Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

bağlı qərar ayrı-seçkilik xarakteri daşıyır. O, vətəndaşlığa əsaslanan
ayrı-seçkiliyə  yol  verildiyini  iddia  edərək  bildirdi  ki,  Belçika
vətəndaşları cinayətdə ittiham olunduqlarına görə deportasiya olun-
murlar. AİHM, ərizəçinin Belçika vətəndaşları ilə oxşar vəziyyətdə
olmadığını bildirərək qeyd etdi ki, bir dövlət AİHK çərçivəsində öz
vətəndaşını  deportasiya  edə  bilməz.  Odur  ki,  onun  deportasiya
olunması ayrı-seçkiliyə səbəb olmayıb. AİHM-in, ərizəçinin, Aİ-yə Üzv
Dövltətlərdən  olan  qeyri-Belçika  vətəndaşları  ilə  (Aİ  hüququnda
nəzərdə tutulan hərəkət azadlığı hüququna əsasən deportasiya oluna
bilməyənlər) müqayisə olunan vəziyyətdə olduğunu qəbul etməsinə
baxmayaraq, Məhkəmə hesab etdi ki, münasibətlər arasındakı fərq
əsaslandırılıb. 
Nümunə: Allonbynin işində, kollecdə mühazirəçi işləyən ərizəçinin
müqaviləsi kollec tərəfindən yenilənmədi.
18
Bundan sonra o, təhsil
müəssisələrində  mühazirə  xidmətləri  həyata  keçirən  şirkətdə
işləməyə  başladı.  İşlədiyi  şirkət  ərizəçini  əvvəl  işlədiyi  kollecdə
mühazirə oxumağa göndərdi və burda əvvəlki vəzifələrini icra edən
ərizəçiyə kollecin ona ödədiyindən daha az ödəniş tətbiq etdi. Ərizəçi,
genderə əsaslanan ayrı-seçkiliyə məruz qaldığını iddia edərək bildirdi
ki,  həmin  kollecdə  işləyən  kişilər  daha  çox  məvacib  alıblar. AƏM
bildirdi  ki,  kollecdə  işləyən  kişi  mühazirəçilər  müqayisə  olunan
vəziyyətdə olmayıblar. Çünki kollec, həm özünün işə götürdüyü kişi
işçilərin,  həm  də  xarici  şirkət  tərəfindən  işə  götürülən  ərizəçinin
məvacibinin məbləğini müəyyən etmək məsuliyyəti daşımır. Odur ki,
onlar oxşar vəziyyətdə olmayıblar.
Nümunə: Luczakın işində Polşada yaşayan və işləyən fransız fer-
merin  xüsusi  olaraq  polşalı  fermerləri  dəstəkləmək  məqsədilə
yaradılan xüsusi Polşa sosial təhlükəsizlik rejiminə daxil olmağına,
rejimin  qeyri-vətəndaşlara  açıq  olmaması  səbəbi  ilə,  icazə
verilməməsinə  qarşı  şikayət  etdi.
19
AİHM,  ərizəçinin  daimi  sakin
olmasını  və  bu  rejimdən  yararlanmasını,  yerli  sakinlər  kimi  vergi
26
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
18. AƏM, Allonby Accrington və Rossendale Kollecinə qarşı, İş C-256/01 [2004] ECR I-873, 13 yanvar
2004.
19. AİHM, Luczak Polşaya qarşı (No. 77782/01), 27 noyabr 2007; bax həmçinin, AİHM, Gaygusuz
Avstriyaya qarşı, (No. 17371/90), 16 sentyabr 1996.


ödəməsini  və  bununla  da  sosial  təhlükəsizlik  sxeminin
maliyyələşdirilməsinə  töhfə  verdiyini  və  əvvəllər  ümumi  sosial
təhlükəsizlik rejiminin bir hissəsi olduğunu nəzərə alaraq, ərizəçinin
polşalı fermerlərlə oxşar vəziyyətdə olduğu ilə razılaşdı.  
Nümunə:  Richardın işində  ərizəçi  əməliyyat  yolu  ilə  cinsiyyətini
dəyişdirərək kişi cinsindən qadın cinsinə keçmişdi. O təqaüd almaq
üçün  60  yaşında  müraciət  etmişdi  ki,  bu  da  Birləşmiş  Krallıqda
qadınlar üçün nəzərdə tutulan təqaüd yaşı idi. Hökumət, ərizəçinin
digər oxşar vəziyyətdə olan şəxslərlə müqayisədə əlverişsiz rəftara
məruz  qalmadığını  iddia  edərək  təqaüd  verməkdən  imtina  etdi.
Hökumət bildirdi ki, bu işdə düzgün əmsal şəxs “kişi” olub və ərizəçi
həyatını  bir  kişi  kimi  yaşayıb. AƏM  bildirdi  ki,  yerli  qanunvericilik
şəxslərə öz gender qruplarını dəyişməyə icazə verib və odur ki, həqiqi
əmsal şəxs “qadın” sayılır. Beləliklə, ərizəçiyə daha yuxarı təqaüd
yaşı  tətbiq  edilməklə,  ona  qarşı,  oxşar  vəziyyətdə  olan  qadınlara
münasibətdə əlverişsiz davranılıb.
20
Nümunə: Burden Birləşmiş Krallığa qarşı işdə iki bacı 31 il ərzində
birlikdə yaşayıblar.
21
Onlar birlikdə mülkiyyətə sahib olublar və hər
birisi öz vəsiyyətində öz payında olan mülkiyyəti digərinə vəsiyyət
edib. Ərizəçilər, daşınmaz əmlak dəyəri müəyyən məbləğ həddini
aşdığından, birinin ölümü nəticəsində digərinin vərəsəliklə bağlı vergi
ödəməli olmasından şikayət etdilər. Onlar, bunun onların mülkiyyət
hüququna  müdaxilə  edən  ayrı-seçkilik  olduğunu  bildirərək  bunu,
vətəndaş nigahında olan cütlüklərə bu cür vərəsəlik vergisi tətbiq
edilməməsi ilə əsaslandırdılar. Lakin AİHM bildirdi ki, ərizəçilər bacı
olduqları üçün özlərini rəsmi və ya vətəndaş nikahında olan cütlüklərlə
müqayisə  edə  bilməzlər.  Evlilik  və  ya  mülki  xarakterli  bərabərlik,
müqavilə  əsaslı  hüquq  və  vəzifələr  yaratmaq  üçün  müstəqil  və
məqsədli  şəkildə  qurulan  münasibətdir.  Bunun  əksinə  olaraq,
ərizəçilərin münasibətləri qan qohumluğuna əsaslanıb və odur ki,
əsaslı fərqə malikdir.   
27
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
20. AƏM, Richards Secretary of State for Work and Pensions’a (İş və Təqaüdlər üzrə Dövlət
Katibliyinə)qarşı, İş C-423/04 [2006] ECR I-3585, 27 aprel 2006.
21. AİHM, Burden Birləşmiş Krallığa qarşı [GC] (No. 13378/05), 29 aprel 2008.


Nümunə: Carson və Başqaları Birləşmiş Krallığa qarşı işdə ərizəçilər
BK  hökumətinin  xaricdə  yaşayan  təqaüdçülərə,  ölkədə  yaşayan
təqaüdçülərə  ödədiyi  məbləğdə  təqaüd  ödəmədiyindən  şikayət
etdilər.
22
Birləşmiş  Krallığın  qanunlarına  əsasən,  təqaüd  məbləği
İngiltərə ilə qarşılıqlı sosial təhlükəsizlik razılaşması olan ölkələrdə
yaşayan  BK  vətəndaşları  istisna  olmaqla,  ancaq  BK-da  yaşayan
şəxslərə tətbiq edilirdi. Bu cür razılaşma olmayan dövlətlərdən birində
yaşayan  ərizəçilər,  məskunlaşdıqları  yer  zəminində  ayrı-seçkiliyə
məruz qaldıqlarını iddia etdilər. AİHM buna etiraz edərək, ərizəçilərin
təqaüd yaşında olub BK-da və ya BK-ın qarşılıqlı razılaşmaya sahib
olduğu  ölkələrdən  birində  yaşayan  şəxslərlə  oxşar  vəziyyətdə
olmadıqlarını bildirdi.  
AİHM  bildirdi  ki,  baxmayaraq  ki,  bu  fərqli  qrupların  hamısı  milli
hökumət gəlirləri fonduna sığorta ödənişi vasitəsilə yardım göstəriblər,
bu  ödənişlər  təqaüd  fonduna  deyil,  ictimai  xərclərin  müxtəlif
aspektlərinin maliyyələşdirilməsini əhatə edən ictimai gəlirlərə aid
olub. Bundan başqa, hökumət təqaüd məbləğini müəyyən edərkən,
BK-da həyat standartları ilə bağlı qiymətlərin artımına əsaslanmışdrı.
Odur ki, ərizəçi digər qruplarla müqayisə olunan vəziyyətdə olmayıb
və beləliklə də ona qarşı ayrı-seçkiliyə yol verilməyib.
Ən  azından  işəgötürmə  ilə  bağlı  Aİ  hüququ  kontekstində,  müvafiq  bir
“əmsal  şəxs”in  tapılması  üçün  aşkar  istisna,  baş  verən  ayrı-seçkiliyin
şəxsin hamiləliyi ilə bağlı olmasıdır. Xüsusi əhəmiyyət kəsb edən Dekker
işindən başlayaraq, AƏM-nin geniş miqyaslı işləri siyahısında bir şəxsin
ayrı-seçkiliyə məruz qalması hamiləlik vəziyyəti ilə bağlı olduqda “əmsal
şəxs”ə ehtiyac olmadan, şəxsin cinsi əsasla ayrı-seçkiliyə məruz qalması
kimi təsnifləndiriləcək.
23
2.2.3. Müdafiənin şamil olunduğu əsas 
Ayrı-seçkilik əleyhinə Avropa hüququnda mövcud olan "müdafiənin şamil
28
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
22. AİHM, Carson və Başqaları Birləşmiş Krallığa qarşı [GC] (No. 42184/05), 16 mart 2010.
23. AƏM, Dekker Stichting Vormingscentrum voor Jong Volwassenen  (VJV-Centrum) Plusa qarşı, İş C-
177/88 [1990] ECR I-3941, 8 noyabr 1990. Oxşar olaraq, AƏM, Webb EMO Air Cargo (UK) Ltdyə qarşı,
İş C-32/93 [1994] ECR I-3567, 14 iyul 1994.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə