Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

48                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
7. Söyüş söymək və tərbiyəsizlik;
8. Lənət demək;
9. Xanəndəlik və ədəbə zidd şeirlər söyləmək;
10. Məcazi ifadələrdə ifrata varmaq;
11. İstehza və masqara etmək;
12. Başqalarının sirrini faş etmək;
13. Yalan vəd vermək;
14. Yalan danışmaq və and içmək;
15. Qeybət;
16. Xəbərçilik;
17. İkiüzlülük;
18. Yersiz tərif;
19. Danışığa diqqət yetirməmək və dil ilə  xəta və 
günahlara yol vermək;
20. Başa düşmədiyi mövzular haqda kor-koranə 
suallar vermək.
Bildiririk ki, dilin afət və azğınlıqları  Qəzalinin 
qeyd etdiklərilə bitmir və verilənlər dilin xətalarının 
qabarıq nümunələridir. Məsələn, onlara aşağıdakıları 
da əlavə etmək olar:
1. Töhmət;
2. Nahaq şəhadət vermək;
3. Özünü tərifləmək;
4. Yalan və əsassız şayiələr yaymaq;
5. Kobudluq;
6. (Bəni-İsrail kimi) hər şeyə israrla yanaşmaq;
7. Dil və sözlə başqalarını incitmək;
8. Məzəmmətə layiq olmayan şəxsi danlamaq;
9. Dillə nemətə nankor olmaq;
10. Əyri işlərə cəlb etmək və günaha təşviq.
Əlbəttə, qeyd etdiklərimizin bəziləri başqa birisi 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   49
ilə uyğun gələ bilər. (Məsələn, yalan vədi və nahaq 
şəhadəti yalanın qismindən hesab etmək olar.) Eləcə 
də bəziləri təkcə dilə məxsus deyil. (Məsələn, qeybət, 
mömini incitmək, nemətə nankor olmaq və s. günahlar 
həm dil, həm də dildən başqa üzvlər vasitəsilə də baş 
verir.)
Şübhəsiz, burada dilin islahına dair əxlaq normaları 
mühüm bir məsələ kimi araşdırılmalıdır. Onun 
əhəmiyyəti o zaman daha aydın olur ki, biz dilin insanın 
ixtiyarındakı aciz və kiçik bir üzv olduğu halda, digər 
əzalara nisbətən əməldə sürətini dərk etmiş olaq. Odur 
ki, bu üzvü daim qorumalı, onu şiddətli partlayış gücü 
və qabiliyyətinə malik maddəyə bənzətməliyik. İnsan 
belə bir maddəyə  həssas yanaşdığı kimi, bədəninin 
ən aktiv üzvü olan dilə qarşı da son dərəcədə diqqətli 
olmalıdır.
Sükut
Əxlaq ustadları dilin azad buraxılması nəticəsində 
üz verən təhlükələri nəzərə alıb, danışmağın zəruri 
olduğu yerləri müstəsna etməklə sükutu böyük və ağır 
təhlükələrin qarşısını alan amil saymışlar. Peyğəmbəri-
Əkrəm (s) və Əhli-beyt imamlarından (ə) nəql olunan 
bir çox rəvayətlərdə sükutun əhəmiyyəti haqda 
gözəl məsləhətlər verilir. Məhz bəzi ariflər də  nəfsin 
saflaşdırılmasına elə buradan başlamışlar. Bir də ki, 
sükut insanı  təfəkkürə, mənəviyyata və daxili saflığa 
sövq edir. Allahın böyük peyğəmbəri Zəkəriyyanın 
sərgüzəştində oxuyuruq ki, üç gün sükut orucu 
tutmaqla Allah dərgahında duası qəbul olur. Quranda 
belə buyurulur:


50                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
{ﺎٍّﻳِﻮَﺳ ٍلﺎَﻴَﻟ  َث َﻼَـﺛ  َسﺎﱠﻨﻟا َﻢﱢﻠَﻜُﺗ  ﱠﻻَأ َﻚُﺘَﻳآ  َلﺎَﻗ ًﺔَﻳآ  ﱢﱄ ﻞَﻌْﺟا  ﱢبَر  َلﺎَﻗ}
“Zəkəriyya dedi: “Ey Rəbbim! Mənim üçün bir 
əlamət müəyyən et!” Allah buyurdu: “Əlamətin odur 
ki, sağlam ikən üç gün-üç gecə insanlarla danışa 
bilməzsən.”
1
Biz başqa bir ayədə də Məryəmə sükut orucu tutmaq 
göstərişi verildiyinin şahidiyik. Belə ki, buyurulur:
{ﺎٍّﻴ ِﺴﻧِإ َمْﻮَﻴْﻟا َﻢﱢﻠَﻛُأ ْﻦَﻠَﻓ ﺎًﻣْﻮ َﺻ ِﻦَﻤْﺣﱠﺮﻠِﻟ  ُتْرَﺬَﻧ  ﱢنيِإ  ِﱄﻮُﻘَﻓ}
“De: “Mən rəhman olan Allah üçün oruc (sükut 
orucu) tutmağı  nəzir etmişəm və bu gün heç kimlə 
danışmayacağam.”
2
İslam Peyğəmbəri (ə) də  hər dəfə  vəhy nazil 
olmazdan qabaq neçə gün ardıcıl “Hira” dağında 
sükuta qərq olar və yaradılışın sirləri haqda düşünərdi.
Sükutun faydalarına dair qısa şəkildə aşağıdakıları 
misal göstərmək olar:
1. Sükut insanı bir çox günahlardan qoruyur. 
Peyğəmbəri-Əkrəm (s) qısa və mənalı bir cümlədə belə 
buyurur:
ﺎﺠَﻧ  َﺖَﻤ َﺻ ْﻦَﻣ
“Sükut edən nicat tapar (başqa sözlə, qurtuluş 
susanındır).”
3
Bunun səbəbi aydındır. Çünki xəta və günahların 
çoxu dil vasitəsilə baş verir. Necə ki, Peyğəmbəri-
Əkrəm (ə) buyurur:
1 . “Məryəm” surəsi, ayə 10.
2 . “Məryəm” surəsi, ayə 26.
3 . “Biharul-ənvar”, 77-ci cild, səh.88 və “Məhəccətül-beyza”, 5-ci cild, 
səh.192.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   51
ِﻪِﻧﺎﺴِﻟ  ِﰲ َمَدآ ِﻦْﺑا ﺎَﻳﺎﻄَﺧ َ َثرْﻛَا ﱠنِا
“İnsanın əksər xəta və səhvləri dilindədir.”
1
Başqa bir hədisdə də belə buyurulur:
َنﺎﻄْﻴ ﱠﺸﻟا  ُﺐِﻠْﻐَﺗ َﻚِﻟاﺬِﺑ َﻚﱠﻧِﺎَﻓ ِ ْيرَﺨْﻟا َﻦِﻣ  ّﻻِا َﻚَﻧﺎﺴِﻟ ْنُﺰْﺧُا
“Dilini xeyir söyləməkdən başqa yerlərdə qoru ki, 
bununla şeytana qalib gələrsən.”
2
2. Sükut insanı mənəvi həyat mənbəyi olan təfəkkür 
və düşüncəyə sövq edir. Adətən,  şüur və  təfəkkür 
sahibləri  əməl meydanında olur, çox danışanlar isə 
işdən yayınmağa çalışırlar. Peyğəmbəri-Əkrəm (s) 
başqa bir hədisdə belə buyurur:
َﺔَﻤْﻜِﺤْﻟا ﻲِﻘْﻠُﻳ ُﻪﱠﻧِﺎَﻓ ُﻪْﻨِﻣ اﻮُﻧْدﺎَﻓ ًارﻮُﻗ َو ًﺎﺗﻮُﻤ َﺻ َﻦِﻣْﺆُﻤْﻟا ُﻢُﺘْﻳأَر اذِا
“Sükut içində olan vüqarlı mömini gördükdə, onunla 
əlaqə saxlayın ki, dilindən hikmət yağar!”
3
İmam Əli (ə) buyurur:
ُمﻼَﻜْﻟا  َﺺَﻘَﻧ  ُﻞْﻘَﻌْﻟا ﱠﻢَﺗ اذِا
“Ağıl kamilləşdikdə, söz də azalar.”
4
Qeyd olunan hədislərdən məlum olur ki, sükut 
təfəkkür qüvvəsini dirildən  ən gözəl amildir. İnsan 
bihudə danışarkən düşüncə qabiliyyətini itirir. Əgər 
bu enerjini toplaya bilsə, həqiqi təfəkkürə nail olacaq. 
Bir də ki, sükut ruha aramlıq, duyğulara mötədillik 
bəxş edir.
1 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.194.
2 . Yenə orada, 5-ci cild, səh.195.
3 . Yenə orada.
4 . “Nəhcül-bəlağə”, qısa kəlamlar 71.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə