AZƏRBAYCAN RESPUBLİKASİ
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
M.F.AXUNDOV adına MİLLİ KITABXANA
Azərbaycan mühacir poeziyasının görkəmli
nümayəndələrindən biri, alovlu vətənpərvər şair
Almas İldırımın anadan olmasının
100 illik yubileyi
ilə əlaqədar kitabxanaların qarşısında duran
vəzifələr
Metodik tövsiyə
Mədəniyyət və Turizm Nazirliyi
nəzdində Koordinasiya Şurasının
2007-ci il 10 avqust tarixli
5 nömrəli protokolu ilə çapa
tövsiyə olunub
BAKI – 2007
2
Tərtibçi:
Məmməd Məmmədov,
Kitabxana siyasəti
və metodik rəhbərlik şöbəsinin bölmə
müdiri
Redaktor: Gülbəniz Səfərəliyeva, direktor müavini
Kompüter yığımı
Tünzalə Qarayeva
və dizaynı: Cəlalə Baxışzadə
Azərbaycan mühacir poeziyasının parlaq ulduzu. / Metodik
vəsait. – B., 2007. – 47 səh.
© M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2007
3
Ünvan: AZ – 1000 Bakı ş., Xaqani küç. 29;
E–mail:
anl@aznet.org
M.F.Axundov ad. Milli Kitabxananın
mətbəəsində ofset üsulu ilə
çap olunmuşdur.
Çapa imzalanmışdır: 12.09.2007
Sifariş: 21
Tirajı 200
Almas İldırımın 100 illik yubileyinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2007-ci ildə müasir Azərbaycan ədəbiyyatının
nümayəndələrindən biri, istiqlal şairi Almas İldırımın
4
(İldırım Əbdülməhəmməd oğlu Almaszadənin) anadan
olmasının 100 illiyi tamam olur.
Almas
İldırım yaradıcılığı Azərbaycan mühacirəti
poeziyasının bənzərsiz səhifələrindən birini təşkil edir.
Şairin milli azadlıq və müstəqillik uğrunda mübarizəyə
həsr olunmuş əsərlərində xalqımızın ağrılı tarixi taleyi,
vətən məhəbbəti və qəriblik mövzusu dolğun bədii
əksini tapmışdır.
Azərbaycan
ədəbiyyatının inkişafında
özünəməxsus xidmətləri olan Almas İldırımın 100 illik
yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası
ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin
təkliflərini nəzərə almaqla, Almas İldırımın 100 illik
yibileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2007-ci il
Almas İldırım haqqında elm və mədəniyyət
xadimlərinin, görkəmli şair və yazıçıların
fikirləri
5
“Almas
İldırım yaradıcılığı Azərbaycan
mühacirəti poeziyasının bənzərsiz səhifələrindən birini
təşkil edir. Şairin milli azadlıq və müstəqillik uğrunda
mübarizəyə həsr olunmuş əsərlərində xalqımızın ağrılı
tarixi taleyi, vətən məhəbbəti və qəriblik mövzusu
dolğun bədii əksini tapmışdır.”
İlham ƏLIYEV,
Azərbaycan Respublikasının
Prezidenti
“Almas
İldırım yaradıcılığını Azərbaycan
poeziyasında qürbət lirikasının bariz təzahürü kimi
qiymətləndirmək lazımdır. Şair Türkiyəni özü üçün
ikinci vətən, munis həmdəmlər tapmışdı. Amma yenə də
qəlbi Azərbaycanın həsrətilə yanmışdı. Onun qürbət
lirikasının qiymətli nümunələri də elə bu yanğının
zaman-zaman ucalan tüstü, dumanı idi.”
Bəkir Nəbiyev,
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki
“Almas İldırımın şeirində ahəng və musiqi də
həsrət, qürbət musiqisidir və hər biri bir “ayrılıq”
mahnısıdır.
Doktor Cavad Heyət (İran)
“Vətən dərdi bütün dərdlərin ən dəhşətlisidir və
müqəddəsdir. Bu dərdə dözməyi bacaranlar mətin və ulu
insanlardır. Almas İldırım da belə bir şəxsiyyətdir.”
6