Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 90,45 Kb.
səhifə13/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   ...   8   9   10   11   12   13   14   15   16
D. Məzirə

Osmanlı qüdrətini itirir: İstanbulda Patrona Xəlil Üsyanı çıxdı. Nevşəhərli İbrahim Paşa öldürüldü. III Əhməd taxtdan endirildi. Yeni padşah Sultan I Mahmud zamanında da döyüşlərə davam edildi. Bu sırada Ruslar Azov qalasını aldılar və Krımı istila etdilər. Krım şəhərlərindən BağçasarayAğməscidGözləvə Ruslar tərəfindən dağıdıldı. Avstriya da Osmanlı Dövlətinə qarşı döyüş elan etdi. Osmanlı dövləti məngənəyə salındı. Osmanlı qüvvələri bu döyüşlər sırasında, xüsusilə Avstriya cəbhəsində düşmənlə uğurla döyüşdü. 1739-cu ildə Belqrad müqaviləsi ilə, Belqrad və Səməndirsə təkrar Osmanlılara keçdi. Avstriya ilə sülh imzalanmasından sonra Rusiya da sülh istədi. Anlaşmaya görə; Azak Qalası dağıdıldı və hər iki Dövlətin ərazisindən çıxdı. Rusiyanın Qaradəniz və Azov dənizində döyüş və ticarət gəmisi saxlamayacağı qəbul edildi. Fransaya böyük imtiyazlar verildi. Osmanlı dövləti ilə Səfəvilər arasında yenidən döyüş başladı (1742). Bu döyüşlər Osmanlı Dövlətinin qalibiyyəti ilə sona çatdı. 1768-ci ildə Rusiya ilə yeni bir döyüş başladı. Osmanlı orduları ağır itkilərə uğradı. Kırım, Əflak, Moldova Ruslar tərəfindən istila edildi. Peloponnes Rumları Osmanlı Dövləti əleyhinə qaldırıldı. Çeşmə dəniz döyüşündə Osmanlı donanması, Rus donanması tərəfindən məğlub edildi. 1774-cü ildə bu döyüşlər Kiçik Qaynarca sülhü ilə sona çatdı. Bu anlaşmaya görə Krım Osmanlı Dövlətindən ayrılır, Ağsu çayı iki dövlət arasında sərhəd olur, Qafqazda da bir hissə torpaq Ruslara verilirdi. Bu illərdə yenə Əkkada və Ərəbistanda üsyanlar başladı. 1783-cü ildə Ruslar Krımı tamamən aldılar. Bu arada Osmanlı Dövlətində əsgəri islahatlara başlanıldı. İmperiya Dəniz Mühəndisxanası açıldı. 1787-ci ildə Krımın yenidən alınması üçün Rusiyaya döyüş elan edildi. Avstriya da dərhal Rusiyaya yardım eləməyə başladı. Osmanlı orduları iki cəbhədə döyüşmək məcburiyyətində qaldı. Avstriyaya qarşı müharibə uğurla sona yetdi. Ancaq Rusiya qarşısında döyüşlər uğursuzluqla sona çatdı. Fransız inqilabı və Osmanlı Prussiya Anlaşması, Avstriyanı döyüşü dayandırmaq məcburiyyətində qoydu. Avstriya ilə Sistova müqaviləsi imzalandı. Anlaşmaya görə Avstriya Osmanlılardan aldığı torpaqları geri verdi. 1791-ci ildə Osmanlı Rus döyüşü Yassı Anlaşması ilə sona çatdı. Rusiya da döyüşlər sırasında işğal etmiş olduğu qala və şəhərləri geri verdi. Osmanlı Dövləti Krımı almaq istəyindən vaz keçdi. Bu döyüşlər davam edərkən, Osmanlı taxtına Ill Səlim keçdi. Səlim şahzadəliyi və padşahlığı dönəmindəki iki böyük döyüşdə, Osmanlı ordularının Avropa dövlətlərinin ordularına görə geri qaldığını gördü. Yeniçəri ocağından ayrı, "Nizami-Cədid" adında yeni bir ordu qurdu. Yeniçəri Ocağı, Topçu ocağı, Qumbaraçı ocağı və Timarlı Sipahilər ilə donanma yenidən quruldu. London, Paris, Vyana, Berlin kimi Avropanın böyük paytaxtlarında davamlı elçiliklər quruldu. 1789-cu ildə Misir Fransanın hücumlarına məruz qaldı. Misir uğurundakı döyüşlərdə Fransız topları Osmanlı ordusunun bir hissəsini və ərzaqlarını məhv etdi. Bu işğal qarşısında Osmanlı Dövləti öncə Rusiya, sonra da İngiltərə ilə, Fransaya qarşı anlaşdı. Fransızlar tərəfindən işğal edilmiş olan adalar geri alındı. 1799-cu ildə Napoleon, Suriyanı almaq üçün Əkka Qalasını mühasirəyə aldı. Ancaq məğlub olaraq Misirə geri çəkildi. Bundan sonra da Osmanlı İngilis qüvvələrinə qarşı mübarizə apara bilmədi. Misiri boşaltdı. 1806-cı ildə Ruslar Əflak-Boğdana (Rumıniya) hücum etdilər. İngiltərə Osmanlı dövlətini Rusiya ilə sülhə məcbur etmək üçün, donanmasını Çanaqqala boğazından keçirərək İstanbul qarşısına gətirdi. Ancaq bu hədə-qorxu bir nəticə vermədi. İngilis donanması geri çəkilmək məcburiyyətində qaldı. İngilislər Misirə getdi. Rus donanması da Bozcaadayı ələ keçirdi. Bu sırada İstanbulda Kabakçı Üsyanı qalxdı. Ill Səlim taxtdan endirildi və öldürüldü. Yerinə IV Mustafa keçdi. Ancaq Ələmdar Mustafa, IV Mustafanı taxtdan endirərək, yerinə II Mahmudu keçirdi. Özü də sədrəzəm oldu. Yeni bir ordu quruldu və adına "Sekbani-Cədid" deyildi. Yeniçərilər Babialiyə hücum çəkərək, Aləmdar Mustafanı öldürdülər (1808). Üsyançılar bu arada II Mahmudu taxtdan endirərək yerinə IV Mustafanı padşah etmək istədilər. Ancaq II Mahmud qardaşı IV Mustafanı öldürtdü. Sekbani Cədid də aradan qaldırıldı. Bu zaman Osmanlı-Rus döyüşü davam edirdi. Ruse, Curcu və Nikopolu alan Ruslar Loveçə hücum etdilər. Döyüşə 1812-ci ildə Buxarest sülh müqaviləsi ilə son verildi. Prut çayı iki dövlət arasında sərhəd qəbul edildi. Anadolu sərhədi də dəyişmədi. Əflak, Moldova Osmanlı Dövlətinə geri verildi. Peloponnesdə Rumlar ayağa qalxdı. Bütün Peloponnes üsyançıların əlinə keçdi. Peloponnes və Krit əyalətləri Mehmed Əli Paşaya verildi. Peloponnesdə üsyançıların əlinə keçmiş olan şəhər və qəsəbələr geri alındı. Buna İngiltərə, Rusiya və Fransa etiraz etdilər. 1827-ci ildə bu üç dövlət Navarində Osmanlı-Misir donanmasını yandırdı. Rusiya da döyüş elan etdi. Ruslar Əflak və Moldovanı aldı. Kalas, İbrail, İsaqçı, Tolçı, Maçin və Silistrə qalalarını ələ keçirdilər və Ədirnəyə qədər irəlilədilər. Şərqi Anadoluda da Ərzuruma qədər gəldilər. 1829-cu ildə Ədirnə Anlaşması imzalandı. Şərqi Anadoluda Anapa, Poti, Ahıska Ruslara verildi. Rumelidə işğal edilən yerlər Osmanlılara geri verildi. 1830-cu ildə Osmanlı Dövləti, müstəqil bir yunan dövlətinin qurulmasını da qəbul etdi. Əlcəzair Fransa tərəfindən işğal edildi. Misir valisi Mehmed Əli Paşa da üsyan etdi. Misir ordusu Kütahyaya qədər irəlilədi. Mehmed Əli Paşaya qarşı II. Mahmud Rusiyadan yardım istədi. 1833-cü ildə Kütahya sülhü imzalandı. Bu sülhə görə: Suriya vəliəhdliyi Mehmed Əli Paşaya, Adana vəliəhdliyi də İbrahim Paşaya verildi. 1839-cu ildə Misirlə yenidən döyüş başladı. Nizipdə Osmanlı ordusu məğlub oldu. Bu arada II Mahmud öldü. Yerinə oğlu Əbdülməcid keçdi. Avropa dövlətləri, Məhməd Əli Paşaya çox təzyiq etdilər. Suriya vəliəhdliyini tərk etdirdilər. Boğazlar 1841-ci ildə bütün döyüş gəmilərinə bağlandı. 1839-cu ildə Tənzimat Fərmanı elan edildi və bu fərman bir çox yeniliklər gətirdi. Beləliklə Osmanlı İmperiyasında Tənzimat dövrü başladı. Bu arada Livan məsələsi ortaya çıxdı. 1846-cı ildə Livan Fransanın müdaxiləsi ilə ikili idarəetmə halına gətirildi. Yenə bu aralarda Əflak və Moldovada ixtilaflar çıxdı. Osmanlı Dövləti bu hərəkətləri Rusiyanın köməkliyi ilə yatırdı. Avstriyaya üsyan edərək, Osmanlı Dövlətinə sığınan Macar mürtəcelər, Avstriya və Rusiyanın bütün təzyiqlərinə rəğmən, onlara təslim edilmədi. 1853-cü ildə Krım döyüşü başladı. Osmanlı Dövləti Tuna boyunda tək başına, Krımda isə Fransa və İngiltərə ilə birləşərək, Rusiyaya qarşı döyüşdü. 1856-cı ildə Paris Anlaşmasıyla döyüş sona çatdı. 1860-cı ildə Fransa birlikləri Livana və Suriyaya köməyə gəldi. Livan üçün yeni bir nizamnamə hazırlandı. Bu arada Əbdülməcid öldü və yerinə Əbdüləziz keçdi, onun taxta keçməsindən sonra, Balkan yarımadasında yeni qarışıqlıqlar yarandı. Osmanlı Dövləti, Balkanların istəklərini qəbul etmədi və üsyan yatırıldı. Üsyanın yatırılmasından sonra Kritdə yenidən narazılıqlar çıxdı. 1868-ci ildə bir fərmanla Kritdə yeni qayda elan edildi.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə