Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə30/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

101
təzahürləri və gələcək perspektivləri nələrdir? Öldürməyə meylli siyasi 
hakimiyyətə qarşı qeyri- öldürücü müqavimətin tarixçəsi necədir? Qeyri 
öldürücü cəmiyyətin reallaşdırılmasına doğru olan yaradıcılıq potensialı 
və konstruktiv addımların tarixçəsi necədir? 
Dövlət tədqiqatlarının üçüncü tələbi öldürməyin və qeyri-qətlə keçid 
ilə ləğv edilmələr arasında olan tarixçənin araşdırılmasıdır. Hansı 
əhəmiyyətli fiqurlar, qruplar və təşkilatlar belə keçidlərdə iştirak etmişlər 
Əsgərlər pasifistlərə çevrilirlərmi? Qatillər həyata ehtiram göstərməyə 
başlayırlarmı? Zorakı inqilabçılar qeyri öldürücü sosial dəyişiklik üçün 
məqsəd qoymuşlarmı? Din xadimləri tələfat verən üsullara xeyir-dua 
verməkdən imtina edirlərmi? Mədəniyyət simaları zorakılığın qəbul 
olunması və rədd rədd edilməsi aralarında dəyişikliyi qəbul etmişlərmi? 
Əsayiş pozuntuları zamanı edamın qəbul edildiyi, aradan qaldırıldığı 
və ya bərpa edildiyi təqdirdə hansı dəyişikliklər edilmişdir? Silahlı 
qüvvələrin hansı forması təxir və sonradan yenidən bərpa edildi? Ordular 
sıradan çıxarıldımı? Polis və vətəndaşlar öncə tərkisilaha və sonradan 
təkrarən silahlanmaya məruz qaldımı? Antaqonist öldürücü qüvvələr 
arasında öncə əsl sülh barışığı olduğu halda, sonradan tələfat ilə 
yekunlaşan hallar baş vermişdirmi? Öldürməni dəstəkləyən 
iqtisadiyyatçılar qətlsiz fərdi və sosial tələbata uyğun istiqamətdə tam və 
ya qismən dəyişildimi? 
Dördüncü, ictimai, iqtisadi və mədəniyyət kimi faktorlarının qeyri-
öldürücü keçid proseslərində kombinasiya və müdaxilə edilməsi, 
cəmiyyət üçün həyatın arzu olunan qeyri öldürücü şərtlərini 
reallaşdırmaqda ümid doğuran tarixi və müasir dövlətdaxili elementlərə 
hansılar misal ola bilər? O kontestdən irəli gələrək, qeyri öldürücü 
cəmiyyətin reallaşdırılmasına dini ideologiyalar, qanunlar, təşkilatlar, 
siyasətlər, ictimai-iqtisadi strukturlar, təhsil, kommunikasiya, incəsənə 
və dövlətlər arası münasibətlər hansı dəyişikliklərlə öz töhfəsini verərdi? 
Öldürmək və ya buna təhdidlərsiz keçinmək üçün zəruri dəyərlərdən 
olan azadlıq, bərabərlik, maddi rifah və təhlükəsizliyin başlanğıc işini 
daha çox yüngülləşdirən hansı imkan/şərtlər daha uyğun olardı?  


102
Müqayisəli Siyasət 
Qeyri-öldürücü dəyişiklik müqayisəli siyasi məsələnin mərkəzində 
qeyri-öldürücü insan bacarıqlarının araşdırmalarının yerləşdirilməsini 
nəzərdə tutur. İdeyaların, təşkilatların, strukturların, proseslərin və 
siyasətlərin qlobal müqayisələrinin köməyi ilə cəmiyyətlər çərçivəsində 
hökumətlər və vətəndaşlar tərəfindən tətbiq edilən öldürücü qüvvənin 
təhdidinin və ya istifadəsinin dayandırılması üçün hansı istedadlar əldə 
edilə bilər? Effektiv keçid yolları üçün, qeyri öldürücü məntiq ilə idarə 
edilən müqayisəli araşdırmalar təkcə dövlətin sərhədləri hüdudunda 
alternativlərin biliyini axtarır. 
Cəmiyyətlər demokratik təşkilatlar, insan hüquqları, qadınların 
demokratik statusu, demokratik uşaq rifahı üçün edildiyi kimi öldürmək 
və ya öldürməmək meyllərində və səviyyələrə uyğun olaraq 
qiymətləndirilə bilər. Ölümlülüyün göstəricisi ola bilən səbəblər arasında 
dövlətin agentləri və antaqonistləri, cinayətkarlıq hadisələri, vətəndaş 
qətlləri və intiharlar, texnoloji imkanlar, dövlətdaxili digər cəmiyyətlərin 
üzvlərinin öldürülməsi, professional təlim keçmiş qatillər, maddiyyat 
üçün öldürən iqtisadiyyatının siyasətinin indikatorları-dır. Paralel 
qiymətləndirmə tək dövlət analizinin nəticələrindən olmaqla qeyri 
öldürücü xüsusiyyətlər üçün də edilə bilər.Yer tutma qatilin milliyyətinin 
periodik olaraq qeyri öldürücü millətlərlə müqayisədə müəyyən edilməli, 
qlobal siyasət elminə ictimai fəaliyyət tərəfindən töhfə olmalıdır. Qlobal 
birja fondunu və ya idmanı gündəlik nəzarət etməkdən az vacib 
olmayaraq ölümün sayının düşmə və qalxma və ya qeyri öldürücü 
transformasiya imkanlarının gücləndirilməsinin qalxma səviyyələri 
barədə məlumatlar olmalıdır. 
Dövlət boyu eləcə də dövlət daxili əksər oxşar və ya kiçicik oxşar 
şərtlər əsasında ictimai komponentlərin müqayisələri səbəbli və 
transformativ anlama dəstək olmalıdırlar. Bunlara ölümlü və və dinlərin 
qeyri öldürücü meylləri, ideologiyalar, incəsənətlər, partiyalar, cinslər, 
yaş koqortaları, təhsil səviyyələrini, sinifləri, etnik qrupları, iqtisadi 
müəssisələri, universitetlər və sənətlər daxildir. 
Demokratik dövlətlərin bir-birinə qarşı müharibə etməməsi və onların 
öz vətəndaşlarından az qisminin öldürülməsimisalında müasir siyasət 


103
elmi tezisindən istifadə edərək qeyri öldürücü fərqli tədqiqatların da 
avtoritar rejimlər ilə müqayisə edilməsinə tələb duyulur. İstər prezident 
və ya istərsə də parlament strukturlarında, öldürmənin sabit olaraq və 
liberal demokratik dövlətləri çərçivəsində, zorakı bəyənat mədəniyyətləri 
ilə müşayiət edilən anlamalar üçün, qeyri öldürücü struktur və mədəni 
alternativlərin müqayisəli tədqiqatları əhəmiyyət kəsb edir. Misal olaraq, 
Fəsil 2-də iki ən yaxın Meksika kəndinin müqayisəli tədqiqatında 
müşahidə edildiyi kimi, ictimai-iqtisadi şərtlərdə oxşar, ancaq 
zorakılıqda yüksək və aşağı yer tutması mədəniyyət sahəsində 
özünəməxsusluqları səbəbindən diferensiasiya edilir. Zorakı kənd 
sakinləri özlərini zorakı kimi tanıyıb və bunu qəbul etdi. Qeyri-zorakı 
kənd sakinləri özlərini sülhməramlı kimi qavradı və bundan qürur 
duydu.(Fray 1994). Bir yüksək və bir aşağı zorakılıq həddi ilə tanınmış 
İki İndoneziya kəndində uşaq oyunlarının müqayisəli tədqiqatı müəyyən 
etdi ki, daha çox zorakı mədəniyyət insanvə heyvan döyüşlərinin 
oyunlarını bəyənir. Az zorakı mədəniyyət eyforiyanın oyunlarından olan 
yellənmək, sülh emulyasiyasında böyüklərin və heyvanların 
davranışlarının təmsili ilə məşul olur. (Royce 1980).  
Boks, xokkey, güləş və Amerika futbolu kimi rəqabət aparma anlamlı 
idman növünün zorakı mədəniyyətin korrelyatlarını anlamaya kömək edir. 
Beynəlxalq Siyasət 
Öldürməmək istiqamətində dəyişiklik beynəlxalq münasibətlər və ya 
dünya siyasətlərinin, beynəlxalq münasibətlərin və ya beynəlxalq 
siyasətlərin müxtəlif sahələrinə tam və ya individual olaraq narahatlığını 
eyni zamanda təqdim edir. O aralıq təşkilatlar üçün adi narahatlıq ilə 
makroskopik və mikroskopik tələbatları kombinasiya edilir. Bir tərəfdən
qlobal dövlətin (dövlət və qeyri-hökumət) komponentləri, onlar arasında 
əlaqələrin qlobal strukturları və problemin həllinin prosesləri bütövlükdə 
baxılır. Bu antitarixi və ya qeyri kontekst olmaq mənası daşımır. Tarix 
bəşəriyyətindir. Mühit - qlobal və yerli şərtlər arasında qarşılıqlı asılı 
olan qarşılıqlı təsirlərin nümunəsidir.  
Digər tərəfdən, nəzərdə tutulan qeyri öldürücü qlobal cəmiyyətin 
reallaşması köhnə nəsillərdən başlayıb yeniləri ilə əvəz olunduqca, 
doğulandan ölənə qədər həyatdan bəhrələnən hər bir vətəndaşın rifahına 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə