Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   2   3   4   5   6   7   8   9   ...   62

________________________________
6. Lissabon Sazişinə edilən dəyişikliklərdən sonra Avropa Ədalət Məhkəməsinə “Ümumi Məhkəmə” kimi
istinad edilir. Lakin bu Məlumat kitabında hələ də AƏM kimi qeyd edilir, çünki təcrübədə istifadə olunan
ədəbiyyatın çoxu dəyişikliklərin qüvvəyə minməsindən əvvəl nəşr olunub və bunun üçün də hər hansı
çaşqınlıq yaratmamaq məqsədilə bu şəkildə istinad ediləcək.
Ayrı-seçkilik əleyhinə Avropa hüququnun təqdimatı: məzmun, qiymətləndirmə və əsas məsələlər
15
Bərabərlik  haqqında  Direktivdə  nəzərdə  tutulan  müdafiə  vasitələrinin
dairəsinə uyğun gəlmir, çünki Gender Sosial Təhlükəsizliyi üzrə Direktiv,
səhiyyə xidməti və təhsilə çatımlılıq və sosial müdafiə kimi daha geniş rifah
sistemi ilə deyil, sadəcə sosial təhlükəsizliklə bağlı bərabər rəftarı təmin
edir. 
Baxmayaraq ki, seksual oriyentasiya, dini inanc, əlillik və yaş məsələləri
sadəcə işəgötürmə kontekstində müdafiə olunur, bu halların mallara və
xidmətlərə  çatımlılıqla  bağlı  (bu,  “Horizontal  Direktiv”  kimi  tanınır)  da
müdafiə olunması üzrə təkliflər hal-hazırda Aİ institutlarında müzakirə ol-
unur.    
1.2.    Avropa müdafiə mexanizmində  hazırkı və
gələcək inkişaf perspektivləri
1.2.1.   Aİ Fundamental Hüquqlar Xartiyası
Avropa  İcmalarının  ilkin  müqavilələrində  insan  hüquqlarına  və  onların
müdafiəsinə  hər  hansı  istinad  edilmirdi.  Avropada  azad  ticarətin
yaradılmasının  insan  hüquqlarına  təsir  edəcəyi  düşünülmürdü.  Lakin,
Avropa Ədalət Məhkəməsinə (AƏM) İcma hüququnun səbəb olduğu insan
hüquqlarının  pozuntusunu  iddia  edən  işlər  daxil  olduqca  AƏM,  İcma
Hüququnun  “ümumi  prinsipləri”  adı  ilə  tanınan,  hakimlər  tərəfindən
yaradılan sistem yaratdı
6
.  AƏM-nə görə, bu ümumi prinsiplər yerli konsti-
tusiyalarda  və  insan  hüquqları  üzrə  müqavilələrdə,  xüsusilə  AİHK-da
nəzərdə  tutulmuş  insan  hüquqlarının  müdafiəsinin  mahiyyətini  əks
etdirəcəkdi. AƏM, İcma Hüququnun həmin prinsiplərlə uzlaşmasını təmin
edəcəyini bildirdi.
Siyasi kurslarının insan hüquqlarına təsir edə biləcəyini qəbul edərək və
vətəndaşların  özlərini  Aİ-na  daha  “yaxın”  hiss  etmələrini  təmin  etmək
məqsədilə Aİ və ona Üzv Dövlətlər 2000-ci il tarixdə Fundamental Hüquqlar
haqqında  Aİ  Xartiyasını  elan  etdilər.  Xartiya,  Üzv  Dövlətlərin
konstitusiyalarında, AİHK-da, BM-in Uşaq Hüquqları Konvensiyası kimi uni-


________________________
7. 999 UNTS 171.
8. 993 UNTS 3.
9. 660 UNTS 195.
10. 1249  UNTS 13.
11. 1465  UNTS 85.
12. 1577  UNTS 3. Bundan başqa, bir sıra Üzv Dövlətlər, Əlil Şəxslərin Hüquqları haqqında Konven-
siyaya (BM Doc. A/61/611, 13 dekabr 2006) və Zorla İtkin düşmüş Səxlərin Qorunması haqqında
Beynəlxalq Konvensiyaya (BM Doc. A/61/488,  20 dekabr 2006) qoşulublar; Lakin bu Dövlətlərdən heç
biri hələ də Bütün Miqrant İşçilərin və onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması haqqında
Beynəlxalq Konvensiyaya (BM Doc. A/RES/45/158, 1 iyul 2003) qoşulmayıblar.
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
16
versal  sənədlərdə  nəzərdə  tutulan  hüquqlardan  qaynaqlanan  insan
hüquqlarını özündə əks etdirir. Baxmayaraq ki, Avropa Komissiyası (yeni
Aİ hüququnu təklif etməyə məsul olan əsas qurum) təkliflərin Xartiya ilə
uzlaşacağını  bildirmişdi,  2000-ci  ildə  qəbul  olunan  Xartiya  sadəcə
“bəyannamə” xarakteri daşıyır.   
2009-cu  ildə  qüvvəyə  minən  Lissabon  Sazişi  Fundamental  Hüquqlar
haqqında  Xartiyanın  statusunu  dəyişərək  onu  hüquqi  öhdəlik  yaradan
sənədə  çevirdi.  Nəticədə, Aİ  qurumları  bu  sənədə  tabe  olmaq  öhdəliyi
daşıyırlar. Aİ-na  Üzv  Dövlətlər  isə  sadəcə Aİ  hüququnu  tətbiq  edərkən
Xartiyanın  tələblərinə  tabe  olmaq  öhdəliyi  daşıyırlar.  Xartiyaya,  Çex
Respublikası, Polşa və Birləşmiş Krallıqla bağlı bu məhdudiyyəti yenidən
müəyyənləşdirən protokol qəbul edildi. Xartiyanın 21-ci maddəsi müxtəlif
hallara  söykənən  ayrı-seçkiliyi  qadağan  edir  ki,  həmin  maddəyə  bu
Məlumat kitabın növbəti bölmələrində yenidən toxunulacaq. Bu o deməkdir
ki,  şəxslər  Xartiyaya  riayət  edilmədiyi  qənaətinə  gəldikləri  zaman,  Aİ
qanunvericiliyindən və ya Aİ hüququna cavab verən yerli qanunvericilikdən
şikayət edə bilərlər.
1.2.2. İnsan hüquqları üzrə BM-in müqavilələri
İnsan hüquqlarının müdafiəsi təbii ki, Avropa ilə məhdudlaşmır. Eyni za-
manda Amerika, Afrika və Orta Şərqlə yanaşı, Birləşmiş Millətlər tərəfindən
(BM) yaradılan mühüm beynəlxalq insan haqları hüququ mövcuddur. Bütün
Aİ Üzv Dövlətləri, özündə ayrı-seçkiliyi qadağan edən normaları da ehtiva
edən BM-ə məxsus aşağıdakı sazişlərə qoşulub: Mülki və Siyasi Hüquqlar
haqqında Beynəlxalq Pakt (ICCPR)
7
, İqtisadi Sosial və Mədəni Hüquqlar
haqqında Beynəlxalq Pakt (ICESCR)
8
, İrqi Ayrı-seçkiliyin bütün növlərinə
qarşı  Konvensiya  (ICERD)
9
,  Qadınlara  qarşı  Ayrı-seçkiliyin  Aradan
Qaldırılması haqqında Konvensiya (CEDAW)
10
,  İşgəncələr Əleyhinə Kon-
vensiya
11
və Uşaq Hüquqları Konvensiyası (CRC)
12
.  BM səviyyəsində ən


________________________________
13. BMT Doc. A/61/611, 13 dekabr 2006.
Ayrı-seçkilik əleyhinə Avropa hüququnun təqdimatı: məzmun, qiymətləndirmə və əsas məsələlər
17
son  dövrlərə  təsadüf  edən  insan  hüquqları  sənədi  2006-cı  il  tarixli  Əlil
Şəxslərin Hüquqları haqqında Konvensiyadır (UNCRPD)
13
.  Adətən, insan
hüquqları üzrə sənədlər sadəcə Dövlətlərin qatılmasına açıq olub. Lakin,
Dövlətlər  daha  çox  Hökumətlərarası  Təşkilatlar  (İGO)  vasitəsilə
əməkdaşlıq etdiklərindən və onlara əhəmiyyətli səlahiyyət və məsuliyyət
tanıdıqlarından, İGO-ların da Üzv Dövlətlərin insan hüquqları öhdəliklərinə
təsir etməklə bağlı töhfə verməsini təmin etmək zəruridir. Regional inteq-
rasiya təşkilatlarının da üzvlüyünə açıq olan BM səviyyəsində qəbul olunan
ilk  insan  hüquqları  sənədi  UNCRPD-dır. Aİ  həmin  sənədi  2010-cu  ilin
dekabr ayında ratifikasiya edib. 
UNCRPD əlilliyi olan şəxslərin hüquqlarından istifadə zamanı bərabərliyin
təmin edilməsi məqsədilə bu şəxslər üçün geniş hüquqları özündə ehtiva
edir və pozitiv tədbirlər görməsi üçün dövlətin üzərinə müxtəlif öhdəliklər
qoyur. 
Xartiya kimi bu da Aİ qurumları üçün öhdəlik yaradır və Üzv Dövlətlər Aİ
hüququnu tətbiq edərkən onlar üçün də hüquqi öhdəlik yaradacaq. Bundan
əlavə, Üzv Dövlətlər individual qaydada hazırda öz adlarından UNCRPD-
yə  qoşulmaq  prosesində  olduqlarından,  bu,  onlar  üçün  də  birbaşa
öhdəliklər yaradır. Artıq Aİ və AİHM hüququ əlillik əsasında ayrı-seçkiliklə
bağlı şərh olunarkən UNCRPD-yə istinad edir.      
1.2.3. Avropa İttifaqının Avropa İnsan Hüquqları
Konvensiyasına qoşulması
Hazırda Aİ hüququ və AİHK-sı bir-birilə sıx bağlıdır. Aİ-na Üzv Dövlətlərin
hər biri AİHK-na qoşulub. Yuxarıda da qeyd olunduğu kimi, AƏM Aİ hüququ
altında insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə baxarkən AİHK-
na örnək kimi istinad edir. Fundamental Hüquqlar haqqında Xartiya da
özündə  AİHK-da  əks  olunmuş  hüquqları  ehtiva  edir  (lakin  onlarla
məhdudlaşmır). Müvafiq olaraq, Aİ-ın AİHK-nı imzalamamasına baxma-
yaraq, İttifaq Konvensiya ilə əhəmiyyətli şəkildə uzlaşır. Lakin əgər şəxslər
Aİ-dan  və  onun  insan  hüquqlarını  təmin  etməməyindən  şikayət  etmək
istəsələr, onların Aİ-na qarşı AİHM-nə şikayətlə müraciət etmək haqları
yoxdur. Əvəzində onlar: yerli məhkəmələrə müraciət edə bilərlər və yerli


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə