Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

göstərməli, yaxud da "qadınlara təsiri kişilərə təsirindən daha çox" olmalıdır
[De Weerd, née Roks və başqalarının işi]
37
.
38
2.3.3. Əmsal şəxs 
Birbaşa ayrı-seçkilikdə olduğu kimi, bu halda da konkret qaydanın, meyarın
və  ya  praktikanın  nəticəsinin  analoji  vəziyyətdə  olan  digər  şəxslərə
əhəmiyyətli  dərəcədə  mənfi  təsir  göstərib-göstərmədiyinin  məhkəmə
tərəfindən  müəyyənləşdirilməsi  üçün  əmsal  şəxsin  mövcud  olması
gərəkdir. Məhkəmələrin bu haldakı yanaşması birbaşa ayrı-seçkilikdəki
yanaşmasından fərqlənmir. 
2.4. Təqib etmə və ayrı-seçkilik qoyma barədə  
göstəriş vermə
2.4.1. Avropa İttifaqının ayrı-seçkiliyin yolve-
rilməzliyinə dair direktivlərində nəzərdə tu
tulan təqib etmə və 
ayrı-seçkiliyə mə-
ruz qoyma barədə 
göstəriş vermə
Avropa 
İttifaqının 
ayrı-seçkiliyin
yolverilməzliyinə dair qanunvericiliyinin
tərkib hissəsi olan təqib etməni və ayrı-
35
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
37. AƏM, De Weerd, née Roks, and Others v. Bestuur van de Bedrijfsvereniging voor de Gezondheid,
Geestelijke en Maatschappelijke Belangen and Others, iş № C-343/92 [1994] ECR I-571, 24 fevral
1994-cü il.
38. Baş vəkilin 31 may 1995-ci il tarixli rəyi, AİƏM-in qərarının 57-58-ci bəndləri, Nolte v. Landesver-
sicherungsanstalt Hannover, iş № C-317/93 [1995] ECR I-4625, 14 dekabr 1995-ci il. AİHM tərəfindən
qəbul edilmiş analoji yanaşmaya aid nümunə üçün bu işə bax: D.H. və başqaları Çexiya Respublikasına
qarşı [BP], (ərizə № 57325/00), 13 noyabr 2007-ci il (bu iş 5.2.1-ci bölmədə müzakirə olunur).
39. Bax: İrqi bərabərlik haqqında Direktiv, 2-ci maddənin 3-cü bəndi; İrqi bərabərlik haqqında Direktiv, 2-
ci maddənin 3-cü bəndi; İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 2-ci maddənin 3-cü
bəndi; Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, maddə 2(c); Gender
bərabərliyi haqqında Direktiv (yeni redaksiyada), 2-ci maddə, 1(c) bəndi. 
Ayrı-seçkiliyin yolverilməzliyinə dair
direktivlərə əsasən, təqib etmə o halda
ayrı-seçkilik sayılır ki: 
• "müdafiənin şamil olunduğu əsasla"
əlaqədar olan, 
• şəxsin ləyaqətinə toxunmaq niyyəti ilə
törədilən və ya bu cür nəticə doğuran 
• və (və ya) qorxu, düşmənçilik,
hörmətdən salma, alçaltma mühiti və
ya təhqiramiz mühit yaradan arzuol-
unmaz rəftar baş vermiş olsun.
39


seçkiliyə məruz qoyma barədə göstəriş verməni qadağan edən müddəalar
son dövrlərdəki irəliləyişlərin təzahürüdür və daha əhatəli müdafiəyə şərait
yaradılması məqsədi ilə qəbul edilib. 
Təqib  etmə  Avropa  İttifaqının  ayrı-seçkiliyin  yolverilməzliyinə  dair
direktivlərində xüsusi bir ayrı-seçkilik növü kimi qeyd edilir. Əvvəllər ona
birbaşa ayrı-seçkiliyin xüsusi bir təzahürü kimi baxılırdı. Onun direktivlərdə
xüsusi  bir  başlıq  altında  verilməsi  konseptual  düşüncədə  dəyişikliklə
əlaqədar deyil və ayrı-seçkilik xarakterli rəftarın xüsusilə zərərli olan bu
formasına ayrıca diqqət yetirməyin vacibliyinə əsaslanır. 
Gender bərabərliyi haqqında direktivlərdə həmçinin seksual təqib ayrı-
seçkiliyin xüsusi növü kimi göstərilir və qeyd edilir ki, bu halda "söz ilə,
sözsüz və ya fiziki" yolla ifadə olunan arzuolunmaz rəftar "seksual" xarak-
terli rəftardır.
40
Bu anlayışa əsasən, təqibin baş verdiyini sübut etmək üçün müqayisə
oluna bilən nümunəyə ehtiyac yoxdur. O, mahiyyət etibarı ilə təqibin aldığı
formanın (söz vasitəsilə, sözsüz və ya fiziki yolla baş verən pis rəftar) və
potensial nəticələrinin (insan ləyaqətinin alçaldılması) hüquqa zidd olması
səbəbindən təqibin özünün hüquqa zidd olduğunu əks etdirir. 
Aİ səviyyəsində təqibə dair rəhbər müddəaların çoxu Aİ Komissiyasının "İş
yerində qadınların və kişilərin ləyaqətinin müdafiəsinə dair tövsiyə"sinin
icrası haqqında Aİ Şurasının 19 dekabr 1991-ci il tarixli Bəyannaməsindən,
o cümlədən Seksual təqibə qarşı mübarizəyə dair prosessual məcəllədən
qaynaqlanır.
41
Aİ qanunvericiliyində mütəhərrik xarakter daşıyan obyektiv
və subyektiv yanaşma qəbul edilib. Birincisi, təqibin baş verib-vermədiyini
müəyyənləşdirmək üçün qurbanın həmin rəftarı necə başa düşdüyü nəzərə
alınır. İkincisi, hətta qurban təqibin nəticələrini real olaraq hiss etməsə belə,
şikayətçi (qurban) sözügedən rəftarın hədəfi olduğu müddətdə onun təqibə
məruz qaldığı qənaətinə gəlinə bilər. 
36
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
40. Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, maddə 2(d); Gender bərabərliyi
haqqında Direktiv (yeni redaksiyada), 2-ci maddə, 1(d) bəndi. 
41. Aİ Komissiyasının "İş yerində qadınların və kişilərin ləyaqətinin müdafiəsinə dair tövsiyə"sinin icrası
haqqında Aİ Şurasının 19 dekabr 1991-ci il tarixli Bəyannaməsindən, o cümlədən Seksual təqibə qarşı
mübarizəyə dair prosessual məcəllə, OJ C 27, 04.02.1992 p. 1; Aİ Komissiyasının "İş yerində qadınların
və kişilərin ləyaqətinin müdafiəsinə dair 92/131/EEC saylı tövsiyəsi".


Rəftarın  təqib  təşkil  edib-etməməsi  məsələsinə  aid  faktlar  adətən  iş
AƏM-ə verilənə qədər milli səviyyədə həll olunur. Buna görə də məhkəmə
işlərinin  aşağıdakı  nümunələri  milli  məhkəmələrin  praktikasından
götürülüb. 
Nümunə: İsveç Apellyasiya Məhkəməsinin icraatındakı işdə şikayətçi
bir küçük almağa cəhd etmişdi. Satıcı alıcının homoseksual olduğunu
anlayan  kimi  küçüyün  rifahını  əsas  gətirərək  satışı  həyata
keçirməkdən imtina etmiş və bildirmişdi ki, homoseksuallar heyvan-
larla  cinsi  əlaqədə  olurlar.  Küçüyün  satışından  imtina,  mallar  və
xidmətlərlə  əlaqədar  birbaşa  ayrı-seçkilik  hesab  edildi  və  İsveç
Apellyasiya Məhkəməsi konkret olaraq bu qənaətə gəldi ki, bu imtina
seksual oriyentasiya zəminində təqib təşkil edir
42
.  
Nümunə: Macarıstanın Bərabər Rəftar Qurumunun icraatındakı işdə
iki  müəllimdən  şikayət  edilmişdi,  onlar  Roma  (qaraçı)  şagirdlərə
demişdilər ki, məktəbdəki pis rəftarları barədə millətçi təşkilat olan
"Macarıstan  keşikçiləri"nə  xəbər  verəcəklər,  bu  təşkilat  qaraçılara
qarşı ifrat zorakılıq hərəkətləri törətməklə tanınırdı.
43
Bu işdə qərara
alındı  ki,  müəllimlər  "Macarıstan  keşikçiləri"nin  irqçi  baxışlarını
dolayısı ilə təqdir etmiş olublar və qorxu və təhdid mühiti yaradıblar ki,
bu da təqib təşkil edir. 
Bundan əlavə, ayrı-seçkilik əleyhinə direktivlərin hamısında deyilir ki, "ayrı-
seçkiliyə yol vermə barədə göstəriş vermə" "ayrı-seçkilik" təşkil edən əməl
sayılır.
44
Lakin bu direktivlərin heç birində bu terminin mənası açıqlanmır.
Bu  terminin  ayrı-seçkilik  təcrübəsinə  qarşı  hər  hansı  əhəmiyyət  kəsb
37
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
42. Seksual oriyentasiya zəminində ayrı-seçkilik əleyhinə Ombudsman A.S.-ə qarşı, iş № T-3562-06,
Svea Apellyasiya Məhkəməsi, 11 fevral 2008-ci il. Qərarın ingiliscə qısa icmalını bu mənbədən tapmaq
olar: Ayrı-seçkilik Sahəsində Avropa Hüquq Ekspertləri Şəbəkəsi, 8 (iyul 2009-cu il). "Ayrı-seçkiliyin
yolverilməzliyinə dair Avropa hüququnun icmalı", səh. 69. 
43. Bərabər Rəftar Qurumu (Macarıstan), 654/2009 saylı qərar, 20 dekabr 2009-cu il. Qərarın ingiliscə
qısa icmalını bu mənbədən tapmaq olar: Ayrı-seçkilik Sahəsində Avropa Hüquq Ekspertləri Şəbəkəsi,
"Yeni hesabat": www.non-discrimination.net/content/media/HU-14-
HU_harassment_of_Roma_pupils_by_teachers.pdf.  
44. İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 2-ci maddənin 4-cü bəndi; Mallar və
xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında Direktiv, 4-cü maddənin 1-ci bəndi; Gender bərabərliyi
haqqında Direktiv (yeni redaksiyada), 2-ci maddənin 2(b) bəndi; İrqi bərabərlik haqqında Direktiv, 2-ci
maddənin 4-cü bəndi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə