Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

44                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
{ﺎًﺒﻴِﻗَر ْﻢُﻜْﻴَﻠَﻋ َنﺎَﻛ َﻪّﻠﻟا ﱠنِإ}
“Həqiqətən, Allah sizin üzərinizdə gözətçidir!”
1
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan hədisdə 
belə buyurulur:
َكاﺮَﻳ ُﻪﱠﻧِﺎَﻓ ُهﺮَﺗ ْﻢَﻟ ْنِﺎَﻓ ُهاﺮَﺗ  َﻚﱠﻧَﺎَﻛ َﻪﻠﻟا ِﺪُﺒْﻋُا
“Allaha elə ibadət et ki, sanki Onu görürsən;  əgər sən 
Onu görməsən də, O, səni görür!”
2
Diqqəti cəlb edən odur ki, bu hədis “Nəhl” surəsinin 
“İnnəllahə  yə`muru bil-ədli vəl-ehsan!”  (Həqiqətən, 
Allah  ədalətli olmağı  və yaxşılıq etməyi  əmr edir!)
3
 
– ayəsində qeyd edilən “ehsan” sözünün təfsirində 
buyurulmuşdur. Yəni bütün yaxşılıqların qaynağı 
“müraqibət”dir (nəfsi nəzarət altına alıb, ona diqqət 
yetirməkdir).
2. Hər bir söz və  əməldən qabaq onun səbəb 
və  nəticəsini götür-qoy etmək lazımdır. Hədisdə 
buyurulur:
 ؛َﻢِﻟ  ُلﱠوَ ْﻻّا :َﻦﻳِواوَد ُﺔَﺛﻼَﺛ  ْْتَﺮُﻐ َﺻ ْنِا َو ٍﺔَﻛَﺮَﺣ  ﱢﻞُﻛ  ِﰲ ِﺪْﺒَﻌْﻠِﻟ ُ َﴩْﻨُﻳ ُﻪﱠﻧِا 
ْﻦَﻤِﻟ  ُﺚِﻟﺎّﺜﻟّا ؛َﻒْْﻴَﻛ  ِنيﺎّﺜﻟّا
“Hər bir rə ar və əməli – kiçik olsa belə – yerinə yetirən 
zaman onun xüsusiyyətlərini yazmaq üçün üç də ər açılar: 
birincisi (əməlin) səbəbini, ikincisi keyfiyyət və necəliyini, 
üçüncü isə kimin üçün yerinə yetirildiyini (son məqsədini) 
göstərir.”
4
1 . “Nisa” surəsi, ayə 1.
2 . “Biharul-ənvar”, 72-ci cild, səh.279.
3 . “Nəhl” surəsi, ayə 90.
4 . “Ehyaül-ülum” və “Məhəccətül-beyza”.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   45
Şübhəsiz, belə  təfəkkür tərzi insanı çirkinliklərə 
qarşı hazır edir.
3. Gündəlik işləri yerinə yetirdikdən sonra əməlləri 
dəqiq “mühasibə” etmək (hesaba çəkmək) lazımdır. 
İnsandan baş verən xəta və günah ruhi formaya 
düşməzdən qabaq dərhal onun təsirləri qəlb və ruhdan 
təmizlənməlidir; belə ki, onun acınacaqlı axır-aqibəti 
haqda düşünüb özünü danlamalı, nəfsini qınamalı, 
gələcəkdə özünü möhkəm gözləmək və idarə etmək 
üçün lazımı qərara gəlməli, qurşandığı çirkin iş qədər 
yaxşı  əməllər yerinə yetirməlidir ki, canı  və  qəlbinin 
saflığı ilkin vəziyyətə qayıtsın. Eynilə cismi xəstəlikdən 
qurtulan şəxs kimi, müəyyən bir müddətdə iman, ruh 
və mənəviyyatını gücləndirməyə başlamalıdır. (Həqiqi 
tövbə də məhz bundan ibarətdir.)
“Mühasibə” və insanın özünü sorğu-suala çəkməsi 
çox mühümdür və Peyğəmbəri-Əkrəm (s) bu haqda 
buyurmuşdur:
ًةﱠﺮَﻣ َينِﻌْﺒَﺳ  ِمْﻮَﻴْﻟا  ِﰲ ِﻪْﻴَﻟِا  ُبﻮُﺗَا َو َﻪﻠﻟا ُﺮِﻔْﻐَﺘْﺳَ َﻻ  ﱢنيِا
“Mən hər gün yetmiş dəfə tövbə və istiğfar edirəm.”
1
Aydındır ki, Peyğəmbərin (s) tövbəsi günaha görə 
yox, itaətkarlığın keyfiyyət və necəliyi ilə bağlıdır!
1 . “Məhəccətül-beyza”, Feyz Kaşani, 2-ci cild, səh.315.


46                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
ÖZÜNÜİSLAHDA İLK ADDIM
DİL VƏ DANIŞIQ
Dil – zahir və batinin aynası
Əxlaqi bəhslərdə dil və danışıq qəlbin aynası, 
əqlin nümayəndəsi, insan şəxsiyyətinin açarı  və ruha 
açılan mühüm qapı kimi yüksək  əhəmiyyət daşıyır. 
Başqa sözlə, ruh aynasında görünənlər (düşüncə  və 
hisslər) dil və danışıqda aşkar olur. Əgər keçmişdə 
təbiblər orqanizmin səhhətini xəstənin dili ilə müayinə 
edirdilərsə, müasir psixoloqlar əksər hallarda psixoloji 
gərginlikləri insanların danışıqlarında arayıb-
axtarırlar!  Əxlaq alimləri də  məhz dil və danışığın 
islahına xüsusi əhəmiyyət verir, onun islahını ruhi 
təkamül, fəzilət və  əxlaqi səciyyə hesab edirlər.  Əhli-
beytdən (ə) nəql olunan hədislərdə də bu mövzu qısa 
və diqqəti cəlb edən təbirlərlə açıqlanır. Aşağıdakı 
iki hədis bizim müddəamıza  şahiddir.  İmam  Əli (ə) 
“Nəhcül-bəlağə”də belə buyurur:


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   47
ِﻪِﻧﺎﺴِﻟ  َﺖْﺤَﺗ ٌءﻮُﺒْﺨَﻣ ُءﺮَﻤْﻟَا
“İnsan dilinin altında gizlənib!”
1
İmam Sadiq (ə) buyurur:
 َﻢﻴِﻘَﺘ ْﺴَﻳ ﻰّﺘَﺣ ُﻪُﺒْﻠَﻗ ُﻢﻴِﻘَﺘ ْﺴَﻳ ﻻ َو ،ُﻪُﺒْﻠَﻗ َﻢﻴْﻘَﺘ ْﺴَﻳ ﻰّﺘَﺣ ٍﺪْﺒَﻋ ُنﺎيمِا ُﻢﻴِﻘَﺘ ْﺴَﻳ ﻻ
ُﻪُِﻧﺎﺴِﻟ
“Bəndənin qəlbi düzəlməyincə imanı düzəlməz, dili 
düzəlməyincə də qəlbi düzəlməz!”
2
Dildən çıxan otuz böyük günah
Əksər günahların dilin vasitəsilə baş verdiyini 
bildiyimiz zaman bir sıra yaxşı  əməllər kimi, dilin 
islahına verilən əhəmiyyət da daha aşkar olur. Mərhum 
Feyz Kaşani “Məhəccətül-beyza”da, Qəzali isə “Ehyaul-
ülum” kitabında “dilin günahları” ünvanı ilə geniş 
mövzu açmışlar. Məsələn, Qəzali dildən çıxan iyirmi 
günah və  xətanı qeydə almışdır ki, aşağıdakılardan 
ibarətdir:
1. İnsana aid olmayan işlər haqda danışmaq;
2. Çox və yersiz danışmaq;
3. Azğın işlərdən söhbət açmaq, məsələn,  şərab, 
qumar və əxlaqsız qadın məclislərini vəsf etmək;
4. Mübahisəni qızışdırmaq, başqalarını  təhqir 
etmək, yaxud öz üstün cəhətlərini dilə  gətirərək 
ətrafındakıları alçaltmaq;
5. Çəkişmə, mücadilə və inadkarlıq;
6. Sözdə fəndişlətmə, qafiyəbazlıq və s.
1 . “Nəhcül-bəlağə”, “qısa kəlamlar”: 148.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.262 və “Məhəccətül-beyza”, 5-ci 
cild, səh.193.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə