Azərbaycan məktəbi


Üçüncü qrupa insanın fəaliyyət



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
elmi seminar-meqalə

Üçüncü qrupa insanın fəaliyyət
kompetensiyaları aid edilir:

tapşırığın həllini və qoyuluşunu, qeyri-
standart həllini, problem situasiyanın yaradılmasını
və həllini bilmək, fəaliyyətində intellektuallıq və
tədqiqatçılıq, biliyində reproduktivlik və
səmərəlilik; 

fəaliyyətində müxtəlif forma, üsul və
vasitələrdən: oyun, təlim, əmək, modelləşdirmə,
proqnozlaşdırma, tədqiqat, planlaşdırma,
layihələndirmə və s. istifadə etmək;

informasiya texnologiyalarından: kompüter
savadlılığı (massmedia, multimedia); elektron,
internet resurslarından istifadə; dəyişdirmə və
aşkaretmə, yenidən işləmədən istifadə;

açar və baza kompetensiyalarını fəaliyyətində
genişləndirmək və universallaşdırmaq, müasir
elmi yanaşmada məzmunu bilik, qanunauyğunluq
prinsipləri baxımından təhlil etmək.
Baza kompetensiyaları isə bu cür təsnif edilir:

elmin ümumi sahəsinə aid olanlar;

sosial-iqtisadi sahəyə aid olanlar;

vətəndaş-hüquq sahəsinə aid olanlar;

informasiya-kommunikasiya sahəsinə aid
olanlar;

ümumi peşəkarlıq sahəsinə aid olanlar.
Elmin ümumi sahəsinə aid olan kompeten-
siyalar biliklərdən peşəkar fəaliyyətdə və idrak
prosesində istifadə bacarığıdır. Bu ümumi
mədəniyyətin, intellektual inkişafın təkmil-
ləşdirilməsində, yeni biliyin, müasir təhsilin və
informasiya texnologiyalarının qəbulunda özünü
göstərir. A.B.Xumorskoy elmin ümumən hamısına
aid olan kompetensiyaları təlimin məzmununda
üç səviyyəyə bölür: metapredmetli (bütün fənlərin
daşıdığı funksiya), yaxud açar, mejpredmetli
(fənlərası əlaqə, fənlərin toplusu) və fənlər üzrə
(hər bir təlim fənni ilə). Fənlərin ümumi
inteqrasiyası zamanı təhsilin humanist dəyərlərinin
aşağıdakı istiqamətdə qurulması tövsiyə edilir:

humanitar, təbiət və texniki elmlərin dərk
edilməsi;

emosional, obrazlı və məntiqi qavrama, dini-
mənəvi dəyərlərin ümuminin istəyi kimi qəbul
edilməsi;

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə