Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   2   3   4   5   6   7   8   9   ...   62

5.2.1. Sübuta ehtiyacı olmayan faktorlar................................... 143
5.3. Statistikanın və digər məlumatların solu .................................. 145
Əsas məqamlar .............................................................................. 150
Digər oxu materialları ...................................................................... 151
İŞLƏRİN SİYAHISI .. ........................................................................... 153
Beynəlxalq Ədalət Məhkəməsinin işləri........................................... 153
Avropa Ədalət Məhkəməsinin işləri................................................. 154 
Avropa İnsan Hüquqları Məhkəməsinin işləri.................................. 156
Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraatında olan işlər........ 159
İnsan Hüquqları Komitəsinin icraatında olan işlər............................ 160
Yerli məhkəmələrin icraatında olan işlər.......................................... 160
QANUN MƏTNLƏRİ ........................................................................... 163
Beynəlxalq sənədlər......................................................................... 163
Aİ sənədləri ..................................................................................... 164
ƏLAVƏ MATERİALLAR  ......................................................................... 165
ONLAYN MƏNBƏLƏR ........................................................................ 167
Sitatlar üzrə qeydlər ....................................................................... 169
7


Abreviaturalar
AİHK
İnsan Hüquqları və Fundamental Azadlıqları haqqında Avropa 
Konvensiyası
AİHM
Avropa İnsan Hüquqları Məhkəməsi
AƏM 
Avropa Ədalət Məhkəməsi (hazırda Avropa İttifaqı Ədalət 
Məhkəməsi)
Aİ 
Avropa İttifaqı

Avropa Şurası 
BM
Birləşmiş Millətlər
CEDAW
Qadınlara qarşı hər növ ayrı-seçkiliyin aradan qaldırılması 
haqqında Konvensiya
CETS
Avropa Şurası Sənədlər Toplusu
CRC
Uşaq hüquqları haqqında Konvensiya
ECRI
İrqçilik və dözümsüzlük əleyhinə Avropa Komissiyası
ETS 
Avropa Sənədlər Toplusu
FRA 
Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi
HRC 
İnsan Hüquqları Komissiyası
ICCPR
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiya
ICERD
İrqi Ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması 
haqqında Beynəlxalq Konvensiya
8


ICESCR    
İqtisadi, Sosial, Mədəni Hüquqlar haqqında Beynəlxalq 
Konvensiya
ICJ
Beynəlxalq Ədalət Məhkəməsi
TCN
Üçüncü ölkə vətəndaşı
UNCRPD
Əlilliyi olan şəxslərin hüquqları haqqında BMT 
Konvensiyası
9


10


1
Ayrı-seçkilik əleyhinə 
Avropa  hüququnun təq-
dimatı: məzmun, qiymətlən-
dirmə və əsas məsələlər
Bu giriş fəsli Avropada ayrı-seçkilik əleyhinə hüququn mənbəyini, eyni za-
manda, həm maddi hüquqa, həm də müdafiə prosedurlarına edilən hazırkı
və gələcək dəyişiklikləri izah edəcək.  
Qeyd edilməlidir ki, həm hakimlər, həm də prokurorlardan, prosesdə iştirak
edən tərəflərin müraciətindən asılı olmayaraq, İnsan Hüquqları və Funda-
mental Azadlıqları haqqında Avropa Konvensiyası və ayrı-seçkilik əleyhinə
Avropa İttifaqı direktivləri ilə təmin olunan müdafiə vasitələrini tətbiq etmək
tələb  olunur.  Yerli  məhkəmələr  və  ədliyyə  sahəsində  inzibati  fəaliyyəti
həyata  keçirən  qurumlar  sadəcə  tərəflərin  təqdim  etdikləri  hüquqi
arqumentlərlə  məhdudlaşmamalı,  həmçinin  işdə  iştirak  edən  tərəflərin
təqdim  etdikləri  faktiki  hallara  əsaslanaraq  müvafiq  qanunu  müəyyən
etməlidirlər; bu, əsasən o deməkdir ki, iş üzrə tərəflər, təqdim etdikləri dəlil
və sübutlar vasitəsilə ayrı-seçkilik əleyhinə iddianı necə təqdim etməyi
səmərəli şəkildə seçirlər. Bu, hər bir müvafiq sistemdə tənzimləyici hüquq
prinsiplərinin nəticəsidir, məsələn, Aİ hüququnun Aİ-ni təşkil edən 27 Üzv
Dövlətə birbaşa təsiri və AİHK-a birbaşa təsiri ondan xəbər verir ki, bütün
Aİ və Avropa Şurası (AŞ) ölkələrində buna əməl olunmalıdır. Lakin, bu
tələblə bağlı əhəmiyyətli bir məhdudiyyət nəzərdə tutulur ki, bu da tətbiq
olunan hər hansı müddət məhdudiyyəti ilə bağlıdır. Ayrı-seçkilik əleyhinə
müdafiə vasitələrinin tətbiq olunmasını nəzərdən keçirməzdən öncə, bu
vasitələri tətbiq edənlər, nəzərdə tutulan yurisdiksiya ilə bağlı hər hansı
müvafiq  müddət  məhdudiyyəti  ilə  tanış  olmalı  və  məhkəmənin  həmin
məsələyə baxa bilib bilməyəcəyini müəyyən etməlidirlər.    
11


Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
12
Bunun təcrübi nəticəsi ondan ibarətdir ki, təcrübədə çalışanlar, müvafiq
hallarda  konkret  ayrı-seçkilik  əleyhinə  sənədə  istinad  edə  və  yerli
məhkəmələr  və  digər  hakimiyyət  orqanları  qarşısında  müəyyən
presedentlərə istinad edə bilsinlər. 
Bu,  təcrübədə  çalışan  şəxslərin  hazırda  qeyri-ayrı-seçkilik  sahəsində
mövcud olan sistemləri, onları tətbiq etməyi, onları müvafiq şəraitdə necə
tətbiq edəcəklərini anlamağı imperativ edir.     
1.1. Ayrı-seçkilik əleyhinə Avropa hüququnun 
məzmunu
“Ayrı-seçkilik  əleyhinə  Avropa  hüququ”  ifadəsi  Avropada  ayrı-seçkilik
əleyhinə  vahid  qaydalar  sistemi  olduğunu  iddia  edir;  əslində  bu,  fərqli
kontekstlərin birliyindən yaradılıb. Bu Məlumat kitabı əsasən AİHK və Aİ
hüququna  söykənir.  Bu  iki  sistem,  nə  vaxt  və  nə  üçün  yaradılmasına
nəzərən fərqli mənşələrə sahibdir. 
1.1.1. Avropa Şurası və Avropa İnsan Hüquqları 
Konvensiyası  
AŞ ikinci dünya müharibəsindən sonra, digər məsələlərlə yanaşı hüququn
aliliyi,  demokratiya,  insan  hüquqları  və  sosial  inkişafı  yaxşılaşdırmaq
məqsədilə (Avropa Şurası Nizamnaməsinin Preambulası və 1-ci Maddəsi)
bir araya gələn dövlətlərdən ibarət olan dövlətlərarası təşkilatdır (DT). AŞ
Üzv Dövlətləri bu məqsədə nail olmaq üçün Birləşmiş Millətlərin Universal
İnsan  Hüquqları  Bəyannaməsinə  söykənən  ilk  müasir  insan  hüquqları
sənədi olan AİHK-i qəbul etdi. AİHK üzv dövlətlərin üzərinə, yurisdiksiyaları
daxilində  olan  hər  kəsin  (sadəcə  vətəndaşlarının  deyil)  sadalanan
hüquqlarını qorumaq barədə məcburi hüquqi öhdəlik qoyur. AİHK-i icrası
məsələsinə,  Üzv  Dövlətlərə  qarşı  qaldırılan  işlərə  baxan Avropa  İnsan
Hüquqları Məhkəməsi (AİHM) (başlanğıcda Məhkəməyə Komissiya yardım
edirdi) nəzarət edir. Avropa Şurasının hazırda 47 üzvü var və yeni üzv
olmaq istəyən hər Dövlət həm də AİHK-a qoşulmalıdır.  
Başlanğıcı qoyulduğu 1950-ci ildən bəri, AİHK-a  “Protokollar” vasitəsilə


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə