Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə8/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

 
18 
Zəncir ötürməsində qazpaylama valını hərəkət etdirmək üçün intiqal dişli çarxı valından da 
istifadə edilir (4.12,c). Qayışlı intiqal dirsəkli valın intiqal dişli çarxından 1, idarəetmə bortundan 
2,  diş  kolonkasından  3,  korda  parçalı  kanatdan  4,  qazpaylama  valının  intiqal  dişli  çarxından 
ibarətdir (şək.4.12,d). 
 
            
 
                           a)                                                                 b)                                          
 
                  
 
                              c)                                                                              d)  
Şək.4.12. 
 
İtələyicilərin və milin (ştanqın) vəzifəsi, konstruksiyası. 
 
İtələyici  qazpaylama  valının  yumruqcuğundan  gücü  klapana  və  ya  itələyici  milinə  ötürür. 
Polad  və  çuqundan  hazırlanır,  işçi  səthini  tablandırıb  pardaqlayırlar.  Hissələri:  işçi  başlıq, 
tənzimləyici bolt, əks-qayka, təkərli itələyicilərdə təkər və itələyicinin çəngəli. 
Yumrucuğun  itələyiciyə  1  birbaşa  təsirli  qazpaylama  mexanizmlərində  itələyici  itələyici 
həcmindən  2,  hidravlik  rezervuardan  3,  sıxlaşdırıcı  boltdan  4,  diyircəkli  klapandan  5,  işçi 
həcmdən 6, arakəsməni tənzimləyən yaydan 7, istiqamətləndirici gilizdən 8 ibarətdir (şək.4.13,a).  
İtələyici  mili  qazpaylama  valı  aşağıda  yerləşən  DYM-lərində  tətbiq  edilir  (şək.4.13,b). 
İtələyicidən  lingə  (çiyinliyə)  güc  itələyici  mili  vasitəsilə  ötürülür.  Bir  tərəfdən  itələyici  digər 
tərəfdən ling (çiyinlik) ilə əlaqədə işləyir. Alüminium və ya ucları tablandırılmış polad məftildən 
hazırlanır. 
İtələyici  milinin  qurtaracaqlarına  itələyici  və  lingin  tənzimləyici  yivi  ilə  milin  təması  üçün 
termiki emal edilmiş polad ucluqlar preslənir. 


 
19 
                             
 
                                        a                                                                       b 
Şək.4.13. 
 
 
Qazpaylama faza diaqramının qurulması. 
 
Klapanların  açılması  və  bağlanması  anları  uyğun  ölü  nöqtələrə  görə  dirsəkli  valın  dönmə 
bucağının  dərəcələrlə  ifadəsi  qazpaylama  fazaları  adlanır  və  çevrəvi  diaqramlar  şəklində  ifadə 
edilir (şək.4.14). 
                       Sorma klapanı:                                              Xaric klapanı: 
                          

18
.

qab

                                                     

20

.
qab

 
                          

60
.

gec

                                                     

12

gec

 
                                                                   
Sorma  klapanı  Y.Ö.N.-ə  18°  qalmış  açılır,  A.Ö.N.-dən  60°  keçmiş  bağlanır.  Xaric  klapanı 
A.Ö.N.-ə 50° qalmış açılır, Y.Ö.N.-dən 20° keçmiş bağlanır. Şək.4.15 və şək.4.16-da isə hər iki 
klapanın eyni vaxtda açıq qalma sahəsi göstərilmişdir.  
 
18°
12°
60°
20°
Sorma klapan
Xaric klapan
 
      Şək.4.14. 


 
20 
 
  
 
 
 
 
 
 
 
   Klapanların hər ikisinin açıq qalma sahəsi 
                      Şək.4.15. 
 
 
 
 
 
 
 
 
 
 
 
Klapanların hər ikisinin açıq qalma sahəsi 
                       
                     Şək.4.16. 
                        
 
 
YOXLAMA SUALLAR 
 
1. Qazpaylama mexanizminin vəzifəsi nədir və onun əsas elementləri hansılardır? 
2. Sorma və xaric klapanlarının vəzifəsivnədir və onları hansı materialdan hazırlayırlar? 
3.  Klapan  yəhərləri  və  istiqamətləndirici  oymaqların  vəzifəsi  nədir  və  onları  hansı 
materialdan hazırlayırlar? 
4. Klapan yaylarının vəzifəsi nədir və onların sayı nə qədərdir? 
5. Qazpaylama valının vəzifəsi nədir, onların hissələri hansılardır və onları hansı materialdan 
hazırlayırlar? 
6. Yumruqcuqların vəzifəsi nədir və onların hansı profilləri var? 
7. Qazpaylama valının intiqalının vəzifəsi nədir və onların hansı növləri var? 
8. İtələyicilərin və milin (ştanqın) vəzifəsi nədir və onların hansı konstruksiyaları var? 
9. Qazpaylama faza diaqramı nədir və onlar necə qurulur?. 


 
21 
Mühazirə 5  
Mühərrikin soyutma və yağlama sistemləri haqqında əsas anlayışlar. 
 
5.1. Mühərrikin soyutma sistemi. 
 
Soyutma  sistemləri  25÷35%  istiliyi  udurlar.  Silindr  başlığında  yerləşən  soyuducu  mayenin 
temperaturu  80÷95°C  olmalıdır.  Mühərrikin  işçi  sikl  müddətində  temperatur  80°÷120°C 
(minimal)  sormanın  sonunda,    qarışığın  yanmasının  sonunda  isə  2000°÷2200°C  (maksimal) 
intervalında dəyişir.  
Mühərrikin soyudulması onun optimal istilik vəziyyətini  və normal  işini  təmin  etmək üçün 
isidilmiş  detallardan  istiliyin  məcburi  götürülməsi  məqsədi  ilə  tətbiq  edilir.  Götürülən  istiliyin 
böyük  hissəsi  soyutma  sistemi  ilə,  kiçik  hissəsi  isə  yağlama  sistemi  və  birbaşa  ətraf  mühitlə 
qəbul edilir. DYM-də istifadə olunan istilikdaşıyıcının növündən asılı olaraq mayeli və ya hava 
soyutma sistemi tətbiq edilir. Mayeli soyutma maddəsi kimi su və bəzi digər yuxarı qaynamalı 
mayelər (antifriz), hava soyutma sistemində isə hava istifadə edilir. 
Mayeli  soyutma  sistemini  (şək.5.1)  forsirə  olunmuş  və  silindri  nisbətən  böyük  işçi  həcmli 
olan mühərriklərdə, hava soyutma sistemini (şək.5.2) isə forsirənin dərəcəsindən asılı olmayaraq 
silindrin işçi həcmi 1 l-ə qədər olan və böyük olmayan litr gücünə malik mühərriklərdə istifadə 
etmək daha məqsədəuyğundur. 
Mayeli soyutma sisteminin elementləri: maye çəni, maye radiatoru, maye nasosu, termostat, 
pər, birləşdirici borular, su (maye) köynəkləri. 
Şək.5.1-də mayeli soyutmalı mühərrikin quruluşu göstərilmişdir. Hissələri: maye çəni, maye 
radiatoru 1; yuxarı çən 2; radiator tıxacı 3; nəzarət qol borusu 4; radiatorun yuxarı qol borusu 5; 
rezin  şlanqlar  6,  19;  buraxıcı  klapan  7;  uyğun  olaraq  aparan  və  gətirən  qol  boruları  8,18; 
termostat 9; yuva 10; blok başlığı 11; su paylayıcı qol boru 12; maye temperaturunun göstəricisi 
sensoru  13;  silindrlər  bloku  14;  axıdıcı  kranlar  15,  21;  su  köynəyi  16;  mərkəzdənqaçma  su 
(maye)  nasosunun  qanadı  17;  radiatorun  aşağı  qol  borusu  20;  radiatorun  aşağı  çəni  22;  pər 
intiqalının qayışı 23; pər 24. 
Hava  soyutması  zamanı  istilik  mühərrikin  silindrlərinin  divarlarından  və  başlığından  onları 
üfürən  hava  ilə  götürülür.  Hava  soyutmasının  intensivliyi  soyuducu  havanın  miqdarı  və 
temperaturundan,  sürətindən,  soyutma  səthinin  ölçülərindən  və  hava  axınına  nəzərən  hava 
köynəklərinin yerləşməsindən asılıdır.                    
Su köynəkləri. Mühərrikin su köynəyi silindrlər blokunun və blok başlığının köynəklərindən 
ibarətdir,  başlıq  və  blok  arasında  araqatındakı  yuvalarla  birləşirlər.  Mühərrikin  işi  zamanı 
soyuducu maye isidilir və nasos vasitəsilə radiatora verilir, burada soyudulur, sonra isə silindrlər 
blokuna, oradan da başlığın su köynəklərinə verilir. 
              
 
                                  Şək.5.1.                                                                Şək.5.2. 
 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə