Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

olunduğu  əsaslar",  yəni  cins,  seksual  orientasiya,  əlillik,  yaş,  irq,  etnik
mənşə, vətəndaşlıq və din və ya əqidə 4-cü fəsildə müzakirə olunacaq. Bu
fəsildə  isə  daha  əlverişsiz  rəftarla  müdafiənin  şamil  olunduğu  əsas
arasında səbəbli əlaqənin mövcudluğunun zəruriliyi diqqət mərkəzində ola-
caq. Bu əlaqənin mövcudluğunu müəyyənləşdirmək üçün sadəcə belə bir
sual  verilməlidir:  cinsi,  irqi,  yaşı  fərqli  olsaydı  və  ya  müdafiənin  şamil
olunduğu hər hansı digər əsaslar baxımından mənsubiyyəti fərqli olsaydı,
şəxs daha əlverişsiz rəftara məruz qalacaqdımı? Əgər bu sualın cavabı
müsbətdirsə,  o  halda  daha  əlverişsiz  rəftarın  səbəbi  məhz  sözügedən
əsasdır. 
Tətbiq  edilən  qayda  və  ya  praktika  müdafiənin  şamil  olunduğu  əsasla
qırılmaz surətdə əlaqəli olan başqa bir amillə əlaqədardırsa, o halda həmin
qayda və ya praktikanın "müdafiənin şamil olunduğu əsasla" aydın şəkildə
əlaqəli olması vacib deyil. Mahiyyət etibarı ilə, bilavasitə ayrı-seçkiliyin baş
verib-vermədiyi  araşdırılarkən  belə  bir  məsələ  qiymətləndirilir  ki,  daha
əlverişsiz rəftarın səbəbi şikayət edilən amillə qırılmaz surətdə əlaqəli olan
"müdafiənin şamil olunduğu əsasdırmı"? 
Nümunə: James Eastleigh Borough Şuraya qarşı məhkəmə işində
cənab James İstlidəki üzgüçülük hovuzunun ərazisinə daxil olmaq
üçün giriş haqqı ödəməli, arvadı xanım James isə ödəməməli idi.
24
Onların hər ikisinin 61 yaşı vardı. Pulsuz giriş haqqı yalnız xanım
James  üçün  nəzərdə  tutulmuşdu,  çünki  o,  pensiyada  idi,  cənab
James isə hələ pensiyaya çıxmamışdı, belə ki, Birləşmiş Krallıqda
kişilərin pensiya yaşı 65 olduğu halda, qadınların pensiya yaşı 60 idi.
Üzgüçülük  hovuzunun  ərazisinə  pulsuz  giriş  haqqında  qayda
pensiyaçı  statusuna  əsaslansa  da,  pensiya  hüququ  cinsi
mənsubiyyətdən  asılı  olaraq  fərqli  idi.  Birləşmiş  Krallığın  Lordlar
Palatası bu nəticəyə gəldi ki, cənab James əks cinsə mənsub olsaydı,
arvadı ilə necə davranılmışdısa onunla da o cür davranılardı. Bundan
başqa, Lordlar Palatası bu rəftarın arxasındakı niyyət və motivin iş
üçün əhəmiyyət kəsb etmədiyini müəyyənləşdirdi və əsas diqqətini
sadəcə rəftarın özünə yönəltdi. 
29
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
24. James Eastleigh Borough Şuraya qarşı [1990] UK House of Lords 6, 14 iyun 1990-cı il.


Nümunə: Marukonun işində homoseksual cütlük "birgə yaşamağa"
başlamışdı.
25
Sonradan şikayətçinin cinsi tərəfdaşı öldü və şikayətçi
mərhum  cinsi  tərəfdaşının  əmək  pensiyası  sistemini  idarə  edən
şirkətdən  "dul  şəxs  üçün  pensiya"  tələb  etmək  istədi.  Şirkət
şikayətçiyə ödəniş etməkdən imtina edərək belə əsas gətirdi ki, dul
şəxs üçün pensiya yalnız ər-arvada ödənilə bilər, o isə mərhumla
nikahda  olmayıb.  AƏM  qəbul  etdi  ki,  pensiya  ödəməkdən  imtina
edilməsi  əlverişsiz  rəftara  bərabərdir  və  bu,  əmsal  şəxs  qismində
"nikahda olan" cütlüklərlə müqayisədə daha əlverişsiz rəftardır. AƏM
bu  qənaətə  gəldi  ki,  Almaniyada  "birgə  yaşayışa"  keçmə  birgə
yaşayan  cütlük  üçün  ər-arvadda  olduğu  kimi  çoxlu  sayda  eyni
hüquqlar  və  vəzifələr  yaradır  və  onlar  xüsusən  dövlətin  pensiya
sistemlərinə aiddir. Buna görə də o, bu işin məqsədləri üçün belə
hesab  etdi  ki,  birgə  yaşayan  tərəfdaşlar  ərlə  arvadın  durumuna
bənzər vəziyyətdədirlər. AƏM daha sonra bildirdi ki, bu hal, seksual
orientasiyaya əsaslanan ayrı-seçkiliyə bərabərdir. Beləliklə, onların
nikaha  girə  bilməməsi  onların  seksual  orientasiyası  ilə  qırılmaz
surətdə əlaqəli idi. 
Nümunə:  Əziz  Kiprə  qarşı işdə  ərizəçi  şikayət  etmişdi  ki,  etnik
mənşəyinə  görə  Kipr  türkü  olduğu  üçün  səsvermə  hüququndan
məhrum edilib.
26
Həmin vaxt qüvvədə olan Kipr qanunvericiliyi par-
lament seçkilərində Kipr yunanları ilə Kipr türklərinin yalnız öz etnik
icmalarında səs vermələrinə icazə verirdi. Lakin Şimali Kiprin Türkiyə
tərəfindən işğalından bəri türk icmasının üzvlərinin böyük əksəriyyəti
ərazini  tərk  etmişdilər  və  onların  parlament  seçkilərində  iştirakı
dayandırılmışdı. Müvafiq olaraq, şikayətçinin səs verə biləcəyi hər
hansı  namizədlər  siyahısı  yox  idi.  Hökumət  şikayətçinin  səs  verə
bilməməsinin  səbəbi  kimi  onun  səs  verə  biləcəyi  namizədlərin
olmamasını göstərsə də, AİHM belə qənaətə gəldi ki, seçki qaydaları
ilə  Kiprin  türk  icmasına  mənsubluq  arasında  sıx  əlaqənin  olması,
eləcə də hökumətin seçki qaydalarını mövcud vəziyyətə uyğunlaşdıra
bilməməsi o demək idi ki, bu hal etnik mənşə əsasında birbaşa ayrı-
seçkiliyə bərabərdir. 
30
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
25. AƏM, Maruko Versorgungsanstalt der deutschen Bühnene qarşı, iş № C-267/06 [2008] ECR I-1757,
1 aprel 2008-ci il.
26. AHM, Əziz Kiprə qarşı (ərizə № 69949/01), 22 iyun 2004-cü il. 


Məhkəmələr "müdafiənin şamil olunduğu əsas" anlayışının əhatə dairəsinə
geniş çərçivəli şərh veriblər. O, "əlaqələndirici ayrı-seçkiliyi" özündə ehtiva
edə bilər, bu halda ayrı-seçkiliyin qurbanı olan şəxsin özü müdafiənin şamil
olunduğu  xüsusiyyətlərə  şəxsən  malik  olmur.  Bu  anlayış  həmçinin
mücərrəd şəkildə şərh olunan konkret əsası özündə ehtiva edə bilər. Bu o
deməkdir ki, təcrübədə fəaliyyət göstərən hüquqşünaslar daha əlverişsiz
rəftarın arxasındakı səbəbi mütləq ətraflı təhlil etməli, müdafiənin şamil
olunduğu  əsasın  həmin  rəftarın  birbaşa  və  ya  dolayı  səbəbi  olduğunu
göstərən dəlilləri nəzərdən keçirməlidirlər. 
Nümunə: Colemanın işində ana iddia edirdi ki, oğlunun əlil olması ilə
əlaqədar olaraq işdə əlverişsiz rəftara məruz qalıb.
27
Oğlunun əlil
olması  onun  işə  gecikməsinə  və  məzuniyyət  dövrünün  oğlunun
tələbatlarına uyğunlaşdırılmasını xahiş etməsinə səbəb olurdu. Onun
xahişləri rədd edilib, ona işdən azad olunacağı barədə xəbərdarlıq
edilib və uşağının səhhəti ilə bağlı alçaldıcı sözlər söylənilibi. AƏM,
onun  analoji  vəzifələrdə  çalışan  və  belə  uşağı  olan  həmkarlarını
müqayisə oluna bilən nümunə qismində götürərək bu qənaətə gəldi
ki,  tələb  olunan  hallarda  onların  iş  fəaliyyəti  vəziyyətlərinə
uyğunlaşdırılır. AƏM, həmçinin qəbul etdi ki, bu rəftar onun uşağının
əlilliyi ilə əlaqədar ayrı-seçkiliyə və təqibə bərabərdir. 
Nümunə: Vellerin işində rumıniyalı qadın macarıstanlı kişi ilə nikahda
idi  və  cütlüyün  dörd  uşağı  vardı.
28
O,  Macarıstan  vətəndaşı
olmadığına  görə  doğuşdan  sonra  analıq  müavinəti  tələb  etmək
hüququna  malik  deyildi.  Onun  əri  müavinət  almaq  üçün  müraciət
etmiş, amma hökumət müraciəti rədd edərək bildirmişdi ki, müavinət
yalnız  analara  ödənilir.  AİHM  bu  qənaətə  gəldi  ki,  o,  cinsi
mənsubiyyəti ilə deyil, atalığı ilə əlaqədar ayrı-seçkiliyə məruz qalıb,
belə ki, övladlığa uşaq götürmüş kişi cinsindən olan valideynlər və
kişi  cinsindən  olan  qəyyumlar  müavinət  üçün  müraciət  etmək
hüququna  malik  olduqları  halda,  bioloji  atalar  bu  hüquqa  malik
deyildilər. Şikayət ərizəsi həmçinin uşaqlar tərəfindən verilmişdi, onlar
31
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
27. AƏM, Coleman v Attridge Law and Steve Law, iş № C-303/06 [2008] I-5603, 17 iyul 2008-ci il.
28. AHM, Veller Macarıstana qarşı, (ərizə № 44399/05), 31 mart 2009-cu il.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə