Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə7/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   2   3   4   5   6   7   8   9   10   ...   56

 
14 
 
Şək.3.12. Gilizlər: 
a-quru  giliz;  b,c,d-nəm  gilizlər;  1-silindrlər  bloku;  2-su  köynəyi;  3-qoyma;  4-silindr 
gilizi; 5-kipləşdirici üzüklər (tir üçün nəzərdə tutulmuş rezin və ya misdən hazırlanmış); 
6-antikavitasiya üzüyü. 
 
 
Nazimçarxın vəzifəsi və materialı. 
 
 Şək.3.13.
 
İşçi  gediş  zamanı  enerjini  yığmaq, 
köməkçi  taktlar  zamanı  dirsəkli  valı 
fırlatmaq, 
valın 
fırlanmasının 
qeyri-
müntəzəmliyini  azaltmaq,  dirsək-sürgüqolu 
mexanizm  detallarının  ölü  nöqtələrdən 
keçməsi  anını  səlisləşdirmək,  mühərrikin  işə 
salınmasını 
və 
avtomobilin 
yerindən 
tərpədilməsini 
yüngülləşdirmək 
üçün 
nazimçarx  tətbiq  edilir.  Çuqun  və  ya 
poladdan hazırlanır(şək.3.13, şək.3.14). 
 
 
Şək.3.14. 
 
 
 
 
 
 


 
15 
Mühazirə 4  
Qazpaylama mexanizmlərinin növləri və konstruksiyaları haqqında əsas anlayışlar. 
 
4.1. Qazpaylama mexanizminin vəzifəsi və onun əsas elementləri. 
 
 Qazpaylama mexanizmi klapanların açılıb-bağlanmasına (silindri yanıcı qarışıq və ya hava ilə 
doldurmaq,  işlənmiş  qazların  xaric  edilməsi  üçün),  yanma  kamerinin  sıxma  taktı  və  işçi  gedişi 
zamanı  ətraf  mühitdən  etibarlı  təcrid  olunmasını  təmin  etmək  üçün  nəzərdə  tutulub.  Qazpaylama 
valı  yuxarıda  (blok  başlığında)  (şək.4.1,  şək.4.3)  və  aşağıda  (blokda  və  ya  yağ  çənbərinin  yuxarı 
hissəsində) (şək.4.2) yerləşdirilmiş qazpaylama mexanizmləri vardır. Əsas elementləri: qazpaylama 
valı 3, sorma 8 və xaric klapanları, klapan yəhəri, istiqamətləndirici oymaq, tənzimləyici bolt, əks-
qayka,  tənzimləyici  yiv,  dayaq-şayba,  klapanın  yağ  qapağı,  sorma  və  xaric  klapan  yumrucuqları, 
ling 6, kipləşdirici üzük, itələyici 4, mil 5 (ştanq)(qazpaylama valı aşağıda yerləşdikdə), xarici yay 
7,  daxili  yay,  yay  üçün  boşqab,  zəncir  ötürməsi  üçün  dişli  çarx  və  ya  qayış  ötürməsi  üçün 
mancanaq, klapan qıfılı. 
         
             
 
                   Şək.4.1.                                Şək.4.2.                                       Şək.4.3. 
 
Sorma və xaric klapanları, onun vəzifəsi və materialı. 
 
Sorma  və  xaric  klapanları  uyğun  olaraq  silindrdə  sorma  və  xaric  prosesi  zamanı  silindri 
qapayıb-açırlar  (şək.4.4).  Hər  silindrdə  bir,  iki,  üç  və  ya  dörd  sorma,  bir,  iki  və  ya  üç  xaric 
klapanları  tətbiq  edilə  bilər.  Klapan  başlıq  və  klapan  milindən  3  ibarətdir  (şək.4.6).  Klapanın 
intiqalı  isə  konik  dırnaqdan  1,  klapan  yayı  boşqabından  2,  klapan  milinin  sıxlaşdırıcısından  4, 
yaydan 5 ibarətdir. Yaylar daxili və xarici ola bilər. Bəzi konstruksiyalarda xaric klapanının klapan 
yəhərində kip oturmasını təmin etmək məqsədi ilə klapanın oxboyu fırladılması yerinə yetirilir. Bu 
əməliyyat  klapanın  fırladılması  qurğusu  ilə  yerinə  yetirilir  (şək.4.7).  Klapanın  fırladılması  bu 
qurğuda çevrə boyunca yerləşdirilmiş xüsusi diyircəklər 5 və yaylar 6 vasitəsi ilə həyata keçirilir. 
Klapanın  etibarlı  soyudulmasını  təmin  etmək  üçün  isə  daxilində  soyuducu  maye  olan  klapanlar 
konstruksiya edilir. Yüksək legirlənmiş poladdan hazırlanır. 
 
Şək.4.4. 


 
16 
Klapan yəhərləri və istiqamətləndirici oymaqların vəzifəsi,  materialları. 
 
 
                        Şək.4.5. 
 
Klapan  yəhərləri  klapanın  yerində  kip 
oturmasını  təmin  etmək  üçün  (şək.4.5), 
istiqamətləndirici  oymaqlar  7  isə  klapan 
oxunun silindrlər başlığındakı yuva daxilində 
irəli-geri 
hərəkəti 
zamanı 
düz 
istiqamətlənməni  təmin  etmək,  sürtünməni 
azaltmaq  üçün  nəzərdə  tutulur.  Əsasən 
çuqundan hazırlanır (şək.4.6). 
                                
 
                          Şək.4.6.                                                                  Şək.4.7. 
 
 
Klapan yaylarının vəzifəsi, sayı və növləri. 
 
 
Şək.4.8. 
 
Klapan  yayları  klapanların  səlis  açılıb-bağlanmasını  təmin 
etmək üçün nəzərdə tutulur (şək.4.8). DYM-lərində hər klapan 
üçün  əsasən  iki  yay  tətbiq  edilir:  daxili  və  xarici.  Klapan  yayı 
mühərrikin  bütün  sürət  rejimlərində  klapanın  yəhərdə  kip 
oturmasını və itələyicinin 
0
r
 başlanğıc çevrə üzrə bütün hərəkət 
periodunda  klapanın  bağlı  vəziyyətdə  saxlamasını,  itələyicinin 
mənfi  təcil  ilə  hərəkəti  zamanı  klapan,  itələyici  və  yumrucuq 
arasında  daimi  kinematik  əlaqəni  təmin  etmək  üçündür. 
Yüksəkkeyfiyyətli  polad  yay  naqilindən  hazırlanır  və  termiki 
emal edilir.  
 
 
 
 
 


 
17 
Qazpaylama valının vəzifəsi, hissələri və materialı. Yumruqcuqlar. 
 
Qazpaylama  valı  hərəkəti  dirsəkli  valdan  yumrucuqlar  vasitəsilə  klapanlara  ötürərək  onların 
açılıb-bağlanmasını  təmin  edir  (şək.4.9).  Yumrucuqların  val  üzərində  yerləşməsi  klapanların 
yerləşməsindən  asılıdır.  Materialı  karbonlu  və  ya  legirlənmiş  polad,  boz  və  ya  legirlənmiş 
çuqundan  olur.  Hissələri:  val,  dişli  çarx  və  ya  mancanaq,  yanacaq  nasosu  intiqalının  aparan  dişli 
çarxı  (yanacaq  püskürmə  sistemlərində)  və  ya  ekssentrik,  ön  dayaq  oymağı,  arxa  dayaq  oymağı, 
dayaq  boyunları,  qazpaylama  valının  yumrucuqları,  paz,  qırıcı-paylayıcının  və  yağ  nasosu 
intiqalının dişli çarxı. 
 Şək.4.9. 
 
Yumrucuqlar  sorma  və  xaric  klapanlarının  mühərrikin  işini  tənzimləyərək  vaxtında  açılıb-
bağlanmasını təmin  etmək məqsədi  ilə tətbiq  edilir(şək.4.10).  Burada  I əyri  1 ilə klapan açılır,  II 
əyri 2 ilə isə klapan bağlanır.   
 
 
Şək.4.10. 
 
Qazpaylama valının intiqalı. 
 
Şək.4.11. 
 
 
Qazpaylama  valının  intiqalı  üç  cür  olur: 
dişli  çarxla,  zəncirlə  və  qayışla.  Dişli  çarxlı 
intiqal  dirsəkli  valın  intiqal  dişli  çarxından, 
aralıq dişli çarxlardan və qazpaylama valının 
intiqal  dişli  çarxından  ibarətdir  (şək.4.11). 
Zəncirli  intiqal  dirsəkli  valın  intiqal  dişli 
çarxı  1,  aralıq  dişli  çarxı  2,  qazpaylama 
valının  intiqal  dişli  çarxı  3,  qazpaylama 
valının  dişli  çarxı  4,  istiqamətləndirici  5, 
zəncir  6,  zənciri  dartan  hidravlik  qurğu  7, 
zənciri dartan qurğunun istiqamətləndiricisi 8 
hissələrindən ibarətdir (şək.4.12,a; 4.12,b). 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə