Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə4/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   2   3   4   5   6   7   8   9   ...   56

 

1910-cu  ildə  məşhur  rus  ixtiraçısı  Y.V.Mamin  tərəfindən  traktorlarda  istifadə  etmək  üçün 
özüalışma ilə işləyən kompressorsuz mühərrik yaradıldı. 
Daxili  yanma  mühərriklərinin  konstruksiyalarının  təkmilləşdirilməsi  sahəsində  aparılan  elmi-
tədqiqat  işləri  və  mühərrikin  işçi  proseslərinin  nəzəriyyəsinin  yaradılması  onların  güc-qənaətlilik 
göstəricilərinin yüksəldilməsinə və dünya iqtisadiyyatında daha müvəffəqiyyətlə tətbiq olunmalarına 
səbəb  oldu.  Rusiyada  mühərrikin  işçi  prosesinin  nəzəri  əsasları  —  istilik  hesabının  klassik  üsulu 
1906-cı ildə Moskva Ali Texniki Məktəbinin professoru V.İ.Qrinevetski tərəfindən verilmişdir.  
Hal-hazırda  dünyanın  yüzlərlə  avtomobil,  traktor  və  motor  zavodlarında,  elmi-tədqiqat 
institutlarında və ali məktəblərində mövcud daxili yanma mühərriklərinin təkmilləşdirilməsi və yeni 
perspektiv mühərriklərin yaradılması sahəsində tədqiqat işləri aparılır. 
 
1.2.
 
Nəqliyyat mühərriklərinin təsnifatı. 
 
Avtomobil  və  traktorlarda  istifadə  olunan  porşenli  DYM  aşağıdakı  əlamətlərinə  görə  müxtəlif 
növlərə ayrılır: 
1. İşlədilən yanacağın növünə görə: 
a) yüngül maye yanacaqla (benzin, kerosinlə və qaz kondensatı) işləyən mühərriklərə; 
b) ağır maye yanacaqla (dizel yanacağı, xam neft, solyar yağı, bitki yağı) işləyən mühərriklərə; 
c) qaz yanacaqla (təbii, sıxılmış, mayeləşdirilmiş və generator qazı ilə) işləyən mühərriklərə; 
d) müxtəlif yanacaqlarla işləyən mühərriklərə (çoxyanacaqlı mühərriklər). 
2. İşçi siklin həyata keçirilməsinə görə: 
a)  işçi  sikli  porşenin  dörd  gedişində  və  yaxud  dirsəkli  valın  iki  tam  dövründə  baş  verən 
mühərriklər (dördtaktlı mühərriklər); 
b) işçi sikl porşenin iki gedişində və yaxud dirsəkli valın bir tam dövründə baş verən mühərriklər 
(ikitaktlı mühərriklər). 
3. Yanıcı qarışığın hazırlanma üsuluna görə: 
a) xarici qarışdırmalı (karbüratorlu, qaz və yanacağı sorma borusuna püskürülən) mühərriklər; 
b) daxili qarışdırmalı (dizel, yanacağı silindrə püskürülən qığılcımla alışdırılan) mühərriklər. 
4. İşçi  qarışığın alışdırılmasına görə: 
a)  qığılcımla və  yaxud  məcburi alışdırmalı  mühərriklər  (karbüratorlu,  benzin  püskürməli  və qaz 
mühərrikləri); 
b) sıxma nəticəsində özüalışdırmalı mühərriklər (dizel mühərrikləri); 
c)  forkamer-məşəllə  alışdırmalı  mühərriklər.  Bu  mühərriklərdə  işçi  qarışığın  bir  hissəsi  əvvəlcə 
kiçik  həcmli  xüsusi  yanma  kamerində  (forkamerdə)  qığılcımla  alışdırılır,  yanma  prosesinin  sonrakı 
əsas  hissəsi  isə  forkamerdən  məşəl  şəklində  əsas  yanma  kamerinə  keçən  alovun  hesabına  silindrdə 
baş verir. 
5. Silindrlərin sayına və yerləşməsinə görə: 
a) bir silindrli, iki silindrli və s. mühərriklər; 
b) birsıralı (şaquli və üfüqi) mühərriklər; 
c) ikisıralı (V-şəkilli və silindrləri qarşı-qarşıya yerləşən — oppozit) mühərriklər. 
d) çoxsıralı (W-şəkilli) 
6. Soyutma üsuluna görə: 
a) maye ilə soyudulan mühərriklər; 
b) hava ilə soyudulan mühərriklər. 
Avtomobil  və  traktorlarda  son  zamanlar  rotorlu  mühərriklər  də  tətbiq  olunur.  Bunlar  iki  yerə 
bölünür: 
a) pərli (qazturbinli) mühərriklər; 
b) rotor-porşenli, yaxud fırlanan porşenli mühərriklər. 


 

Qazturbinli mühərriklər genişlənmə pillələrinə görə birpilləli, ikipilləli və çoxpilləli; qaz axınının 
istiqamətinə  görə  isə  radial,  aksial  və  radial-aksial  olur.  Fırlanan  porşenli  mühərriklər  işçi 
seksiyalarının sayına görə birrotorlu, ikirotorlu və çoxrotorlu ola bilərlər. 
 
 
YOXLAMA SUALLAR 
 
1. DYM-nin sənayenin ayrı-ayrı sahələrindəki əhəmiyyəti nədən ibarətdir? 
2. İlk qığılcımla alışdırmalı və dizel mühərrikləri nə vaxt və kimlər tərəfindən yaradılmışdır? 
3. İşlətdiyi yanacağa görə DYM-nin hansı növləri var? 
4. İşçi siklə görə DYM-nin hansı növləri var? 
5. Yanıcı qarışığın hazırlanma üsuluna görə DYM-nin hansı növləri var? 
6. Silindrlərin sayı və yerləşməsinə görə DYM-nin hansı növləri var? 
7. Soyutma üsuluna görə DYM-nin hansı növləri var? 
8. DYM-nin digər növləri hansılardır? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

Mühazirə 2 
Daxili yanma mühərriklərinin quruluşu quruluşu və iş prinsipi. 
 
2.1. Daxili yanma mühərriklərində ümumi anlayış və təyinatlar. 
 
DYM-də əsas anlayış və təyinatları aydınlaşdırmaq üçün şək. 2.1-dən istifadə edək. 
Porşenin silindrdə hərəkəti zamanı iki kənar (yuxarı və aşağı) vəziyyəti mövcuddur ki, bunlar da  
şərti olaraq yuxarı və aşağı ölü nöqtələr adlanır. Deməli, yuxarı ölü nöqtə (y.ö.n.) dedikdə porşenin 
silindrdə dirsəkli valın oxundan ən uzaqda dayandığı vəziyyəti, aşağı ölü nöqtə (a.ö.n.) dedikdə isə 
porşenin silindrdə dirsəkli valın oxundan ən yaxında, daha doğrusu, dirsəkli valın oxundan minimum 
məsafədə dayandığı vəziyyəti başa  düşülür. Ölü  nöqtələrdə porşenin hərəkət istiqaməti dəyişdiyinə 
görə onun sürəti sıfıra bərabər olur. 
Porşenin  silindrdə  hərəkəti  zamanı  onun  bir  ölü  nöqtədən  digər  ölü  nöqtəyə  qədər  getdiyi  yol 
porşenin gedişi adlanır və S ilə işarə olunur. Porşenin gedişi dirsəkli valın yarım dövrünə uyğun gəlir 
və dirsəkli valın fırlanma radiusunun (R) iki mislinə bərabərdir (S = 2R). 
Ardıcıl  olaraq  təkrar  olunan  proseslərin  (sorma,  sıxma,  yanma,  genişlənmə  və  xaricetmə)  cəmi 
işçi sikl və yaxud işçi proses adlanır. İşçi sikl və yaxud işçi proses ərzində istilik enerjisi mexaniki 
enerjiyə çevrilir. Porşenin bir gedişi ərzində baş verən proses takt adlanır. 
 
 
Şəkil 2.1. Dördtaktlı daxili yanma mühərrikinin sxemi. 
 
İşçi  sikli  porşenin  dörd  gedişi  (taktı)  və  yaxud  dirsəkli  valın  iki  tam  dövrü  ərzində  baş  verən 
mühərriklər  dördtaktlı,  iki  gedişi  (taktı)  və  yaxud  dirsəkli  valın  bir  tam  dövrü  ərzində  baş  verən 
mühərriklər isə ikitaktlı mühərriklər adlanır. 
Porşen silindrdə hərəkət etdikdə yuxarı və aşağı ölü nöqtələr arasında yaranan həcm silindrin işçi 
həcmi adlanır və V
h
 ilə işarə olunur: 
                                                             
S
V
h


4
D
2

 
 
3
,                                                        (2.1) 
burada D – silindrin diametri [m]; S – porşenin gedişidir [m]. 
Porşen y.ö.n.-də olduqda silindrin daxilində qalan həcm yanma kamerinin həcmi adlanır və V
c
 ilə 
işarə olunur. 
Porşen  a.ö.n.-də  olduqda  silindrin  daxilində  qalan  həcm  silindrin  tam  həcmi  adlanır  və  V
a
    ilə 
işarə olunur. Silindrin tam həcmi işçi həcmlə yanma kamerinin həcminin cəminə bərabərdir: 
                                                                
c
h
a
V
V
V


                                                                (2.2) 
Mühərrikin bütün silindrlərinin işçi həcmlərinin cəmi onun litrajı adlanır və 
l
 ilə işarə olunur: 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə