Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə5/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   2   3   4   5   6   7   8   9   ...   56

 

                                                                  
h
l
V
i
V


                                                                   (2.3) 
burada – silindrlərin sayıdır. 
Silindrin  tam  həcminin  yanma  kamerasının  həcminə  olan  nisbətinə  mühərrikin  sıxma  dərəcəsi 
deyilir və 

 ilə işarə olunur: 
                                              
c
h
c
c
h
c
а
V
V
V
V
V
V
V





1

                                                             (2.4) 
Sıxma dərəcəsi porşen hərəkət etdiyi zaman silindrin həcminin neçə dəfə azaldığını və yaxud da 
silindrdəki  işçi  cismin  neçə  dəfə  sıxıldığını  göstərir.  Müasir  karbüratorlu  və  benzin  püskürməli 
mühərriklərdə  sıxma  dərəcəsi 
12
5
.
6 


,  dizel  mühərriklərdə  isə 
23
15 


  hədlərində  dəyişir. 
Sıxma  dərəcəsi  mühərrikin  güc  və  qənaətliliyinə  təsir  göstərən  əsas  göstəricilərdən  biridir.  Sıxma 
dərəcəsinin müəyyən həddədək böyüməsi mühərrikin gücünün də artmasına, yanacaq qənaətliliyinin 
isə yaxşılaşmasına səbəb olur. 
 
2.2. Daxili yanma mühərriklərinin ümumi quruluşu. 
 
Nəqliyyat  vasitələrində  istifadə  olunan  porşenli  DYM  dirsək-şatun  və  qazpaylama 
mexanizmlərindən, soyutma, yağlama, qida, alışdırma və işəsalma sistemlərindən ibarətdir. 
Dirsək-şatun  mexanizminin  (d.ş.m.)  vəzifəsi  qazların  təzyiq  qüvvəsini  qəbul  edərək  porşenin 
irəliləmə  hərəkətini  dirsəkli  valın  fırlanma  hərəkətinə  çevirməkdir.  D.ş.m.  silindrlər  blokundan, 
silindrlər başlığından, porşen və porşen üzüklərindən, porşen barmağından, şatundan, dirsəkli valdan, 
nazimçarx və yağ çənbərindən (karter) ibarətdir (şək.2.2). 
 
 
Şəkil 2.2. Daxili yanma nühərrikinin ümumi quruluşu: 
a) uzununa kəsik; b) eninə kəsik; 1-silindrlər başlığı; 2-porşen üzüyü; 3-porşen barmağı; 4-porşen; 5-
silindrlər  bloku;  6-karter;  7-nazimçarx;  8-dirsəkli  val;  9–alt  qapaq;  10-dirsəkli  valın  yanağı;  11-
dirsəkli  valın  şatun  boynu;  12-dayaq  boynunun  yastığı;  13-dayaq  boynu;  14-şatun;  15-alışdırma 
şamı; 16-sorma klapanı;  17-xaricetmə klapanı. 
 
Qazpaylama mexanizminin vəzifəsi mühərrikin  silindrinin yanma məhsullarından təmizlənməsini 
və  silindrin  yanıcı  qarışıq  (karbüratorlu  və  qaz  mühərriklərində)  və  yaxud  hava  ilə  (dizel 
mühərriklərində)  doldurulmasını  təmin  etməkdir.  Qazpaylama  mexanizminə  xaricetmə  və  sorma 
klapanları, yaylar, qazpaylama valı, dişli çarxlar, itələyicilər, qazpaylama mili və çiyinliklər aiddir. 
Soyutma sisteminin vəzifəsi mühərrikin  qızmış  hissələrindən məcburi şəkildə istiliyin alınmasını 
təmin etməklə onların temperaturunu normal hədlərdə saxlamaqdır. 
Soyutma sistemləri istilik daşıyıcısının növünə görə  maye və hava ilə soyutmalı olurlar. Mayeli 
soyutma sistemində istilik daşıyıcısı kimi mayedən, hava ilə soyutma sistemində isə havadan istifadə 


 
10 
edilir.  Mayeli  soyutma  sisteminə  su  nasosu,  radiator,  hava  pəri  (ventilyator),  su  köynəkləri  və 
termostat, hava ilə soyutma sisteminə isə hava pəri, silindr və silindr başlığında hazırlanan qabırğalar 
və yönəldicilər daxildir. 
Yağlama  sistemi  mühərrikin  hərəkətdə  olan  və  sürtünən  hissələrinə  fasiləsiz  olaraq  yağ 
verilməsinə  xidmət  edir.  Yağlama  sisteminə  yağ  nasosu,  yağ  süzgəcləri,  yağ  boruları  və  radiator 
aiddir. 
Qida  sisteminin  vəzifəsi  yanıcı  qarışığın  hazırlanmasını  və  silindrə  lazımi  keyfiyyətdə  yanıcı 
qarışığın  verilməsini  (karbüratorlu  və  qaz  mühərriklərində)  və  yaxud  tələb  olunan  anda  silindrə 
müəyyən miqdarda yanacaq dozasının toz halında püskürülməsini təmin etməkdir (dizel və silindrə 
benzin  püskürülən  qığılcımla  alışdırmalı  mühərriklər).  Karbüratorlu  mühərrikin  qida  sisteminə 
yanacaq çəni,  yanacaq boruları, yanacaq süzgəcləri, benzin nasosu, hava təmizləyicisi və karbürator 
daxildir.  Dizel  mühərrikinin  qida  sisteminə  isə  yanacaq  çəni,  yanacaq  süzgəcləri,  aşağı  və  yüksək 
təzyiq  yanacaq  boruları,  aşağı  və  yüksək  təzyiqli  yanacaq  nasosları,  hava  süzgəci  və  forsunkalar 
aiddir. 
Alışdırma  sistemi  məcburi  alışdırmalı  karbüratorlu,  qaz  və  benzin  püskürməli  mühərriklərdə 
tətbiq olunur. Alışdırma sisteminin vəzifəsi yüksək gərginlikli elektrik cərəyanının təsiri nəticəsində 
elektrik  şamının  elektrodları  arasında  yaranan  elektrik  qığılcımının  köməyi  ilə  yanıcı  qarışığın 
alışdırılmasını  təmin  etməkdir.  Alışdırma  sisteminə  akkumulyator  batareyası,  generator,  alışdırma 
dolağı, alışdırma şamları, qırıcı-paylayıcı və naqillər daxildir. 
İşəsalma sisteminin vəzifəsi mühərriki tez və etibarlı işə salmaqdır. Bu sistemə ötürmə mexanizmi 
olan kiçik ölçülü benzin mühərriki (traktor dizellərində) və yaxud elektrik starteri daxildir. 
 
YOXLAMA SUALLAR 
 
1. Porşenin gedişi nədir və onunla dirsəkli valın radiusu arasında hansı əlaqə var? 
2. Ölü nöqtə nə deməkdir? 
3. Takt və işçi sikl nə deməkdir? 2 və 4-taktlı mühərriklərin fərqi nədən ibarətdir? 
4. DYM-nin işçi həcmi nəyə deyilir və onun düsturu necədir? 
5. DYM-nin yanma kamerinin həcmi nə deməkdir? 
6. DYM-nin tam həcmi nəyə deyilir və onun düsturu necədir? 
7. DYM-nin sıxma dərəcəsi nəyə deyilir və onun düsturu necədir? 
8. DYM-də hansı mexanizmlər var və onların vəzifəsi nədir? 
9. DYM-də hansı sistemlər olur və onların vəzifəsi nədir? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə