadım, 

Heç bir qətlə fərman yazmadım mən ki?! 

 

İki il Dağıstanda olduğu müddətdə  şairin ziyalılar, 



xüsusilə tələbə gənclər ilə dostluq münasibətləri yaranır. 

Onun artmaqda olan nüfuzu bəzi  şəxslər tərəfindən 

qırmızı  işğal  əleyhinə milli birlik ideyalarının 

oyanmasına birbaşa təsir göstərən amil kimi 

qiymətləndirilir və  şairin bundan belə orada qalması 

təhlükəli hesab edilir.  

Almas  İldırımı 1931-ci ildə Türkmənistana sürgün 

edirlər. O, yenə daimi nəzarətdə saxlanılır. Buna 

baxmayaraq, Aşqabadda, Qafqazdan və  İrandan köçüb 

 

22 




gələn türk ailələrinin uşaqlarının oxuduğu məktəbdə 

tədris müdiri vəzifəsində çalışır. 

Almas  İldırım Türkmənistan ziyalıları ilə  əlaqə 

saxlayır, vətənpərvərlik ruhunda yazdığı şeirlər əldən-ələ 

gəzir, nüfuzu durmadan yüksəlir və  Aşqabadın  ədəbi 

mühitində yaradıcı fəailiyyəti  güclənir. 

Buna görə  şairi Türkmənistanda da rahat 

buraxmırlar və o, 1933-cü ildə ailəlikcə gizlincə  İrana 

köçməyə  məcbur olur. İranda ürəyincə  iş, ailəsi üçün 

güzəran, yazmaq üçün imkan tapa bilməyən Almas 

İldırım 1934-cü ildə Türkiyəyə getməyi qərara alır.  

30-cu illərin ortalarında Türkiyə Respublikası təkcə 

türk elləri arasında yox, yaxın  şərqin  İslam regionunda 

da yeganə ölkə idi ki, Atatürk inqilabından sonra 

insanların azadlığı və ölkənin istiqlaliyyəti üçün nisbətən 

geniş imkanlar yaradılmışdı. Beləliklə, Almas İldırım da 

bir çox türkdilli ziyalılar kimi Türkiyənin timsalında 

özünə ikinci vətən tapır. 

Türkiyədə 17 il yaşamış Almas İldırım  şərqi 

Anadolunun  əyalət  şəhərlərində    müxtəlif idarələrdə 

kargüzarlıqla, katibliklə  məşğul olmuş, bir müddət 

müəllimlik də etmişdir. 

Almas  İldırımın qürbət lirikasının qidalandığı real 

varlıq konkret olaraq Azərbaycan gerçəkliyi idi. Şair öz 

əsərlərini yazanda Azərbaycanın zəhmətkeş  və qüdrətli 

xalqı olmazın fiziki, maddi əzablara, mənəvi sıxıntılara 

məruz qalmışdı. 

 

23 




Elə ona görədir ki, vətən, onun dərdi, taleyi 

qürbətdə yazdığı  şeirlərdə birinci dərəcəli mövzu, 

“mövzular mövzusu” olmuşdur: 

 

Kim deyir ki, könlümdə xatirən yox



   

 

 



 

 

yadın yox; 



Lənət o şerimə ki, onda sənin adın yox! 

 

A.İldırımın  əsərlərində  vətən həsrətinin ifadə 



vasitələri müxtəlif və  rəngarəngdir. “Qafqaz”, “Batan 

günəş”, “Qürbətdə”, “Yurd həsrəti kimi” şeirlərinin hər 

birində  şair vətəninin solmaz obrazını yaradır, yaxud 

vətən həsrətinin ifadəsi üçün yeni vasitələr tapır. “Əsir 

Azərbaycanım”  şeiri isə bir sıra xüsusiyyətlərilə onun 

yaradıcılığının başlıca mövzusunun həm təntənəli 

uvertürası, həm də yüksək akkordlu finalı sayıla bilər. 

Azərbaycan poeziyasının nadir hadisələrindən olan bu 

şeiri həyəcansız oxumaq qeyri mümkündür. 

 

 



Harda məni gül qoynunda doğuran, 

Xamırımı göz yaşıyla yoğuran, 

Beşiyimdə “layla balam” çağıran 

Azərbaycan, mənim baxtsız anam oy! 

Neçə ildir həsrətində yannam oy!... 

 

Almas  İldırımın “Əsir Azərbaycanım”  şeiri  ədəbi 



mühitimizə nur saçan babası Füzulinin “qara baxtım 

oyanmazmı?” fəryadını yada salır. 

 

24 



Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə