Azərbaycan məktəbi



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
elmi seminar-meqalə

Piralı Əliyev
78
Azərbaycan məktəbi. 2021. №1



fərdi yaradıcılığın özünüinkişafa və özünü-
müəyyənləşdirməyə kömək etməsi; 

vətəndaşın mənəvi və ictimai mövqeyinin
sosial sahədə təcrübədə reallaşdırılması və
toplanması;

azadlığın, yaradıcılıq qabiliyyətinin tələbata
görə inkişafı;

vətəndaşın ümumi qanunlara riayət etməsi
və qiymətləndirilməsi yolları;

sağlamlığın qorunması və yaradıcılıqla inkişaf
etdirilməsi, sağlam həyat tərzini dəyərləndirmə
bacarığı.
Sosial-iqtisadi sahəyə aid kompetensiyalar
dedikdə bu sahədə bacarıqların formalaşdırılması
və onların mədəni, mənəvi, fiziki və peşəkarcasına
özünüinkişafa, özünümüəyyənləşdirməyə, tole-
rantlığa, emosional inkişafa, motivasiyaya, koqnitiv
və səriştə komponentinin şəxsə yönəlməsi başa
düşülür.
Vətəndaş-hüquq sahəsinə aid olan kompeten-
siyaya şəxsin özünün hüquq və vəzifələrindən
istifadə qabiliyyəti daxildir.
İnformasiya-kommunikasiya sahəsinə aid olan
kompetensiyalara: başqa insanın baxışlarını
eşitmək və dinləmək, birgə təlimə hazırlaşmaq,
dialoqa girmək, internet resurslarından və kom-
püterdən istifadə etmək, ümumi qərar qəbul
etmək, bir neçə dildə yazmaq və oxumaq, verilən
cədvəlin qrafikini və diaqramını çəkmək bacarığı
aid edilir.
Ümumi peşəkarlıq sahəsinə aid kompeten-
siyalara isə: şəxsin peşə və ümumi elmi termi-
nologiyaya yiyələnməsi, orijinal, yaxud yeni
nəticələri qəbul etməsi, aydın, dəqiq əsaslandırılmış
inşa, müasir metodla tənzimləmə aparması,
informasiyanı analiz və sintez etməsi, normativ
sənədlərlə işləmə bacarığı daxildir.
“Açar kompetensiya”lar müxtəlif ölkələrdə milli
xüsusiyyətlər nəzərə alınaraq fərqli şəkildə
qruplaşdırılmışdır. Məsələn, bu səriştələr Rusiya
Federasiyası, Böyük Britaniya və Hollandiyada
prioritet və “dərəcə” baxımından fərqli qiymət-
ləndirilir (Cədvəl 3).

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə