45
Sikloidal profilli ilişmə bütün fırlanma dövründə daxili və xarici rotorların dişlərinin ilişmədə
olmasını təmin edir.
Şək.6.30-da
rotorlu-pərli ATYN və onun sistemə qoşulma sxemi göstərilmişdir. Rotor 2
hərəkətsiz gövdənin silindrik deşiyində ekssentrik vəziyyətdə yerləşdirilmişdir. Dörd ədəd pər 3
fırlanma zamanı mərkəzdənqaçma qüvvəsinin təsiri ilə gövdənin daxili silindrik səthinə sıxılır.
Rotorun fırlanması zamanı rotor, tərlər və gövdənin daxili silindrik səthinin əmələ gətirdiyi
qövsvari həcmlər sorma kanalından vurma kanalına doğru fırlandıqca, növbə ilə əvvəlcə
genişlənir, sonra isə sıxılır. Bunun nəticəsində də həcmlərə yanacaq sorulur və vurulur. Yanacağın
təzyiqi nominal qiymətdən yuxarı qalxdıqda, buraxıcı klapan 5 yayı sıxaraq qalxır və yanacağın bir
hissəsini vurma kanalından giriş kanalına buraxaraq, təzyiqin yüksəlməsinin qarşısını alır. Bəzi
nasoslarda pərlərin sayı 6 və 8 ola bilər. Bu tip nasoslar kolovratlı nasoslar da adlanır.
Şək.6.30. Rotorlu-pərli
alçaq təzyiqli yanacaq
nasosu:
1-qövsşəkilli həcm; 2-rotor; 3-pərlər;
4-aparıcı val; 5-buraxıcı klapan.
Şək.6.31. Rotorlu-diyircək
alçaq təzyiqli
yanacaq nasosu:
1-sorma borusu; 2-rotor; 3-diyircək;
4-gövdə; 5-vurma borusu.
Rotorlu diyircəkli ATYN-nun əvvəlkindən pərlərin əvəzinə diyircəklərin tətbiq edilməsi ilə
fərqlənir və eyni iş prinsipinə malikdir. Diyircəklərin tətbiqi sürtünmə qüvvələrini azaltmağa
imkan verir (şək.6.31).
Şək. 6.32.
Yüksək təzyiqli yanacaq nasosları (YTYN).
Yüksək təzyiqli yanacaq nasosunun bir seksiyasının
(plunjerinin) xidmət etdiyi silindrlərin sayına görə
nasoslar seksiyalı tipli (bu tipli nasosda bir seksiya
mühərrikin bir silindrinə xidmət edir) (şək.6.27,
şək.6.32) və paylayıcı tipli (bu tipli nasosda bir
seksiya mühərrikin bir neçə silindrinə xidmət edir
və mühərrikin iş qaydasından — silindrlərdə iş
prosesinin getmə ardıcıllığından asılı olaraq, bir
neçə silindrə yanacaq verilişini təmin edir) olurlar.
46
Şək.6.33. Plunjer-paylayıcının iş sxemi: Şək.6.34. Plunjer-paylayıcı:
1-sorma borusu; 2-giliz; 3-plunjer; 4-üzükvari paz; 1-plunjer
üzərindəki kəsmə;
5-boşaldıcı kənar; 6-uzununa paz. 2-aşağı boşaldıcı kənar;
3-yuxarı boşaldıcı kənar.
a) b) c)
Şək.6.35. Vurucu klapanın konstruksiyası və işi:
a-vurucu klapanın dayanıqlı vəziyyəti; b-vurucu klapanın işlək vəziyyəti; c-vurucu klapanın
konstruksiyası; 1-1-vurucu klapan gövdəsi, 2-əks-axın yastı klapan, 3-boşaldıcı klapan yayı, 4-
klapan yayı, 5-uzununa paz, 6-mil, 7-üzükvarı paz, 8-boşaldıcı plunjer, 9-konusşəkilli boşaldıcı
klapan.
Şək.6.36. Seksiya tipli YTYN-nun dozalandırma mexanizmi;
a-YTYN-nun ümumi görünüşü, b-dozalandırıcı muftanın yuxarı vəziyyəti, c-dozalandırıcı
muftanın aşağı vəziyyəti 1-dozalandırıcı diskli yumruqcuq, 2-mil tənzimləyicisi, 3-plunjer, 4-
idarəedici paz, 5-boşaldıcı kənar, 6-boşaldıcı yuva, 7-dozalandırıcı mufta.