Azərbaycan məktəbi


Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
elmi seminar-meqalə

Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər
77
http://as-journal.edu.az


2) təlim və peşəkarlıq fəaliyyətində peşə
bacarıqlarına yiyələnməni (tapşırıq həlli, dərketmə,
yaradıcı fəaliyyət, informasiya texnologiyası və
s.) şərtləndirir;
3) sosial cəmiyyətlə əlaqə yaratmaq üçün
fəaliyyəti (kommunikasiya, komandada işləmək
ideyasının təqdimi, özünütəşkili yeniləşdirmək,
çeviklik, tolerantlıq) təmin edir.
İ.A.Zimnyaya (2003) “açar kompetensiya”ları
3 əsas qrupa bölür:
1) subyektin ömürboyu şəxsən özünə lazım
olan; 2) başqa insanlarla qarşılıqlı fəaliyyəti
zamanı lazım olan; 3) bütün tip və formalarda
lazım olan.
Birinci qrupa aid olan kompetensiyalar: 

Sağlamlığın təmini: həyatda sağlam yaşamaq
normalarını bilir; siqaret çəkməyin, spirtli içki
qəbul etməyin, narkotik qəbul etməyin, QİÇS-in
ziyanını anlayır; gündəlik məişətdə şəxsi gigiye-
nada işlədilənləri bilir; öz həyatının seçimində
müstəqillik nümayiş etdirir.

dəyərləndirmə mənasında istiqamətləndirmə;

inteqrasiya: təlimin məzmununda və quru-
luşunda, situasiyaya-adekvat olan aktual bilikdə,
biliyin genişləndirilməsində və dərinləşdirilmə-
sində;

vətəndaşlıq: vətəndaşın hüquq və vəzifələrini
bilməsi və əməl etməsi, azadlıq və məsuliyyət,
etibar etməsi, şəxsi cavabdehliyi, vətəndaşlıq
borcu, dövlət rəmzlərini bilməsi və qürur duyması;

özünüinkişaf: özünütənzimləmə, şəxsi və
yaradıcı refleks, mənalı həyat, peşəkar inkişaf,
dilin və nitqin inkişafı, ana dilində mədəniyyəti
mənimsəmə, xarici dildə bilməsi.
Qarşılıqlı sosial kompetensiyalar ikinci
qrupa aid edilir:

ailədə, dostlarla, əməkdaşlarla, tərəfdaşları
ilə, kollektivlə və sosial mühitlə və hər bir insanla
münasibət;

konfliktin qarşısını almaq (söndürmək):
əməkdaşlıq, tolerantlıq, başqa insanları qəbul
etmək və hörmət göstərmək (irq, din, mövqe, rol,
cins);

sosial mobillik, müxtəlif formada aydın-
laşdırma: şifahi, yazılı, dialoq, monoloq, mətnin
qavranılması və yaradılması, ənənənin bilinməsi
və saxlanması, din və etiket, işgüzar yazışma,
müəssisənin məhsulu, dil-biznes, xarici dildə
əlaqə, kommunikativ vəzifələr, əlaqələri yüksək
səviyyədə mənimsəmək.

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə