Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   2   3   4   5   6   7   8   9   10   ...   62

States to the Council of Europe, and the Idea of Pilot Judgments’, 9 Human
Rights Law Review (2009) 397.
Syrpis, ‘The Treaty of Lisbon: Much Ado … But About What?’, 37.3 Indus-
trial Law Journal (2008) 219.
Tulkens, ‘L’évolution du principe de non-discrimination à la lumière de la ju-
rispru- dence de la Cour européenne des droits de l’homme’, in Carlier
(ed.), L’étranger face au droit (Bruxelles, Bruylant, 2010).
21
Ayrı-seçkilik əleyhinə Avropa hüququnun təqdimatı: məzmun, qiymətləndirmə və əsas məsələlər



2
Ayrı-seçkiliyin kateqoriyaları
və ondan müdafiə vasitələri
2.1.    Giriş
Ayrı-seçkilik  əleyhinə  hüququn  məqsədi  bütün  şəxslərə  cəmiyyətdə
mövcud  olan  imkanlara  bərabər  çatımlılıq  üçün  bərabər  və  ədalətli
imkanları təmin etməkdir. Biz, gündəlik həyatımızda kimlərlə münasibət
qurmaq, haradan bazarlıq etmək və harada işləməklə bağlı seçimlər edirik.
Subyektiv tərcihlərimizi ifadə etmək adi və normal haldır və bununla yanaşı,
bəzən bizə səlahiyyət verən və ya başqalarının həyatı üzərində əhəmiyyətli
təsirə malik ola biləcək qərarlar qəbul etmək imkanı verən vəzifələr yerinə
yetiririk. Biz, ictimai qüvvələrin necə istifadə olunması və ya özəl mal və
xidmətlərin necə təqdim olunmasına qərar verən mülki xidmətçi, mağaza
sahibi,  işəgötürən,  mülk  sahibi  və  ya  həkim  ola  bilərik.  Bu  qeyri-şəxsi
sahələrdə, ayrı-seçkiliyi qadağan edən hüquq, etdiyimiz seçimlərə iki yolla
müdaxilə edir:   
Birinci, oxşar vəziyyətdə olan şəxslərin bərabər münasibət görmələrinin
zəruriliyini və sadəcə sahib olduqları müəyyən bir “qorunan” xüsusiyyət
səbəbi  ilə  onlara  daha  az  əlverişli  bir  formada  davranılmamasını
şərtləndirir. Bu hal, birbaşa ayrı-seçkilik adlandırılır. Birbaşa ayrı-seçkilik,
AİHK çərçivəsində, ümumi obyektiv əsaslandırma üzrə müdafiə subyekti
hesab olunur.       
İkinci,  ayrı-seçkilik  əleyhinə  hüquq,  fərqli  vəziyyətdə  olan  şəxslərin,
müəyyən fürsətlərdən başqaları ilə eyni dərəcədə istifadə edə bilmələrinə
23


Aşağıdakı  hallarda  birbaşa
ayrı-seçkilik 
baş 
vermiş
sayılır:
• şəxsə qarşı əlverişsiz
davranıldıqda
• oxşar vəziyyətdə olan
şəxslərlə necə davranılması
və ya davranıla biləcəyi
müqayisə edilərək
• və bunun səbəbi onların
sahib olduqları
xüsusiyyətdir ki, bu da
“müdafiə olunan əsas”
hesab olunur.
Ayrı-seçkilik əleyhinə hüquq,
eyni vəziyyətdə olan şəxslərlə və
ya qruplarla fərqli davranılmasını
və fərqli durumda olan şəxslərlə
və ya qruplarla eyni cür
davranılmasını qadağan edir.
_____________________________
15. Oxşar olaraq: Bərabər işəgötürmə üzrə Direktiv, Maddə 2(2)(a); Gender Bərabərliyi üzrə Direktiv
(Dəyişikliklərlə), Maddə 2(1)(a); Genderlə bağlı Əmlak və Xidmətlər haqqında Direktiv, Maddə 2(a).
16. AİHM, Carson və Başqaları Birləşmiş Krallığa qarşı [GC] (No. 42184/05), 16 mart 2010; 61-ci
paraqraf. Oxşar olaraq, AİHM, D.H. və Başqaları Çex Respublikasına qarşı [GC] (No. 57325/00), 13
noyabr 2007, 175-ci paraqraf; AİHM, Burden Birləşmiş Krallığa qarşı [GC] (No. 13378/05), 29 aprel
2008, 60-cı paraqraf
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
24
imkan verəcək həddə fərqli münasibət görmələrini şərtləndirir. Beləliklə,
müvafiq təcrübələri həyata keçirərkən və ya müvafiq qaydalar yaradarkən,
həmin “qorunan əsaslar” nəzərə alınmalıdır. Bu, “bilavasitə” ayrı-seçkilik
hesab olunur. “Bilavasitə” ayrı-seçkiliyin bütün növləri, iddianın AİHK-na və
ya Aİ hüququna istinadından asılı olmayaraq, obyektiv əsaslandırmaya
söykənən müdafiənin subyektidir.
Bu  bölüm,  bilavasitə  və  dolayı  ayrı-seçkiliyin
mənası, onların, qısnama və ya ayrı-seçkiliyin
təlimatı kimi bir sıra səciyyəvi ifadəsi və onların
təcrübədəki presedentlərdə necə baş verdiyini
müzakirə  edir.  Daha  sonra  ayrı-seçkilikdən
müdafiənin necə həyata keçirildiyi araşdırılır.   
2.2. Birbaşa ayrı-seçkilik 
Birbaşa ayrı-seçkilik həm AİHK-da, həm də
Aİ hüququnda eyni şəkildə müəyyənləşdirilir.
İrqi  Bərabərlik  haqqında  Direktivin  2-ci
Maddəsinin 2-ci bəndinə əsasən, bilavasitə
ayrı-seçkilik,  “bir  şəxsin  digər  şəxsə
münasibətdə  irq  və  ya  etnik  mənsubiyyətə
əsaslanan  daha  az  əlverişli  münasibətə
məruz qaldığı və ya qalacağı təqdirdə” baş
vermiş olur
15
.  AİHM-nin istifadə etdiyi formula
görə, birbaşa ayrı-seçkilikdən söz edilməsi
üçün  “oxşar  vəziyyətdə  olan  şəxslərin
gördükləri münasibətdə müəyyən edilə bilən
bir fərqlilik olmalıdır”
16



25
Ayrı-seçkilik əleyhinə Avropa hüququnun təqdimatı: məzmun, qiymətləndirmə və əsas məsələlər


2.2.1. Əlverişsiz rəftar
Birbaşa ayrı-seçkiliyin əsasında bir şəxsin fərqli rəftara məruz qalması
dayanır. Odur ki, birbaşa ayrı-seçkiliyin ilkin xüsusiyyəti əlverişsiz rəftarı
təsdiq edən sübutdur. Dolayı ayrı-seçkiliyin müəyyən edilməsi üçün statis-
tik məlumatlara ehtiyac olduğundan, müqayisədə bilavasitə ayrı-seçkiliyin
sübutu daha asandır (aşağıda qeyd olunub). Bu Məlumat kitabında istinad
olunan işlərdən nümunələr aşağıdakılardır: restorana və ya mağazaya
daxil olmağa icazə verməmək; daha aşağı təqaüd və ya daha az ödəniş
edilmək; şifahi təhqirə və ya ləyaqəti alçaldan hərəkətə məruz qalmaq;
nəzarət-buraxılış məntəqəsinə daxil olmağa icazə verməmək; daha yuxarı
və ya daha aşağı pensiya yaşı müəyyən etmək; müvafiq peşədən məhrum
etmək; vərəsəlik hüququna iddia etməkdən məhrum edilmək; ibtidai təhsil
sistemindən  məhrum  edilmək;  deportasiya  edilmək;  dini  simvollardan
istifadə etməyə icazə verilməmək; sosial təhlükəsizliklə bağlı ödəmələrdən
məhrum etmək və ya bu ödəmələri ləğv etmək.  
2.2.2.  Əmsal şəxs (müqayisə olunan şəxs)
Əlverişsiz davranma, oxşar vəziyyətdə olan bir şəxslə müqayisədə digərinə
qarşı əlverişsiz ayrı-seçkiliyin baş verməsidir. “Aşağı” ödənişlə bağlı şikayət
o zaman ayrı-seçkilik hesab olunur ki, eyni işəgötürən tərəfindən bir şəxsə,
onunla  oxşar  vəziyyətdə  olan  digər  şəxsə  nisbətdə  daha  aşağı  maaş
ödənilir. Odur ki, “əmsal şəxs”ə ehtiyac var: əmsal şəxs, maddi baxımdan
digər şəxslə eyni vəziyyətdə olan şəxsdir ki, onların aralarındakı əsas fərq
“maddi əsasdan” ibarətdir. Bu Məlumat kitabında müzakirə olunacaq işlər,
çox vaxt “əmsal şəxs”i sübut etməyin ziddiyyətli olmadığını və bəzən nə
mübahisə olunan iş üzrə tərəflərin, nə də məhkəmənin “əmsal şəxs”i açıq
şəkildə müzakirə etməyəcəyini əks etdirir. Aşağıda, əmsal şəxsin təsdiqinin
qərar verən orqan tərəfindən açıq şəkildə gündəmə gətirildiyi işlərin bəzi
nümunələri əks olunub.     
Nümunə: Moustaquimun işində, Mərakeş vətəndaşı olan bir şəxs bir
necə cinayəti törətməkdə təqsirli bilinərək deportasiya olunacaqdı.
17
Mərakeş vətəndaşı isə iddia etdi ki, onun deportasiya olunması ilə
25
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
17. AİHM Moustaquim Belçikaya qarşı (No. 12313/86), 18 fevral 1991.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə