Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə9/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

 
22 
Su (maye) nasosu. Su nasosu (şək.5.3) soyuducu mayenin soyutma sistemində arasıkəsilməz 
dövrünü  təmin  etmək  üçün  xidmət  edir.  DYM-də  mayeni  bir  tərəfli  verən  mərkəzdənqaçma 
nasosları daha çox tətbiq edilir. Quruluşu: nasos gövdəsi, sorma borusu, nasos qanadlığı, nasos 
təkəri, təzyiqlə vurma borusu, pazvarı qayış qasnağı, diyircəkli yastıq (şək.5.4). 
              
 
                        Şək.5.3.                                                                    Şək.5.4. 
 
 
 
 
Şək.5.5. 
 
Radiator. 
Radiator 
mühərrikin 
isidilmiş  detallarından  daxil  olan  mayenin 
hava ilə soyudulması üçün istilikdəyişdirici 
qurğudur  (şək.5.5).  Radiator  əsas  çənlə 
əlaqələnən  yuxarı  və  aşağı  çənlərdən 
ibarətdir.  Yuxarı  çənə  tıxac  ilə  bağlanan 
boğazlıq,  isinmiş  mayeni  radiatora  ötürən, 
elastik şlanqın birləşdirilməsi üçün qol boru 
birləşdirilib.  Aşağı  çənə  soyudulmuş 
mayeni  aparmaq  üçün  elastik  şlanq 
birləşdirilib.  Yuxarı  və  aşağı  çənlərə  aşağı 
çənə lehimlənmiş lövhələrlə əlaqələnən yan 
dayaqlar  bərkidilib.  Dayaqlar  və  lövhələr 
radiator 
karkasını 
əmələ 
gətirirlər. 
Radiatorun əsası boru-lövhəli və boru-lentli 
ola bilərlər. 
Boru-lövhəli  radiatorun  əsası  bir-neçə  cərgə  yuxarı  və  aşağı  çənlərə  lehimlənən  borulardan 
ibarətdir.  Borulara  latundan,  alüminiumdan  və  misdən  hazırlanmış  nazik  soyudan  lövhələr 
geydirilib.  Bəzən  soyudan  lövhələri  qofrirə  olunmuş  düzəldirlər,  bu  da  radiatorun  soyutma 
səthini nəzərəçarpacaq dərəcədə artırır. Radiator mühərrikin soyuducu köynəklərinə qol borular 
və elastik şlanqlarla əlaqələndirilir. 
 
Şək.5.6. Mayeli soyutma sistemində 
pərin intiqalı. 
Pər.  Pər  (ventilyator)  radiatordan 
istiliyin 
götürülməsini 
təmin 
edən 
istiqamətləndirilmiş 
hava 
axınının 
yaradılması 
üçündür. 
Pərin 
intiqalı 
konstruksiyadan  asılı  olaraq  dişli  çarx, 
qanadlıq  və  pazvarı  qayış  qasnağından 
ibarətdir (şək.5.6). Bəzən radiator karkasına 
ondakı mayenin intensiv soyudulması üçün 
pər  qanadlığına  fırlanan  istiqamətləndirici 
(diffuzor)  birləşdirilir.  Pərin  qanadlarını 
polad  vərəqdən  ştamplayırlar  və  ya 
plastmasdan  hazırlayırlar.  Pərin  uclarının 
əyri  hazırlanması  soyutmanı  artırır  (hava 
axını artır) (şək.5.7). 


 
23 
             
             
 
                    a)                                            b)                                                c) 
Şək.5.7. Soyutma sisteminin pərləri: a-dördqanadlı; b-çoxqanadlı; c-iki seksiyalı. 
 
Termostat.  Termostat  soyutma  sistemində  mayenin  lazımi  temperaturunu  avtomatik  sabit 
saxlayan  elementdir  (şək.5.8).  DYM-də  mayeli  və  bərk  dolduruculu  termostatlar  tətbiq  edilir. 
Mayeli  termostatlara  yüngül  buxarlanan  mayelər  (70%  etil  spirti  və  30%  su  qarışığı)  tökülür. 
Bərk doldurucu kimi böyük həcmi genişlənmə əmsalına malik mis çıxarışlı serezin istifadə edilir.  
Mayeli  termostat  pəncərəli  gövdədən,  qofrirəli  balondan  və  klapandan  ibarətdir.  Qofrirəli 
balonun aşağı hissəsi gövdənin kronşteyni ilə sərt birləşdirilib. Balonun yuxarı hissəsinə klapanla 
ştok  lehimlənib.  Ştok  gövdənin  istiqamətləndiricisində  yerini  dəyişə  bilər.  Bəzən  termostatın 
klapanında  mayenin  soyutma  sisteminə  tökülməsi  zamanı  havanı  çıxması  üçün  balaca  yuva 
qoyurlar.  Lehimlənmiş  qofrirəli  balonda  onun  daxili  həcminin  təxminən  yarısını  tutan  maye 
yerləşir. Balondan hava sorulub çıxarılır və normal şəraitdə balonda maye sıxılır, klapan isə bağlı 
vəziyyətdə olur. 
Mayeli  termostat  aşağıdakı  kimi  işləyir:  əgər  soyutma  sistemində  mayenin  temperaturu 
73°÷80°C-dən  yuxarı  artımında  balonda  yerləşən  maye  buxarlanmağa  başlayacaq.  Balondakı 
təzyiq  artacaq  və  klapan  açılacaq.  Soyudan  maye  radiatora  daxil  olur.  88°÷95°S  temperaturda 
termostat tam açıq olur. 
  
            Şək.5.8. 
 
 
 
Bərk  doldurucu  termostat  (şək.5.9)  sorma 
borusu və xaric qol boruda yerləşir. Gövdəyə ştokla 
yay  ilə  daima  klapan  sıxılır.  Ştok  balon  və 
istiqamətləndirici  oymaq  arasında  sıxılan  rezin 
membrandan dayaq alır. Balonun daxili həcmi bərk 
doldurucu  ilə  doldurulur.  Mühərrik  isidilməyəndə 
doldurucu (serezin) bərk halda, termostatın klapanı 
isə  bağlı  vəziyyətdə  olur.  Soyuducu  mayenin 
temperaturunun  70°C-ə  qədər  və  çox  artması 
zamanı  doldurucunun  həcmi  artır,  belə  ki,  serezin 
əriyir  və  membranı  basır.  O,  yuxarı  hərəkət  edir, 
ştoka  buferlə  təsir  edir,  o  da  klapanı  döndərərək 
soyuducu  mayeni  radiatora  daxil  edir.  Soyuducu 
mayenin 
temperaturu 
aşağı 
düşən 
zaman 
doldurucunun  həcmi  kiçilir  və  klapan  qaytardıcı 
yayın təsiri ilə bağlanır. 
  
 
Şək.5.9. İki klapanlı bərk dolduruculu termostatın işləmə sxemi. 


 
24 
5.2. Mühərrikin yağlama sistemi. 
 
Mühərrikin yağlama sisteminin quruluşu. 
 
Yağlama  sistemi  (şək.5.10)  sürtünməni  azaldılmasını,  korroziyanın  (çürümənin)  aradan 
qaldırılmasını,  yeyilmə  məhsullarının  ləğvi  və  mühərrikin  ayrı-ayrı  qovşaqlarının  soyudulmasını 
təmin edir. Mühərrikin növ və konstruksiyasından asılı olaraq təzyiqlə, çiləmə və kombinə olunmuş 
yağlama  sistemləri  tətbiq  olunur.  DYM-nin  çoxunda  kombinə  olunmuş  yağlama  sistemləri  tətbiq 
edilir. Elementləri: yağ nasosu, yağ süzgəci, yağ radiatoru, yağ çənbəri. 
 
                                                        
Şək.5.10. Təzyiqlə sirkulyasiyalı yağlama. 
 
Yağ  nasosunun  quruluşu  və  işləmə  prinsipi.  Yağlama  sisteminin  əsas  elementi  yağ 
nasosudur.  Yağ  nasosu  mühərrikin  hərəkət  edən  hissələrinin  sürtünən  səthlərinə  yağın  verilməsi 
üçün xidmət edir. Konstruksiyasına görə yağ nasosları dişli çarxlı və sonsuz vint tipli olurlar. Dişli 
çarxlı  nasoslar  qurğunun  sadəliyi,  kompaktlılığı,  işdə  etibarlılığı  ilə  fərqlənməklə  DYM-də  geniş 
yayılıb. Yağ nasosunun aparan dişli çarxı hərəkəti dirsəkli valdan alır (şək.5.11, şək.5.12.). 
     
             
 
Şək.5.11. Dişli çarxlı yağ nasosu: a-sxemi; b-hissələri. 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə