Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

• "Xüsusi tədbirlər" və "spesifik tədbirlər" terminləri müdafiənin şamil
olunduğu xüsusiyyətlərə malik olanların əvvəllər məruz qaldıqları
əlverişsiz vəziyyəti düzəltmək üçün görülən tədbirləri özündə ehtiva
edə  bilər.  Bu  tədbirlər  mütənasib  olduqda,  ayrı-seçkiliyə  haqq
qazandıran əsas hesab oluna bilər. 
2.6. Ayrı-seçkiliyin yolverilməzliyinə dair Avropa
hüququnda əlverişsiz rəftarı əsaslandırmaq
üçün nəzərdə tutulan müdafiə arqumentləri
2.6.1. Giriş 
Müəyyən hallarda məhkəmələr fərqli rəftarın baş verdiyini, amma qəbul
edilən 
olduğunu 
təsdiq 
edirlər. 
Müdafiə 
arqumentlərinə  Aİ
qanunvericiliyindəki yanaşma formaca AİHM-in yanaşmasından fərqlənir,
amma mahiyyətcə bu yanaşmalar çox oxşardır. 
Ayrı-seçkiliyin  yolverilməzliyinə  dair  Avropa  hüququnda  müdafiə
arqumentləri ümumi şəkildə, yaxud məhdud çərçivədə xüsusi şəkildə ifadə
edilə bilər. AİHM-in yanaşması bundan ibarətdir ki, həm birbaşa, həm də
dolayı ayrı-seçkilik hallarında müdafiə arqumentlərinin ümumi şəkildə ifadə
edilməsi qəbul olunur. Aİ qanunvericiliyində isə əksinə, məhdud çərçivəli
xüsusi  müdafiə  arqumentləri  yalnız  birbaşa  ayrı-seçkiliklə  əlaqədar
nəzərdə tutulur, ümumi müdafiə arqumentləri isə yalnız dolayı ayrı-seçki-
lik  kontekstində  nəzərdə  tutulur.  Başqa  sözlə,  ayrı-seçkiliyin  yolveril-
məzliyinə dair direktivlərə əsasən, birbaşa ayrı-seçkiliyə yalnız o halda
haqq  qazandırıla  bilər  ki,  o,  həmin  direktivlərdə  aydın  şəkildə  nəzərdə
tutulmuş müəyyən məqsədlərin həyata keçirilməsinə xidmət etsin. 
Ayrı-seçkiliyin yolverilməzliyinə dair direktivlərdə nəzərdə tutulmuş xüsusi
müdafiə arqumentləri, AİHM tərəfindən daha geniş kontekstdə tanınan
ümumi müdafiə arqumentlərinin tərkib hissəsini təşkil edə və onların tətbiqi
qaydası AİHM-in presedent hüququnda ümumi müdafiə arqumentlərinin
tətbiqi  qaydasına  uyğun  ola  bilər.  Ayrı-seçkiliyin  yolverilməzliyinə  dair
50
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


direktivlərdə nəzərdə tutulan xüsusi müdafiə arqumentləri mahiyyət etibarı
ilə  işəgötürmə  sahəsində  tətbiq  edilən  və  bu  sahəyə  uyğunlaşdırılmış
ümumi müdafiə arqumentlərinin konkretləşdirilmiş xüsusi formasıdır. 
2.6.2. Ümumi müdafiə arqumentlərinin təhlili 
Qeyd edildiyi kimi, ümumi müdafiə arqumentləri AİHK çərçivəsində həm
birbaşa, həm də dolayı ayrı-seçkilik hallarında, Aİ hüququ çərçivəsində isə
yalnız dolayı ayrı-seçkilik hallarında istifadə edilə bilər. AİHM-in bildirdiyinə
görə: 
"... nisbətən oxşar vəziyyətlərdə olan şəxslərə qarşı fərqli rəftar ...
obyektiv və əsaslı səbəbə söykənmirsə, başqa sözlə, qanuni məqsəd
daşımırsa, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd
arasında  ağlabatan  mütənasiblik  əlaqəsi  yoxdursa,  ayrı-seçkilik
sayılır".
63
Ayrı-seçkiliyin  yolverilməzliyinə  dair  Aİ
direktivlərində  dolayı  ayrı-seçkiliklə  əlaqədar
analoji ifadələr işlədilir. İrqi bərabərlik haqqında
Direktivdə deyilir: 
"dolayı ayrı-seçkilik o halda baş verir ki, neytral
kimi  görünən  qayda,  meyar  və  ya  praktika
müəyyən irqi və ya etnik mənşəli insanları digər
şəxslərlə  müqayisədə  xüsusilə  əlverişsiz
vəziyyətə  salır  və  bu  zaman  həmin  qaydaya,
meyara və ya praktikaya obyektiv olaraq qanuni
məqsədlə haqq qazandırmaq mümkün olmur və
həmin məqsədə nail olmaq üçün istifadə edilən
vasitələr münasib və zəruri olmur".
64
Həm  AİHM  tərəfindən  istifadə  edilən,  həm  də  ayrı-seçkiliyin
yolverilməzliyinə dair direktivlərdə işlədilən ifadələrə əsasən, yuxarıdakılar,
51
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
Fərqli rəftara haqq
qazandırmaq üçün sübut
edilməlidir ki: 
• sözügedən qayda və ya
praktika qanuni məqsəd
daşıyır;  
• həmin məqsədə nail olmaq
üçün seçilmiş vasitələr
(yəni fərqli rəftarla
nəticələnən tədbir) bu
məqsədə mütənasibdir və
bu məqsədə nail olmaq
üçün zəruridir.
____________________________
63. AİHM, Burden Birləşmiş Krallığa qarşı [BP], ərizə № 13378/05), 29 aprel 2008-ci il, 60-cı bənd.
64. İrqi bərabərlik haqqında Direktiv, 2-ci maddə, 2(b) bəndi; İşəgötürmə məsələlərində bərabərlik
haqqında Direktiv, 2-ci maddə, 2(b) bəndi; Mallar və xidmətlərlə əlaqədar gender bərabərliyi haqqında
Direktiv, maddə 2(b); Gender bərabərliyi haqqında Direktiv (yeni redaksiyada). 


dəqiq desək, ayrı-seçkiliyə qarşı müdafiə arqumentləri deyil, fərqli rəftara
haqq  qazandırmaq  və  ayrı-seçkiliyin  baş  verdiyi  barədə  qərar
çıxarılmasının qarşısını almaq üçün gətirilən əsaslardır. Lakin məhkəmələr
formaca olmasa da mahiyyətcə bu əsaslara ayrı-seçkiliklə bağlı müdafiə
arqumentləri kimi yanaşırlar. 
Nümunə: 
Bilka-Kaufhaus 
GmbH,
Weber  Von  Hartza  qarşı  məhkəmə
işində AƏM obyektiv əsas anlayışının
dərin izahını verib.
65
Bu işdə natamam
iş günü ilə işləyən, "Bilka"nın (super-
marketin) əmək pensiyası sistemindən
xaric edilən işçilər şikayət etmişdilər ki,
bu, qadınlara qarşı dolayı ayrı-seçkilik
təşkil edir, çünki onlar natamam iş günü
ilə işləyən işçilərin böyük əksəriyyətini
təşkil edirlər. AƏM bu qənaətə gəldi ki,
fərqli  rəftar  əsaslı  səbəbə  söykən-
məyibsə,  bu  hal  dolayı  ayrı-seçkiliyə
bərabərdir.  Bu  rəftara  haqq  qazan-
dırmaq  üçün  sübut  edilməli  idi  ki:  "...
"Bilka"nın seçdiyi tədbirlər müəssisənin
real  ehtiyaclarına  uyğundur,  qarşıya
qoyulan  məqsədlərə  nail  olmaq
baxımından 
münasibdir 
və 
bu
məqsədlər üçün zəruridir". 
"Bilka" iddia etdi ki, fərqli rəftarın arxasında dayanan məqsəd işçiləri
natamam iş günü ilə çalışmaqdan imtinaya sövq etməkdən və tam iş
günü ilə işləməni həvəsləndirməkdən ibarət olub, çünki natamam iş
günü ilə işləyən işçilər axşam saatlarında və ya şənbə günlərində
işləməyə  meyl  göstərmirlər,  bu  isə  yetərli  personalı  qoruyub
saxlamağı çətinləşdirir. AƏM bu qənaətə gəldi ki, bu niyyət qanuni
məqsəd təşkil edə bilər. Lakin o, natamam iş günü ilə işləyən işçilərin
pensiya sistemindən xaric edilməsinin bu məqsədə nail olmaq üçün
mütənasib tədbir olun-olmadığı barədə sualı cavablandırmadı. 
52
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
Fərqli rəftarın qarşıya qoyulan
məqsədə mütənasibliyini
müəyyənləşdirərkən
məhkəmə əmin olmalıdır ki: 
• həmin məqsədə nail olmaq
üçün bərabər rəftar
prinsipinə ən az müdaxilə
təşkil edən hər hansı digər
vasitə mövcud olmayıb.
Başqa sözlə, şəxsi əlverişsiz
vəziyyətə salan tədbir elə bir
səviyyədə olmalıdır ki, şəxs
ondan qarşıya qoyulan
məqsədə nail olmaq üçün
zəruri olan ən az dərəcədə
ziyan çəkmiş olsun; 
• qarşıya qoyulan məqsəd
müdaxilənin həmin
səviyyəsinə haqq qazandıra
biləcək kifayət qədər mühüm
məqsəd olmalıdır.
____________________________
65. AİƏM, Bilka-Kaufhaus GmbH v. Weber Von Hartz, iş № 170/84 [1986] ECR 1607, 13 may 1986-cı il. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə