Azərbaycan demokratik respublikasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə32/32
tarix21.07.2018
ölçüsü0,85 Mb.
#57610
1   ...   24   25   26   27   28   29   30   31   32

82 

 

 



 

 

AZƏRBAYCAN ĠSTĠQLALININ MÜBƏYYĠN 



ƏQDNAMƏ 

 

 



 

 

Böyük  Rusiya  inqilabının  cərəyanı  ilə  dövlət  vücudunun  ayrı  –  ayrı 



hissələrə  ayrılması  ilə,  Zaqafqaziyanın  rus  orduları  tərəfindən  tərkinə  mövcüb  bir 

vəziyyəti  –  siyasiyyə  hasil  oldu.  Kəndi  qüvveyi  –  məxsusilərinə  tərk  olunan 

Zaqafqaziya  millətləri  müqəddəratlarının  idarəsini  bizzat  kəndi  əllərinə  alaraq 

Zaqafqaziya  Qoşma  Xalq  Cümhuriyyətini  təsis  etdilər.  Və  qayeyi  siyasiyyənin 

inkişaf  etməsi  üzərinə  gürcü  milləti  Zaqafqaziya  Qoşma  Cümhuriyyəti  cüzindən 

çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü.  

 

 

Rusiya  ilə  Osmanlı  imperatorluğu  arasında  zühür  edən  müharibənin 



təsviyyəsi  üzündən  hasil  olan  vəziyyəti  hazirə  siyasiyyə  və  məmləkət  daxilində 

bulunan  Azərbaycan  dəxi  bulunduğu  xarici  və  daxili  müşkülatdan  çıxmaq  üçün 

xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təqyin edir.  

 

 



 

Buna  binaən  areyi  –  ümumiyyə  ilə  intixab  olunan  Azərbaycan  Şurayi  – 

Milliyyeyi – İslamiyyəsi bütün cəmaətə elan edir ki:  

1.

 



Bu  gündən  etibarən  Azərbaycan  xalqı  hakimiyyət  həqqinə  malik  olduğu 

kimi,  Cənubi  –  Şərqi  Zaqafqaziyadan  ibarət  Azərbaycan  dəxi  kamil 

müstəqil bir dövlətdir.  

 

2.



 

Müstəqil  Azərbaycan  dövlətinin  şəkli  idarəsi  Xalq  Cümhuriyyəti  olaraq 

təqrir edilir.  

 

3.



 

 Azərbaycan  Xalq  Cümhuriyyəti  bütün  millətlər  və  bilaxəssə  həmcuvar 

olduğu millət və dövlətlərlə münasibət hissinin təsisinə əzm edər.  

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 



hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


83 

 

4.



 

Azərbaycan  Xalq  Cümhuriyyəti  millət,  məzhəb,  sinif,  silk  və  cins  fərqi 

gözləmədən qələmrounda yaşayan bütün vətəndaşlarına hüquqi siyasiyyə 

və vətəniyyə təmin eylər.  

 

5.

 



Azərbaycan  Xalq  Cümhuriyyəti  ərazisi  daxilində  yaşayan  bilcümlə 

millətlərə sərbəstnamə inkişafları üçün geniş meydan buraxır.  

 

6.

 



Məclisi  –  müəssisan  toplanıncaya  qədər  Azərbaycan  idarəsinin  başında 

areyi  –  ümumiyyə  ilə  intixab  olunmuş  Şurayi  –  Milliyyəyə  qarşı  məsul 

höküməti  - müvəqqətə durur. 

 

 



 

 

 



 

Bu əqdnamə 1918 sənəsi mayis ayının 18-də Tiflisdə elan olunmuşdur.  

                                                     

                                                       ―Azərbaycan‖ qəzeti, 4oktyabr, 1989-cu il.    

 

 

 



 

 

 



 

 

 



 

 

 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




84 

 

 



 

AZƏRBAYCAN VƏTƏNDAġLARINA HÖKÜMƏTĠN 

MÜRACĠƏTĠ 

 

 



Azərbaycan vətəndaşları! 

Bir  sənə  bundan  əqdəm  məbuslarınızın  rəyi  və  arzusu  mocibincə, 

Azərbaycan xalqı müstəqil yaşayış təriqinə qədəm qoydu. 1919-ci il sənəsi mayın 

28  –  i  Azərbaycan  Cümhuriyyətinin  milli  bayramıdır.  Öylə  bir  bayram  ki,  onun 

xatiri  Ümumazərbaycan  vətəndaşları  üçün  daima  möhtərəm  və  müqəddəs 

sayılacaqdır. Çünki kəndi dövlətinizin milli bayrağı altında keçmiş olduğunuz bir 

sənəlik  azad  və  zəhmətli  həyatınız  Azərbaycanın  böylə  tarixi  bir  günü  olduğunu 

Sizə sözdən artıq izah edir. Siz çarizmin  ən ağır tarixini keçirmisiniz.  O, sizin  ən 

gözəl  həyatınızı,  mədəniyyət  və  müqəddəs  əməllərinizi  ayaqları  altında  tapdamış 

və və məhv etmək istəmişdir. Biz hər bir hüquqdan və mədəni tərəqqiyyatdan və ən 

ibtidai  siyasətdən  belə  məhrum  olmuşduq.  Bizim  gözəl  arzularımız  qəti  sürətdə 

əzilir  və  ayaqlar  altına  alınırdı.  Sizin  nəzərlərinizdən  bolşevik  hərc  –  mərcliyi, 

onun  o mənhus dövrü keçmişdir. Kəndi evlərinizin talan və qarət edilib, uşaqlar və 

qadınlarımızın  böyük  fəlakət  və  müsibətlərə  düşdüyünü  və  təhəmmül  etdiyini 

gördünüz.  

 

 



 

 

 



 

 

 



Qan dəryasında qutəvər olan Azərbaycan türk milləti kəndi müqəddəratını 

öhdəsinə alaraq, özbaşına buraxılmışdır.    

 

 

 



 

O,  mətanəti  –  qəlb  və  əzmi  –  qəti  ilə  istiqlalı  düşünərək  yaşayır.  Və 

bilaxirə müstəqil və azad yaşamaq yolu arayıb, ona rəvan oldu. Öylə bir yol ki, onu 

ümumcahanın  əzilmiş  və  döyülmüş  millətləri  tutmuşdu.  Bu  bir  sənə  ərz 

müddətində  biz  yorulmadan  işlədik  və  bu  işlədiyimiz  ilə  dövlətimizi 

möhkəmləndirərək,  cəmaətimizin  aşağı  sinfinə  milli  dövlət  təşkili  hissini 

düşündürdük və göstərdik ki, cəmaət və millət məhbuslarının getdikləri yol doğru 

və  xalqın  azad  fikir  və  məsləkidir.  Bu  az  vaxt  zərfində  Azərbaycan  türkləri 

kəndilərinin müstəqil və azad yaşamağa layiq olduqlarını gözəl surətdə göstərib və 

dövlət  təşkilinə  istedad  və  qabiliyyət  yetirdiklərini  isbat  etdilər.  Bunun  sayəsində 

isə  şimdi  məmləkətdə  insanı  məmnun  edəcək  bir  dərəcədə  nizam  və  asayiş 

hökmfərmandır.  Dövlətin  fəaliyyəti  isə  bir  dəqiqə  də  olsa,  təxir  etməyib  haman 

hökümət işlərində davam etməkdədir.  

 

 



 

 

 



İnqılabın bizə vermiş olduğu səmərəsi mühafizə edilmək ilə bərabər, indi 

Məclisi  Məbusan  seçkiləri  ərəfəsindəsiniz.  Bu  məclisdə  Azərbaycan  milləti  kəndi 

fikir  və  rəyini  aşkar  edəcəkdir.  İstiqlaliyyəti  müdafiə  və  mühafizə  etmək 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



85 

 

ümumazərbaycan xalqının müqəddəs vəzifəsidir.  



 

 

 



 

Azərbaycan vətəndaşları! Təhlükə və təhdid hələ dəf olunmamışdır. Bizim 

üzərimizə  qara  buludlar  gəlməkdədir.  Bizim  daxildəki  hərəkatımız,  nizam  və 

asayışımız təmin edilər isə istiqlaliyyətimizi təhdid edən qüvvələrə yol verməz və 

rahat və azad yaşamağa malik olarsız.  

 

 



 

 

 



Azərbaycan vətəndaçları! 

Mayın  28-də  böyük  və  ümumi  bir  bayram  hesab  edilməlidir.  Bu  gündə 

bilafərq millət hər kəs özünü müsavi hüquqla Azərbaycan vətəndaşı hiss etməlidir. 

Bu  gün  ümumcahan  millətlərinin  ədalət  üzrə  olan  və  ixtiyaratının  təmin  edilən 

günlərindən bir gündür.    

 

 



 

 

 



 

Azərbaycan millətinin ittihad vən ittifaqına istinad edərək və buna ümidini 

izhar  etməklə  hökümət  Azərbaycan  Cümhuriyyətinin  ikinci  sənəsinə  qədəmnihad 

olur.  


 

 

 



 

 

 



 

 

 



Ümumazərbaycan  vətəndaşlarının  qüvvə  və  müavinətinə  ümid  ilə 

hökümət onları dövlət bayramı ilə təbrik edir.  

 

 

 



 

 

Nəsibbəy Yusifbəyli 



 

―Azərbaycan‖ qəzeti, 4 oktyabr, 1989- cu il.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




86 

 

 



 

AZƏRBAYCAN HÖKÜMƏTĠNĠN TƏRKĠBĠ 

 

I kabinə: 28. 05. 1918 – 17. 06. 1918. 

1.

 

Nazirlər Şurasının sədri və daxili işlər naziri -  F. Xoyski (bitərəf).  



2.

 

Hərbi nazir – X. Sultanov (müsavat). 



3.

 

Xarici işlər naziri – M. H. Hacinski (bitərəf). 



4.

 

Maliyyə və xalq maarifi naziri – N. Yusifbəyli (müsavat). 



5.

 

Ədliyyə naziri – X. Xasməmmədov (müsavat). 



6.

 

Ticarət və sənayə naziri – M. Y. Cəfərov (bitərəf, sonra - müsavat). 



7.

 

Əkinçilik və əmək naziri – Ə. ġeyxülislamov (hümmət). 



8.

 

Yollar, poçt və teleqraf naziri – X. Məlikaslanov (bitərəf). 



9.

 

Dövlət müfəttişi – C. Hacinski (sosialist). 



 

II kabinə: 17. 06. 1918 – 07. 12. 1918. 

1.

 



Nazirlər Şurasının sədri və ədliyyə  naziri -  F. Xoyski (bitərəf).  

2.

 



Xarici işlər naziri – M. H. Hacinski (müsavat). 

3.

 



Xalq maarifi və dini etiqad naziri -  N. Yusifbəyli (müsavat). 

4.

 



Daxili işlər naziri – B. CavanĢir (bitərəf). 

5.

 



Əkinçilik naziri - X. Sultanov (müsavat). 

6.

 



Səhiyyə və sosial təminat naziri – X. Rəfibəyli (bitərəf). 

7.

 



Yollar naziri – X. Məlikaslanov (bitərəf). 

8.

 



Ticarət və sənayə naziri – A. AĢurov (bitərəf). 

9.

 



Maliyyə naziri – Ə. Əmircanov (bitərəf). 

10.


 

Portfelsiz nazir – Ə. M. TopçubaĢov (bitərəf). 

11.

 

Portfelsiz nazir -  M. Rəfiyev (müsavat). 



12.

 

Portfelsiz nazir – X. Xasməmmədov (müsavat). 



 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali 

məktəblərə hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



87 

 

6.10. 1918 tarixli kabinədaxili dəyiĢikliklərdən sonra. 



 

1. Nazirlər Şurasının sədri  -  F. Xoyski (bitərəf).  

2. Ticarət, sənayə və daxili işlər naziri – B. CavanĢir (bitərəf). 

3. Xarici işlər naziri  – Ə. M. TopçubaĢov (bitərəf). 

4. Maliyyə naziri – M. H. Hacinski (müsavat). 

5. Xalq maarifi naziri -  N. Yusifbəyli (müsavat). 

6. Yollar naziri – X. Xasməmmədov (müsavat). 

              7. Əkinçilik naziri - X. Sultanov (müsavat). 

              8. Xalq səhiyyəsi naziri -  X. Rəfibəyli (bitərəf). 

              9. Poçt və teleqraf naziri – A. AĢurov (bitərəf). 

             10. Sosial təminat və dini etiqad naziri -  M. Rəfiyev (müsavat). 

             11. Hərbi işlər üzrə müvəkkil – Ġ. Ziyatxan (bitərəf).  

             12. Dövlət müfəttişi – Ə. Əmircanov (bitərəf). 

   

 

 

III kabinə: 26. 12. 1918 – 14. 03. 1919. 

 

1.



 

Nazirlər Şurasının sədri və xarici işlər naziri -  F. Xoyski (bitərəf).  

2.

 

Daxili işlər naziri -  X. Xasməmmədov (müsavat). 



3.

 

Maliyyə naziri – Ġ. Protasov (Slavyan – Rus cəmiyyəti). 



4.

 

Yollar naziri – X. Məlikaslanov (bitərəf). 



5.

 

Ədliyyə naziri – T. Makinski (?). 



6.

 

Maarif və dini etiqad naziri - N. Yusifbəyli (müsavat). 



7.

 

Poçt və teleqraf  və əmək naziri – A. Səfikürdinski (sosialist). 



8.

 

Hərbi nazir – S, Mehmandarov (bitərəf).  



9.

 

Sosial təminat naziri – M. Əsədullayev (bitərəf). 



10.

 

Xalq səhiyyəsi naziri – Y. Gindes (Slavyan – Rus cəmiyyəti). 



11.

 

Ticarət və sənaye naziri – M. Əsədullayev. 



12.

 

Dövlət  müfəttişi  -  M.  H.  Hacinski  (16.  01.  1919  tarixindən  –  Ə. 



Həsənov). 

13.


 

Ərzaq naziri – K. Lizqar (Slavyan – Rus cəmiyyəti).  

14.

 

Əkinçilik naziri – X. Sultanov (müsavat).   



 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali 

məktəblərə hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



88 

 

IV kabinə: 14. 03. 1919 – 22. 12. 1919. 



 

1.

 



Nazirlər Şurasının sədri və daxili işlər naziri -  N. Yusifbəyli 

(müsavat). 

2.

 



Maliyyə naziri – Ə. Həsənov (bitərəf).  

3.

 



Ticarət və sənaye naziri – A. Əminov (bitərəf). 

4.

 



Xarici işlər naziri- M. Y. Cəfərov (müsavat). 

5.

 



Yollar naziri – X. Məlikaslanov (bitərəf). 

6.

 



Poçt və teleqraf   naziri – C. Hacinski (sosialist). 

7.

 



Hərbi nazir – S. Mehmandarov (bitərəf).  

8.

 



Sosial təminat naziri – V. Klenevski (Slavyan – Rus cəmiyyəti). 

9.

 



Səhiyyə naziri – A. Dastakov (?). 

10.


 

Maarif və dini etiqad naziri – R. Kaplanov (əhrar).  

11.

 

Əkinçilik naziri – A. QardaĢov (əhrar).  



12.

 

Portfelsiz nazir -  X. Amaspur (daĢnaksutun) 



13.

 

Dövlət müfəttişi – N. Nərimanbəyli (müsavat). 



14.

 

Ədliyyə  və əmək naziri – A. Səfikürdski (sosialist). 



15.

 

Sonralar daxili işlər naziri – X. Xasməmmədov (müsavat). 



 

 

   



 

V kabinə: 24. 12. 1919 – 01. 04. 1920.  

1. Nazirlər Şurasının sədri - -  N. Yusifbəyli (müsavat). 

2. Xarici işlər naziri- F. Xoyski (bitərəf).  

3. Hərbi nazir – S. Mehmandarov (bitərəf).  

4. Daxili işlər naziri – M. H. Hacinski (18. 02. 1920 – ci ildən sonra M. 

Vəkilov (birincisi əvvəl müavat, sonra kommunist, ikincisi - müsavat). 

5. Ədliyyə  naziri – X. Xasməmmədov (müsavat). 

6. Maliyyə naziri – R. Kaplanov (əhrar). 

7. Maarif və dini etaqd naziri – H. ġahtaxtinski (05. 03. 1920 –dən sonra 



H. ġahsuvarov, hər ikisi - Ġtihad). 

8. Əmək və əkinçilik naziri – Ə. C. Pepinov (sosialist). 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali 

məktəblərə hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




89 

 

9.  Yollar  naziri,  eyni  zamanda  ticarət,  sənaye  və  ərzaq  üzrə  müvəqqəti 



nazir  –  X.  Məlikaslanov  (18.  02.  1920  –dən  sonra  ticarət,  sənaye  və 

ərzaq naziri – M.H.Hacinski). 

10. Poçt və teleqraf   naziri – C. Hacinski (sosialist). 

11. İctimai təminat və səhiyyə naziri – M. Rəfiyev (müsavat). 

12. Dövlət müfəttişi – H. Məmmədbəyov (ittihad). 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




90 

 

KĠTABIN ĠÇĠNDƏKĠLƏR 

 

 

Tərtibçilərdən. 



Azərbaycan höküməti. 

Azərbaycan parlamenti. 

Ceyhun Hacıbəylinin arxivindən. 

Məmməd Əmin Rəsulzadə. 

Fətəlixan Xoyski. 

Nəsibbəy Yusifbəyli. 

Məmməd Yusif Cəfərov. 

Əliağa Şıxlinski. 

Səmədbəy Mehmandarov. 

Ceyhun Hacıbəyli. 

Əlimərdan bəy Topçubaşov. 

Mustafabəy Vəkilov. 

Həsənbəy Ağayev. 

Mirzə Əsədullayev. 

Xudadatbəy Rəfibəyov. 

Məmməd Həsən Hacinski. 

Nərimanbəy Nərimanbəyli. 

Behbudağa Cavanşir. 

Əliağa Həsənov. 

Camobəy Hacinski. 

Xudadatbəy Məlik – Aslanov. 

Aslanbəy Səfikürdski. 

Nurməmmədbəy Şahsuvarov. 

Əbdüləli bəy Əmircanov. 

Əkbərağa Şeyxülislamov. 

Əhmədbəy Pepinov. 

Həmidbəy Şahtaxtinski. 

Azərbaycan istiqlalının mübəyyin əqdnamə. 

Azərbaycan vətəndaşlarına hökümətin müraciəti. 

Azərbaycan hökümətinin tərkibi.  

  

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali 



məktəblərə hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


91 

 

 



 

 

 



 

 

 



 

 

Nəşriyyatın direktoru Ə. T. Əliyev. 



  Mətbəənin direktoru F. V. Fətəliyev

 



             Rəssamı F. Əfəndiyev. 

 

                      Bədii direktoru N. Rəhimov. 



 

                      Texniki redaktoru N. Şərifova. 

 

               Korrektoru A. Əhədova. 



 

Yığılmağa verilmiş 16. 04. 90. Çapa imzalanmış 

22. 05. 90. FQ 10747. Kağız formatı 60x84

1

/



16.

 Mətbəə 


kağızı № 1. Ədəbi qarnitur. Yüksək çap üsulu. Şərti ç/ v 

5, 58. Rəngli şərti ç / v 592. Uçot nəşr v. 4, 76. 

Tirajı 20000. Sifariş № 550. Qiyməti 3 man. 

 

Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi.  



―Gənclik‖ nəşriyyatı Bakı, Hüsü Hacıyev küçəsi, 4.  

―Çapçı‖ koperativi.  

3 № -li Bakı kitab mətbəəsi. Bakı, Ə. Tağızadə küçəsi, 4. 

 

 



 

 

 



 

 

 



 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 



hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


92 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

С о с т а в и т е л и В. АЛЛАХВЕРДИЕВ 



Ш. МЕХТИЕВ 

АЗЕРБАЙДЖАНСКАЯ ДЕМОКРАТИЧЕСКАЯ РЕСПУБЛИКА

 

АЗЕРБАЙДЖАНСКОЕ ПРАВИТЕЛЬСТВО 



1918—1920

 ГГ


(на азербайджанском языке) 

Баку •  Г я и д ж л и к  •  1990 

  

 



 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 



hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə