Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə38/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

126
Nüfuzu, mədəniyyəti və dini mənsubiyyətindən asılı olmayaraq
bütün xalqların və azlıqların bərabər hüquqlarının tanınması və 
buna hörmət; belə azlıqlar və təqdimatı olmayan xalqların 
nöqteyi-nəzərlərini və ehtiyaclarını ciddiliklə qarşılamaq; 
təqdimatı olmayan xalqlara və azlıqlara zorakılığın və insan 
hüquqlarının kobud pozulmalarının bütün qanunsuz və əsassız 
pozulmasını aşkarlamaq və ittiham etmək; məqsədlərinə nail 
olmaq üçün sülh və demokratik vasitələrdən istifadə edən 
hərəkatların və ya hökumətlərin qanuniliklərinin tanınması; 
bütün belə hərəkatlar və belə hökumətlər ilə açıq və səmimi 
dialoqa girmək və onların qeyri-zorakılığa ciddi riayət 
etmələrini bir dəyər kimi mükafatlandırmaq; Ölkə hakimiyyəti 
ilə üzərində hakimliyini tələb etdiyi millətlərin, xalqların və 
azlıqların aralarında baş vermiş konfliktlərin sülh yolu ilə 
həllində aktiv kömək etmək və dəstək vermək (UNPO 1998: 8).  
Bundan əlavə, UNPO "korporasiyalara və maliyyə təşkilatlarına o 
resursların ki, tükənməsi insanların həyatı onlardan asılıdır, onların 
zorakı istismarını dayandırmağa; və mediya və onun məhsullarında 
məsuliyyətsiz silah ticarətini və zorakı kommersiyalaşmanı irəli 
aparmağın dayandırımasına" çağırır (9). Genosidi, ethnik ayrı-seçkilik, 
ekoloji tarazlığın pozulmasına qarşı xalqlar tərəfindən aparılan 
məhvetməmək siyasətinə müraciət, xeyirxah öldürməyən siyasət elminə 
aydın iddian təqdim edir. Dünyanın böyük saylı və tanınma ehtiyaclı 
yerli tayfa və azlıq xalqlarının UNPO-ya namizədliyə qeydiyyatı, 
nəticədə , Birləşmiş Millətlər Təşkilatının dövlətlər olaraq üzvlərinin 
sayını üstələyə bilər.  
Öldürməmək və Ekologiyanın Həyat qabiliyyəti 
Öldürməyən siyasət elmi ekoloji öldürücülük təhlükəsindən 
bəşəriyyətin azad olmasına dəstəyi nəzərdə tutur. Biz təbiəti öldürürük 
və təbiət də bizi öldürür.  
Öldürməyən cəmiyyət öldürməyən ekologiyanı tələb edir. İyirminci 
əsrin sonunda, insanın dağıdıcılıq qabiliyyətinin artması sayəsində, 
biosferanın həyat daşıyıcı qabiliyyətinin azalması ilə əlaqədar həyəcan 
artmışdır. Hərbi sənayeləşdirmə və müharibə hücumları planetin viranə 
qalmasına səbə olmuşdur. Oktyabrın 28, 1982-ci ildə, BMT-nin Baş 


127
Assambleyasının 111 üzvü tərəfindən qəbul edilən Təbiət üçün Dünya 
Nizamnaməsində elan edilmişdir ki, "təbiət müharibə və başqa 
düşmənçilik fəaliyyətləri səbəbindən yaranan deqradasiyaya qarşı 
müdafiə ediləcəkdir" (Maddə 1, Hissə 5). Faciəvi dağıntılar arasında: 
Vyetnam Müharibəsində Birləşmiş Ştatlar tərəfindən meşələrin kimyəvi 
üsullarla xəzan edilməsi; İraq Körfəzində neft yataqlarının qəsdən 
yandırması-dır. Öldürməyən siyasət elmi Barri Komoner tərəfindən 
qoyulan iddiaya qarşı durur: " Biz planet ilə sülh yaratmaq üçün, onda 
yaşayan adamlar arasında sülh yaratmalıyıq (Daha sadə 1990: 243)".  
Başqa iddia Birləşmiş Millətlər Təşkilatının 1992-ci ildə Rio-de-
Janeyroda keçirilən Ətraf Mühit və İnkişaf Konfransının baş katibi 
Moris F. Stronq tərəfindən qoyulur, "Dünyanı daha təhlükəsizliyə
davamlı, qabil və bərabər hüquqlu gələcək naminə yeni cığır üzərinə 
yerləşdirmək üçün əsas olan ekoloji inqilabdır" (BMT 1993:1). Gündəlik 
21, konfransa "müharibələr davamlı inkişafa xüsusi dağıdıcı təsir 
göstərir"(Bənd 24), və "sülh, inkişaf və ekoloji mühafizə qarşılıqlı olaraq 
bir-birindən asılı və ayrılmazdırlar" mövzularında mürəciət 
göndərmişdirlər(Bənd 25). Müraciətlər problem-həlli məqsədi ilə 
ölkələrə, hökumətlərə, vətəndaşlara, qadınlara, gənclərə və yerli 
xalqlara/tayfalara edilir. Bunlara ordular, hərbi sənayelər, korporasiyalar, 
həmkarlar ittifaqları və siyasət alimləri əlavə edilə bilər.  
Digər həyatı davam etdirmək, həyatın rifahı üçün olduğu kimi, 
ekoloji təhlükə mənbələri, başqa təhdidlər kimi,.mürəkkəb və qlobaldır 
Dövlət siyasətinin dürüst təşkili və tətbiqinə kömək etmək üçün, siyasət 
elminin resurslarında öldürməyən perspektivliklərdən istifadə 
edilməlidir. Elmin işi ekoloji təhdidlərin hansı birinin yaxşı 
araşdırıldığını və hansı təcili tədbirlərin tələb olunduğunu, hansı 
problemlərin təcili tədqiq edilməli olduğunu, onlar arasında prioritetlərin 
müəyyənləşdirilməsini və elmi biliyin tələbat-məsuliyyət proseslərində 
ictimai qərar üçün ən yaxşısı təqdimatı-dır. Yanaşma modeli İsveç 
Krallığının Elmlər Akademiyası tərəfindən təqdim edilmişdir(1983; 
Sebek 1983). 
Öldürməyən siyasət elmi öldürməyən ekoloji problemi həll edən 
işlərdə məşqul olan adamların, təşkilatlar və sosial hərəkatların 
seçimində xüsusən diqqət və dəstək verir. Əhəmiyyətli müasir 


128
öldürməyən ekoloji hərəkatların diapazonu Hindistanda kənd 
qadınlarının ağacları xilas et Chipko hərəkatı ilə başlanmış (Veber 1989; 
Nautiyal 1996), ictimai və şəxsi siyasəti dəyişmək üçün birbaşa hərəkət 
edən Qrinpis (Stivenson 1997) ilə əvəzolunmuş, Almaniyada Die Grunen 
(Yaşıllar) ekoloji hərəkatının və seçkili siyasi partiyanın yaranmasına 
qədər irəliləmişdir.  
Seçkili sistemli Die Grunen-in banisi, Petranın mirası Karin Kelli 
(1947-1992), iyirmi birinci əsr üçün problemi həll edən öldürməyən 
siyasət elmini təqdim edir. Bu, planeti xilas etmək naminə tərksilah üçün 
hər bir kritik sahəni, iqtisadiyyatı və insan hüquqlarını nəzərə alan, 
ümumdünya əməkdaşlığı hərəkatına bir çağırışdır. O "qlobal ekoloji 
məsuliyyət mədəniyyətiyə" çağırır və "bütün ölkələr arasında ekoloji 
əlaqələri idarə edən prinsipləri əlaqələndirməyin" təşkilinin zəruriliyini 
önə gətirir (Kelly, 1992: 76). Tolstoy, Gandhi, Əbdül Qaffar Xan, Martin 
Lüter Kinq, kiçik Kelli Petra ilə birlikdə, hər biri hazırda 
dəyərləndirilməyə və iyirminci əsr öldürməyən qlobal dəyişikliyinə əsas 
ianəçi kimi gələcəkdə və onlardan da sonrakı nəsillər arasında etiraf edil 
məyə layiqlidirlər (Kelli 1989; 1992; 1994; Parkin 1994).  
Öldürməmək və Problem həlli üçün Əməkdaşlıq 
Başlıca məsələ, fərdlər və qlobal birliklərin problemlərinin həlli 
proseslərinə sülh yolu ilə kömək etməkdir. Dəstək verənlər arasında 
həyata hörmət dəyərləri daşıyan əməkdaşlıq olmadan heç nəyə- nə 
təhlükəsizliyə, nə iqtisadi rifaha, nə insan hüquqlarını tanımağa, nə 
ekoloji həyat qabiliyyətinə, nə də həyatın digər şərtlərinə nail oluna 
bilməz. Bu, siyasət elminin problemi həll edən əməkdaşlıq proseslərinə 
dəstəyindən daha çox, özünün birbaşa problemləri həll etməsi 
məsuliyyəti daşıdığı demək deyildir. Bu totalitarizmi nəzərdə tutmur; 
hətta anarxistlər öz azadlıqları üçün, başqa anarxistlər tərəfindən 
kooperativ tanınmanı, hörməti tələb edir. Öldürməmək yanaşması 
zorakılıq siyasətinə bəyanat ilə və ya məxfi yolla başçılıq edən, 
konfliktlər və yarışlar üzərində əsaslanan, hakimiyyətdən son arbitr kimi 
uzaqlaşmanı nəzərdə tutur. Öldürməmək siyasəti həyata sevginin 
qarşılıqlı münasibəti olmaqla, problemin həllində kooperativ, daha 
genişlənmiş dairəsini nəzərdə tutur. Nəzərə alsaq ki, öldürmə üstün olur 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə