Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   2   3   4   5   6   7   8   9   ...   62

_____________________________________
1. AİHK-nın 14-cü Maddəsinin tətbiqi ilə bağlı Power Point təqdimat şəklində olan təlim materialı ilə
Hüquq Mütəxəssisləri üçün Avropa Şurası İnsan Hüquqları üzrə Tədris proqramının internet səhifəsində
tanış ola bilərsiniz: www.coehelp.org/course/view.php?id=18&topic=1.
2. 12 saylı Protokolu imzalayan Aİ Dövlətlərinin mövcud siyahısını görmək üçün bax:
www.conventions.coe.int/ Treaty/Commun/ChercheSig.asp?NT=177&CM=7&DF=16/07/2010&CL=ENG.
3. Bax, Avropa Sosial Xartiyasının 20-ci Maddəsi və E və qismən V Maddəsi.
4. Bax, Avropa Sosial Xartiyasının 20-ci Maddəsi və E və qismən V Maddəsi.
5. Bax, Avropa Sosial Xartiyasının 20-ci Maddəsi və E və qismən V Maddəsi.
Ayrı-seçkilik əleyhinə Avropa hüququnun təqdimatı: məzmun, qiymətləndirmə və əsas məsələlər
13
dəyişikliklər və əlavələr edilib. AİHK-a ən əhəmiyyətli prosedur dəyişiklik
11-ci Protokolla (1994) edilib, AİHM daimi və tam müddətli quruma çevrilib
və Komissiya ləğv edilib. Bu Protokolun məqsədi, Berlin Divarının yıxılması
və Sovet İttifaqının dağılmasından sonra Avropa Şurasına qoşulan Şərqi
Avropa  Dövlətlərindən  daxil  olan  işlərin  sayının  artmasına  qarşı AİHK
mexanizminə kömək etmək idi.  
Ayrı-seçkiliyin qadağan olunması AİHK-ın 14-cü Maddəsində nəzərdə tu-
tulur
1
və həmin maddə Konvensiyada nəzərdə tutulan digər hüquqlardan
bərabər qaydada istifadə olunmasını təmin edir. Hələ ki Avropa İttifaqının
bütün üzvləri tərəfindən ratifikasiya olunmamış
2
,  AİHK-nın 12 saylı Pro-
tokolu (2000) hər hansı hüquqdan (yerli qanunvericilikdə nəzərdə tutulan
hüquqlar  da  daxil  olmaqla)  istifadə  ilə  bağlı  bərabər  yanaşma  təmin
edilməsini nəzərdə tutan ayrı-seçkiliyin qadağan olunmasının dairəsini bir
az da genişləndirir. Protokolu şərh edən Hesabata əsasən, bu Protokol,
insan  hüquqlarının  qorunmasının  təməl  elementi  hesab  olunan  ayrı-
seçkilikdən müdafiəni gücləndirmək məqsədilə yaradılıb. Protokol, xüsusilə
cinsi  və  irqi  bərabərliyin  necə  təmin  olunması  ilə  bağlı  müzakirələr
nəticəsində yaranıb.   
Bu Protokolun əsas mövzusu olmasa da qeyd olunmalıdır ki, qeyri-ayrı
seçkilik prinsipi AŞ-nın bir sıra sənədlərində əsas təməl prinsipdir. Xüsusilə
Avropa  Sosial  Xartiyasının  1996-cı  il  tarixli  versiyası,  işəgötürmə  və
vəzifəyə təyin etmə zamanı bərabər imkanlar və bərabər münasibəti, cinsi
ayrı-seçkilikdən  müdafiəni  nəzərdə  tutur
3
.  Ayrı-seçkiliyə  qarşı  əlavə
müdafiə  vasitələrinə  Milli Azlıqların  Qorunması  haqqında  Konvensiya
4
,
İnsan  Alverinə  qarşı  Fəaliyyət  haqqında  AŞ  Konvensiyası
5
və  Rəsmi
Sənədlərə Çıxış haqqında AŞ Konvensiyasında rast gəlmək mümkündür.
Kiber-cinayətlərə qarşı Avropa Konvensiyasına Əlavə Protokolda da ayrı-
seçkiliyə qarşı müdafiə nəzərdə tutulur. Ayrı-seçkilik əleyhinə məsələ AŞ-
nın qanunvericilik sənədlərinin hazırlanmasında açıq-aşkar təsirə malikdir
və hal-hazırda müdafiə olunmalı olan azadlıq kimi nəzərdə tutulur.


Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
14
1.1.2.     Avropa  İttifaqı  və  ayrı-seçkilik  əleyhinə
direktivlər
Avropa İttifaqı (Aİ) başlanğıcda hökumətlərarası təşkilat olub. Lakin hazırda
ayrıca hüquqi şəxs kimi fəaliyyət göstərir. Hazırda Aİ-nın 27 üzvü var. O,
enerji təhlükəsizliyi və azad ticarətlə məşğul olan, 1950-ci ildə yaradılmış
üç  ayrı  dövlətlərarası  təşkilatın  (birlikdə  “Avropa  İcmaları”  kimi  tanınır)
birliyindən  yaradılıb.  Avropa  İcmalarının  başlıca  məqsədi  malların,
sərmayənin,  şəxslərin  və  xidmətlərin  azad  hərəkəti  vasitəsilə  iqtisadi
inkişafa  təkan  vermək  idi.  Avropa  İqtisadi  İcmasını  Yaradan  ilkin
Müqavilədə (1957) Üzv Dövlətlər arasında bərabər şərtlər bərqərar etmək
üçün,  işəgötürmə  prosesində  cinsi  ayrı-seçkiliyi  qadağan  edən  norma
nəzərdə tutulurdu. Bu norma, Üzv Dövlətlərin qadına daha az məvacib və
ya daha az ayrı-seçkilik yaradan iş şəraiti təqdim edərək bir-birləri üzərində
rəqabət  üstünlüyü  qazanmalarına  mane  olacaqdı.  Baxmayaraq  ki,  bu
hüquq norması əsasən təqaüd, hamiləlik və qanuni sosial təhlükəsizlik re-
jimi  nəzərdə  tuturdu,  2000-ci  ilədək  Aİ-da  ayri–seçkiliyin  qarşısının
alınmasına  dair  hüquq  sadəcə  işəgötürmə  və  sosial  təhlükəsizlik
məsələlərinə tətbiq edilirdi və yalnız cinsi məsələləri əhatə edirdi. 
1990-cı illərdə ictimai maraq qrupları tərəfindən əhəmiyyətli lobbiçilk həyata
keçirilərək, Aİ-da ayrı-seçkiliyin əhatə dairəsinin genişləndirilərək, irq, etnik
qrup, həmçinin cinsi oriyentasiya, dini inanc, yaş və əlillik kimi sahələri də
əhatə etməsi tələbi irəli sürüldü. Bir sıra Aİ Üzv Dövlətlərində baş qaldıran
ekstremist milliyyətçilik qorxusu, İcmaya bu sahədə qanunlar qəbul etmək
səlahiyyəti verərək, Avropa İcması Müqaviləsinə dəyişikliklər edə bilmələri
üçün liderlərə əhəmiyyətli siyasi iradə verdi.    
2000-ci ildə iki direktiv qəbul olundu: işəgötürmə sahəsində seksual oriyen-
tasiya, dini inanc, yaş və əlilliyə əsaslanan ayrı-seçkiliyi qadağan edən
İşəgötürmə  Sahəsində  Bərabərlik  haqqında  Direktiv;  İşəgötürmə
sahəsində irq və etnik əsasla ayrı-seçkilik, lakin eyni zamanda rifah və
sosial təhlükəsizlik və həmçinin mallara və xidmətlərə çatımlılıqla bağlı
ayrı-seçkiliyi qadağan edən İrqi Bərabərlik haqqında Direktiv. Bu, ayrı-seçk-
ilik  əleyhinə  Aİ  hüququnun  əhatə  dairəsinin  əhəmiyyətli  şəkildə
genişlənməsi olub, şəxslərə iş bazarında tam potensiallarından istifadə
etməyə imkan vermək üçün onların həm də səhiyyə, təhsil və mənzilə
bərabər çatımlılığının təmin olunmasının vacibliyini qəbul etdi. 2004-cü ildə
Genderlə bağlı Mallar və Xidmətlər Direktivi cinsi ayrı-seçkiliyin dairəsini
mal  və  xidmət  sahələri  üzrə  genişləndirdi.  Lakin  cinsi  müdafiə,  İrqi


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə