Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə6/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   2   3   4   5   6   7   8   9   ...   56

 
11 
Mühazirə 3  
Dirsək-şatun mexanizminin konstruksiyası haqqında əsas anlayışlar. 
 
3.1. Dirsək-şatun mexanizminin vəzifəsi və onun əsas elementləri. 
 
DYM-də  porşenin  irəli-geri  hərəkətini  dirsəkli  valın  fırlanma  hərəkətinə  çevirən  mexanizm 
dirsək-şatun mexanizmidir (şək.3.1). Dirsək-şatun mexanizmləri aksial və dezaksial tipli olurlar. 
Dirsək-şatun mexanizminin hissələri iki qrupa ayrılır: hərəkətli və hərəkətsiz hissələr. Hərəkətli 
hissələrə  porşen,  porşen  üzükləri,  porşen  barmağı,  sürgüqolu,  dirsəkli  val  və  nazimçarx,  hərəkətsiz 
hissələrə isə paylayıcı  dişli  çarx blokunun  qapağı, blok  başlığının araqatı,  yanma kameri,  silindrlər 
bloku  başlığı,  silindr  gilizləri,  kipləşdirici  üzüklər,  silindrlər  bloku,  silindrlər  başlığının  qapağı, 
qapağın  və  silindrlər  başlığının  bərkidici  boltları,  xaric  kollektorunun  qol  borusu,  sıxıcı  bolt, 
silindrlər başlığının polad araqatı, yağ çənbəri aiddir. 
 
Porşenin vəzifəsi, quruluşu və materialı. 
 
Porşenin  vəzifəsi  sorma  prosesi  zamanı  silindrə  yeni  qarışıq  və  ya  hava  sormaq,  sıxma  prosesi 
zamanı  yeni  qarışıq  və  ya  havanı  sıxmaq,  genişlənmə  prosesi  zamanı  qazların  təzyiq  qüvvəsini 
sürgüqolu  vasitəsilə  dirsəkli  vala  ötürmək,  xaric  prosesi  zamanı  isə  silindrdəki  qalıq  qazları 
atmosferə  çıxarmaq,  silindrin  divarı  və  silindrlər  başlığı  ilə  birlikdə  qapalı  həcm  yaratmaq  və  bu 
həcmdə iş siklinin proseslərini yerinə yetirmək (şək.3.2), N qüvvəsini qəbul edərək silindrin divarına 
ötürmək (şək.3.3); 

tg
P
N
1


mümkün  qədər  qazlardan  az  istiliyin  qəbul  edilməsini  təmin  etmək,  alınan  istiliyi  üzüklər,  porşen 
ətəyi vasitəsilə silindrin divarına, soyutma sisteminə, havaya və yağ dumanına verməyi təmin etmək, 
ikitaktlı mühərriklərdə üfürmə və xaric pəncərələrinin açılıb-bağlanmasını təmin etməkdir. 
Porşenin hissələri: porşen başlığı 1, porşen təpəsi 2 və ətək 3. Porşen başlığının xarici səthində və 
ətəkdə  sıxıcı  və  yağsıyırıcı  üzüklər  üçün  üzük  arakəsmələri  4,  porşen  barmağının  yerləşdirilməsi 
üçün  porşen  barmağı  yuvası  5,  konstruksiyadan  asılı  olaraq  isə  porşen  sıxlaşdırıcıları  6  və  porşen 
platforması  7    konstruksiya  edilir  (şək.3.2).  Porşenin  materialı  əsasən  alüminium  ərintilərindən  və 
çuqundan olur. 
             
                     
 
        Şək.3.1.                                          Şək.3.2.                                                 Şək.3.3 
 
Porşen üzüklərinin növləri, onların vəzifəsi və sayı. 
 
Porşen üzükləri sıxıcı (kompressiya) və yağsıyırıcı olurlar (şək.3.4, şək.3.5, şək.3.6).  
Sıxıcı  (kompressiya)  üzüklərinin  vəzifəsi  porşenlə  silindr  arasında  lazımi  kipliyi  təmin  etmək, 
qazların  yanma  kamerindən  karterə  keçməsinin  qarşısını  almaq,  porşen  başlığından  qəbul  etdiyi 
istiliyi  silindrə  ötürməkdir.  Yağsıyırıcı  üzüklərin  vəzifəsi  isə  yağın  yanma  kamerinə  keçməsinin 
qarşısını  almaqdır.  Bu  üzüklər  sıxıcı  üzüklərdən  aşağıda  yerləşdirilir.  Yağsıyırıcı  üzüklərin  xarici 


 
12 
səthində  yağın keçməsi üçün kəsiklər və yuvalar olur. Üzüyün kəsiyi üzük qıfılı adlanır; düz, çəp və 
pilləli  ola  bilər.  Porşen  üzükləri  ilə  birlikdə  oxboyu  və  radial  genişləndiricilər  də  istifadə  edilir. 
Üzüklərin sayı əsasən sıxma dərəcəsindən asılıdır. Boz və ya legirlənmiş çuqundan, forsirə olunmuş 
mühərriklər üçün isə sıxıcı üzüklər legirlənmiş poladdan hazırlanırlar. 
         
             
 
                  Şək.3.4.                                      Şək.3.5.                                Şək.3.6. 
 
Porşen  barmağı  porşenlə  şatunun  yuxarı  başlığını  əlaqələndirmək  üçün  tətbiq  edilir.  Porşen 
barmağının  kənarları  porşenin  barmaq  yuvalarında  oturur,  mərkəz  hissəsi  isə  şatunun  yuxarı 
başlığının yuvasına bürünc oymaq ilə sıxılaraq geydirilir. Materialı azkorbonlu poladdan hazırlanır. 
 
Şatun qrupunun vəzifəsi, hissələri və materialı. 
 
Şatun  qrupunun  vəzifəsi  porşenin  qəbul  etdiyi  qazların  təzyiq  qüvvəsini  dirsəkli  vala  ötürmək, 
ətalət  qüvvəsinin təsirini  porşenə ötürərək onu  yuxarıya doğru hərəkət  etdirməkdir (şək.3.7). Şatun 
qrupunun  hissələri:  yuxarı  başlıq  (porşen  başlığı)  1,  bürünc  oymaq  2,  sürgüqolu  çubuğu  3,  aşağı 
başlıq (dirsək başlığı) 4, aşağı başlıq qapağı 5, içliklər 6, sürgüqolu boltları 7, qaykalar. Şatun qrupu 
hissələrini yağlamaq üçün yağlama yuvalarından istifadə edilir. Yuxarı başlıq üçün yağlama yuvası 8, 
yuxarı  başlıq  oymağının  sürtünən  səthini  yağlamaq  üçün  yağlama  yuvası  9,  içliklərin  sürtünən 
səthlərini  yağlamaq  üçün  yağlama  yuvası  10  tətbiq  edilir.  Yorulmaya  görə  yüksək  müqavimətli 
karbonlu və ya legirlənmiş poladlardan hazırlanır.  
 
Şək.3.7. 
 
Dirsəkli valın vəzifəsi və materialı. 
 
Dirsəkli val  porşenin irəli-geri hərəkətini fırlanma hərəkətinə çevirərək sürətlər qutusu vasitəsilə 
təkərlərə ötürür (şək.3.8). Hissələri: valın ön qurtaracağı 1, ana boynu 2, sürgüqolu boynu 3, yanaqlar 
4, əksyüklər 5, nazimçarxın bərkidilməsi üçün bərkidici hissə 6, paylayıcı dişli çarx, qoyma ştift, yağ 
nasosu intiqalının dişli çarxı, sürgüqolu boyunlarını yağlamaq üçün yağ yuvaları 7, yağ çənbərindən 


 
13 
yağı  qəbul  etmək  üçün  yağlama  yuvaları  8.  Karbonlu  və  legirlənmiş  poladlardan,  həmçinin 
yüksəkkeyfiyyətli çuqundan hazırlanır. 
 
 
Şək.3.8. 
 
Silindrlər başlığının vəzifəsi, materialı və onun əsas elementləri. 
 
Silindrlər başlığı 1 (şək.3.9, şək.3.10) silindrləri örtən mühərrikin başlıq hissəsidir.  Sorma 2 və 
xaric 3 boruları, sorma 8 və xaric 9 klapanları və onların elementləri, yanacaq vermə sistemləri 12, 
alışdırma  sistemi,  hava  təmizləyici  sistem  yerləşdiyindən  bunların  hissələrini  bərkitmək  üçün 
silindrlər  başlığı  çox  mürəkkəb  konstruksiyaya  malik  olur.  Alüminium  ərintiləri  AO5,  AC9  AL5, 
AK4, boz çuqunlardan hazırlanır.  
        
 
                     Şək.3.9.                                                                        Şək.3.10. 
 
Silindr gilizinin vəzifəsi, materialı, «quru» və yaxud «nəm» gilizlər. 
 
 
 Şək.3.11. 
  
Porşen  5  silindr  gilizinin  daxilində  irəli-
geri  hərəkət  edərək  işçi  sikli  yerinə  yetirir. 
Silindr  gilizi  blokla  bir  və  ya  ayrı  hazırlana 
bilər.  Ayrı  hazırlanmış  silindr  gilizləri  bloka 
kipləşdirici  üzüklər  vasitəsilə  bərkidilirlər. 
Yüksəkkeyfiyyətli  legirlənmiş  çuqundan  və 
azotlanmış  poladdan  hazırlanır  (şək.3.11). 
Əgər  gilizlər  soyuducu  maye  ilə  birbaşa 
təmasda  olmurlarsa  «quru»,  soyuducu  maye 
ilə yuyulan gilizlər isə «nəm» gilizlər adlanır 
(şək.3.12).  


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə