Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   54   55   56   57   58   59   60   61   62

əsasən onlara spesifik verilmiş hüquqlara” aid deyildi.  Buna baxmayaraq,
bu,  “mülahizə  sərbəstliyinin  həyata  keçirilməsində  dövlət  orqanları
tərəfindən” iddia olunan ayrı-seçkiliklə əlaqədar olduğu üçün 12 saylı Pro-
tokola dair İzahlı Hesabatın aydınlaşdırdığı üçüncü kateqoriyaya daxil olur.
AİHM,  14-cü  Maddənin  9-cu  maddə  ilə  birlikdə  pozuntusunu
müəyyənləşdirsə  də,  eyni  şikayəti  12  saylı  Protokola  əsasən  ayrıca
araşdırmağı zəruri hesab etmədi.
AiHM, Milanovic Serbiyaya qarşı
(No. 44614/07), 14 dekabr 2010
(ECtHR, Milanović v. Serbia
(No. 44614/07), 14 December 2010)
Ərizəçi, Serbiyada Hare Krişna dini icmasının aparıcı üzvü, öz mənzilinin
yaxınlığında  bir-neçə  dəfə  bıçaqlanmışdı.  O,  hücumlarla  bağlı  polisə
məlumat  vermiş  və  bildirmişdi  ki,  bu,  sağçı  ekstremist  qrupun  üzvləri
tərəfindən törədilmiş ola bilər. Polis şahidləri və bir-neçə potensial şübhəli
bilinən şəxsləri dindirmiş, amma  hücum edənlərdən hər hansı birinin kim-
liyini  müəyyənləşdirə bilməmiş və ya onların mənsub olduğu iddia edilən
ekstremist  qrup  haqqında  daha  artıq  məlumat  ala  bilməmişdi.  Polis
hesabatlarından birində ərizəçinin məlum dini mənsubiyyətinə və “kifayət
qədər qəribə görünüşünə” istinad edirdi. Daha sonrakı məruzədə onlar
bildirdi ki, ərizəçi dini mənsubiyyətini “vurğulayaraq” hadisələri ictimaiyyətə
çatdırmışdı və qeyd etdilər ki, ərizəçinin özünün özünə zərər yetirməsi də
istisna təşkil etmir. AİHM qeyd etdi ki,  irqi motivli pis davranış hallarında,
hətta bu davranış özəl şəxslər tərəfindən törədildikdə belə , dövlət orqanları
zorakılıq hücumlarını araşdırarkən hər hansı dini motivlərin mövcudluğunu
ifşa etmək və dini nifrət və mövhumatın olub olmadığının hadisələrdə rol
oynaya biləcəyini müəyyənləşdirmək üçün ağlabatan tədbirlər görmək kimi
əlavə  vəzifə  daşıyır.  Ərizəçinin  işində,  hücumçuların  ekstremist
ideologiyası ilə idarə olunan bir və ya bir-neçə sağçı təşkilata mənsub
olması şübhəsi dövlət orqanlarının təqsirkarları müəyyənləşdirmək və itti-
ham etmək məqsədi ilə yetərli qədər cəhdlər göstərməyərək bunu illərlə
uzatmasını qəbul edilməz edirdi. Bundan başqa, polisin hesabatlarından və
məruzələrindən aydın idi ki, onların ərizəçinin dini və iddialarının həqiqiliyi
ilə  bağlı  ciddi  şübhələri  var  idi.  Müvafiq  olaraq,  hətta  baxmayaraq  ki,
səlahiyyətli orqanlar ərizəçinin hücumedənlərin dini motivləri ilə bağlı bir
sıra  iddialarını  araşdırmışdılar,  bu  araşdırmalar  formal  xarakterli
araşdırmadan çox az fərqlənirdilər.
197
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


AIHM, O’Donoghue və Başqaları Birləşmiş Krallığa qarşı
(No. 34848/07), 14 dekabr 2010
(ECtHR, O’Donoghue and Others v. the United Kingdom
(No. 34848/07), 14 December 2010)
2005-ci  ildən  etibarən  miqrasiya  nəzarəti  altında  olan  şəxslər  İngiltərə
kilsəsindən başqa yerdə evlənmək istədikdə, Dövlət Katibliyinə, 295 funt
sterlinq (GBP) məbləğində rüsum ödəyərək təsdiq sertifikatı formasında
icazə almaq üçün müraciət etməli idilər. Ərizəçi, BK-da sığınacaq almaq
istəyən  Nigeriya  vətəndaşı  evlənmək  istəyirdi,  amma  bunu  İngiltərə
kilsəsində etmək istəmirdi, çünki o da, nişanlısı da, hər ikisi roman katoliki
idilər    və  istənilən  halda,  Şimali  İrlandiyada  İngiltərə  kilsəsi  yox  idi.
Ərizəçilər, təsdiq sertifikatı almaq üçün müraciət etdilər və xahiş etdilər ki,
yoxsul maliyyə statusları əsasında rüsumdan azad edilsinlər, amma onların
ərizəsi  rədd  edildi.  Nəticədə,  lazımi  məbləği  dostlarının  köməyi  ilə
topladıqdan sonra onlara 2008-ci ilin iyulunda təsdiq sertifikatı verildi. AİHM
yuxarıdakı sxemi dini əsasda ayrı-seçkilik hesab etdi. Ərizəçilər İngiltərə
kilsəsində  evlənmək  istəyən  və  bunu  bacaran  şəxslərlə  nisbətdə  eyni
vəziyyətdə idilər. Baxmayaraq ki, həmin adamlar maneəsiz evlənməkdə
azad idilər, ərizəçilər belə nikaha daxil olmaqda həvəssiz (dini əqidələri
baxımından) və imkansız (Şimali İrlandiyada yaşadıqlarının nəzərə alaraq)
idilər. Müvafiq olaraq, onlara evlənməyə yalnız təsdiq sertifikatı almaq üçün
müraciət etdikdən və böyük məbləğ ödədikdən sonra icazə verildi. Buna
görə  də,  obyektiv  və  ağlabatan  əsaslandırmanın  təmin  edilmədiyi
davranışda aşkar fərq var idi.
4.10. Sosial mənşə, doğum və mülkiyyət   
(Məlumat kitabçasının 130-cu səhifəsi)
AİƏM, Zoi Chatzi  Ipourgos Ikonomikon-a qarşı
İş C-149/10, 16 sentyabr 2010
(CJEU, Zoi Chatzi v. Ipourgos Ikonomikon
Case C-149/10, 16 September 2010)
Bu,  Valideynlik  məzuniyyəti  ilə  bağlı  Çərçivə  Müqavilənin  (Çərçivə
Müqavilə)  96/34/EC  Şura  Direktivi  və  Avropa  İttifaqı  Əsas  Hüquqlar
Xartiyası (ƏHX) ilə bağlı yunan məhkəmələrinin ilkin müraciəti idi. Müraciət
əkiz uşaq anası xanim Chatzi və onun işəgötürəni İpourgos İkonomikon
(Yunanıstan Maliyyə Nazirliyi) arasında gedən məhkəmə prosesləri zamanı
198
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


edilmişdi.  Xanım Chatzinin əkizləri doğulduqdan sonra ona  9 aylıq ödənişli
analıq  məzuniyyəti  verildi,  amma  ikinci  məzuniyyət  verməkdən  imtina
etdilər. Məhkəmədən soruşulurdu ku, əkizlərə görə məzuniyyətin yalnız bir
hissəsini vermək ƏHX-nın 21-ci maddəsinə zidd olmaqla doğuş əsasında
ayrı-seçkilikdirmi. Əgər deyilsə, o halda Məhkəmədən soruşulurdu ki, Di-
rektivin  2(1)-ci  maddəsinə    əsasən  “doğum”  anlayışının  iki  valideynlik
məzuniyyətinə icazə verən iki ardıcıl doğuşu da ifadə etməsi kimi  inter-
pretasiya olunmalıdırmı. Əgər cavab xeyrdirsə, Məhkəmədən valideynlik
məzuniyyətinin, neçə uşağın doğulmasından asılı olmayaraq bir doğuşa
verildiyini və bunun ƏHX-nin pozuntusu sayılmayacağını təsdiq etməsi
xahiş olundu.
AİƏM  cavab  verdi  ki,  Çərçivə  Müqavilə  valideynlərə  iş  və  valideynlik
öhdəliklərini birləşdirməyə imkan vermək üçün işçi olaraq verilir. Nə Çərçivə
Müqavilədə, nə də ƏHX-da uşağa verilmiş valideynlik məzuniyyəti ilə bağlı
hüquq yoxdur. Müvafiq olaraq,  əkizlərə görə bir valideynlik məzuniyyəti
verilməsində doğuşa görə heç bir ayrı-seçkilik yoxdur. Məhkəmə daha
sonra bildirdi ki, Çərçivə Müqavilə  avtomatik olaraq  hər doğulmuş uşağa
görə  ayrıca  valideynlik  məzuniyyəti  verilməlidir  şəklində  interpretasiya
oluna bilməz. Bildirildi ki, Çərçivə Müqavilə yalnız minimum tələblər irəli
sürür və qaydalara bu tənzimləmə Aİ üzv dövlətlərə tələb olunan minimum
3 aylıq valideynlik məzuniyyətindən daha artıq müddət müəyyənləşdirməyə
icazə verilir. Ancaq AİƏM şərh etdi ki, Aİs üzv dövlətlərinin daxili qanun-
vericiliyi Çərçivə Müqavilənin dəyişdirəcək tədbirlər qəbul edərkən bərabər
davranış  prinsipini  əsas  götürməlidirlər  və  əmin  olmalıdırlar  ki,  əkiz
uşaqların 
valideynlərin 
ehtiyaclarını 
nəzərə 
alan 
qaydalar
müəyyənləşdirirlər. 
4.12. Digər status                           (Məlumat kitabçasının 133-cü səhifəsi) 
AİHM,  Kiyutin  Rusiyaya qarşı
(No. 2700/10), 10 Mart 2011
(ECtHR, Kiyutin v. Russia
(No. 2700/10), 10 March 2011)
Ərizəçi, özbək vətəndaşı, 2003-cü ildə Rusiyaya gəlmiş və qızının anası
olan Rusiya vətəndaşı ilə evlənmişdi. Onun Rusiyada yaşamaq icazəsi
almaq üçün müraciəti İÇV-pozitiv çıxması səbəbi ilə rədd edildi. AİHM daha
əvvəl  qəbul  etmişdi  ki,  fiziki  əlillik  və  sağlamlıqda  olan  müxtəlif
199
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


çatışmazlıqlar  14-cü  Maddənin  əhatə  dairəsinə  aiddir  və  bu  yanaşma
beynəlxalq  ictimaiyyətin  ifadə  etdiyi  mövqe  ilə  eyni  sıradadır.  Müvafiq
olaraq,  İÇV  infeksiyası  da  daxil  olmaqla,  sağlamlıq  statusuna  görə
fərqləndirmə “digər status” ifadəsi ilə əhatə olunurdu və 14-cü Maddə 8-ci
Maddə  ilə  birlikdə  tətbiq  oluna  bilərdi.  Ərizəçi  Rusiyada  ailə-əsaslı
yaşamaq icazəsi almaq istəyənlərlə eyni vəziyyətdə idi, amma İÇV-pozitiv
statusuna  görə  ona  fərqli  davranılırdı.  Bu  sahədə  dövlətlərin  mülahizə
sərbəstliyi çox məhdud idi, çünki İÇV ilə yaşayan insanlar xüsusi həssas
qrup  idi  ki,  keçmişdə  ciddi  ayrı-seçkiliyə  məruz  qalmışdılar  və  onların
yaşamaq icazəsindən məhrum edilməsi ilə bağlı Avropa konsensusu  yox
idi. Ictimai sağlamlığı qorumaq kimi legitim məqsədlə məhdudlaşdırma
tədbirlərini  qəbul  etmələrinə  baxmayaraq,  səhiyyə  ekspertləri  və
beynəlxalq orqanlar razılaşırdılar ki, İÇV-pozitiv olan insanların səyahət
etmələrinə məhdudiyyətlər ictimai sağlamlığa istinad olunaraq əsaslandırıla
bilməz. Baxmayaraq ki, belə məhdudiyyətlər xolera və ya sarı qızdırma
kimi qısa inkubasiya dövrü keçirən yoluxucu xəstəliklər üçün səmərəli ola
bilər, İÇV-pozitiv olan şəxsin ölkədə sadəcə mövcudluğu ictimai sağlamlıq
üçün təhlükə ola bilməz. İÇV təsadüfən deyil, xüsusi davranış nəticəsində
keçir  və  xəstəliyin  başqasına  keçməsi  üsulları  şəxsin  ölkədə  qalma
müddəti və vətəndaşlığından asılı olmayaraq eynidir. Bundan başqa, İÇV
ilə  bağlı  səyahət  məhdudiyyətləri  turistlərə  və  ya  qısa  müddətli
səyahətçilərə və ya xaricdən qayıdan Rusiya vətəndaşlarına tətbiq olun-
mur, halbuki onların miqrantlardan daha az təhlükəsiz davranışla məşğul
olmalarını güman etməyə heç bir səbəb yoxdur. Eləcə də, İÇV pozitiv olan
uzun-müddətli rezidentlərlə qısa-müddətli səyahətçilərə fərqli münasibət
birincinin dövlət tərəfindən maliyyələşdirilən səhiyyə sistemindən daha çox
tələblər irəli sürə biləcəyi ilə obyektiv olaraq əsaslandırıla bilsə də, bu ar-
qument Rusiyada irəli sürülə bilməz, çünki qeyri-Rusiya vətəndaşlarının
təcili yardımdan başqa heç bir pulsuz tibbi yardım almaq hüququ yoxdur.
Məhkəmənin daha sonra tədqiq etməli olduğu məsələ məhdudlaşdırma
tədbirinin gizli və qarışıq təbiəti idi. İÇV-pozitiv olan qeyri-vətəndaşların de-
portasiya olunması müddəaları konkret halların faktlarına əsaslanan fərdi
qiymətləndirmə aparmağa yer qoymurdu. Ərizəçinin vəziyyətində daxili
səlahiyyətli orqanlar onun ərizəsini,  onun sağlamlıq vəziyyətini və Rusiya
ilə  ailə  bağlarını  nəzərə  almadan,  sadəcə  qanununun  müddəalarına
əsaslanaraq rədd ediblər. Bütün bunları nəzərə alaraq, AİHM bildirdi ki,
ərizəçi sağlamlıq vəziyyətinə (səhhətinə) görə ayrı-seçkilyə məruz qalıb.
200
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


5.2. Sübutetmə yükünün paylaşılması  
(Məlumat kitabçasının 140-cı səhifəsi)
ABƏM, Patrick Kelli İrlandiya Milli Universitetinə qarşı (Universitet
Kolleci, Dublin
İş C-104/10, 21 iyul 2011)
CJEU, Patrick Kelly v. National University of Ireland (University Col-
lege, Dublin)
Case C-104/10, 21 July 2011
Cənab Kelli Dublin Universitet Kollecində (DUK) peşə proqramına müraciət
etdi  və  onun  ərizəsi  rədd  edildi.  Cənab  Kelli  inanırdı  ki,  o,  təlimə  cinsi
mənsubiyyətinə görə qəbul edilməyib və digər ərizələrin açılmasını istədi;
DUK caö üçün hazırlanmış versiyaları açıqladı. İrlandiya Məhkəməsi cinsə
əsaslanan ayrı-seçkilik işlərində sübutetmə yükünə dair 97/80/EC Şura Di-
rektivi; işə götürmə, ixtisas təlimi və işdə irəli çəkmə və iş şərtləri ilə bağlı
kişi və qadınlara bərabər davranılması prinsipinin implementasiyasına dair
76/207/EEC Şura Direktivi (“Bərabər Davranış Direktivi”);  və 76/207/EEC
Şura  Direktivinə  düzəlişlər  edən  2002/73/EC  Şura  Direktivi  ilə  bağlı
müraciət  etdi;  İrland  məhkəmələri  soruşurdu  ki,  (i)  76/207/EEC36,
97/80/EC37  və  2002/73/EC38  Şura  Direktivlərində  müəyyənləşdirilmiş
müddəalara əsasən, və (ii) əgər belə hüquq məxfiliyə dair daxili və ya Aİ
hüququna təsir edirsə, cənab Kelli sənədlərin tam versiyalarını görmək
hüququna sahibdirmi.  
AİƏM bildirdi ki, nə cinsi ayrı-seçkilik işlərində sübutetmə yükünə dair di-
rektiv, nə də Bərabər Davranış Direktivi ərizəçiyə ixtisas təlimi üçün ayrı-
seçkilyə məruz qalmış olması şübhəsi ilə digər ərizəçilərin bacarıqlarına
dair məlumat almaq hüququ vermir və hər hansı məlumatın açılması şəxsi
məlumatların məxfiliyinə dair AB qaydalarına tabedir. Halbuki, 97/80/EC
Şura Direktivinin məqsədinin fərdi hallarda belə faktların açılmasını tələb
etməsini qərara almaq daxili məhkəmələrin səlahiyyətinə aid deyildi.
201
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


5.3. Statistika və digər məlumatların rolu    (Məlumat kitabçasının 145-
ci səhifəsi)
ABƏM, Waltraud Brachner  Pensionsversicherungsanstalt-a qarşı
İş C-123/10, 20 oktyabr 2011
(CJEU, Waltraud Brachner v. Pensionsversicherungsanstalt
Case C-123/10, 20 October 2011)
Avstriya  məhkəmələri  tərəfindən  ilkin  müraciət  sosial  təhlükəsizlik
məsələlərində kişi və qadınlara bərabər davranış prinsipinin proqressiv
implementasiyasına dair 19 dekabr 1978-ci il 79/7/EEC Şura Direktivinin
4(1)-cü maddəsinə əsasən dövlət təqaüd sxemində ayrı-seçkiliklə əlaqədar
idi.  Bu  sxem Avstriyada  təqaüdün  alıcılıq  qabiliyyətinin  saxlanılmasına
yönəlmiş birdəfəlik xüsusi artımın tətbiqinə yönəlmişdi. Artım fərdin gəliri
müəyyən  edilmiş  minimum  səviyyəni  aşdıqda  tətbiq  olunurdu.  Amma
təqaüdçü yoldaşı ilə yaşadıqda və onların birgə gəliri minimum səviyyəni
aşmadıqda tətbiq olunmurdu. Müraciət xanim Brachner ilə Avstriya Təqaüd
Sığorta Ofisi arasında gedən məhkəmə prosesləri zamanı edilmisdi, onun
təqaüdü yoldaşının gəliri ilə birlikdə minimum səviyyəni aşdığı üçün o,
əlavə kompensasiyanı ala bilmirdi.  
ABƏM belə qərara gəldi ki, müzakirə olunan sxem birbaşa ayrı-seçkilik
deyildi, çünki o, cinsindən asılı olmayaraq bütün təqaüdçülərə bərabər
tətbiq olunurdu. Ancaq məhkəmənin müraciətindən əvvəl hazırlanmış sta-
tistik məlumatları nəzərə alarkən, proporsional olaraq minimum səviyyə
alan daha çox təqaüdçülər qadınlar (57% 25% kişilərə qarşı) idi, çünki
sxem yardım xarakteri daşıyırdı və Avstriyada qadınlar kişilərə nisbətdə
daha az ils işləyirdilər. Bu, 82% minimum gəlirli qadının gəlirin toplanması
qaydasına  əsasən  58%  kişiyə  zidd  olaraq  artım  almamasına  səbəb
olmuşdu.  Buna  görə  də,  müraciət  edən  məhkəmə  müstəsna  təqaüd
artımından kişi təqaüdçülərə nisbətən daha çox sayda qadın təqaüdçülərin
isitsna edilməsinə yol açan daxili qayda qadınlara qarşı dolayı ayrı-seçki-
lik hesab olunur.
202
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


İşlərin siyahısı
Avropa İttifaqı Ədalət Məhkəməsinin işləri
Association belge des Consommateurs Test-Achats ASBL and Others v.
Conseil des ministres,
Case C-236/09, 1 March 2011 (Grand Chamber)........................ 189
Dita Danosa v. LKB Līzings SIA,
Case C-232/09, 11 November 2010 ............................................ 188
Gerhard Fuchs and Peter Köhler v. Land Hessen,
Joined Cases C-159/10 and C-160/10, 21 July 2011.................. 181
Gisela Rosenbladt v. Oellerking Gebäudereinigungsges. mbH,
Case C-45/09, 12 October 2010 (Grand Chamber) ..................... 179
Ingeniørforeningen i Danmark v. Region Syddanmark,
Case C-499/08, 12 October 2010 (Grand Chamber) ................... 193
Jürgen Römer v. Freie und Hansestadt Hamburg,
Case C-147/08, 10 May 2011 (Grand Chamber) ....................... 175
Marc Michel Josemans v. Burgemeester van Maastricht,
Case C-137/09, 16 December 2010 ............................................ 178
Marie Landtová v. Česká správa socialního zabezpečení,
Case C-399/09, 22 June 2011 ..................................................... 194
Patrick Kelly v. National University of Ireland (University College, Dublin),
Case C-104/10, 21 July 2011..................................................... 201
Pedro Manuel Roca Álvarez v. Sesa Start España ETT SA,
Case C-104/09, 30 September 2010 ........................................... 177
Pensionsversicherungsanstalt v. Christine Kleist,
Case C-356/09, 18 November 2010 ............................................ 176
Reinhard Prigge and Others v. Deutsche Lufthansa AG,
Case C-447/09, 13 September 2011 (Grand Chamber) .............. 181
Rijksdienst voor Pensioenen v. Elisabeth Brouwer,
Case C-577/08, 29 July 2010....................................................... 187
Vasil Ivanov Georgiev v. Tehnicheski universitet – Sofia, filial Plovdiv,
Joined Cases C-250/09 and C-268/09, 18 November 2010 ...... 180
Waltraud Brachner v. Pensionsversicherungsanstalt,
Case C-123/10, 20 October 2011 .............................................. 202
Zoi Chatzi v. Ipourgos Ikonomikon,
Case C-149/10, 16 September 2010 ........................................... 198
203
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


Avropa İnsan Hüquqları Məhkəməsinin işləri
Andrle v. the Czech Republic (No. 6268/08), 17 February 2011............. 187
Bah v. the United Kingdom (No. 56328/07), 27 September 2011 .......... 184
Fawsie v. Greece (No. 40080/07), 28 October 2010 ........................... 194
Graziani-Weiss v. Austria (No. 31950/06), 18 October 2011................... 173
Kiyutin v. Russia (No. 2700/10), 10 March 2011..................................... 199
Laduna v. Slovakia (No. 31827/02), 13 December 2011 ........................ 174
Milanović v. Serbia (No. 44614/07), 14 December 2010......................... 197
O’Donoghue and Others v. the United Kingdom (No. 34848/07), 
14 December 2010 ............................................................................ 198
P.V. v. Spain (No. 35159/09), 30 November 2010 .................................. 192
Ponomaryovi v. Bulgaria (No. 5335/05), 21 June 2011 .......................... 183
Saidoun v. Greece (No. 40083/07), 28 October 2010 ........................... 194
Savez crkava ‘Riječ života’ and Others v. Croatia (No. 7798/08), 
9 December 2010 ................................................................................ 196
Schalk and Kopf v. Austria (No. 30141/04), 24 June 2010.................... 190
Şerife Yiğit v. Turkey [GC] (No. 3976/05), 2 November 2010 ................ 186
Stummer v. Austria [GC] (No. 37452/02), 7 July 2011............................ 184
Valkov and Others v. Bulgaria (Nos. 2033/04 and others), 
25 October 2011 .................................................................................. 174
204
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı

Document Outline

  • Page 1
  • Page 2

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə