Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

atalarına müavinətin ödənilməməsi ilə əlaqədar olaraq ayrı-seçkiliyə
məruz qaldıqlarını iddia edirdilər və AİHM bunu qəbul etdi. Beləliklə,
uşaqlar atalarının bioloji ata statusu ilə əlaqədar olaraq ayrı-seçkiliyə
məruz qalmışdılar. 
Nümunə: P. S. Və Cornwall County Councila qarşı işində şikayətçi
kişi  cinsiyyətini  qadın  cinsiyyətinə  dəyişmək  prosesində  olduğu
zaman işəgötürəni tərəfindən işdən azad edilmişdi. AƏM bu qənaətə
gəldi ki, işdən azad edilmə ona qarşı əlverişsiz rəftar təşkil edir.
29
Əmsal şəxsə gəlincə, AƏM bildirdi ki, "şəxs, cinsiyyətini dəyişmək
niyyətində  olduğuna  və  ya  dəyişdiyinə  görə  işdən  azad  edilirsə,
cinsiyyətini  dəyişməzdən  əvvəl  mənsub  olduğu  cinsə  aid  olan
şəxslərlə müqayisədə əlverişsiz rəftara məruz qalmış olur". Rəftarın
səbəblərinə  gəlincə,  baxmayaraq  ki,  şikayətçinin  qadın  və  ya  kişi
olması  səbəbindən  fərqli  rəftara  məruz  qaldığını  sübuta  yetirmək
mümkün deyildi, fərqli rəftarın cins anlayışı ilə əlaqədar olduğunu
sübut etmək olardı.
2.3. Dolayı ayrı-seçkilik 
Həm İnsan hüquqları haqqında Avropa Konvensiyasında (AİHK), həm də
Avropa İttifaqı (Aİ) hüququnda təsdiq edilir ki, ayrı-seçkilik təkcə oxşar
vəziyyətdə olan insanlara qarşı fərqli rəftarın deyil, həm də fərqli vəziyyətdə
olan insanlara qarşı eyni rəftarın nəticəsi
ola bilər. Sonuncunu "dolayı" ayrı-seçkilik
adlandırırlar, çünki bu halda rəftarın özü
deyil, onun nəticələri fərqli olur, belə ki, o,
fərqli xüsusiyyətlərə malik insanlar üçün
fərqli nəticələrə səbəb olur. İrqi bərabərlik
haqqında Direktivin 2-ci maddəsinin 2(b)
bəndində deyilir ki, "dolayı ayrı-seçkilik o
halda  baş  verir  ki,  neytral  kimi  görünən
qayda, meyar və ya praktika müəyyən irqi
və ya etnik mənşəli insanları digər şəxs
32
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
Dolayı ayrı-seçkiliyin
elementləri bunlardır: 
• oxşar vəziyyətdə olan digər
şəxslərlə müqayisədə 
• "müdafiənin şamil olunduğu
əsasların" tətbiq dairəsinə
düşən hər hansı qrupa
əhəmiyyətli dərəcədə mənfi
təsir göstərən 
• neytral qayda, meyar və ya
praktika.
____________________________
29. AƏM, P. v. S. and Cornwall County Council, iş № C-13/94 [1996] ECR I-2143, 30 aprel 1996-cı il.


lərlə  müqayisədə  xüsusilə  əlverişsiz  vəziyyətə  salır"
30
.    Avropa  İnsan
Hüquqları Məhkəməsi (AİHM) özünün son dövrlərə aid bəzi qərarlarında
diqqəti dolayı ayrı-seçkiliyin bu anlayışına cəlb edərək bildirib ki, "fərqli
rəftar neytral tərzdə ifadə edilmiş, amma bununla belə hər hansı qrup üçün
qeyri-mütənasib dərəcədə zərərli nəticələr doğuran ümumi siyasət və ya
tədbir formasını ala bilər".
31
2.3.1. Neytral qayda, meyar və ya praktika 
Dolayı ayrı-seçkiliyi müəyyən etmək üçün birinci tələb neytral (tərəfsiz) kimi
görünən qayda, meyar və ya praktikanın mövcudluğundan ibarətdir. Başqa
sözlə, hər bir kəsə şamil olunan bir tələb mövcud olmalıdır. Aşağıda əyani
nümunə  üçün  iki  məhkəmə  işi  verilir.  Əlavə  misallar  üçün  sübutetmə
məsələlərinə və statistik məlumatların roluna aid olan 5-ci fəslə bax. 
Nümunə:  Şönhaytın işində  natamam  iş  günü  ilə  çalışan  işçilərin
pensiyaları hesablanarkən tam iş günü ilə çalışan işçilərdən fərqli
dərəcələr tətbiq olunurdu.
32
Bu fərqli dərəcələr iş yerində sərf edilən
saatlar arasındakı fərqə əsaslanmırdı. Belə ki, natamam iş günü ilə
çalışan  işçilər,  hətta  iş  stajlarının  müddəti  tam  iş  günü  ilə  çalışan
işçilərdən  fərqli  olsa  belə,  onlardan  az  pensiya  alırdılar,  bu  isə  o
demək idi ki, natamam iş günü ilə çalışan işçilərə əslində daha az
pensiya ödənilir. Pensiyaların hesablanması üzrə neytral qayda nata-
mam iş günü ilə çalışan bütün işçilərə eyni tərzdə tətbiq edilirdi. Lakin
natamam iş günü ilə çalışan işçilərin təxminən 88%-i qadın olduğuna
görə bu qayda kişilərlə müqayisədə qadınlar üçün qeyri-mütənasib
dərəcədə mənfi nəticələr doğururdu. 
Nümunə: D.H. və başqaları Çex Respublikasına qarşı işdə şagirdlərin
ümumi  (adi),  yoxsa  xüsusi  məktəblərə  göndərilməsinin  mümkün-
33
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
30. Analoji olaraq bu mənbələrə bax: İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 2-ci
maddə, 2(b) bəndi; Gender bərabərliyi haqqında Direktiv (yeni redaksiyada), 2-ci maddə, 1(b) bəndi;
Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, maddə 2(b).
31. AİHM, D.H. və başqaları Çexiya Respublikasına qarşı [Böyük Palata], (ərizə № 57325/00), 13
noyabr 2007-ci il, 184-cü bənd; AİHM, Opuz Türkiyəyə qarşı, (ərizə № 33401/02), 9 iyun 2009-cu il, 183-
cü bənd; AİHM, Zərb Adəmi Maltaya qarşı, (ərizə № 17209/02), 20 iyun 2006-cı il, 80-ci bənd.
32. Avropa Ədalət Məhkəməsi (AİƏHM), Hilde Schönheit v. Stadt Frankfurt am Main and Silvia Becker v.
Land Hessen, bir icraatda birləşdirilmiş işlər № C-4/02 və C-5/02 [2003] ECR I-12575, 23 oktyabr 2003-
cü il. 


lüyünü müəyyənləşdirmək üçün onların zehni qabiliyyətini və təhsilə
uyğunluq  imkanlarını  qiymətləndirmək  məqsədi  daşıyan  bir  sıra
testlərdən istifadə edilmişdi.
33
Bu xüsusi məktəblər zehni çətinlikləri və
ya  dərsləri  öyrənməkdə  digər  əngəlləri  olanlar  üçün  nəzərdə
tutulmuşdu.  Bu  test  xüsusi  məktəblərə  yerləşdirilməsi  düşünülən
bütün uşaqlara tətbiq edilirdi. Lakin praktikada bu test ümumi (adi)
Çexiya əhalisi üçün nəzərdə tutulmuşdu və nəticə etibarı ilə Roma
(qaraçı) şagirdlərin dərsləri qavrama qabiliyyəti daha aşağı olurdu ki,
bunun da nəticəsində Roma  şagirdlərin 50 faizindən 90 faizinə qədəri
ümumi təhsil sistemindən kənarda təhsil alırdı. AİHM bu qənaətə gəldi
ki, bu, dolayı ayrı-seçkilik nümunəsidir. 
2.3.2. Neytral qayda, meyar və ya praktika
Dolayı ayrı-seçkiliyi müəyyən etmək üçün ikinci tələb ondan ibarətdir ki,
neytral  kimi  görünən  qayda,  meyar  və  ya  praktika  "müdafiənin  şamil
olunduğu qrupu" xüsusilə əlverişsiz vəziyyətə salmalıdır. Belə ki, dolayı
ayrı-seçkilik birbaşa ayrı-seçkilikdən onunla fərqlənir ki, burada rəftara
deyil, onun nəticələrinə diqqət yetirmək lazımdır. 
Müdafiənin  şamil  olunduğu  qrupun  analoji  vəziyyətdə  olan  qruplarla
müqayisədə fərqli rəftarın mənfi təsirinə qeyri-mütənasib dərəcədə məruz
qaldığını göstərən statistik dəlilləri nəzərdən keçirərkən AƏM və AİHM
mənfi təsirə məruz qalanların xüsusilə böyük qismini "müdafiənin şamil
olunduğu qrupun" üzvlərinin təşkil etdiyinə dair sübutların olub-olmadığını
araşdırır. Bu məsələ sübutetmə məsələlərinə aid olan 5-ci fəsildə ətraflı
nəzərdən keçiriləcək. Burada isə Noltenin işində cinsi zəmində ayrı-seçk-
ilik  barədə  danışarkən  Baş  vəkilin  bildirdiyi  rəydə  yer  alan  və  AƏM
tərəfindən istifadə edilən aşağıdakı ifadələri vurğulayaq: 
"Tədbirin ayrı-seçkilik hesab edilməsi üçün o, "kişilərə nisbətən xeyli çox
sayda qadınlara" [Rinner-Künün işi]
34
, yaxud "qadınlara nisbətən kişilərin
əhəmiyyətli dərəcədə az faizinə" [Nimtsin işi
35
və Kovalskanın işi]
36
təsir
34
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
33. AİHM, D.H. və başqaları Çexiya Respublikasına qarşı [Böyük Palata], (ərizə № 57325/00), 13
noyabr 2007-ci il, 79-cu bənd.
34. AƏM, Rinner-Kühn v. FWW Spezial-Gebäudereinigung, iş № C-171/88 [1989] ECR 2743, 13 iyul
1989-cu il.
35. AƏM, Nimz v. Freie und Hansestadt Hamburg, iş № C-184/89 [1991] ECR I-297, 7 fevral 1991-ci il. 
36. AƏM, Kowalska v. Freie und Hansestadt Hamburg, iş № C-33/89 [1990] ECR I-2591, 27 iyun 1990-
cı il.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə