Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə10/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

 
25 
                    
 
         
            Şək.5.12. Oraqşəkilli yağ nasosu.                    Şək.5.13. Lövhəli-arakəsməli yağ süzgəcinin  
                                                                                                      sxemi. 
         
                  
 
Şək.5.14. Lövhəli-arakəsməli yağ süzgəcinin                 Şək.5.15. Tam axınlı mərkəzdənqaçma yağ  
                mühərrikdə quraşdırılması                                               süzgəci. 
 
Yağ süzgəclərinin quruluşu və işləmə prinsipi. Yağ süzgəcləri tam axınlı və natamam axınlı 
olmaqla  iki  cür  olurlar.  Tam  axınlı  süzgəclər  yağlama  sistemində  ardıcıl  yerləşdirilir  və  ondan 
bütün yağ keçərək təmizlənir. Natamam axınlı süzgəclər yağlama sistemində paralel quraşdırılır və 
ondan yağın bir hissəsi (10÷15 %) keçir. 
Yağı iri mexaniki qarışıq və çöküntülərdən təmizləmək üçün kobud süzgəclərdən istifadə edilir. 
Onlar lövhəli-arakəsməli və ya tor tipli ola bilərlər (şək.5.13, şək.5.14). 
Dəyişən süzgəc elementi kimi lent kağız, karton paketi və digər materiallar tətbiq edilən narın 
süzgəclərdə  yağ  elementin  mikroyuvalarından  keçərək  süzülür.  Təmiz  süzgəcin  müqaviməti 
10÷20kPa, çirklənmiş süzgəcin müqaviməti isə 70÷90 kPa olur. 


 
26 
Mərkəzdənqaçma tipli yağ süzgəcində (sentrifuqa) yağ, rotorun daxili səthini tez dolduraraq tor 
süzgəcindən  keçir  və  böyük  sürətlə  jiklyorlardan  axaraq  əks  tərəflərə  istiqamətlənən  reaktiv 
qüvvələr yaradaraq axır. Bu qüvvələrin təsiri ilə rotor 5000÷6000 dəq.
-1
 tezliyi ilə fırlanaraq yağı da 
fırladır  (daxilində  olan).  Mexaniki  hissələr  ətalət  qüvvələrinin  təsiri  ilə  fırlanma  oxundan  kənara 
atılır və rotorun daxili divarında qalın qatla qalır, təmizlənmiş yağ mühərrikin yağ çənbərinə axır 
(şək.5.15). 
Yağ  radiatorunun  quruluşu  və  işləmə  prinsipi.  Mühərrik  işləyən  zaman  onun  müxtəlif 
hissələrində  yağın  temperaturu  dəyişir  (şək.5.16).  Yağ  radiatoru  mühərrik  sistemində  dövr  edən 
yağın  soyudulması  üçün  istilikdəyişdirici  qurğudur  (şək.5.17).  İki  növ  yağ  radiatoru  var:  hava 
soyutmalı və maye soyutmalı radiatorlar.  
Yağ  radiatorunu  avtomobilin  hərəkəti  zamanı  hava  axını  ilə  intensiv  soyudulması  üçün  maye 
radiatorundan qabaq  yerləşdirirlər. Yağ radiatoru  onun soyutma səthinin  sahəsini artıran soyutma 
lövhələri  lehimlənən  hamar  latun  çubuqlardan  ibarətdir.  Yağ  radiatoru  hər  iki  tərəfdən  rezin 
şlanqlarla birləşdirilən çənlərə malikdir. Perimetr üzrə radiator karkasla yığılıb. Yağ şlanq ilə çənə, 
sonra isə radiator çubuqlarına daxil olur. Soyuyan yağ əks tərəfdən şlanqla yağ çənbərinə axır. 
        
                     
                 Şək.5.16.                                                              Şək.5.17. 
 
 
Şək.5.18. 
 
Yağ  çənbərinin  quruluşu  və  təyinatı. 
Yağ 
çənbərində 
(karter) 
mühərrikin 
hissələrini  yağlamaq  üçün  yağ  yerləşir 
(şək.5.18).  Mühərrik  işləyən  zaman  yağ 
nasosu  yağı  yağ  çənbərindən  müəyyən 
təzyiqlə  alıb  sürtünən  hissələrə  ötürür. 
Sirkulyasiyadan  qayıdan  yağ  yağ  çənbərinə 
yığılır.  Qayıdan  yağın  tərkibində  olan 
sürtünmə 
nəticəsində 
ayrılan 
metal 
hissəcikləri  və  digər  xırda  qırıntılar  yağ 
çənbərinə yığılır. 
Yağ çənbəri iki hissədən ibarətdir — yuxarı və aşağı hissələr. Yuxarı hissəni silindrlər bloku ilə 
birlikdə  tökürlər.  Aşağı  hissə  isə  silindrlər  blokunu  aşağıdan  bağlanır.  Yağ  çənbərinin  daxilində 
üfüqi və ya şaquli arakəsmələr qoyulur. Bunlar  hərəkət zamanı  yağ dalğasının hərəkətini tutur və 
karter  kipləşdiricilərini  yağ  zərbələrindən  qoruyur.  Yağ  çənbərində  tıxacla  bağlanan  süzücü  yuva 
var. Silindrlər bloku ilə yağ çənbərinin kip birləşdirilməsi üçün kipləşdirici araqatı qoyulur.  


 
27 
YOXLAMA SUALLAR 
 
1. Mühərrikin soyutma sisteminin vəzifəsi nədir və onun hansı elementləri var? 
2. Su köynəklərinin vəzifəsi nədir və onlar harada konstruksiya edilir? 
3. Su (maye) nasosunun vəzifəsi nədir və hansı hissələrdən ibarətdir? 
4. Su radiatorunun vəzifəsi nədir və hansı hissələrdən ibarətdir? 
5. Hava pərinin vəzifəsi nədir, neçə quruluşda olur və harada konstruksiya edilir? 
6. Mühərrikin yağlama sisteminin vəzifəsi nədir və hansı elementlərdən ibarətdir? 
7. Yağ nasosunun vəzifəsi nədir, neçə növü var və hansı hissələrdən ibarətdir? 
8. Yağ süzgəcinin  vəzifəsi nədir, neçə növü var və hansı hissələrdən ibarətdir? 
9. Yağ radiatorunun vəzifəsi nədir və hansı hissələrdən ibarətdir? 
10. Yağ çənbərinin vəzifəsi nədir və onun konstruksiyası necə hazırlanır? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
28 
Mühazirə 6 
Qığılcımla alışdırmalı və dizel mühərriklərinin yanacaq sistemləri haqqında 
əsas anlayışlar. 
 
6.1. Qığılcımla alışdırmalı mühərriklərinin yanacaq sistemləri. 
 
6.1.1. Karbüratorlu mühərriklərin qidalanma sisteminin vəzifəsi və hissələri. 
 
Xarici  yanıcı  qarışıq  əmələ  gətirən  mühərriklərin  qidalanma  sistemlərinin  əsas  elementi 
karbüratordur.  O,  mühərriklərin  qidalanma  sistemlərinə  qoyulan  əsas  tələblərin  yerinə 
yetirməsini təmin edən bir sıra sistem və quruluşlara malikdir (şək.6.1): 
1.  Bütün  əsas  istismar  rejimlərində  verilən  tərkibli  yanıcı  qarışığın  alınmasını  təmin  edən 
yanacaq vermənin düzəlişlə (kompensasiya) baş dozalandırma sistemi. 
2. Mühərrikin kiçik yük rejimində dayanıqlı işini təmin etmək üçün boş işləmə sistemi. 
3.  Maksimal  güc  almaq  üçün  maksimal  yüklənmələrə  keçid  zamanı  yanıcı  qarışığın 
zənginləşdirilməsi sistemi. 
4.  Mühərrikin  işinin  səlisliyini  təmin  etmək  üçün  qurğu  (sürətlənmədə  yanıcı  qarışığın  tez 
zənginləşdirilməsi). 
5. Mühərrikin etibarlı işə düşməsi üçün ləvazimat və qurğu. 
6. Karbüratorun etibarlı və dayanıqlı işini təmin edən əlavə qurğu. 
7. Xaric qazlarının minimal zəhərliliyini təmin edən qurğu. 
Karbüratorun  hissələri:  üzgəc  kameri,  üzgəc,  jiklyor,  püskürücü,  drossel  qapağı,  diffuzor, 
hava klapanı, hava təmizləyici, iynəli klapan (şək.6.2). 
 
                   
 
                                               Şək.6.1. 
 
 
6.1.2. Diafraqmalı benzin nasosu. 
 
Karbüratorlu  mühərriklərdə  başlıca  olaraq  diafraqmalı  mexaniki  nasoslardan  istifadə  edilir. 
Belə  nasosların  işçi  elementini  xüsusi  lakla  örtülmüş  bir  neçə  parça  qatından  ibarət  diafraqma 
təşkil edir. 
Nasos, paylayıcı valdakı ekssentrik vasitəsilə hərəkətə gətirilir (şək.6.3). Diafraqma lingin 16 
köməyi  ilə  aşağı  hərəkət  etdirildikdə  burada  yaranan  seyrəklik  nəticəsində  sorma  klapanı  12 
açılır  və  diafraqmanın  üst  hissəsinə  yanacaq  daxil  olur.  Diafraqma  yuxarıya  (yayın  təsiri  ilə) 
hərəkət  etdikdə  isə  sorma  klapanı  bağlanır  və  xaricetmə  klapanı  7  açılır.  Bu  zaman  yanacaq 
verilir.  Diafraqmanın  basma  gedişinin  yay  vasitəsilə  olması  nəticəsində  nasosun  məhsuldarlığı 
avtomatik  olaraq  mühərrikin  tələbinə  uyğunlaşır.  Mühərrik  az  yanacaq  tələb  edən  rejimlərə 
keçdikcə  üzgəc  kamerinin  iynə  klapanında  keçid  sahəsi  kiçilir,  borularda  və  diafraqmaüstü 
sahədə  təzyiq  artır.  Bu,  yayın  nisbətən  çox  sıxılmış  vəziyyətdə  qalmasına  səbəb  olaraq, 
diafraqmanın basma gedişinin və beləliklə də nasosun məhsuldarlığını azaldır.  
 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə