Azərbaycan məktəbi


Problemin araşdırılması səviyyəsi



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   2   3   4   5   6   7   8   9   10   ...   20
elmi seminar-meqalə

Problemin araşdırılması səviyyəsi
Təlim məqsədlərinin taksonomiyası 1930-cu
ildən başlayaraq tədqiqat obyekti kimi müxtəlif
alimlər tərəfindən araşdırılmış, koqnitiv
proseslərin, intellektin strukturunu əks etdirən
konseptual modellər (Tayler, 1930; Blum, 1956;
Gilvord, 1967) yaradılmışdır.
Tələbələrdə bacarıqların formalaşdırılması və
inkişafına aid tədqiqatçılardan Ə.Əlizadə, B.Blum,
L.Anderson, L.Zankov, D.Elkonin, V.Davıdov, V.Bibler
və Ş.A.Amonaşvili konsepsiyaları daha çox aktu-
aldır. B.Bulum taksonomiyaları (bilmə, anlama,
tətbiqetmə, analiz, sintez, dəyərləndirmə) təlim
məqsədlərinin iyerarxiyasından irəli gəlir. B.Blumun
taksonomiya təcrübəsinin öz xüsusiyyətləri vardır.
Onun konsepsiyasında öyrənmə taksonları
mahiyyətcə fon hadisəsi kimi özünü göstərir.
Taksonomiyanın ağırlıq mərkəzi isə bilavasitə
inkişaf taksonları ilə şərtlənir. B.Blumun tak-
sonomiya konsepsiyası mahiyyətcə inkişaf
konsepsiyası idi. Şəxsiyyətyönlü təlim prinsipini
əks etdirirdi. Lakin bunların tətbiqində yeni
yanaşmalar sərgilənmişdir.
• 
Bacarıq: bilik, təcrübə, vərdiş nəticəsində
əldə edilmiş işgörmə qabiliyyəti, təcrübə. İnsanda
var olan bir şeyi edə bilmə gücü, qabiliyyəti. 
• 
Ümumi intellektual bacarıqlar: planlaşdırma,
kitabla iş, dinləmək, müşahidə. 
Piralı Əliyev
74
Azərbaycan məktəbi. 2021. №1


• 
Zəruri intellektual bacarıqlar: mətndəki əsas
fikri ayırd etmək, mətni mənasına görə hissələrə
ayırmaq, hadisələri tutuşdurmaq.
• 
Xüsusi intellektual bacarıqlar (bu və ya digər
fənnin xüsusiyyətlərini əks etdirir): kartoqrafik,
qrafik bacarıqlar aiddir.
• 
Öyrənmə: bilik, bacarıq, vərdiş, xatırlama,
anlama, tətbiq, qiymətləndirmə.
• 
İnkişaf: analiz, sintez, müqayisə, ümumi-
ləşdirmə, mücərrədləşdirmə, ağlın keyfiyyətləri,
koqnitiv və kreativ proseslər.
• 
Mədəniyyət: hislər, ünsiyyət, kommunikativ,
əxlaqi, iradi, milli-mənəvi, dünyəvi mədəniyyət.
Öyrənmə prosesində zaman və şərtlərə görə
tələblər və prioritetlər dəyişir (sənaye dövründə):
• 
Təhsilalan yaranmış problemi həll edir,
yaradıcı təhlil edir, qruplarda işləyir, fərqli vasi-
tələrdən istifadə edir, ünsiyyət yaradır, davamlı
dəyişən texnologiyaları öyrənir. 
• 
Təhsilalan dünyanın dəyişən şərtlərində
çevik olur, zəruri hallarda təşəbbüs göstərir, yeni
və faydalı resurslar yarada bilir.

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə