Azərbaycan Dövlət Pedaqoji Universiteti


Osmanlı imperiyasının zəifləməyə başlaması



Yüklə 90,45 Kb.
səhifə12/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   ...   8   9   10   11   12   13   14   15   16
D. Məzirə

Osmanlı imperiyasının zəifləməyə başlaması: 1683-cü ildə Avstriyaya döyüş elan edildi. Vyana ikinci dəfə mühasirəyə alındı. Krım Xanının xəyanəti üzündən, Vyananın yardımına gələn Reç Pospolita kralı Osmanlı ordusunu məğlub etdi. Avstriya, Venesiya və Reç Pospolita Osmanlı Dövlətinə qarşı birləşdi. Daha sonra bu ittifaqa Rusiya da qatıldı. Osmanlı Dövləti məğlub oldu. 1699-cu ildə imzalanan Karlovitsa anlaşması ilə Tameşvar xaricində qalan bütün Macarıstan Avstriyaya, Mora Venesiyaya, Podolya və Kamaniçe Reç Pospolitaya, Azov qalası də İstanbul anlaşmasıyla Rusiyaya verildi (1700). Sabitlik yenidən pozuldu. İstanbulda və Anadoluda bir çox üsyan çıxdı. IV Məhməd taxtdan endirildi. İsveç kralının Osmanlı torpaqlarına sığınması və yardım istəməsi səbəbiylə 1710-cu ildə Osmanlı Dövləti, Rusiyaya müharibə elan etdi. Sədrəzəm Baltacı Məhməd Paşa tabeçiliyindəki Osmanlı Ordusu Prutda Rus ordusunu məğlub etdi. Döyüşdən sonra bağlanan Prut müqaviləsi ilə (1711) İstanbul Müqaviləsinə görə Ruslara verilmiş olan yerlər geri alındı. Sonra Venesiyaya döyüş elan edildi (1714). Karlovitsa Anlaşmasıyla Venesiyaya keçmiş olan Mora və digər adalar geri alındı. 1716-cı ildə Avstriya ilə döyüş başladı və böyük itkilər verildi. Avstriyalılar Temaşvarı və Belqradı ələ keçirdilər. 1718-ci ildə Paşarofça Anlaşmasıyla döyüşlərə son verildi. Sonra Lalə dövrü başladı. (1718–1730). Mətbəə də bu dövrdə açıldı. 1723-cü ildə başlayan Səfəvilərlə döyüşlərində, Qafqazda və İraqda sərhəd olan Səfəvi torpaqlarında önəmli yerlər Osmanlı ordusunuda ələ keçirildi.
Osmanlı-Səfəvi müharibəsi (1724–1733/1736): Səfəvi dövləti öz mövqeyini 1694-cü ildə itirmişdi. Ölkədə hökmdar taxtına çıxan Şah Sultan Hüseyn ölkəni bərbad hala salmışdır. O, 1699-cu ildə yeni qanun çıxarmışdı ki, 15 yaşına çatmış hər kəsdən vergi tutulacaq. Mənbələrə, əsasən, əfqanlardan qorxan Hüseyn 1722-ci ildə hakimiyyətdən onların lehinə əl çəkmişdi. 1724-cü ildə Azərbaycan Torpaqlarını tutan Osmanlı 1733-cü ildə Bağdadda Nadir xan Əfşara təslim oldu. Osmanlı 1724–1733-cü illər arası torpaqlarından tam əl çəkmədi.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə