Hacıyeva Sevda Kamal qızı Əkinçilik et institutunun elmi katibi



Yüklə 272 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü272 Kb.
#65489

background image
 

Hacıyeva Sevda Kamal qızı 

Əkinçilik ET İnstitutunun elmi katibi 

Hacıyeva Sevda Kamal qızı 26 oktyabr 1961-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1986-cı 

ildə S. Ağamalıoğlu adına Azərbaycan KəndTəsərrüfatı İnstitutunun (İndiki Azərbaycan Dövlət 

Aqrar Universiteti) Aqranomluq fakultəsinin “Alimaqranom” ixtisasını bitirmişdir. 1989-cu ildə 

Əkinçilik  ET  İnstitutunun  əyani  doktoranturasına  daxil  olub,  1992-ci  ildə  doktoranturanı 

bitirdikdən  sonra  institutda  “Bitki  seleksiyası”  şöbəsində  kiçik  elmi  işçi,  1997-ci  ildən  böyük 

elmi  işçi,  2012-ci  ildən  aparıcı  elmi  işçi,  2014-cü  ildən  institutun  Elmi  Şurasının  elmi  katibi 

vəzifəsində işləyir.  

O,  2010-cu  ildə  3103.04.-“Seleksiya  və  toxumçuluq”  ixtisası  üzrə  “Becərmə  amillərinin 

buğdanın başlanğıc materialının biomorfoloji əlamətlərinə təsirinin öyrənilməsi və seleksiyada 

istifadəsi” adlı dissertasiya işini müdafiə edərək aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi 

adına  layiq  görülmüşdür.  2015-cı  ildən  FD  04.012  Dissertasiya  Şurasının  nəzdində  fəaliyyət 

göstərən Aprobasiya Şurasının,  2017-ci ildən isə Dissertasiya Şurasının üzvüdür.  

Hazırda    tədqiqatçı  “Müxtəlif  stres  amillərinə  davamlı,  ekoloji  adaptiv  xüsusiyyətlərə  malik, 

yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı” 

mövzusunda icraçıdır. 

 O,  68  elmi  əsərin,  1  informasiya  bülleteninin,  1  kitabçanın  müəllifidir.  Eyni  zamanda 

həmmüəllif  olduğu “Şəfəq 2”, “Fərəhim” və “Pərvin”,  yumşaq buğda sortları rayonlaşdırılaraq 

Dövlət Reyestrinə daxil edilmiş, “Marxal”, “Altun 2”,  Səba 2”, “Mərcanı buğda”,“Əsgəran” , 

“Billur” yumşaq buğda və “Araz”, “Korifey 88” bərk buğda sortları Kənd Təsərrüfatı Nazirliyi 

Yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində sınağa daxil 

edilmişdir. 



 

Email: 

sevda.hajiyeva@mail.ru



   

Əlaqə tel: 551-61-30 

 

 



 

 

Yüklə 272 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə