Azərbaycan məktəbi


Kompetensiya və kompetentlik



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
elmi seminar-meqalə

Kompetensiya və kompetentlik 
anlayışının mahiyyəti və tipologiyası
İnteqral keyfiyyət müasir təhsildə “kompeten-
siya” və “kompetentlik” anlayışlarına aydınlıq
gətirməyi tələb edir. Son dövrdə kompetensiya
bütün dünyada müzakirə olunan məsələlər
sırasındadır. Təhsil sistemində vacib anlayışlar
sırasında yer alan kompetensiya pedaqogikanın
nəzəri və praktik sahəsində inkişafı əsaslandırır. 
Mak Klelland (1998) tədqiqatlarında kompe-
tensiyalara daha geniş yer verir. Təhsildə kom-
petensiyanın (təhsildə əsas kompetensiyalar: com-
petence-basededucation) formalaşdırılması ilk
dəfə 1960-cı illərdə ABŞ–ın univerisitetlərində
baş vermişdir. 1965-ci ildə H.Xomski (Massaçusets
Universiteti) “kompetensiya” anlayışının mahiy-
yətini nəzəri cəhətdən izah edir və qrammatikaya
transfer edir. Sonra göstərir ki, təhsil biznesin
səriştəli yanaşma tələbinə cavab verməlidir. “Necə
təhsil verək ki, təhsilalanlar səriştəli peşəkarlar
olsunlar?”
Kompetensiya dedikdə, bütün məsələləri həll
etmək qüdrətinə malik olan səriştəli insan nəzərdə
tutulur.
C.Raven (2002) yüksək səviyyədə nəticə
göstərənlərin işini təhlil edərək belə qənaətə gəlir
ki, biliyin səriştəyönlülüyü məzmunu anlamanın,
yeniliyi axtarıb tapmanın təsdiqidir. İ.A.Zimnyanın
(2003) kompetensiyanın daxili məsələlərinə:
potensialı, inteqrasiyanı, o cümlədən təhsil
psixologiyasını, bilik, tətbiq, proqramlaşdırma
(alqoritm) fəaliyyətini, sistemdə əlaqə və
qiymətləndirməni aid edir.
Kompetentli deyəndə, ümumi kompeten-
siyaların tərtibi və strukturu peşəkarlıqda vacib
keyfiyyətlilik termini mühüm əhəmiyyət kəsb
edir. XX əsrin 70-ci illərinin sonlarında əməkdaş-
lığın qiymətləndirilməsi, əməklə məqsədyönlü
məşğul olmaq, birinci növbədə, menecerə şamil
olundu və peşə klafikasiyasına daxil edildi. Son
zamanlar kompetensiya aşağıdakı şəkildə tərtib
olunmuşdur:

peşə üzrə nəzəri biliklər;

universal kompetensiyalar, innovasiyanın
tətbiqi (kommunikativ, informasiyalı
idarəetmə və b.);

yeni növ fəaliyyətin icrası;

motivasiyanın məqsədə yönəlmiş xarakteri;

psixofizioloji özünəməxsusluğun şəxsi
keyfiyyəti və s. (Сədvəl 1).

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə