Azərbaycan məktəbi


Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
elmi seminar-meqalə

Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər
79
http://as-journal.edu.az
cədvəl 3
Müxtəlif ölkələrdə kompetensiyaların dərəcələrinin fərqləndirilməsi
“Açar kompetensiya”ların dərəcə sxemi
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Rusiya Federasiyasında
Böyük Britaniyada 
Hollandiyada 
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
1. Təlimə aid kompetensiyalar
1. Kommunikasiya üzrə kompetensiyalar
1. Sistemli idarəetmə üzrə 
kompetensiyalar
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
2. Tədqiqatçılığa aid kompetensiyalar
2. Fəaliyyət sahəsi üzrə kompetensiyalar
2. Problemin həlli üzrə 
kompetensiyalar
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
3. Sosial-fərdi kompetensiyalar
3. İnformasiya texnologiyaları üzrə 
3. Özünün yanaşmasına aid olan 
kompetensiyalar
kompetensiyalar
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
4. Kommunikativ kompetensiyalar
4. Birgə çalışma üzrə kompetensiyalar
4. İdarəedənlərin operativliyinə aid 
kompetensiyalar
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
5. Əməkdaşlığa aid kompetensiyalar
5. Nəticəni yaxşılaşdırmaq və təkmilləşdirmək 
5. İnsanlarla əməkdaşlıq 
fəaliyyəti üzrə kompetensiyalar
kompetensiyası
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
6. Təşkilatçılığa aid kompetensiyalar
6. Problemin həlli üzrə kompetensiyalar
6. Şəxsi keyfiyyətin formalaşması üzrə 
kompetensiyalar
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
7. Adaptasiya olmağa aid 
7. Şəxsi inkişaf üzrə kompetensiyalar
7. Ətraf mühitin idarə edilməsi üzrə 
kompetensiyalar
kompetensiyalar


TUNING baza kompetensiyalarının işləkliyini
yoxlamaq və klassifikasiyasını aparmaq üçün
Boloniya deklorasiyasını imzalamış 16 ölkədə
5183 buraxılış qrupunun məzunları, 100 univer-
sitetin 998 professoru, 944 işçisi ilə ümumi və
ixtisas kompetensiyaları üzrə (Cədvəl 4-6) anket
sorğusu aparılmış və nəticələr qruplaşdırılmışdır
(Cədvəl 7).
Kompetensiyaları dominantlığına görə üç əsas
kateqoriyaya ayırmışlar: 
1. Müstəqil (muxtar) fəaliyyət göstərmək:
“Mən” özünəməxsusluğunun reallaşdırılması və
inkişafı hissi; fəaliyyətində gələcəyi daha geniş
kontekstdə seçmək; gələcək planların reallaş-
dırılmasının planlaşdırılması və şəxsi layihələr;
2. Fəaliyyətini inteqrativ rejimdə qurmaq;
fəaliyyətində fəal dialoqdan, yeni üsuldan istifadə
etmək; məqsədəuyğun inteqrativ bilik və
texnologiyalardan, informasiyalardan, simvoldan
və s. istifadə etmək;
3. Müxtəlif tərkibli qrupun sosial funksiyası;
sosial kapitalını tərtib etməsi; başqası ilə yaxşı
münasibət, konfliktin idarə edilməsi və həll
olunması.
Müasir dövrdə tələbələrdə formalaşdırılacaq
kompetensiyalar işəgötürənlərin tələbindən asılıdır.
Əmək bazarı ali məktəblər qarşısında tələbələrə
zəruri olan kompetensiyaların yüksək səviyyədə
aşılanmasını irəli sürür. 
Müəllimin əsas pedaqoji kompetensiyalarına:
qnestik, layihələndirmə, konstruktivləşdirmə,
təşkiletmə, kommunikativ bacarıqlar aiddir. 
Müəllimin peşəkarlığının effektli olması üçün
3 mexanizm tələb olunur: 1) metodik dəstək;
2) idarəedənlərin dəstəyi; 3) ixtisas üzrə çalışan
digər müəllimlərin dəstəyi.
NƏTİcƏ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 348 nömrəli qərarı ilə təsdiq edilmiş
“Ali təhsil müəssisələrinin bakalavriat və magis-
tratura səviyyələrində kredit sistemi ilə tədrisin
təşkili Qaydaları”nda müasir qiymətləndirmənin
növ, forma və prinsipləri verilmişdir. Bununla
yanaşı, xarici ölkə alimlərinin apardığı (Yefremova,
2010; Çuçalin, 2008) tədqiqatların təhlili göstərir
ki, tələbələrin təlim üzrə kompetensiyalarının
formalaşdırılması və qiymətləndirilməsi çətin və
mürəkkəb bir prosesdir. İşə qəbul olunmaq və
bu sahədə uğur qazanmaq üçün təhsilalanları XXI
əsrin kompetensiyaları ilə hazırlamaq hər bir
təhsil müəssisəsinin (Trilling & Fadel, 2012)
birinci dərəcəli vəzifəsi olmalıdır. Təhsili idarə
edən orqanlar tədris proqramlarını hazırlayarkən
XXI əsrin reallıqlarını və tələblərini nəzərə
almalıdırlar. Məqalədə bu məsələnin dünya
təcrübəsində həllinə dair nümunələr verilmişdir.
XXI əsrin tələbi belədir ki, təhsilalanlar yalnız
hər kursda müvafiq fənnin məzmununu
mənimsədiyinə görə deyil, həm də aşılanan
bacarıqları iş yerində necə tətbiq edəcəkləri üzrə
də qiymətləndirilməlidir.
XXI əsrin kompetensiyalarının kompleks şəkildə
tədris planı ilə necə inteqrasiya ediləcəyini və
nəticənin qiymətləndirilməsi meyarlarını təhsil
prosesini idarə edənlər və professor-müəllim
heyəti müəyyənləşdirməlidir. XXI əsrin baca-
rıqlarının inteqrasiya planını tamamlayan və
dəstəkləyən, müvəffəqiyyəti təmin edən, xüsusi,
müvafiq və təsdiq edilmiş ayrıca büdcə vəsaiti
olmalıdır (Partnership, 2014; Trilling & Fadel,
2012).
Ali məktəblərdə tələbələrin kompetensi-
yalarının formalaşdırılması və qiymətləndirilməsi
müasir tələblər əsasında aparılmalıdır. Pedaqoji
qiymətləndirmənin müasir prinsiplərinə aşağı-
dakılar aid edilməlidir:

obyektivlik və ədalətlilik;

etibarlılıq, validlik, diferensiallıq;

sistemlilik, hərtərəflilik, effektlilik, aşkarlıq.
Müasir qiymətləndirmə standartlarına aşağıdakı
üsullar aid edilə bilər:

təsdiq olunmuş modul üzrə kompetensiyaların
formalaşdırılması 
səviyyəsinin 
ardıcıl
qiymətləndirilməsi;

modul üzrə kompetensiyaların inkişafının
qiymətləndirilməsi;

tələbələrin özünüinkişafının qiymət-
ləndirilməsi, çatışmazlıqların müzakirə olunması;

vahid texnika və texnologiyadan istifadə
etməklə nəticənin qiymətləndirilməsi;

məzmunda, meyarlarda və qiymətləndirmədə
validliyin gözlənilməsi.

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə