Azərbaycan məktəbi


Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
elmi seminar-meqalə

Təhsilalanlarda kompetensiyaların strukturlaşdırılmasına və qiymətləndirilməsinə verilən tələblər
75
http://as-journal.edu.az
Biliyə dair anlayışların
klassifikasiyası
Peşə üzrə nəzəri biliklər 
-----------------------------------------------------------------------------
Universal kompetensiyalar, innovasiyanın tətbiqi
-----------------------------------------------------------------------------
Yeni növ fəaliyyətin icrası 
-----------------------------------------------------------------------------
Motivasiyanın məqsədə yönəlmiş xarakteri
-----------------------------------------------------------------------------
Psixofizoloji özünəməxsusluğun şəxsi keyfiyyəti
Formalaşan kompetensiyalar
cədvəl 1
Kompetensiyanın modelləşdirilməsi


15 yaşlı məktəblilər arasında aparılan qiy-
mətləndirmədə (PISA – Programme for İnterna-
tional Student Assessment) müəyyən cəhətdən
bu kompetensiyalardan istifadə olunur.
Kompetensiyanın strukturu 4 səviyyədə müəy-
yənləşdirilir:
1) “şəxsin nüvəsi”;
2) peşəkar kompetentlik;
3) kompetensiyaların formalaşdırılması;
4) nəticəyönlü (effektli) fəaliyyətin göstəricisi.
Fərdi özünəməxsusluqla əlaqəli olan “şəxsin
nüvəsi” insanın 20-25 il ərzində formalaşmış
xarakterinin göstəricisidir. Məsələn, insanın stress
səviyyəsinin bioloji özünəməxsusluqla, tempe-
ramentlə və əsəb sistemi ilə əlaqəsi olur. “Şəxsin
nüvəsi” üçün aşağıdakılar tələb olunur:

ümumi bacarıqlar insan fəaliyyətində ona
yardımçı olur, intellekt – qarşıda duran vəzifələri
icra etməkdə (informasiya bolluğundan istifadə
etməklə) işin həllinə yardım göstərir, kreativlik
qeyri-standart vəziyyətlərdən istifadə etməyə
imkan verir;

xüsusi bacarıqlar – musiqili səs, hər şeyə
cəld reaksiya (hər hansı idman sahəsində) insana
məxsus olan fərdi xüsusiyyət;

“böyük beşlik” – fərdi xüsusiyyət, qlobal və
universallıq xüsusiyyətləri, liderlik potensialı,
əməkdaşlıq və kommunikativ fəaliyyət.
Peşəkar kompetentlik özündə bütün elm
sahələri üzrə nəzəri və praktik bilikləri, yenilikləri
birləşdirir. Peşəkar kompetentli ola, təhsil
proqramında kvalifikasiyanın yüksəldilməsində,
şəxsi təcrübəsinin yayılmasında və yeniliyin
formalaşmasında iştirak edə bilər.
Üçüncü səviyyə – kompetensiyaların forma-
laşdırılmasıdır. Bu səviyyədə “kompetensiya” ter-
mini 2 məna daşıyır:

insanın mövcud vəziyyətdə daşıdığı vəzifə
dairəsi və yaxud sahə;

insanın peşəkar fəaliyyətdə xarakteri.
Geniş mənada kompetensiya insan xarakterinin
dərk edilməsi, fəaliyyətin effektliyi, dar çərçivədə
isə davranışın yerinə yetirilməsidir. 
Kompetensiya fərdi baza keyfiyyətidir. Layl və
Sayn Spenser (2005) şəxsi baza keyfiyyətini beş
tipə ayırır:

motiv – “milli, idarə edən və seçim edən”
məqsədəuyğun fəaliyyət göstərir;

psixofizioloji özünəməxsusluq və şəraitə
uyğun reaksiya (reaksiyanın tezliyi, yaxşı görmə,
musiqili səs və s.) – informasiya verir;

“Mən” konsepsiyası – bütün şəraitlərdə effektli
fəaliyyət göstərir;

bilik-informasiya – insanın maraq dairəsini
təmin edir, ən yaxşı halda gələcəyi proqnozlaşdırır
(insan hansı işi icra etməyi bacarır?); 

analitik düşüncənin inkişafı – idraki tak-
sonomiyaların formalaşdırılması ilə nəticələnir. 
Fənlərin məzmun sahəsi və universallıq kom-
petensiyası (ECTS Users GUİDE, 2005) layihəsində
təlimə müasir yanaşmaların əsas istiqaməti
aşağıdakı kimi əks olunur:

bakalavriat və magistratura səviyyələrində
tələbələr birinci və ikinci kursda sahə üzrə ümumi
və spesifik kompetensiyaları seçməlidirlər;
Boloniya prosesi iştirakçıların prioritet sahələri
seçməsini və formalaşdırılmasını tövsiyə edir;

tədris planında xüsusi metodların müəyyən-
ləşdirilməsinin harmoniyası;

təlimin icbariliyi, ümumi Avropa konsersumu
əsasında seçim;

tədris planının arxitekturası və dəqiqliyi;

kimya və fizika, riyaziyyat, tarix, coğrafiya,
biznesin idarə edilməsi və menecment sahələri
üzrə xüsusi kompetensiyaya maliklik.
Keyfiyyətli iş üçün kompetensiyalar, konseptual
yanaşmalar (koqnitiv, bilmə və anlama) diqqəti
cəlb edir. Məqsədyönlü professional kompeten-
siyalar modelinin inkişafı beş sahə üzrə aşağıdakı
kimi verilir: koqnitiv kompetensiya, təkcə formal
təhsilin deyil, həm də qeyri-formal təhsilin dərk
edilməsi; funksional kompetentli; fərdi kompetentli;
etik kompetentli; metokompetentli (Cədvəl 2).
Kompetensiya fərdi effektliyə, konseptual
əsaslara (metokompetensiya, yaxud “learning to

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə