Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə11/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

 
29 
 
Şək.6.2. Birkamerli karbüratorun konstruktiv sxemi: 
1-yuxarı  hissə,  2-ling  ötürməsi,  3-sürətləndirici  nasosun  jiklyoru,  4-hava  qapağı,  5-kiçik 
diffuzor,  6-ekonomayzerin  tozlandırıcısı,  7-hava  kanalı,  8-ekonomayzer  jiklyoru,  9-hava 
jiklyoru, 10-boş  işləmə  quruluşunun hava  jikyoru, 11-iynə klapanının gövdəsi,  12-tor süzgəc, 
13-üzgəc,  14-səviyyəyə  nəzarət  pəncərəsi,  15-gövdə,  16-tıxac,  17-baş  jiklyor,  18-boş  işləmə 
quruluşunun  yanacaq  jiklyoru,  19-tənzimləyici  vint,  20-aşağı  hissə,  21-jiklyor,  22-korrektor 
deşiyi,  23-drossel  qapağı,  24-emulsiya  borusu,  25-vakuum  tənzimləyicisinin  borusunun 
bağlandığı  deşik,  26-böyük  diffuzor,  27-kürəvi  klapan  (nasosun  klapanı),  28-klapan,  29-
sürətləndirici nasosun klapanı. 
 
         
 
                                  a)                                                                                    b) 
Şək.6.3. Diafraqmalı benzin nasosu:  
a-bir  sorma  klapanlı  nasos,  b-iki  sorma  klapanlı  nasos,  1-əl  ilə  işlətmə  lingi,  2-gövdə,  3-
diafraqmanın yayı, 4-aşağı sıxıcı disk, 5-diafraqma, 6-yuxarı sıxıcı disk, 7-xarietmə klapanı, 
8-xaricetmə klapanının gövdəsi, 9-nasosun yuxarı hissəsi, 10-qapaq, 11-tor süzgəc, 12-sorma 
klapanı,  13-sorma  klapanının  gövdəsi,  14-valcıq,  15-yay,  16-hərəkətötürücü  ling,  17-lingin 
oxu, 18-diafraqmanın oxu, 19-tənzimləyici vint, 20-lingin çəngəli.      
 
 
 
 
 


 
30 
6.1.3. Qığılcımla alışdırılmalı injektorlu mühərrikin qidalanma sistemi quruluşu və 
hissələri. 
 
Yanacaq püskürmə sistemləri ilə təchiz olunmuş mühərriklər üç cür qruplaşdırılır: 
1) yanacağı birbaşa silindrə püskürülən (daxili qarışdırma) mühərriklər
2) yanacağı sorma borusuna püskürülən (xarici qarışdırma) mühərriklər, 
3) yanacağı həm sorma borusuna, həm də birbaşa silindrə püskürülən mühərriklər. 
Birinci  halda  püskürmə  təzyiqi  2÷3  MPa  və  ya  20÷30  bar,  ikinci  halda 12÷15  MPa  və  ya 
120÷150 bar tətbiq edilir. 
Xarici qarışdırma üsulu ilə işləyən prosesin özü də iki növ ola bilər: birnöqtəli (Single Point 
İnjection)  (şək.6.4,  a)  və  çoxnöqtəli  püskürmə  (Multi  Point  İnjection)  (şək.6.4,  b).  Birnöqtəli 
püskürmə  üsulu  mərkəzi  püskürmə,  çoxnöqtəli  püskürmə  isə  paylanmış  püskürmə  də  adlanır. 
Birnöqtəli püskürmə üsulu ilə işləyən sistemlərə  Mono-Jetronic və Mono-Motronic, çoxnöqtəli 
püskürmə  üsulu  ilə  işləyən  sistemlərə  K-Jetronic,  KE-Jetronic,  L-Jetronic,  LH-Jetronic 
sistemlərini,  silindrə  benzin  püskürməli  mühərriklərdə  (şək.6.4,  c)  mühərrikin  idarə  olunması 
üçün isə Bosch şirkətinin MED-Motronic sistemini göstərmək olar.  
 
Şək.6.4. DYM-lərində püskürmə sistemlərinin sxemləri: 
a-birnöqtəli  (mərkəzi)  püskürmə,  b-çoxnöqtəli  (paylanmış)  püskürmə,  c-daxili  qarışdırmalı 
(birbaşa) benzin püskürməsi, 1-yanacaq verilişi, 2-hava verilişi, 3-drossel, 4-sorma kollektoru, 
5-injektor, 6-mühərrik. 
 
6.1.4. Mərkəzi püskürməli injektorlu mühərrikin qidalanma sistemi və hissələri. 
 
Mərkəzi püskürməli injektorlu mühərrikin işləmə prinsipi: 
Benzin  yanacaq  çənindən    alçaq  təzyiqli  nasos  vasitəsilə  süzgəcə,  sonra  isə  püskürdücü  və 
dozalandırıcı  nasosa  verilir.  Buradan  injektorlara  müəyyən  miqdarda  verilən  yanacaq  sorma 
kollektoruna  püskürülür.  Püskürdücü  nasosa  tələb  edildiyindən  çox  benzin  verdiyi  üçün,  onun 
artıq  qalan  hissəsi  yanacaq  borusu  ilə  yenidən  çənə  qaytarılır.  Mühərrikin  iş  rejimindən  asılı 
olaraq  müvafiq  tərkib  və  miqdarda  yanıcı  qarışıq  hazırlamaq  üçün  xüsusi  pnevmatik 
tənzimləyicidən istifadə  edilir. Bu tənzimləyici boru vasitəsilə mühərrikin sorma kollektoru ilə 
əlaqədardır.  Baxılan  mühərrikin  püskürdücü  yanacaq  nasosu  zolotnik-plunjerli  tipdə  olur  və 
nasosun püskürmə təzyiqi 2-3 MPa hədlərindədir. 
Mühərriki işə salmaq və kiçik yük rejimlərində işini təmin etmək üçün əlavə injektor tətbiq 
edilir. Çatışmayan cəhəti nisbətən çox yanacaq sərf etməsidir. Bu mühərrikdə, həmçinin dirsəkli 
valın fırlanma dövrlər sayını qeyd edən sensor, havanın təzyiq və temperaturunu, xaric qazlarının 
temperaturunu, drossel qapağının vəziyyətini qeyd edən sensorlar tətbiq edilir (şək.6.5).    


 
31 
 
Şək.6.5. Mərkəzi püskürməli injektorlu mühərrikin sxemi.  
 
6.1.5. Fazalar üzrə paylanmış püskürməli və birbaşa benzin püskürməli injektorlu 
mühərrikin qidalanma sistemi, növləri və hissələri. 
 
Fazalar üzrə paylanmış püskürməli injektorlu mühərrikin qidalanma sistemində hər silindrin 
sorma borusunda bir injektor tətbiq edilir. Hər silindrin işçi prosesinə uyğun olaraq fazalar üzrə 
yanacaq  verən  nasoslar  mexaniki  və  elektromaqnit  intiqallı  olurlar.  Mexaniki  intiqallı  yanacaq 
nasosları  hərəkəti  dirsəkli  valdan  alırlar.  Elektromaqnit  tipli  injektor  tətbiq  edilən  benzin 
püskürməli  mühərriklərdə  hər  injektor  ümumi  bir  kommutatora  birləşdirilir.  Fazalar  üzrə 
paylanmış  püskürməli  injektorlu  mühərrikin  qidalanma  sistemi  sorulan  havanın  təzyiq  və 
temperaturunu, dirsəkli valın hər silindri üçün y.ö.n. vəziyyəti, dirsəkli valın dövrlər sayını qeyd 
edən,  drossel  qapağının  vəziyyətini,  xaric  qazların  temperaturunu  qeyd  edən  sensorlarla  təchiz 
edilir. 
Şək.6.6-da  «D-Jetronik»  benzin  püskürmə  sisteminin  sxemi  verilmişdir  (alman  dilində 
Druchsensor — təzyiq sensoru deməkdir). Bu sistemdə püskürüləcək yanacağın sikllik miqdarını 
müəyyənləşdirən əsas parametrlər sorma traktındakı təzyiq (seyrəklik) və dirsəkli valın fırlanma 
tezliyidir.  
Şək.6.7-də  «K-Jetronik»  benzin  püskürmə  sisteminin  sxemi  verilmişdir  (alman  dilində 
Kontinuierlich — davamlı, fasiləsiz deməkdir). Bu sistemin adı yanacağın fasiləsiz püskürülməsi 
ilə  bağlıdır.  Belə  sistemdə  mühərrikə  daxil  olan  havanın  miqdarı  bilavasitə  ölçüldüyündən, 
yanıcı qarışığın tərkibini böyük dəqiqliklə tənzimləmək imkanı yaranır.  
Şək.6.8-də  «KE-Jetronic»  benzin  püskürmə  sisteminin  sxemi  verilmişdir.  Bu  sxemin  «K-
Jetronik»  sistemindən  əsas  fərqi  yanıcı  qarışığın  tərkibinin  daha  dəqiq  tənzimlənməsi  üçün 
elektrohidravlik tipli təzyiq korrektorunun tətbiq olunmasıdır. 
Şək.6.9-də «L-Jetronic» hava sərfinin rotametrik sensoru ilə olan benzin püskürmə sisteminin  
sxemi  verilmişdir.  Sistemin  adındakı  «L»  hərfi  alman  dilində  «L»-hava  sözünün  ilk  hərfidir. 
Sistemdə tətbiq olunan havanın kütlə sərfini ölçən sensor alman dilində Luft Massen Messer və 
ya  LMM  adlanır.  Adından  göründüyü  kimi,  bu  sistemdə  də  mühərrikin  yük  rejimi  silindrlərə 
daxil  olan  hava  miqdarının  ölçülməsi  yolu  ilə  təyin  edilir.  Lakin  əvvəlki  sistemlərdən  fərqli 
olaraq,  idarəetmə  havanın  həcm  miqdarına  görə  deyil,  daha  dəqiq  olan  kütlə  miqdarına  görə 
aparılır.    
 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə