Azərbaycan məktəbi



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
elmi seminar-meqalə

Piralı Əliyev
76
Azərbaycan məktəbi. 2021. №1
cədvəl 2
Kompetensiyaların tipoloji 
əsaslarının dəyişdirilməsi
kompetensiya 
peşəkarlıq
özünəməxsusluq 
--------------------------------------------------------------------------
konseptual
koqnutiv 
metokompetensiya
kompetensiya
--------------------------------------------------------------------------
tətbiqi
funksional 
sosial kompetensiya
kompetensiya


learn”) və fəaliyyətə (sosial kompetensiya:
əməkdaşlıq və davranış kompetensiyaları) bağlıdır.
Birinci üç ölçmə (koqnitiv, funksional və sosial
kompetensiya) universal və birgə müxtəlif
yanaşmalar peşəkar təlimdə var. Bilmə və anlama
koqnitiv kompetensiyaları XXI əsr insanına lazım
olan bacarıqlardır: uyğunlaşma və cavabdehlik;
kommunikativ bacarıqlar-fikrini şifahi, yazılı, mul-
timediadan və şəbəkə kommunikasiyasından
müxtəlif konteksdə və formadan istifadə edərək
ifadə edir.
C.Ravin (2002) kompetensiyaları: məqsədin
reallaşdırılması; fəaliyyətdə emosionallıq; özünü-
təhsil; tədqiqatçılıq; özünəinam; özünənəzarət;
adaptasiya; problemin optimal həlli; müstəqil,
orijinal fikir söyləmə; tənqid və özünütənqid;
resurs yaratmaq və resurslardan məqsədyönlü
istifadə; innovasiyanın tətbiqi; etibarlılıq; təbiətə-
uyğunluq; qərarvermə; cavabdehlik; birgə fəaliy-
yətdə özünütəsdiq; əməkdaşlıq; başqasının fikrinə
hörmətlə yanaşmaq; başqasının şəxsi potensialını
düzgün qiymətləndirmək; müxtəlif baxışları və
konfliktləri həll etmək; işin keyfiyyətli, effektli
icrasını bacarmaq; tolerantlıq; fərqli mədəniyyətləri
anlamaq; planlaşdırmaq və təşkil etmək bacarığı
şəklində təsnif etmişdir. Avropa Şurası kompe-
tensiyaları açar kompetensiyalar, baza kompe-
tensiyaları və universal kompetensiyalar, – deyə
üç yerə ayırır.
Açar kompetensiyalar – əsas bacarıqların
ümumiləşdirilmiş təqdim edilməsidir. Onlar xarak-
terik göstəricilərinə: çoxfunksiyalılıq, fənyönlülük,
analitik təhlil, kommunikativlik, proqnozlaşdırma
və s. aiddir. “Gənc Avropalıdan gözlənilən beş
“açar kompetensiya””ya daxildir:

sosial-siyasi işdə iştirak edənlərin qrup
şəklində qərar vermələrini şəxsi maraqlar
dairəsində qəbul etməsi, yaranmış konfliktin
genişlənməsinə yol verməməsi, demokratik
institutların yerlərdə fəaliyyəti təmin etməsi; 

fərqli mədəniyyət daşıyıcıları ilə əməkdaşlıq
(ksenofobiya və tolerantsızlığa mədəniyyətlərarası
müsbət reaksiya vermək, başqa mədəniyyətə
dözümlülük nümayiş etdirmək, etnik mədəniyyət
və adətləri təbliğ etmək) səriştəsi;

yazılı və şifahi kommunikasiya, sosial həyatda
insan üçün çox önəmli olan işi xarici dildə
çatdırması;

cəmiyyətdə olan informasiya ilə əlaqə
yaratması üçün informasiya – kommunikasiya
texnologiyalarına malik olması, anlaması və qəbul
etməsi;

özünüinkişaf bacarığı, müstəqil şəkildə yeni
bilmə və anlama bacarığı, fərdi potensialını realizə
etməsinin aktuallığı, daimi hazırlaşaraq təhsil
səviyyəsini yüksəltmək səriştəsi.
Hər bir tələbə təhsil fəaliyyətində bu kom-
petensiyaları bütün detallarına kimi (“bilir”,
“anlayır”, “tətbiq edir”, “təqdim edir”, “təhlil edir”,
“sintez edir”, “həmişə hazır olur”, “şəxsi
təcrübəsində”) tətbiq etməyi bacarmalıdır.
Avropa Komissiyası hər bir Avropalı üçün
səkkiz “açar kompetensiya” tövsiyə edir. Avropa
Komissiyasının sahələr üzrə tövsiyə etdiyi “açar
kompetensiya”lar bunlardır:

ana dili sahəsində kompetensiya;

xarici dil sahəsində kompetensiya;

riyaziyyat, təbiət və texniki elmlər sahəsində
kompetensiya;

kompüter elmi sahəsində kompetensiya;

STEAM (Sience, Technology, Engineering,
Art, Math) təhsil sahəsində kompetensiya;

şəxsiyyətlərarası, mədəniyyətlərarası, sosial
və vətəndaş kompetensiyası;

sahibkarlıq sahəsində kompetensiya;

mədəniyyət sahəsində kompetensiya.
Təhsilin ümumi məzmununda olan “açar kom-
petensiya”ları bu şəkildə icra etmək olar:

müstəqil işləməklə, müxtəlif mənbələrdən
topladığı məlumatı əks etdirməklə;

liderlik və cavabdehlik (məsuliyyət) rolu
daşımaqla;

ekstremal şəraitdə müvafiq qərar verməklə;

problemi təhlil etməklə və həlli yollarını tap-
maqla;

qeyri-standart şəraitdə yeni biliyi qəbul
etməklə;

təcrübəni bölüşməklə və zənginləşdirməklə.
Peşəkar təhsil kompetensiyaları üç qrupa
bölünərək modernləşdirilir:
1) “açar kompetensiya”lar insanın həyatı boyu
sosiumunu (sağlamlığını, özünüinkişafını, biliyin
inteqrasiyasını, sosial fəallığını, ictimailəşməsini
və s.) təmin edir;

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə