Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

şəkildə qiymətləndirilməsini və bu meyarların biri və ya bir neçəsi
balansı kişi namizədin xeyrinə dəyişdiyi təqdirdə qadın namizədlərə
verilən üstünlüyün aradan qalxmasını hər bir konkret halda təmin
edirsə", o halda qeyri-bərabərliyin aradan qaldırılmasından ibarət qa-
nuni  məqsədə  qeyri-mütənasib  olmayacaq.  Beləliklə,  bu  işdə
sözügedən qaydanın tərkib hissəsini təşkil edən mülahizə sərbəstliyi
qadınların üstünlüyünün mütləq xarakter daşımasının qarşısını alırdı
və beləliklə, bu qayda iş yerində qeyri-bərabərliyin qarşısının alınması
məqsədinə mütənasib idi. 
Nümunə:  Abrahamssonun  işi  İsveç  qanunvericiliyinin  qanuniliyi
məsələsinə  aid  idi  və  bu  qanunvericiliyin  müəyyən  etdiyi  qayda
Kalankenin  işindəki  qaydanın  qeyd-şərtsiz  üstün  tutulması  ilə
Marşallın  işində  qeyd  edilən  mülahizə  sərbəstliyi  arasında  aralıq
mövqedə qərarlaşan qayda idi. Bu qaydada bəyan edilirdi ki, azsaylı
təmsilçiliyə  malik  cinsə  mənsub  olan  və  peşə  vəzifələrini  yerinə
yetirmək  üçün  kifayət  qədər  ixtisaslı  olan  namizədə  işəgötürmə
zamanı üstünlük verilməlidir, bu şərtlə ki, "bu qayda tətbiq edilməklə
işə qəbul həyata keçirilərkən, namizədlərin ixtisaslılığı arasındakı fərq
obyektivlik tələbini pozan dərəcədə böyük olmasın". AƏM bu qənaətə
gəldi  ki,  bu  qanunvericilik  əslində  azsaylı  təmsilçiliyə  malik  cinsə
mənsub olan namizədlərə avtomatik üstünlük verir. Yalnız ixtisaslılıq
səviyyəsi arasında əhəmiyyətli fərqin olmasının bu qaydanın tətbiqini
aradan  qaldırması  faktı,  bu  qaydanın  qeyri-mütənasib  nəticələr
doğurmasının qarşısını almırdı. 
Bu işlər onu göstərir ki, AƏM ədalət prinsipini aradan qaldıran spesifik
tədbirlərə icazə verilməsinə bir qayda olaraq ehtiyatla yanaşır. Yalnız spe-
sifik tədbirlərin qeyd-şərtsiz və ya mütləq xarakter daşımadığı məhdud hal-
larda  AƏM  milli  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydaların  2-ci
maddənin 4-cü bəndindəki istisnanın tətbiq dairəsinə düşdüyünü təsdiq
edir. 
Ayrı-seçkiliyin yolverilməzliyinə dair Aİ direktivlərində nəzərdə tutulmuş
spesifik tədbirlərlə əlaqədar məsələ ilə qarşılaşdıqda, praktiki fəaliyyət
göstərən  hüquqşünaslar  konkret  şəxslər  qrupunun  xeyrinə  həyata
keçirilmiş  "tədbirə"  xüsusi  diqqət  yetirməlidirlər.  AƏM-in  presedent
47
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri


hüququndan göründüyü kimi, onun aşkar mövqeyi ondan ibarətdir ki, spe-
sifik tədbirlər yalnız son vasitə kimi əl atılan tədbirlərdir. Praktiki fəaliyyət
göstərən hüquqşünaslar və məhkəmə məmurları spesifik tədbirlərin yer
aldığı işlə qarşılaşdıqda, sözügedən işəgötürənin nəzərdən keçirdiyi bütün
namizədlərin,  o  cümlədən  xüsusi  tədbirlər  barədə  müddəanın  şamil
olunmadığı şəxslərin sözügedən vəzifəyə uyğunluğu məsələsinin obyektiv
və ədalətli şəkildə qiymətləndirildiyinə əmin olmalıdırlar. Xüsusi tədbirlər
yalnız o halda istifadə edilə bilər ki, bu cür obyektiv qiymətləndirmə bir neçə
namizədin, o cümlədən xüsusi tədbirlərin şamil olunduğu şəxsin onlara
təklif  olunan  vəzifəni  yerinə  yetirməyə  eyni  dərəcədə  uyğun  olduğunu
müəyyən etmiş olsun. Vaxtı ilə iş yerində ayrı-seçkiliyə məruz qalan qrupa
mənsub olması səbəbindən xüsusi tədbirlərin şamil olunduğu şəxs yalnız
bu halda həmin tədbirlərin şamil olunmadığı şəxsdən üstün tutula bilər. 
AİHM hələlik xüsusi tədbirlər barədə işləri dərindən araşdırmaq imkanına
malik olmayıb, amma az sayda müəyyən işlərdə bu məsələni nəzərdən
keçirib. 
Nümunə: Vintersberger Avstriyaya qarşı işdə
62
AİHM şikayətin qəbul
edilməsinin mümkünlüyü məsələsi ilə bağlı qərar çıxardı. Əlilliyi olan
ərizəçi dövlət tərəfindən işindən azad edilmişdi. Milli qanunvericiliyə
əsasən, əlilliyi olan şəxslər işdən azad edilməyə qarşı xüsusi müdafiə
ilə təmin edilirdilər, belə ki, onların işdən azad edilməsi barədə qərar
öncə xüsusi komitə tərəfindən təsdiq edilməli idi. İşəgötürən əlillik
faktından xəbərsiz olduğu təqdirdə azad edilmə barədə qərara retro-
spektiv qaydada baxılırdı. Əlilliyi olmayan şəxslər üçün isə bu qərarın
təsdiqinə  ehtiyac  yox  idi.  Ərizəçi  iddia  etdi  ki,  əlilliyi  olmayan
şəxslərdən  fərqli  olaraq  əlilliyi  olan  şəxslərin  işdən  azad  edilməsi
barədə  qərarın  retrospektiv  qaydada  təsdiqinin  mümkünlüyü  faktı
ayrı-seçkiliyə  bərabərdir. AİHM  bu  qənaətə  gəldi  ki,  bu  qaydanın
mövcudluğu əslində əlilliyi olan şəxslərin xeyrinədir və buna görə də
bu  ayrı-seçkiliyə  əks  yönümlü  ayrı-seçkilik  nümunəsi  kimi  haqq
qazandırmaq olar. Müvafiq olaraq, şikayət ərizəsi qəbul olunmayan
elan edildi. 
48
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
62. AİHM, Vintersberger Avstriyaya qarşı (barışıq sazişi) (ərizə № 57448/00), 5 fevral 2004-cü il. 


Əsas məsələlər 
• Ayrı-seçkilik elə bir situasiyanı əks etdirir ki, bu zaman hər hansı
şəxs "müdafiənin şamil olunduğu xüsusiyyətlərlə" əlaqədar olaraq
hər hansı formada əlverişsiz vəziyyətə düşür. 
• Ayrı-seçkilik müxtəlif formalarda təzahür edir: birbaşa ayrı-seçkilik,
dolayı  ayrı-seçkilik,  təqib  etmə  və  ayrı-seçkilik  qoyma  barədə
göstəriş vermə. 
•  Birbaşa  ayrı-seçkilik  fərqli  rəftar  ilə  xarakterizə  olunur:  bu  halda
sübut edilməlidir ki, "müdafiənin şamil olunduğu əsasların" tətbiq
dairəsinə  düşən  şəxslə  müqayisədə,  iddia  edilən  qurban  daha
əlverişsiz rəftara məruz qalıb. 
• Əlverişsiz rəftar iddia edilən qurbanın və analoji vəziyyətdə olan və
"müdafiənin şamil olunduğu əsasların" tətbiq dairəsinə düşməyən
digər şəxsin vəziyyətlərinin müqayisəsi əsasında müəyyən edilir. 
• "Müdafiənin şamil olunduğu əsasın" mövcudluğu fərqli rəftarın aşkar
səbəbini təşkil etməyə də bilər. Bu halda aşkar səbəbin "müdafiənin
şamil olunduğu əsasla" ayrılmaz vəhdət təşkil etməsi yetərlidir. 
• AƏM və milli məhkəmələr əlaqələndirici ayrı-seçkilik anlayışını qəbul
ediblər, bu halda şəxs "müdafiənin şamil olunduğu xüsusiyyətlərə"
malik olan digər şəxslə əlaqəli olması səbəbindən əlverişsiz rəftara
məruz qalır. 
• Aİ qanunvericiliyində ayrıca anlayış kimi nəzərdə tutulan təqib etmə
birbaşa ayrı-seçkiliyin xüsusi təzahür formasıdır. 
• Dolayı ayrı-seçkilik fərqli təsiri və ya nəticələri ilə xarakterizə olunur:
bu  halda  sübut  edilməlidir  ki,  müəyyən  qrupa  qarşı  rəftar  həmin
qrupu onunla müqayisə oluna bilən digər qrupa nisbətən əlverişsiz
vəziyyətə salır. 
•  Dolayı  ayrı-seçkiliyin  sübut  edilməsi  şəxsin  belə  bir  dəlil  təqdim
etməsini tələb edir ki, "müdafiənin şamil olunduğu xüsusiyyətlərə"
malik  olan  qrup  olaraq  onun  mənsub  olduğu  qrup  həmin
xüsusiyyətlərə malik olmayanlarla müqayisədə fərqli nəticələrə və
ya təsirə məruz qalır. 
• Hər kəsin öz hüquqlarından istifadə etməkdə bərabər imkanlara
malik  olmasını  təmin  etmək  üçün  hökumətlər,  işəgötürənlər  və
xidmət təchizatçıları öz qayda və praktikalarını fərqli xüsusiyyətlərə
malik olanların tələbatlarına uyğunlaşdırmaq üçün xüsusi və ya spe-
sifik tədbirlər görməlidirlər.
49
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə