Sən həmişə mənimləsən



Yüklə 213,58 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix01.07.2018
ölçüsü213,58 Kb.
#52751
  1   2   3   4   5   6


Çağdaş Azərbaycan dramaturgiyasında lirik-romantik psixologizm  

İlyas ƏFƏNDİYEV - 101 

 (“Sən həmişə mənimləsən” pyesi əsasında)

 

 İ.Əfəndiyev  sənəti  və  şəxsiyyəti  haqqında  tanınmış  tənqidçi  və  ədəbiyyatşünas  alimlər, 

incəsənət  xadimləri  maraqlı  fikirlər  söyləmiş,  sənətkarın  yaradıcılığı  haqqında  elmi-nəzəri 

məqalələr, monoqrafiyalar yazmışlar.  

C.Cəfərov, M.Məmmədov, Y.Seyidov, K.Talıbzadə, X.Əlimirzəyev, S.Əsədullayev, B.Nəbiyev, 

Y.Qarayev,  Arif  Səfiyev,  Ə.Ələkbərli,  Ə.Əfəndiyev,  B.S.Musayeva,  İ.Rəhimli,  M.Əlizadə, 

A.Dadaşov,  A.Salahova,  Y.İsmayılov  və  başqaları  görkəmli  sənətkarın  bədii  irsi  ilə  yaxından 

tanış  olmuş,  ayrı-ayrı  istiqamətlərdə  yaradıcılığını  işıqlandıran  tədqiqat  işi  aparmış,  məqalələr, 

oçerklər,  məruzələrlə  çıxış  etməklə  ötən  XX  yüzil  Azərbaycan  ədəbiyyatı  tarixində  mərhələ 

təşkil  edən  İlyas  Əfəndiyev  yaradıcılığının  elmi-nəzəri-filoloji  baxımından  öyrənilməsinə 

çalışmış,  bütövlükdə  onun  ədəbi-tarixi  portretinin  yaradılmasına  nail  olmuşlar.  

Sənətə, ədəbiyyata yeni yaradıcılıq xüsusiyyəti, üslubi keyfiyyəti ilə daxil olan «İlyas Əvəndiyev 

romantik  nəsr  əsərləri  ilə  bərabər  insan  ruhunu  oxşayan,  onu  təlatümə  gətirən  mürəkkəb  taleli 

obrazların, səhnə təcəssümünü verən pyeslər də yazmışdır. 

Ancaq  maraqlıdır  ki,  bü  əsərlərin  məna  və  məntiqini  özündə  ehtiva  edən  sənətkarın  bir  əsəri, 

[31,səh.186-187] yəni «Sən həmişə mənimləsən» pyesi istər müəllifin dramaturji yaradıcılığında, 

istərsə  də  müasir  Azərbaycan  dramaturgiyasında  lirik-romantik  psixologizmin  nümunəsi  kimi 

maraq doğurur. 

Akademik  Kamal  Talıbzadənin  müşahidələrinə  görə  «lirik-romantik  üslub  İlyas  Əfəndiyevin 

artıq  fərdi  üslubu  kimi  formalaşmışdır.  Bu  yaradıcılıq  üslubunun  formalaşmasında  ədibin 

mövzuları, surətləri də əsas amillər kimi iştirak etmişdir… 

Məhəbbət  İ.Əfəndiyevin  əsas  mövzusu,  gənclər  isə  qəhrəmanları,  baş  surətləridir.  

Məhəbbət  bir  çox  mühüm  sosial  problemlərin  həlli  üçün  yol  açır,  gənc  qəhrəmanların  arzu  və 

diləkləri, onların xəyalları, ürək dünyası ilə bağlı olan əməlləri bədii problemin həllinə romantik 

bir  ruh  aşılayır;  qəhrəmanların  emosional  özünüifadəsi  bədii  təsvirin  ümumi  fonunda  üstünlük 

təşkil  edir,  onların  lirik-romantik  hisslərinə  geniş  meydan  verilir»  [30,səh.53].  

Filologiya  üzrə  elmlər  doktoru,  professor  Xalid  Əlimirzəyev  İ.Əfəndiyevin  yaradıcılıq 

özəlliklərindən  danışarkən,  «Sən  həmişə  mənimləsən»  pyesinin  yazıldığı  və  ya  tamaşaya 

qoyulduğu  illərdə  həmin  əsərin  həm  ədəbi  materialı,  həm  də  səhnəyə  qoyuluşu,  tərtibatı 

haqqında yazdığı resenziyasında göstərir: 

«İ.Əfəndiyev  oxucuların,  xüsusilə  gənclərimizin  ən  çox  sevdiyi  yazıçılardan  biridir.  Çünki 

gənclərimiz onun əsərlərində öz həyatlarının, yüksək məqsəd və qayələrinin, ürək çırpıntılarının 

ən yaxşı bədii ifadəsini görürlər. 

«Sən  həmişə  mənimləsən»  pyesi  tam  psixoloji  planda  yazılmış  bir  əsərdir.  Burada  aktyor 

tamaşaçıya  demək  istədiyi  fikri  çox  hallarda  sözlə  deyil,  hərəkətlə,  üzündə  və  gözlərində  əks 

olunan dərin, mənalı ifadələrlə çatdırmalıdır» [14,səh.175]. 

Seyfulla  Əsədullayev  «İstedad  və  sənətkarlıq»  adlı  məqaləsində  də  görkəmli  sənətkarın  bədii 

yaradıcılıq xüsusiyyətlərini belə xarakterizə edir: 

«İ.Əfəndiyev bir sənətkar kimi hadisəçiliyə…aludə olmur; onun diqqət mərkəzində duran insan 

şəxsiyyəti,  insan  taleyi,  xarakteri,  adamların  ictimai  və  psixoloji  mahiyyətidir…  

Lirizm,  romantika,  psixoloji  təhlil  onun  yaradıcılıq  üslubunun  ana  xəttidir»  [16,səh.102].  



Yəhya  Seyidov  İ.Əfəndiyev  haqqında  yazdığı  monoqrafiyasında  qeyd  edir  ki,  «psixologizm 

İ.Əfəndiyev  istedadının  ayrılmaz  keyfiyyətidir.  «Sən  həmişə  mənimləsən»də  isə  bu,  üslubun 

keyfiyyət  əlamətlərindən  biri  olmaqdan  çıxıb  aparıcı  mahiyyət  qazanmışdır»  [28,səh.143].  

Buna  görə  də  «Sən  həmişə  mənimləsən»  pyesi  özündən  sonra  yaranmış  digər  bu  səpkili 

dramaturji 

əsərlərin 

ədəbi-bədii 

və 


mənəvi 

himayəçisinə 

çevrilir. 

Ötən  əsr  elmi-nəzəri-filoloji  fikrin  araşdırmalarında,  xüsusilə,  Arif  Səfiyevin  tədqiqatında 

qəhrəmanın  mənəvi  mövqeyinin  və  fəallığının  ön  plana  çəkilməsi  İlyas  Əvəndiyevin 

dramaturgiyasında  diqqəti  cəlb  edən  xüsusiyyət  kimi  [29,səh.13]  dəyərləndirilir. 

Alimin müşahidələrinə görə  «bu cəhət müəllifin 60-cı illərin əvvəllərində yazdığı  «Sən həmişə 

mənimləsən»  pyesindən  başlayaraq  bütün  dramaturgiyamızda  xüsusilə  aydın  hiss  edilməkdədir 

[29,səh.13].  

Yaşar  Qarayev  İlyas  Əfəndiyevin  dram  yaradıcılığında  yeni  perspektivli  bir  istiqamətin  uğurlu 

başlanğıcı olmaq mənasında «Sən həmişə mənimləsən» (1964) pyesinə [23,səh.29] önəm verərək 

həmin əsəri yüksək qiymətləndirir. 

Bu cəhətdən dramaturqun «Mənim günahım» (1967), «Unuda bilmirəm» (1968), «Məhv olmuş 

gündəliklər» (1969), Şıxəli Qurbanovun «Sənsiz» (1967), İmran Qasımovun «Nağıl başlananda» 

(1972),  B.Vahabzadənin  «İkinci  səs»  (1969),  «Yağışdan  sonra»  (1971),  «Yollara  iz  düşür» 

(1977),  Nəbi  Xəzrinin  «Əks-səda»  (1969),  «Sən  yanmasan»  (1972),  Anarın  «Keçən  ilin  son 

gecəsi»  (1966-67),  «Şəhərin  yay  günləri»  (1977)  və  başqa  pyeslərdə  lirik-romantik  qat,  üslub 

«Sən  həmişə  mənimləsən»  pyesindən  boy  ataraq  təkmilləşir,  yeni  məna  və  məzmun  qazanır.  

Bədii  obrazda  yaddaş  psixologiyası  və  onun  «mən»də  ifadəsi,  özünütəhlil  xarakterdə  psixoloji 

aləmin  təşəkkül  üsulu  kimi,  bədii  vəziyyət  xarakterin  psixoloji  özünüifadə  məkanı  kimi, 

peyzajda  dramatik  psixologizmin  təcəssümü  və  ya  bu  kimi  məsələlər  [33]  yuxarıda  sadalanan 

digər  pyeslərdə  məxsusi  şəkildə  mənalanır,  özünün  fərdi  bədii-poetik  dünyasını  əldə  edir, 

oxucuda  və  ya  tamaşaçıda  böyük  təəssürat  oyadır,  onların  əxlaqi-mənəvi  həyatına  daxil  olur, 

bədii-estetik zövqünün və idealının formalaşmasına zəmin yaradır.  

«Sən  həmişə  mənimləsən»  dramı  bu  baxımdan  yuxarıda  adları  qeyd  olunan  pyeslərin  insanda 

oyatdığı böyük təəssüratına görə aparıcı mövqedə dayanır. 

Ümumiyyətlə,  İ.Əfəndiyevin  yaradıcılığında,  xüsusən  onun  dram  əsərlərində  həyat  faktı  hər 

şeydən  əvvəl  yeni  məna  və  məzmunda  işıqlandırılır,  böyük  və  dərin  mətləblər,  incə 

mənalandırmalar öz əksini tapır, “insan psixologiyasına məxsus mürəkkəblik və ziddiyyətlərə, ... 

daxili  aləmi  təhlil  etməyə  qüvvətli  meyl”  [22,  səh.117]  onun  pyeslərinin  başlıca  məna  və 

məntiqini özündə ehtiva edir. Bu baxımdan həyat faktı, real gerçəklik dramaturqun bədii-estetik 

qavrayışında ələnərək məxsusi ədəbi yaşam qazanır.  

Elmi fikir, müşahidələr israrla təsdiq edir ki, «İlyas Əfəndiyevin dram əsərlərinin daxili struktur 

quruluşunu 

diqqətlə 

araşdırarkən 

vahid 

bir 


sənət 

prinsipi 

ilə 

qarşılaşırıq.  



Bu prinsip dramaturqun özünə məxsusdur. Ona görə də həmin prinsipi fərdi yaradıcılıq prinsipi 

kimi  də  qəbul  edə  bilərik…  O,  iki  fərqlənən  qatı,  konteksti  üz-üzə  qoyaraq,  onların 

kəsişmə,toqquşma  nöqtəsində  yeni  bir  məna,  qat  kontekst  yaradır.  Belə  bir  üslub  prinsipi  hər 

hansı sənətkara bir neçə məqsədə çatmağa kömək edir. 

...  Onun  kompozisiya  qurumu,  dil-ifadə,  mövzu  dairəsi,  qəhrəman  anlayışı  uzun  illər  ərzində 

qazandığı dramaturji təcrübəsində və axtarışlarında formalaşıb [27,səh.184].  

Bu  baxımdan  İ.Əfəndiyevin  «Sən  həmişə  mənimləsən»  əsəri  müasir  Azərbaycan 

dramaturgiyasında digər pyeslərdən fərqli olaraq mürəkkəb bədii struktura malik lirik-romantik, 

fərdi-sosial  mahiyyətli,  ciddi  dramatik  planlı  psixologizmin  nümunəsi  kimi  maraqlıdır.  

Demək  lazımdır  ki,  «İ.Əfəndiyevin  «Sən  həmişə  mənimləsən»ə  qədərki  pyeslərində 




Yüklə 213,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə