|
20 yanvar 1990 Bakıda fövqəladə vəziyyət elan edilməsi və Sovet qoşunlarının şəhərə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qanlı divan tutması
|
tarix | 08.03.2018 | ölçüsü | 80,56 Kb. | | #30846 |
|
1990
12 yanvar 1990 – Ermənilərin Xanlar (indiki Göygöl) rayonunun Quşçu kəndinə hücumu ilə əlaqədar olaraq AXC-nin Milli Müdafiə Şurası yaratması 19 yanvar 1990 - Naxçıvan MSSR-in Ali Soveti Muxtar Respublikanın SSR- nin tərkibindən çıxması haqqında qərar qəbul etdi 20 yanvar 1990 - Bakıda fövqəladə vəziyyət elan edilməsi və Sovet qoşunlarının şəhərə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qanlı divan tutması.
19 may 1990 - Azərbaycan SSR Ali Sovetinin sessiyassında Azərbaycan Respublikasının prezidenti vəzifəsinin təsis edilməsi.
1991
5 fevral 1991- Respublika Ali Sovetinin sessiyasında dövlətimizin adının Azərbaycan Respublikası adlandırılması haqqinda qərar qəbul edilməsi. AXC dövründəki üçrəngli bayrağın dövlət bayrağı kimi təsdiq olunması
8 avqust 1991 – Ermənistan SSR-də sonuncu azərbaycanlı kəndi olan Nüvədi (Mehri) rayonunun boşaldılması
30 avqust 1991 - Respublika Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyanat” qəbul edilməsi.
3 sentyabr 1991 - H.Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilməsi
14 sentyabr 1991 - Azərbaycan Kommunist Partiyasının buraxılması haqqında qərar qəbul edilməsi.
9 oktyabr 1991 - Respublika Ali Sovetinin “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etməsi.
18 oktyabr 1991 - "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının qəbul edilməsi.(İcra hakimiyyəti başçısı, Dövlət katibi və Dövlət müşavirələri vəzifələrinin təsis olunması, Prezident idarəsi yaradılması )
9 noyabr 1991 - Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə rəsmi olaraq Türkiyə tərəfindən tanınması.
20 noyabr 1991 - Qarakənd faciəsi 26 noyabr 1991 - DQMV-nin statusunun ləğvi. Respublika Ali Sovetinin 50 deputatından ibarət Milli Şura yaranması 8 dekabr 1991 – MDB –nin yaranması
9 dekabr 1991 - Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatına üzv qəbul olunması. 25 dekabr 1991 - “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi.
29 dekabr 1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına münasibətlə bağlı referendum keçirilməsi və Respublika əhalisinin mütləq əksəriyyətinin Azərbaycanın dövlət müstəqilliyinə tərəfdar çıxması. 1991-ci il - Azərbaycanın Beynəkxalq Olimpiya Komitəsinə üzv qəbul olunması
1992
25-26 fevral 1992- Xocalı Soyqırımı.
2 mart 1992 - Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunması. Mart 1992 – ATƏM-in Minsk qrupunun yaradılması
8 may 1992 – Şuşanın işğalı 15 may 1992 – Daşkənd müqaviləsi
18 may 1992 - Laçının işğalı May 1992 – Dövlət himninin təsdiq edilməsi 28 may 1992 – Sədərək-Dilucu “Ümid” körpüsünün açılması 7 iyun 1992 - Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, Əbülfəz Elçibəyin prezident seçilməsi.
10 iyul 1992 -Azərbaycan Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə qoşularaq Helsinki Yekun aktını imzalaması, ATƏM-in üzvü olması.
15 avqust 1992 - Azərbaycanın milli valyutasının-MANAT -ın dövriyyəyə buraxılması.
Oktyabr 1992 - ABŞ konqresinin “Azadlığı müdafiə Aktı”na ədalətsiz 907-ci düzəliş etməsi və Azərbaycanın ABŞ-ın maliyyə yardımından məhrum edilməsi.
16 oktyabr 1992 - Respublikanın 91 nəfər tanınmış ictimai-siyasi xadiminin H.Əliyevə müraciət edərək təkidlə ölkə rəhbərliyinə dəvət etməsi. 21 noyabr 1992 – YAP-ın yaranması 1992 –ci il - 1992-1993-cü tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərar qəbul olunması
1993
3 aprel 1993 - Kəlbəcərin işğalı
4 iyun 1993 - Gəncədə S.Hüseynovun başçılığı ilə hərbi müxalifətin qiyam qaldırması.
15 iyun 1993 - H.Əliyevin Azərbaycan RespublikasınınAli Sovetinin sədri seçilməsi. Sonradan həmin günün “Qurtuluş günü” kimi qeyd edilməsi.
23 iyul 1993 – Ağdamın işğalı 18 avqust 1993 - Cəbrayılın işğalı.
21-23 avqust 1993 - Cənub bölgəsində Ə.Hümbətovun başçılıq etdiyi qiyamın yatırılması.
23 avqust 1993 – Füzulinin işğalı 31 avqust 1993 – Qubadlının işğalı
24 sentyabr 1993 - Azərbaycan Respublikasının MDB-yə daxil olması.
3 oktyabr 1993 - H.Əliyevin Respublika Prezidenti seçilməsi.
30 oktyabr 1993 - Zəngilanın işğalı 1 noyabr 1993 – Dövlət Müdafiə Şurası yaradılması. 1993-cü il – TÜRKSOY –un yaradılması 1993-cü il – Respublikada ali məktəblərdə ikipilləli təhsilə - bakalavr və magistr pilləli təhsil sisteminə keçilməsi
1994
1994-cü ilin əvvəlləri – Füzuli rayonunun Horadiz qəsəbəsinin geri alınması 1994-cü ilin əvvəlləri – MANAT – ın yeganə ödəniş vasitəsi elan olunması Aprel 1994 – Xarici ticarətin sərbəstləşdirilməsi haqqında fərman verilməsi 12 may 1994 – Ermənistan və Azərbaycan arasında atəşkəsin imzalanması May 1994 – Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması İyul 1994 – “Əhalinin sosial müdafiəsi” haqqında qanun qəbul edilməsi
20 sentyabr 1994 - “Əsrin müqaviləsi” – nin bağlanması.
4 Oktyabr 1994 - Dövlət çevrilişinə növbəti cəhdin iflasa uğraması. Dekabr 1994 – ATƏT –in Budapeşt sammiti 1994-cü il – Azərbaycanın Avropa Futbol Birliyinə (UEFA) üzv qəbul olunması
1995
Fevral 1995 – Valyuta bazarı haqqında fərman verilməsi
Mart 1995 - Dövlət çevrilişinə cəhdin iflasa uğraması. Mart 1995 - “Dövlət aqrar islahatı” komissiyası yaradılması. 12 noyabr 1995 – Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması 12 noyabr 1995 – Azərbaycan Respublikasının ilk demokratik parlament seçkilərinin keçirilməsi
24 noyabr 1995 - Azərbaycan Respublikasının Milli Məclisinin öz işinə başlaması. 1995 –ci il– Azərbaycan Gənclər Təşkilatı Milli Şurası və Respublika Uşaq Təşkilatının yaradılması
1996
Fevral 1996 – Prezident yanında “Xüsusi İslahatlar Komissiyası” –nın yaradılması
16 iyul 1996 – “Torpaq islahatı haqqında” qanun verilməsi İyul 1996 – Aqrar kredit kassası yaradılması Avqust 1996 – “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər” haqqında fərman verilməsi Oktyabr 1996 – “Sudan pullu istifadə” haqqında fərman verilməsi Payız 1996 – Azərbaycanın YUNESKO ilə əməkdaşlıq haqqında memerondum imzalaması 2-3 dekabr 1996 - ATƏT-in Lissabonda keçirilmiş zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında təşkilatın 53 üzvü adından bəyanət qəbul edilməsi. 1996-cı il – “Yarasa” bədii filminin “Avropanın ən yaxşı tam metrajlı bədii filmi” adına layiq görülməsi
1997
20 aprel 1997 - “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyinin qeyd olunması haqqında prezident fərmanının verilməsi. 1997-ci ilin yazı – Azərbaycanın Avropa Mədəniyyət Konvensiyasına qoşulması
Sentyabr 1997 – GUAM –ın yaradılması ( 1.İqtisadi artımı sürətləndirmək ; 2. Xalqların rifahını yaxşılaşdırmaq; 3. Faydalı ticarət münasibətlərini dərinləşdirmək məqsədi ilə yaradılmışdı. ) 25 oktyabr 1997 - Azərbaycan neftinin Şimal marşrutu- Bakı-Novorossiysk neft kəməri ilə nəql edilməsinə başlanması.
12 noyabr 1997 - ARDNŞ-lə xarici neft şirkətləri arasında bağlanmış “Əsrin müqaviləsi”əsasında qazılmış ilk neft quyusunun istismara verilməsi Noyabr 1997 – “Mədəniyyət haqqında” qanun verilməsi Noyabr 1997 – Azərbaycan yazıçılarının X qurultayının keçirilməsi
18 dekabr 1997 - Azərbaycan Respublikası prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalanması. 1997-ci il – İ.Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi 1997-ci il – “H.Əliyev məktəbləri” –nin təşkil olunması 1997-ci il – ABŞ-a ilk rəsmi səfər edilməsi (H.Əliyev tərəfindən)
1998
Fevral 1998 - “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi” haqqında fərman imzalanması. Ölüm hökmünün ləğv edilməsi.
26 mart 1998 - Azərbaycan Respublikası prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalaması. Bu fərmanla martın 31-nin azərbaycanlıların soyqırımı günü elan edilməsi.
Aprel 1998 – M.F.Axundov adına Respublika kitabxanasının Milli Kitabxana statusu alması 6 avqust 1998 – Senzuranın ləğv edilməsi 8 sentyabr 1998 - Bakıda tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilməsi. “Avropa- Qafqaz-Asiya” dəhlizinin İnkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsinin imzalanması.
11 oktyabr 1998 - Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, H.Əliyevin ikinci dəfə prezident seçilməsi. 1998-ci il – Konstitusiya Məhkəməsinin yaradılması 1998-ci il – Yaponiyaya ilk səfərin təşkil edilməsi 1998-ci il – Şəhidlər Xiyabanında 21 metr hündürlüyündə əbədi məşəl və abidə açılması
1999
Aprel 1999 - Bakı-Supsa neft kəmərinin işə salınması.
Noyabr 1999 - ATƏT-in İstanbul sammiti. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikalari arasında saziş imzalanması.
12 dekabr 1999 - Azərbaycanda ilk bələdiyyə seçkilərinin keçirilməsi.
2000
13 iyun 2000 - "AR-da təhsil sisteminin təkmilləşdirilməsi haqqına"fərman verilməsi.
7 sentyabr - H.Əliyevin BMT-nin 1000 illik sammitində çıxışı
5 noyabr 2000 - Respublika Milli Məclisinə yeni seçkilərin keçirilməsi. 5 noyabr 2000 – AR-nın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsi haqqında qərar verilməsi Payız 2000 – Bakıda ilk Olimpiya-İdman Kompleksinin istifadəyə verilməsi 2000-ci il – “Dədə-Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi. 2000-ci il – “Qurtuluş” müasir qazma qurğusunun işə düşməsi 2000-ci il – Hakimlərin xüsusi imtahandan keçməsi təcrübəsinin tətbiq olunması
2001 17 yanvar 2001 - Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzvü olması haqqında 2000-ci il 9 noyabr qərarının qəbul edilməsi 25 yanvar 2001 - Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzvünə çevrilməsi. Yanvar 2001 - Azərbaycan Respublikası ilə Rusiya arasında Xəzərin hüquqi statusuna dair sənədin qəbul edilməsi 12 mart 2001 – Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə azərbaycan qazının tranziti,nəqli və satışı haqqında Türkiyə ilə sazişin bağlanması
20 mart 2001 – “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümü” haqqında Prezident fərmanının verilməsi 9 avqust 2001 - Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin fərmanı ilə avqustun 1-nin “Azərbaycan əlifbası və Azərbaycan dili günü” elan edilməsi.
24 avqust 2001 – Türkiyə Cümhuriyyəti Hərbi Hava Qüvvələrinin seçmə bölüyünün “Türk ulduzları” eskadrilyasının Bakı səmasında nümunəvi uçuşlarının keçirilməsi. 1 sentyabr 2001 – İlk özəl orta ümumtəhsil məktəbi-Müasir Təhsil Kompleksinin fəaliyyətə başlaması 24 sentyabr 2001 - Avropa Şurasının payız sessiyasında, AR-nın işğaldan azad olunmaq üçün hər vasitəyə əl atmasına haqq verən sənədin qəbulu 29 sentyabr 2001 - Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə azərbaycan qazının tranziti,nəqli və satışı haqqında Gürcüstan ilə sazişin bağlanması. 9-10 noyabr 2001 – Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi Noyabr 2001 - Azərbaycan Respublikası ilə Qazaxıstan arasında Xəzərin hüquqi statusuna dair sənədin qəbul edilməsi 28 dekabr 2001 – “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununun qəbul edilməsi 2001-ci il - Azərbaycan Respublikasının Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü olması
2002
30 mart 2002 – ABŞ-ın Azərbaycana silah satışı üzrə qoyduğu qadağanı ləğv etməsi 23 aprel 2002 – Xəzəryanı ölkələrin dövlət başçılarının, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Aşqabad zirvə toplantısının keçirilməsi 30 aprel 2002 – Trabzon zirvə görüşündə “Terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər cinayətlərə qarşı mütəşəkkil mübarizə haqqında” Azərbaycan, Gürcüstan və Türkiyə arasında sazişin imzalanması. İyun 2002 – Prezident təqaüdünün verilməyə başlanması 2 iyul 2002 – Elmira Süleymanovanın ilk Ombudsman seçilməsi 5 iyul 2002 – Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması 6 avqust 2002 – Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması 24 avqust 2002 – İlk dəfə olaraq AR-nın Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirilməsi 27 avqust 2002 – Sahibkarlar Şurasının yaradılması 27 avqust 2002 – Prezidentin fərmanı ilə 2002-2005 –ci illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi 18 sentyabr 2002 – Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Azərbaycan hissəsinin təməlinin qoyulması Noyabr 2002 – Praqa sammitində ölkəmizin NATO Parlament Assambleyasının assosiativ üzvlüyünə qəbul olunması 2002-ci il – Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac edilməsi haqqında razılığın əldə olunması
2003
Yanvar 2003 – İ.Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi 17 fevral 2003 – “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”-nın təsdiq edilməsi 23 may 2003 – Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin təməlinin qoyulması 7 iyul 2003 – Bakı metropoliteninin H.Aslanov stansiyasında qatarların hərəkətinin başlanması 24 iyul 2003 – “Lider” yarımdalma üzən qazma qurğusunun istifadəyə verilməsi 4 avqust 2003 – İ.Əliyevin Baş Nazir seçilməsi. 15 oktyabr 2003 – İ.Əliyevin Prezident seçilməsi ( Bu seçkilər yeni Seçki Məcəlləsi ilə keçirilmişdi) 12 dekabr 2003 – H.Əliyevin vəfat etməsi 2003-cü il – Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına daxil edilməsi. 2003-cü il – Şirvan və Ağgöl Milli Parklarının yaradılması
2004
12 yanvar 2004 - İ.Əliyevin “AR-nın milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar verməsi 11 fevral 2004 - “AR regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın qəbul edilməsi
İyul 2004 - İ.Əliyevin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsinə dair” sərəncam verməsi 21 avqust 2004 - İ.Əliyevin “Bilik gününün təsis edilməsi və təhsil müəssisələrinin iş rejiminin tənzimlənməsi haqqında” və “AR-da ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı” haqqında fərmanlar imzalaması 2004-cü il - İ.Əliyevin Özbəkistan, Türkiyə, Rumıniya və Ukraynaya rəsmi səfəri
2005
Fevral 2005 - “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsindən ilkin neftin hasilatına başlanması Fevral 2005 - Rusiyada “Azərbaycan ili” nin açılışı olması Aprel 2005 - “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında Qanun qəbul edilməsi 10 may 2005 - H.Əliyevin heykəlinin açılması
25 may 2005 - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan hissəsində ilkin neft doldurulması mərasiminin keçirilməsi İyun 2005 - İ.Əliyevin “AR-nın Avropa inteqrasiyası üzrə Dövlət Komissiyası yaradılması haqqında” sərəncam verməsi 13 oktyabr 2005 - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Gürcüstan hissəsində ilkin neft doldurulması mərasiminin keçirilməsi 2005-ci il - İ.Əliyevin İrana, Polşaya, Xorvatiyaya, Pakistana və Bolqarıstana rəsmi səfəri
2006
Fevral 2006 - İ.Əliyevin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı haqqında” sərəncam verməsi 16 mart 2006 - Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi 24 mart 2006 - İ.Əliyevin “Ağdam, Bərdə, Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı haqqında” sərəncam verməsi Mart 2006 - İ.Əliyevin Yaponiyaya rəsmi səfəri Aprel 2006 - İ.Əliyevin ABŞ -a ilk rəsmi səfəri
2007
May 2007 - Bakıda “İstiqlal” abidəsinin ucaldılması
2008
Sentyabr 2008 - Bakı metropoliteninin Nəsimi stansiyasının işə düşməsi
15 oktyabr 2008 - İ.Əliyevin AR-ın prezidenti seçilməsi
2009
4 may 2009 - İ.Əliyevin “AR-da 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “AR-da 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” nın təsdiq edilməsi haqqında sərəncamı 18 mart 2009 - AR-nın Konstitusiyasına dəyişikliklər edilməsinə dair II dəfə referendum keçirilməsi 18-24 mart 2009 - Bakıda “Muğam aləmi” Beynəlxalq musiqi festivalının keçirilməsi
Dostları ilə paylaş: |
|
|