Azərbaycan Dövlət Pedaqoji Universiteti


Osmanlının sonu: Cümhuriyyətə keçid



Yüklə 90,45 Kb.
səhifə14/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   ...   8   9   10   11   12   13   14   15   16
D. Məzirə

Osmanlının sonu: Cümhuriyyətə keçid: 1876-cı ildə Əbduləziz taxtdan endirilərək, yerinə V Murad keçirildi. V Muradın ruhi xəstəlikləri vardı. 90 gün sonra onun da yerinə II Əbdülhəmid keçdi. Serbiya Osmanlı Dövlətinə qarşı müharibə elan etdi. Sonra Monteneqro da bu müharibədə Serbiyaya qatıldı. Osmanlı orduları, Abdülkərim Nadir Paşa və Muxtar Paşa ordusundakı, Serbiya və Qaradağ ordularını məğlub etdilər. Serb ordusu, Cərnayəvin istəyi ilə Prins Milanı kral elan edərək, döyüşə yenidən başladı. Osmanlı ordusu, Serbləri təkrar məğlub etdi. Osmanlı Dövləti, Rusiyanın istəyinə əsasən döyüşləri dayandırdı. 23 dekabr 1876-cı ildə İstanbulda konfrans başladı. Həmin gün, Osmanlı Dövləti I Məşrutiyət elan etdi. Konfrans bir qərar qəbul etmədən dağıldı. Sonra 1877–1878-ci illər Osmanlı Rus döyüşü başladı. Döyüşlər, Balkanlarda və Anadolu cəbhəsində aparılırdı. Ruslar, Ayastefanos və Ərzuruma qədər irəlilədilər. Öncə San-Stefano (Yaşılköy), sonra da Berlin Anlaşmaları imzalandı. Abdülhəmid, Məclis-i Məbusani dağıdaraq idarəçiliyi əlinə aldı. Berlin Konqresi başlamamışdan öncə də İngiltərə Kipri işğal etdi. Avstriya Bosniya-Hersoqovinanı, Fransa Tunisi, İngiltərə də Misiri aldı. Cənubi Rumeli əyaləti də Bolgarıstana qatıldı (1885). Albay Bassos Ordusunda 10.000 yunan, Giridə hücuma keçdi. Girid müsəlmanları öldürülməyə başlandı. 1891-ci ildə Albay Bassos, adanı Yunan kralı adından ələ keçirdiyini elan etdi. Yunanıstan Rumeli sərhəddindən Osmanlıya hücum etdi və cavab olaraq Osmanlı Dövləti Yunanıstana qarşı müharibəyə başladı. Ədhəm Paşanın rəhbərliyi altında olan Osmanlı ordusu bir çox döyüşdə Yunan ordularını məğlub etdi. Yunanıstan sülh istəmək məcburiyyətində qaldı və 1897-ci ildə İstanbul sülhü imzalandı. Bir müddət sonra Girid də Osmanlı Dövlətindən ayrılmış oldu. Makedoniyada 1902-ci ildə etirazlar başladı. II Abdülhəmid, Hüseyn Hilmi Paşanı SalonikiManastır və Kosovo müfəttişi təyin etdi. 1908-ci ildə Məşrutiyət yenidən elan edildi. Çox keçmədən də II Abdülhəmid taxtdan endirildi. Bu isə Osmanlı İmperiyasının yıxılması üçün atılan son addım oldu. İtaliyaTrablusqarpa hücum etdi. Oniki ada İtalyan donanması tərəfindən işğal edildi. Trablusqarp və On iki ada İtaliyaya verildi. Osmanlı orduları, dörd Balkan dövləti qarşısında məğlubiyyətə uğradı. Balkan dövlətləri Çatalcaya qədər gəldilər. 30 may 1913-cü ildə Londonda imzalanan anlaşmaya görə; Midya-Ənəz xətti Osmanlı Dövlətinin sərhəddi oldu. Ədirnə, Bolqarıstanda qaldı. Girid də əldən çıxdı. Bir müddət sonra Osmanlı Dövləti, Kırklareli və Ədirnəni geri aldı. Balkan döyüşlərindan sonra, Birinci dünya müharibəsi başladı. Osmanlı Dövləti, Almaniyanın tərəfində Fransa, İngiltərə və Rusiyaya qarşı döyüşə başladı (11 noyabr 1914). Döyüş 4 il davam etdi. Anadoluda Ruslara, İraq, Suriya, Fələstin və Misirdə İngilislərə qarşı döyüşdü. Almaniya, Avstriya və Bolgarıstan ilə birlikdə Osmanlı Dövləti də, İngiltərə-Fransa qarşısında məğlub oldu. 30 oktyabr 1918-ci ildə Mudros müqaviləsi imzalanaraq döyüşlərə son verildi. Bu arada V Mehmed Rəşad öldü və yerinə VI Mehmed Vahideddin sultan oldu. Bu zaman düşmənlər İstanbula soxuldu. Qars erməni hərbi dəstələri, Ərdahan gürcü hərbi dəstələri, Antalya İtaliya, İzmir Yunanıstan, Urfa, Antep, Maraş və Adana Fransa tərəfindən işğal edildi. İstanbuldakı Məclisi Məhbusan (Osmanli parlamentinin aşağı palatası) Missaki Milli (Milli And) aktını qəbul edərək dövlətin bütövlüyünün milli hüdüdlar çərçivəsində toxunulmaz olduğunu bəyan etdi. Sevr muqaviləsinin ratifikasiyasını rədd eden parlament üzvlərinin həbsini qərara alan Britaniya işğal rejimi kütləvi tədbirlərə əl atmağa başladığı anda Məclis üzvləri Anadoluya keçərək, mübarizəyə Mustafa Kamal Paşanın öndərliyində Ankaradan davam etdilər. 23 aprel 1920-ci ildə Böyük Millət Məclisi toplandı. Əldə qalan torpaqların müdafiəsi və qorunmasını Məclis öz üzərinə götürdü. TBMM yeni dövlət yaratmaq məqsədi ilə yaradılmamışdı, İstanbuldakı şərtlərin uyğunsuzluğu səbəbindən Anadoluya keçən Məclis üzvlərinin formalaşdırdığı Ankara parlamenti simvolik anlamda sultanın, real kontekstde millətin maraqlarının müdafiəsini həyata keçirən qurum idi. 1921-ci il Konstitusiyası Sultan barədə heç bir müddəa nəzərdə tutmasa da, hüquqi baxımdan siyasi sistemdə monarxın qalma ehtimalını tam istisna etmirdi. Lakin Mustafa Kamal hakimiyyətin bütün ünsürləri üzərində nəzarətə sahib olduqdan sonra, mərhələli əsasda konstitusiyalı monarxiyadan cümhuriyyətə keçid prosesini surətləndirdi. 1 oktyabr 1922-ci il tarixində TBMM səltənəti qalıdırmaqla padşahlığı ləğv etdi. Yalnız xəlifə ünvanını saxlayan Osmanlı ailəsinin rəisi bu ünvandan 1924-cü ildə məhrum edildi. 1922-ci ildə TBMM tərəfindən təyin edilən və formal əsasda belə heç bir siyasi hakimiyyəti olmayan Xəlifə II Əbdülməcidin dini hakimiyyəti iki il sonra parlament qərarı ilə ləğv edildi, Osmanlı Xanədanının bütün üzvlərinin ölkədən xaric edilməsi haqqında qanun çıxarıldı və Osmanlı sultan ailəsinin bütün üzvləri Türkiyə dövlətini tərk etdilər. Osmanlıların səltənəti bir tək sülalədən gələn tarixin ən uzun ömürlü səltənəti olmuşdur. Osmanlı Dövlətinin qurucusu olan Osman Bəyin idarə etməyə başladığı tarix 1281-ci il tarixindən səltənətin ləğv edildiyi tarix olan 1922-ci ilə qədər tam 641 il səltənətləri davam etmişdir. Osmanlılar ayrıca Yavuz Sultan Səlimin 1517-ci ilində xəlifəlik almasından 1924-cü ilədək xəlifəliyin ləğvinə qədər 407 il Müsəlmanların xəlifəsi funksiyasını daşımışdır. Ancaq o da həqiqətdir ki, xəlifəlik və ya səltənət II Əbdülhəmidin taxtdan endirilməsi ilə təsirini tamamən itirmiş bir hala gəlmişdi. Bu vəziyyəti nəzərə alsaq, Osmanlıların xəlifəliyi 393 il davam etmişdir və II Əbdülhəmid ilə sona çatmışdır. II ƏbdülhəmidƏbu Bəkrdən sonra 98-ci xəlifə, bu gün son xəlifə olaraq bildiyimiz Abdülməcid isə 101-ci xəlifədir.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə