Azərbaycan Dövlət Pedaqoji Universiteti


Osmanlı dövlətinin Səfəvi dövlətinə məğlub olması



Yüklə 90,45 Kb.
səhifə11/16
tarix29.04.2023
ölçüsü90,45 Kb.
#107643
1   ...   8   9   10   11   12   13   14   15   16
D. Məzirə

Osmanlı dövlətinin Səfəvi dövlətinə məğlub olması: Səfəvi dövlətində Məhəmmməd Xudabəndə(1578–1587) taxtdan salındıqdan sonra hakimiyyətə kiçik oğlu Şah I Abbas gəldi. Onun böyük qardaşı Həmzə Təhmasib Mirzə ordunun baş komandanı idi və sui-qəsd nəticəsində öldürülmüşdü. Onun öldürülməsi 1590-cı ildə I İstanbul müqaviləsinin imzalanmasına gətirib çıxardı. Hərbi əməliyyatları genişlədən Şah I Abbas 1603-cü ilədək ordu, inzibati və digər sahələrdə islahat keçirdi. Vahid nizami ordu yaradan Abbas 1603–1612-ci illərdə Osmanlını məğlub etdi. 1612-ci ildə bu iki dövlət arasında II İstanbul və ya Mərənd sülhü imzalandı. 1616-cı ildə İranın Sınıq körpü vilayətində Osmanlı dövləti qış, xəstəlik, aclıq, səfalət və s. səbəblərdən 13 nəfər Səfəvi piyadası şəhid olsa da, 267 süvarinin başını bədənindən ayırdı.
Osmanlı — Avropa müharibələri: Osmanlı-Avstriya müharibəsi yenidən başladı və Osmanlı dövlətinə bağlı olan Ərdəl kralıyla, Əflak və Bog-dan voyvodaları da Avstriya İmperatoru Rudolf ilə birləşərək, Osmanlı Dövlətinə üsyan etdilər.Bu döyüşlər sırasında III Murad öldü. Yerinə oğlu Mehmet keçdi (1595). Bir il sonra Əgri qalası alındı. Haçovada Avstriya ordusu məğlub edildi. Bundan sonra Kanijə qalası alındı. 1601-ci ildə Avstriyalıların qalanı geri almaq üçün elədikləri hücumlar, Tiryaki Hasan Paşanın uğurlu müdafiəsi qarşısında bir nəticə vermədi. Sonra Əstərgon qalası alındı. Ərdəl, Əflâk və Bogdan təkrar Osmanlılara qatıldı. 1606-cı ildə Avstriya ilə Zitvatoruk anlaşması imzalandı. Egri, Kanijə, Uyvar Osmanlılara keçdi. Avstriya döyüşü davam edərkən III Məhməd öldü. Yerinə oğlu I Əhməd keçdi. 1603-cü ildə Osmanlılar Avstriya döyüşləri ilə məşğul ikən, Səfəvi Şahı(Şah Abbas) itirilmiş ərazilərini geri qaytarmaq üçün Osmanlı dövlətinə hücum etdi. Səfəvilərlə döyüşlərin bu ikinci hissəsində İstanbulda imzalanan bir müqavilə ilə son verildi. Səfəvilər hər il Osmanlılara iki yüz ipək verməyi qəbul etdilər. Şah Abbas 200 yük ipəyi verməyincə, Səfəvilərlə təkrar döyüş başlandı. Bu dəfə bir uğur əldə edilmədi. 1618-ci ildə imzalanan yeni bir anlaşma ilə döyüşlərə son verildi. Bu arada Anadoluda Cəlali üsyanları başladı. Osmanlı Dövləti zəifləməyə başladı. Əsgəri uğurlar azaldı. Karayamcı, Dəli Hasan, Tavil Əhməd, Qələndəroğlu, Canbuladoğlu kimi Cəlali rəisləri, illərlə mərkəz idarəyə və qapıqulu əsgərlərinə qarşı döyüşdülər. Bu üsyanlar Kuyucu Murad Paşa zamanında yatırıldı. I Əhməddən sonra taxta keçən I Mustafa xəstə idi. Bu səbəbdən taxtdan endirildi. Yerinə II Osman padşah oldu. II Osman zamanında Reç Pospolita kazaklarının Osmanlı torpaqlarına saldırıları nəticəsində meydana gələn döyüşə II Osman da qatıldı. II Osman bu döyüşdə yeniçərilərin nizam-intizamsızlığını gördü və onları ortadan qaldırmağa, yeni bir əsgəri təşkilat qurmağa qərar verdi. Yeniçərilər üsyan etdilər. 1622-ci ildə II Osman taxtdan endirildi və öldürüldü. Yerinə ikinci dəfə I Mustafa gətirildi. I Mustafa qısa bir zaman sonra taxtdan endirilərək yerinə IV Murad padşah oldu. Səfəvilərlə döyüş yenidən başladı. 1624-cü ildə Səfəvilər Bağdadı geri aldılar. Anadoluda Abaza Məhməd Paşa üsyanı, İstanbulda isə Qapıqulu ocaqlarının üsyanı başladı. IV Murad bir nizam-intizam yaratdı və qanlı təmizlik hərəkətləriylə asayişi yenidən sağladı. Dövlət nizamına bir çəkidüzən verdikdən sonra, birinci Səfəvi səfərinə çıxdı. İrəvanı işğal etdi. IV Murad 1640-cı ildə öləndən sonra, yerinə qardaşı İbrahim keçdi. 1645-ci ildə başlayan Girid döyüşündə, Xanya qalası alınmaqla birlikdə adanın böyük bir hissəsi venesiyalılarda qaldı. Venesiyalılar donanmalarıyla Osmanlı sahillərinə hücum etdilər. Bu arada Sultan İbrahim taxtdan endirildi, yerinə oğlu IV Məhməd keçdi. İstanbulda Qapıqulu ocaqları, Anadoluda Cəlali üsyanları və Kritdə torpaq itkiləri davam etdi. 1656-cı ildə Köprülü Məhməd Paşa sədrəzəm oldu. Köprülü Məhməd Paşa, IV Murad dövründəki kimi Osmanlı Dövlətinə əvvəlki qüdrətini qazandırdı. İstanbulda dövlətə qarşı çıxanlar təmizləndi. Venesiyalılar üzərinə gedildi. Venesiya donanması məğlub edilərək adalar geri alındı. Sonra Osmanlı Dövlətinə üsyan etmiş olan Ərdəl kralı üstünə bir səfər edildi. Yanova qalası və daha bəzi qalalar alındı. Abaza Hasan Paşa üsyanı yatırıldı. 1661-ci ildə Köprülü Məhməd Paşanın ölümündən sonra yerinə oğlu Fazil Əhməd Paşa sədrəzəm oldu. Avstriyaya döyüş açıldı və Köprülü Fazil Əhməd Paşa, "Sərdarı-əkrəm" təyin edildi. Uyvar ələ keçirildi. 1664-cü ildə Zərinvar qalası alındı. Fazil Əhməd Paşa sonra Giridə hərəkət etdi. Kandiyə qalası ələ keçirildi (1669). Bəzi kiçik qalalar venesiyalılarda qalmaq şərtiylə Girid adası Osmanlı Dövlətinə keçdi. Kazaklara saldıran Reç Pospolitaya qarşı bir səfər edildi. Kamaniçə qalası ələ keçirildi. Fazil Əhməd Paşa 1676-cı ildə öldü və yerinə Qara Mustafa Paşa sədrəzəm oldu. Rusların əlinə keçmiş olan Çəhrin qalası geri alındı.

Yüklə 90,45 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə