2
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Preambula
Avropa Şurasının üzv Dövlətləri və hazırkı Konvensiyanı imzalayandigər tərəflər;
Avropa Şurasının məqsədinin üzvləri arasında daha böyük birliyə nail olmaq olduğunu
nəzərə alaraq;
Hər bir uşağın yetkinlik yaşına çatmaması baxımından statusunun tələb etdiyi kimi ailəsi,
cəmiyyət və Dövlət tərəfindən bu cür müdafiə tədbirlərindən yararlanmaq hüququna malik
olduğunu nəzərə alaraq
uşaqların cinsi istismarının, xüsusilə də uşaq fahişəliyinin və seksual xarakterli hərəkətlərin
bütün formalarının, habelə xaricdə törədilən hərəkətlərin uşaqların sağlamlığına və psixi-
sosial inkişafına məhvedici təsir göstərdiyini müşahidə edərək;
uşaqlara qarşı cinsi istismarın və seksual xarakterli hərəkətlərin həm milli, həm də
beynəlxalq səviyyədə narahatlıq yaradan miqyasa çatdığını və, xüsusilə də həm uşaqların,
həm də qanun pozucularının məlumat və kommunikasiya texnologiyalarından (İKT-lər)
istifadə imkanlarının genişlənməsi və uşaqların cinsi istismarı və seksual xarakterli
hərəkətlərin qarşısının alınması və onlarla mübarizənin beynəlxalq əməkdaşlıq tələb
etdiyini qeyd edərək;
uşaqların rifahının və maraqlarının bütün üzv Dövlətlərin qəbul etdikləri fundamental
dəyərlər olduğunu və bu dəyərlərin heç bir ayrı-seçkiliyə yol vermədən qorunmalı olmasını
nəzərə alaraq;
Avropa Şurasının Dövlət və Hökumət Rəhbərlərinin 3-cü Sammitində (Varşava, 16-17 may
2005-ci il) qəbul eidlmiş və uşaqların cinsi istismarının qarşısının alınmasına çağıran
Fəaliyyət Planına istinad edərək;
Xüsusilə də, uşaqların və gənclərin cinsi istismarına, onların iştirakı ilə pornoqrafiyaya,
onların fahişəliyə cəlb edilməsinə və alverinə dair Nazirlər Komitəsinin R (91) 11 saylı
Tövsiyəsinə, uşaqların cinsi istismardan müdafiəsinə dair Rec (2001) 16 saylı Tövsiyəyə, və
Kibernetik cinayətə dair Konvensiyaya (ETS # 185), xüsusilə də onun 9-cu maddəsinə, eləcə
də Avropa Şurasının İnsan Alverinə qarşı Mübarizəyə dair Konvensiyaya (CETS # 197)
istinad edərək;
İnsan Hüquqları və Fundamental Azadlıqların Müdafiəsinə dair Konvensiyanı (1950, ETS
#5), yenidən nəzərdən keçirilmiş Avropanın Sosial Xartiyasını (1996, ETS # 163) və
Avropanın Uşaqların Hüquqlarının Yerinə yetirilməsinə dair Konvensiyasını (1996, ETS #
160) nəzərə alaraq;
Eləcə də, Birləşmiş Millətlər Təşkilatının Uşaa Hüquqları haqqında Konvensiyasını, xüsusilə
də onun 34-cü maddəsini, uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair
Fakültativ Protokolu, Birləşmiş Millətlər Təşkilatı Konvensiyasına əlavə olaraq İnsan,
xüsusilə də Qadın və Uşaq Alverinin Qarşısının alınması ilə bağlı millətlərarası mütəşəkkil
cinayətlərin qarşısının alınmasına dair Protokolu, eləcə də Uşaq Əməyinin Ən Pis
Formalarının Qadağan edilməsi və Onların Aradan qaldırılması ilə bağlı Beynəlxalq Əmək
Təşkilatı Konvensiyasını nəzərə alaraq;
3
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Avropa Birliyi Şurasının uşaqların cinsi istismarına və uzaq pornoqrafiyasına qarşı Mübarizəyə dair
Çərçivə Qərarını (2004/68/JHA), Avropa Birliyi Şurasının cinayət prosesində qurbanların
statusuna dair Çərçivə Qərarını (2001/220/JHA) və Avropa Birliyi Şurasının insan alverinə
qarşı mübarizəyə dair Çərçivə Qərarını (2002/629/JHA) nəzərə alaraq;
Bu sahə üzrə digər müvafiq beynəlxalq sənəd və proqramları, xüsusilə də Uşaqların
Kommersiya məqsədilə Cinsi İstismarına qarşı 1-ci Ümumdünya Konqresində (27-31 avqust
1996-cı il) qəbul edilmiş Stokholm bəyannaməsini və Fəaliyyət Planını, Uşaqların
Kommersiya məqsədilə Cinsi İstismarına qarşı 2-ci Ümumdünya Konqresində (17-20 dekabr
2001-ci il) qəbul edilmiş Yokohama Qlobal Öhdəliyini, Uşaqların Kommersiya məqsədilə
Cinsi İstismarına qarşı 2-ci Ümumdünya Konqresinə hazırlıq Konfransında (20-21 noyabr
2011-ci il) qəbul edilmiş Budapeşt Öhdəliyi və Fəaliyyət Planını, Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyasının “Uşaqlar üçün yararlı dünya” adlı S-27/2 saylı qərarını və
3-cü Sammitdən sonra qəbul edilmiş və Mərakeş Konfransında (4-5 aprel 2006-cı il) işə
başlamış “Avropanı uşaqlar üçün və uşaqlarla qurmaq” adlı üç-illik proqramını lazımi
qaydada nəzərə alaraq;
Cinayətkarların kimliyindən asılı olmayaraq uşaqları cinsi istismardan və seksual xarakterli
hərəkətlərdən müdafiəsi və qurbanlara yardım etmək kimi ümumi məqsədə səmərəli
şəkildə töhfə verilməsinə qərarlı olaraq;
uşaqların cinsi istismarı və onlara qarşı seksual xarakterli hərəkətlərin bütün formalarına
qarşı mübarizənin qabaqlayıcı, müdafiəedici və cinayət-hüquqi aspektlərinə yönələn
hərtərəfli beynəlxalq sənədin hazırlanmasına və xüsusi monitorinq mexanizmlərinin
yaradılmasına olan ehtiyacı nəzərə alaraq
Aşağıdakılar üzrə razılığa gəlmişlər:
Fəsil I – Məqsədlər, ayrı-seçkiliyə yol verməmək prinsipi və təriflər
Maddə 1 – Məqsədlər
1
Hazırkı Konvensiyanın məqsədi bunlardır:
a
uşaqların cinsi istismarının və onlara qarşı seksual xarakterli hərəkətlərin qarşısının
alınması və buna qarşı mübarizə aparılması;
b
cinsi istismarın və seksual xarakterli hərəkətlərin qurbanı olan uşağın hüquqlarının
müdafiə edilməsi;
c
uşaqların cinsi istismar və seksual xarakterli hərəkətlərə qarşı milli və beynəlxalq
əməkdaşlığın dəstəklənməsi;
2
Tərəflərin Konvensiyanın müddəalarını səmərəli surətdə həyata keçirmələri məqsədilə,
hazırkı Konvensiya xüsusi monitorinq mexanizmi yaradır.