Azərbaycan demokratik respublikasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix21.07.2018
ölçüsü0,85 Mb.
#57610
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

53 

 

 



 

MĠRZƏ ƏSƏDULLAYEV 

Odlar yurdu, № 2, yanvar 1989.  

XIX əsrin sonu – XX əsrin əvvəllərində geniş ictimai - siyasi fəaliyyəti ilə 

diqqəti  cəlb  edən  Mirzə  Şəmsi  oğlu  Əsədullayev  1875-ci  ildə  Bakı  şəhərində 

anadan olmuşdur. Orta təhsilini Bakı gimnaziyasında başa vurduqdan sonra o, atası 

Şəmsi Əsədullayevin (1840 - 1913) neft şirkətində əmək fəaliyyətinə başlamışdır. 

Milyonçu Şəmsi Əsədullayev dövrün maarif  məsələlərinə fikir verən şəxslərindən 

biri  olmuşdur.  O,  Tiflisdəki  Aleksandrovski  Müəllimlər  İnstitutunun  əsas 

himəyadarı idi. Ş.Əsədullayev 1903-cü ildə Moskvaya köçmüş və ömrünün axırına 

qədər orada yaşamışdır. Onun Moskvada sarayı xatırladan bir neçə mülkü var idi. 

O, bu mülklərdən Moskvadakl müsəlman xeyriyyə cəmiyyətinə bağışlamışdı. Atası 

Moskvada  yaşadığı  üçün  Bakıda  neft  şirkəti  ilə  bağlı  bütün  məsələləri  Mirzə 

Əsədullayev həll edirdi. O, məşhur milyonçu Musa Nağıyevin qızı Ümmül – banu 

ilə  ailə  həyatı  qurmuşdur.  1905-ci  ildə  axırıncı  –  dördüncü  uşaq  doğularkən 

Ümmül – banu vəfat etmişdir. Onun xatirəsinə yeni doğulmuş uşağa anasının adını 

qoymuşlar.  Ümül  –  Banu  1924-cü  ildə  vətəni  tərk  edərək  Fransanın  paytaxtı 

Parisdə yaşamışdır və məşhur yazıçı kimi tanınmışdır.  

 

 



 

Mirzə  Əsədullayev  neft  satışı  ilə  əlaqədar  müəyyən  vaxtlarda  Rusiyanın 

Peterburq,  Moskva  kimi  şəhərlərində  yaşamış  və  rus  mədəniyyəti  ilə  yaxından 

tanış olmuşdur. Bundan başqa, M.Əsədullayev Avropa ölkələrini də gəzmişdir. Bu 

onun  həm  də  Avropa  mədəniyyətini  qavramasına,  bir  ziyalı  kimi  formalaşmasına 

güclü  təsir  göstərmişdir.  Rus  təhsili  gördüyü  üçün  Azərbaycan  dilini  mükəmməl 

bilməyən M.Əsədullayev 1912-ci ildə Moskva konservatoriyasında oxuyan Üzeyir 

Hacibəyovdan  (1885  -  1948)  ana  dilindən  dərs  almışdır.  Ü.  Hacıbəyov  Parisin 

Sarbonna  Universitetində  dərs  alan  kiçik  qardaşı  Ceyhun  Hacıbəyliyə  (1891  - 

1962)  1912-ci  ildə  yazdığı  məktubda  bu  məsələyə  toxunur.  (―Ədəbiyyat  və 

incəsənət‖ qəzeti, 4 noyabr, 1988-ci il). 

 

 



 

 

 



Mirzə Əsədullayevin bir ictimai xadim kimi fəaliyyəti çoxşaxəlidir. Onun 

sədrlik  etdiyi  ―Bakı  müsəlman  xeyriyyə  cəmiyyəti‖  müxtəlif    mütərəqqi  tədbirlər 

həyata keçirir və ―cəhalət səltənəti‖ ni dağıtmaq işində fəal mübarizə aparırdı.  

 

Ana dilində dövri nəşrlərin azlığı Mirzə Əsədullayevi bir ziyalı kimi ciddi 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




54 

 

narahat  etmişdir.  O,  1915-ci  il  martın  11-də  ―Qardaş  köməyi‖  adlı  qəzet 



buraxmağa başlamışdır. Cəmi bir nömrəsi çıxan qəzetdə deyilir  ki, əldə olunacaq 

gəlir  hərbzadə  müsəlmanlar  nəfinə,  o  cümlədən  birinci  dünya  müharibəsi  zamanı 

çar ordusundakı azərbaycanlılardan ibarət (rus mətbuatında ―Dikaya diviziya‖ adı 

ilə tanınan) süvari qoşun hissələrindəki döyüşçülərə sərf ediləcəkdir.    

 

Rusiya  fevral  –  burjua  inqilabından  sonra  Mirzə  Əəsdullayev  1917-ci  il 



martın  27-də  Bakıda  yaranmış  Milli  Müsəlman  Şurasının  Müvəqqəti  İcraiyyə 

Komitəsinin üzvü seçilmişdir.  

 

 

 



 

 

 



1918-ci  mayın  28-də  Azərbaycan  Demokratik  Respublikası  elan  olundu. 

Bitərəf  Mirzə  Əsədullayev  həmin  il  dekabrın  27-də  Bakıda  təntənəli  surətdə 

açılmış  Azərbaycan  parlamentinə  üzv  seçilmişdir.  O,  Azərbaycan  Respublikası 

Nazirlər şurasının sədri Fətəlixan Xoyskinin (1875 - 1920) 1918-ci il dekabrın 26-

da təşkil etdiyi üçüncü hökümət kabinəsində ticarət və sənaye naziri vəzifəsini icra 

etmişdir.  Mirzə  Əsədullayev  Azərbaycanın  xarici  ölkələrlə  ticarət  əlaqələrinin 

yaradılmasına və yerli sənayenin inkişaf etdirilməsinə ciddi səy göstərirdi.  

 

1919-cu  il  martın  əvvəllərində  Fətəlixan  Xoyskinin  başçılıq  etdiyi 



hökümət  kabinəsi  istefaya  çıxdığı  üçün  Mirzə  Əsədullayev  tutduğu  vəzifəni  tərk 

etmişdir.  

 

 

 



 

 

 



 

 

1920-ci ilin mayında Mirzə Əsədullayev həbs olunmuş və qısa müddətdən 



sonra azad edilmişdir. Həmin il Azərbaycan SSR hökümətindən rəsmi icazə alaraq 

xaricə  gedən  Mirzə  Əsədullayev  ömrünün  sonuna  kimi  (1936)  Fransanın  paytaxtı 

Parisdə  yaşamışdır.  Qəbri  şəhərin  müsəlman  qəbiristanlığındadır.  Bu  xatirələri 

atası haqqında Ümül – Banu yazmışdır. Bunu müəllifə YUNESKO –nun əməkdaşı 

olan  Ramiz  Abutalıbov  göndərmişdir,  buna  görə  müəllif  ona  öz  təşəkkürü  və 

minnətdarlığını bildirir.     

Mövsüm Əliyev.  

 

 



 

 

 



 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



55 

 

 



 

XUDADATBƏY RƏFĠBƏYOV 

Odlar yurdu, 8 aprel. 1989.  

Xudadatbəy  Ələkbər  oğlu  Rəfibəyov  1878-c  i  ildə  Gəncə  şəhərində 

anadan  olmuşdur.  Orta  təhsilini  Gəncə  klassik  gimnaziyasında  başa  çatdırdıqdan 

sonra,  Xudadatbəy  Xarkov  Universitetinin  tibb  fakültəsinə  daxil  olmuşdur.  O, 

universitetdə  azərbaycanlı  tələbələrin 

yaratdığı  həmyerlilələr  təşkilatının 

başçılarından  biri  idi.  X.Rəfibəyov  1903-cü  ildə  ali  təhsil  diplomu  alıb  doğma 

Gəncəyə qayıdaraq coşğun ictimai fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, 

o, ilk azərbaycanlı cərrahlardan biri idi. X.Rəfibəyovun fəal iştirakı ilə 1906-cı ildə 

Gəncədə  dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin  məqbərəsini 

bərpa  etmək  üçün  xüsusi  bir  cəmiyyət  yaranmışdır.  Həmin  illərdə  Gəncədə 

fəaliyyət 

göstərmiş  ―Aktyorlar  cəmiyyəti‖nin  rəhbərlərindən  biri  olan 

X.Rəfibəyovun  dövri  mətbuatda  şəhərin  mədəni,  ictimai  həyatına  dair  çoxlu 

məqaləsi  çıxmışdır.  Gəncədə  ilk  tibb  cəmiyyəti  1914-cü  ildə  meydana  gəlmişdir. 

Şəhərin  rəsmi  adı  üzrə  ―Yelizavetpol  tibb  cəmiyyəti‖  adlanan  bu  cəmiyyət 

haqqında Azərbaycan tibb tarixinə aid kitablarda heç bir məlumata təsadüf edilmir. 

Halbuki, Tiflisdə çap olunan illik ―Qafqaz kalendarında‖ bu barədə geniş məlumat 

vardır. Həmin cəmiyyətin banisi X.Rəfibəyov, katibi isə dövrün tanınmış siyasi və 

ictimai  xadimi H.Ağayev idi. Tibb cəmiyyətinin  yarandığı ildə  çəkilmiş  fotoşəkil 

bizim  bizim  dövrə  qədər  gəlib  çatmışdır.  Fotoşəkildən  məlum  olur  ki,  həmin 

cəmiyyətin  tərkibindəki  üçüncü  azərbaycanlı  həkim  Peterburq  universitetinin 

məzunu gəncəli Musabəy Rəfiyev idi. Bu cəmiyyətin yaradılmasında əsas məqsəd 

tibb  xidmətini  xalqa  daha  da  yaxınlaşdırmaq  idi.  Xüsusən  Gəncədə  tez  –tez  baş 

verən  müxtəlif  epidemiyalar  nəticəsində  çoxlu  ölüm  hadisələri  baş  verirdi. 

Gəncədəki qeyri azərbaycanlı həkimlərin müalicəxanaları xüsusi xarakter daşıyırdı 

və  olduqca  baha  idi.  Bu,  əhalinin,  xüsusi  ilə  kasıb  təbəqənin  tibbi  yardımdan  və 

müalicədən  istifadə  etməsinə  imkan  vermirdi.  Buna  görə  də  Xudadatbəyin 

rəhbərliyi altında yaranmış yeni tibb cəmiyyəti geniş xalq kütlələrinə əsasən pulsuz 

xidmət  edirdi.  Hələ  indi  də  yaşlı  nəslə  mənsub  olan  gəncəlilər  X.Rəfibəyovun  bu 

xeyirxahlığını xatırlayırlar.  

 

 

 



 

 

 



1917-ci  ildə  Rusiyada  burjua  inqilabı  baş  verdi.  X.Rəfibəyov  həmin  ilin 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə