Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə27/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

92
olmayan bazarlar" ilə qarşılıqlı kombinasiya edilinən bu şərtlərin tətbiqi 
qətl törətməyən siyasət elminin yaradıcılıq potensialını tələb edir.  
Maarifləndirici inqilab 
Qətl törətməyən siyasət elminə doğru proqres siyasət alimlərinin 
professionalcasına təlimatlandırılmasını və cəmiyyətin başqa üzvlərinin 
maarifləndirilməsinə doğru dəyişiklikləri nəzərdə tutur. Tələfat verən 
ənənələri və şəraitləri əks etdirmək və təsdiq etmək əvəzinə, istər 
aşkarcasına, istərdə də dinməz-söyləməz olmaqla, siyasət elminin təhsili 
tələfatsız qlobal dəyişikliyinə əhəmiyyətli ianəçi olmalıdır. Bu, 
öldürməyən cəmiyyətlərdə vətəndaşlığ və liderliyi üçün aşkar qida 
mənbəyi olar. Buna tələbat təhsil, məsləhətləşmə, liderlik, vətəndaş 
hərəkatı və kəşfiyyatlara təsir etmə, araşdırmalar nəticəsində aşkarlanmış 
qüsurun tənqidi əks etdirilməsi və qətlin əleyhinə olan biliyin 
səlahiyyətlərini inkişaf etdirməkdir. 
Qətl törətməyən siyasət elminin tədrisi üçün psixiatrlar və mənəvi 
vəkillərə bənzər özünün fövqəladə biliklərə malik olması tələb edilir. Biz 
öldürmək və qətl törətməmək amillərinə qarşı şəxsi inamlarımızı, 
münasibətlərimizi və emosiyalarımızı başa düşməliyik. Özü-özünü 
anlama tələfatsız sosial dəyişiklik üçün şərt olaraq zəruridir. Meditasiya 
olaraq düşüncənin elmi metodlarla təlimi müxtəlif əxlaqi yanaşmalar 
üçün müvafiqdir. Qarşılıqlı fayda və dəstək üçün şəxsi və professional 
inkişaf təcrübələrini bölüşmək imkanları təmin edilməlidir. Qətl 
törətməmək tərəfdarları olan siyasət alimləri şəxsi və kollegial olmaqla, 
həyat üçün dərin hörməti ifadə edərkən, əsas məqsəd başqa məsələləri 
hədəfdə tutarkən belə, daimi qarşılıqlı inkişaf yollarını araşdırmalıdırlar. 
Bütün bunlar cəmiyyətin başqa üzvlərinin arasında 
fərqləndirilməməlidir. 
Məsləhətləşmə və tətbiqi hazırlıqda həkimlərin tibbi tədqiqatlarında, 
fiziki təlimçilərin, fiziklərin və başqa həyat və ölüm ilə əlaqəli sənətlərlə 
nisbətdə qətlsiz syası elmin tətbiqinə az olmamaqla səlahiyyətlər əldə 
etməyə səy göstərilməlidir. Tələfatsız cəmiyyət üçün siyasət alimlərinin 
verəcəkləri töhfələr insan və əhlinin sağlamlığı üçün səhiyyənin, tibbi 
professionalların verdiyi xeyirdən heç də az olmamalıdır. Onların hər 


93
ikisi yeni və ən mükəmməl elmə uyğun olaraq, diaqnoz, göstərişin və 
müalicənin əsasında həyatı və ölümü bir birindən ayıra bilir. 
Eyni zamanda, cəmiyyətin hər bir üzvü qətl törədilməyən qlobal 
keçid üçün öz töhvəsini verə bilər. Qətl törətməyin əleyhinə olan siyasət 
elminin maarifləndirmə işlərinin öhdəsinə düşən məsələ Qeyri-öldürücü 
liderliklərinin və vətəndaşlığın inkişafına daimi kömək edən bilik və 
bacarıqların qazanılması üçün hər səviyyəyə uyğun imkanlardan hər bir 
kəsin şəxsi inkişafı üçün istifadə edilməsinə şərait yaratmaqdır. Hamı 
dərs deyir; hamı öyrənir. 
Təhsildə, tədris planı layihəsi qətl törətməyin əleyhinə olan 
araşdırmalarını bilik tələblərinə uyğunlaşdıraraq şəxsləri və sosial 
hərəkatı qətl törətməmək alternativlərinə , tətbiqi bacarıqlara, prinsiplərə 
meylləndirmək üçün yol açır. Giriş kursu və ya əsas seminar tarixdə 
mövcud olmuş və müasir insan bacarığının ən dəhşətli ölüm törətməsinin 
dəlillərini görüntülü olaraq təqdim edilməlidir. O zaman biz birlikdə 
davamlı olaraq: bizim intizamımızın əsas məsələsi- insan qətlinə son 
vermək" təşəbbüsü göstərmiş olacağıq. İkinci maarifləndirici təcrübə qətl 
törətməyən insanı potensiala dair parlaq qlobal dəlil təqdim etməlidir. 
Üçüncü komponent fərdi, eləcə də social dəyişiklik və osilatoru daxil 
edir. Dördüncü əsas təcrübə arzu olunan cəmiyyətlər üçün siyasi 
təşkilatları icad etməklə insan ixtiraçılığını gözdən keçirir və siyasət 
elminin onlara öz töhfəsini verə bildiyi qətl olmayan cəmiyyətlər və 
mümkün yolların xüsusiyyətlərini fərz etməkdə yaradıcılığının 
potensiallığına təşəbbüs göstərir. Bilik və ona ehtiyac yerli 
kompanentlərdən başlayaraq qloballığa qədər, eləcə də qloballığdan yerli 
qarşılıqlı təsirlərə qədər, hər komponentə daxildir.  
Belə fondlarda qətl törətməməyi təbliq edən maarifləndirici 
innovasiyalar yaradıla bilər. Dəyərli vəzifələri müəyyən etmiş Qeyri-
öldürücü siyasi alternativlərində başlanğıc kurslara misal kimi yaradıcı 
biliklərini paylaşaraq, şəxslərin zorakılıqda özlərinə uyğun aspektlərini 
seçmək üçün hər iştirakçını dəvət edib: onların təbiətən və şəraitə görə 
ədəbiyyatçı olmaqlarını gözdən keçirmək; təsir dairəsi, ənənələr, 
səbəblər və zorakılıq alternativlər ilə bilavasitə məşğul olan yerli şəxslər 
ilə məsləhətləşmək; öz-özlərində yaradıcılıq işlədərək alternativlər 


94
haqqında fikirləşmək; bir-biri ilə araşdırmalar və problemlərin həlli 
yolları barədə təklifləri bölmək; və sosial qərar qəbul etmənin qrup 
halında təkliflərdə razılaşmanı axtarmaq. 
Metodoloji inqilab 
Öldürməməyə keçid cəhdlərinin metodologiyası tədqiqatlar üçün 
təhsil, siyasi və təşkilati quruculuq sahəsində yeni düşüncələri tətbiq etdi. 
Cəhdlərin məqsədi mövcud qətlsiz kəşfləri mənimsəyib, 
uyğunlaşdırmaq, qətlsiz prinsiplərə keçiddə problemləri həll edərkən 
nevrologiya kimi başqa biliklərin yürüdüldüyü kimi yeni metodları icad 
etməkdir. Cəhdlər xüsusilə, qətl tərədilən zonada vacib olub, tədqiqat və 
müdaxilələr üçün metodların tətbiqinə , eləcə də analiz üçün müvafiq 
çərçivədə və bir nöqtədə kəsişən ölümlü zonalarda ehtiyac duyulur.  
Qətlsiz siyasət elmi hazırda ən azı fəlsəfi, tarixi, təşkilati, hüquqi 
araşdırmaları, müsahibə, araşdırma metodlarının da daxill olduğu geniş 
tətbiq edilən repertuardan; müsahibə götürmək; iştirakçı müşahidəçilər; 
sosioloji tədqiqatlar; müqayisəli analiz; kontent-analiz; mətn 
interpretasiyası; oyun nəzəriyyəsi; ictimai seçim analizi; statistik 
araşdırma; tədqiqat; laboratoriya və sahə təcrübəsi; insan və kompüter 
modelləşdirilməsi; və məqsədə müvafiq olaraq bunların müxtəlif 
kombinasiyalarından ibarətdir. Maarifləndirici metodlar ənənəvi 
mühazirələrdən, şagirdliklərin və internaturaların tədqiqat 
müzakirələrindən, mütaliə və diqqətdən, öyrənmə dünyasına rəhbərlik 
edən özünüidarə kompüter araşdırmaları arasında yerini dəyişir. Siyasi 
tətbiq metodları konstitusiya layihəsi də daxil olmaqla, konflikt həlli, 
təşkilati məsləhətləşmələr, seçki məsləhəti, media şərhi, təhlükəsizlik 
siyasəti məsləhəti və sosial qərar qəbul etmənin proseslərində birbaşa 
lider vətəndaş iştirakını da nəzərdə tutur. Metodoloji sual intellekt və 
bacarıqların geniş silsiləsinin önündə donaraq: "İnsan varlığının ölümdən 
qurtulması üçün köhnə və yeni metodlar mümkün olan ən yaxşısı hansı 
töhfəsini verə bilər?"- deyə soruşur. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə