Mövzu. Qender münaqiŞƏLƏRİNİN İdarəolunmasinin texnologiyasi



Yüklə 204,22 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix20.10.2017
ölçüsü204,22 Kb.
#5700
  1   2   3   4   5   6   7


 

 

MÖVZU. QENDER MÜNAQİŞƏLƏRİNİN İDARƏOLUNMASININ  



    TEXNOLOGİYASI 

 

Ədavətin qığılcımını, 

Yerindəcə məhv et, oğlum, 

Qoy, allah eləməmiş, o 

Alova dönməsin 

Attaar 

 

Və burada qadın üçün kişilərin onlar 

üzərindəki haqqları ədalətlidir. 

Quran (s.4 – a. 228) 

 

• 



Münaqişələrin idarə olunmasının mahiyyəti və əsas strategiyalar 

• 

Qender bərabərliyi qender münasibətlərinin sistemi kimi 

• 

İnsan hüquqlarına dair beynəlxalq və milli sənədlər 

 

Münaqişələrin idarə olunmasının mahiyyəti və əsas strategiyalar 

Bəşəriyyət yarandığı andan münaqişələrlə tanışdır. Cəmiyyətin bütün tarixi inkişafı  ərzində 

mübahisələr, toqquşmalar və müharibələr baş verib. Onları dini, mədəni, ideoloji, etnik və digər 

ziddiyyətlər yaradıb. Bəşəriyyətin inkişaf tarixində münaqişələrin rolu və yeri daha mühüm olub, belə ki, 

bir çox həyatlar qurban gedib, xarabalıq və aclığa gəlib çıxıb. 

Hər bir münaqişə özünə görə nadir yaranma səbəblərinə, iki və daha artıq tərəflərin qarşılıqlı təsir 

formasına, başlanğıcına və  nəticəsinə görə  təkraredilməzdir. Hər bir münaqişənin standart inkişaf 

sxemində toqquşmaya gətirib çıxaran bilavasitə  səbəbi var. Əksər hallarda münaqişə  iştirakçılarına 

qarşılıqlı anlaşma, qiymətləndirmədəki fərqləri, tərəflərin baxışlarındakı ziddiyyətləri dərk etmək 

müyəssər olmur. 

Bu gün qarşılıqlı anlaşma problemi alimlər tərəfindən insanların birgə yaşayışının əsas problemi 

kimi başa düşülür. Ətraf aləm müxtəlif olur, insanın daxili aləmi həmişə fərdi əlamətlərinə görə ayrılır. 

İnsana özünüifadə etmək çətin olduqa, anlaşılan olmaq bir o qədər mühüm, zəruri olur. Bəşəriyyət 

tarixinin indiki mərhələsində qarşılıqlı anlaşma atmosferası hava kimi zəruridir.  

1829-cu ildə alman mütəfəkkiri Fridrix Şleyermaxer ümumi, universal anlamaq nəzəriyyəsini 

işləyib hazırlamaq məsələsini irəli sürdü və haqlı olaraq hesab edirdi ki, anlamaq 2 anı  tələb edir: 

danışanlar arasında ruhən və fikrən yaxınlıq, ümumilik anı  və onlar arasında məlum özgəlik  əsasında 

fərqlənmə anı.  

Müasir filosoflar, sosioloqlar, psixoloqlar «anlamağı», «qarşılıqlı anlaşmanı» müxtəlif şəkildə şərh 

edirlər. Qarşılıqlı anlaşma – bir-birinə yanaşmada oynanılan rolların qəbul edilməsi kimi; qarşılıqlı 

anlaşma – imkan və bacarıqlarının və özünü qiymətləndirmənin qarşılıqlı qəbul edilməsi kimi; qarşılıqlı 

anlaşma – müxtəlif insanların dünyaya və dəyər orientasiyalarına baxışlarının üst-stə düşməsi, oxşarlığı 

və ya sadəcə  səs uyğunluğudur və s. Özü-özündən müdrik olmaq – həmsöhbətlə birlikdə 

anlaşılmazlıqdan qarşılıqlı anlaşmaya doğru yol getmək deməkdir. (1) 

Münaqişə situasiyasına gətirib çıxaran problemlərin effektiv həlli hər bir subyektdən müəyyən 

münaqişə tipinin ümumi mahiyyəti və spesifikasına dair aydın təsəvvür, düşünülmüş  fəaliyyət üslubu 

tələb edir. Bu kontekstdə  üslub müəyyən maraqların həyata keçirilməsi yolları, nəzərdə tutulmuş 

məqsədə nail olmaq üçün fəaliyyət obrazı və bununla birlikdə ünsiyyət qaydasıdır.  

Konfliktologiyada XX əsrin 70-ci illərindən aşağıdakı 5 münaqişə davranışı üslubunun 

mövcudluğu qəbul edilib: uzaqlaşma, uyğunlaşma, konfrontasiya, əməkdaşlıq və kompromiss. Davranış 

üslubuna belə yanaşmanın müəllifləri amerikan Kennet Tomas və Ralf Kilmenn adlarla göstərdikləri 

xüsusi cədvəl təklif edirlər. Tomas-Kilmenn cədvəli göstərir ki, münaqişə davranışının seçimi həm 

münaqişə  tərəflərində  iştirak edənlərin maraqlarından, həm də onların başladıqları  işin xarakterindən 

asılıdır. 



 

MÜNAQİŞƏDƏ DAVRANIŞ ÜSLUBU 


 

 

 

 

Fərdi fəaliyyət Birgə fəaliyyət 



 

 

 



Şəxsi 

maraqların  

KONFRONTASİYA 

ƏMƏKDAŞLIQ 

həyata 

keçirilməsi 



 

 

 UZAQLAŞMA UYĞUNLAŞMA 



 

 

 



 

 

 



 

İnsanlar arasında nisbi ünsiyyət üslubu özünü aparmaq qaydası, fəaliyyət obrazını  fərqləndirən 

xarakterik üsulların cəmi, daha doğrusu bu halda münaqişə situasiyasının aradan qaldırmaq, 

münaqişəyə gətirib çıxaran problemləri həll etmək yoludur. 

Münaqişədə davranış üslubu mahiyyətinə görə onu həll etmək yolu ilə (münaqişəni idarə etmək, 

münaqişəylə  nəzarət etmək, münaqişəni tənzimləmək) üst-üstə düşür. (2) Münaqişənin həll edilməsi – 

konfliktologiyanın əsas məqsədidir. Münaqişələrin öyrənilməsi hər iki tərəfin onların həll etmək və ya ən 

azı onların kəskinliyini azaltmaq üçün optimal imkanları necə tez-tez və mənasızcasına itirdiyini göstərir. 

Qərb konfliktoloqları  tərəfindən mikrososial səviyyədə münaqişələrin həlli üzrə bir sıra tövsiyyələr 

işlənilib hazırlanıb. Makrososial səviyyədə (etnoslar, konfessiyalar, dövlətlər arasında) münaqişələr xeyli 

az öyrənilib. Münaqişələrin idarə edilməsi, rəqabət aparanlar arasında qarşılıqlı münasibətlərin tənzim 

və ona nəzarət edilməsi texnologiyasının axtarışı bir sıra məsələlərin həllinə  əsaslanır: münaqişənin 

yaranmasına və ya onun böyüməsinə yol verməmək, bütün qaranlıq, gizli, görünməyən münaqişələri 

açıq formaya gətirmək ki, bununla da nəzarət olunmayan prosesləri və bu qarşılıqlı  təsirin nəticələrini 

azaltmaq, ictimai həyatın yanaşı sahələrində münaqişə axınının doğurduğu sosial həyəcanların 

dərəcəsini minimuma endirmək. 

Münaqişələrin idarə edilməsi strategiyasının  əsasında duran bu universal məqsədləri münaqişə 

situasiyaların ya tənzim edilməsinin, ya da həll edilməsinin  əsas istiqamətlərinə uyğun olaraq zəruri 

şəkildə konkretləşdirilir.  

Münaqişələrin idarə edilməsi konsepsiyası münaqişənin aradan qaldırılmasını deyil, onun tənzim 

edilməsini, həll edilməsini qarşıya məqsəd qoyur. Onun müəllifi K.Mitçell münaqişəyə  təsirin üç 

səviyyəli sxemini işləyib hazırlayıb: 1) münaqişədən qaçmaq, daha doğrusu münaqişənin qarşısını almaq; 

2) birincidən çıxan mümkün neqativ nəticələrin qarşısını almaq; 3) münaqişəni həll etmək, daha doğrusu 

səbəbini müəyyən etmək və münaqişə tərəfləri arasında razılıq yaratmaq. (3) 

Hətta münaqişənin nizama salınmasında deyil, onun daima kəskinləşməsində, konservasiyasında 

maraqlı olan qüvvələr də münaqişəyə nəzarət etməyə çalışırlar. Bu halda bir tərəf digər tərəfdən təqdim 

edilən oyun qaydalarını etiraz edə, onları öz tələblərini kəskinləşdirmək zərurəti qarşısında qoya bilər. 

Münaqişəə nəzarət texnologiyasını işləyib hazırlamaq üçün subyekt tərəfindən onun keçməsinin ümumi 

(makropolitoloji) faktorlarını deyil, onun yaranması  və inkişafı  mərhələsinin xüsusiyyətlərinə uyğun 

olaraq seçilən məqsədlərin spesifik xüsusiyyətlərinin idarə edilməsini nəzərə almaq vacibdir. 

İnsanlar arasında bütün əlaqələr kimi, münaqişələr də ictimai davranış normaları ilə nizama 

salınır. Bunun üçün müxtəlif növ normalar fəaliyyət göstərir:  əxlaqi, dini, hüquqi, siyasi. Münaqişəni 

nizama salmaq üçün normadan istifadənin özünəməxsus xüsusiyyətləri var, belə ki, onlar spesifik 

şəraitdə, tərəflərin mübarizəsi prosesində  fəaliyyət göstərir. Münaqişələrin nizama salınmasında insan 

davranışının  əxlaqi normaları daha böyük əhəmiyyət daşıyır. Onların nöqteyi-nəzərində münaqişə  və 

onların iştirakçıları əxlaqi qiymətlər alır. Amma bu qiymətlər birmənalı deyil, bəzən isə tamamilə fərqli, 

hətta ziddiyyətlidir.  

Münaqişə situasiyaları  dini normalarla da nizama salına bilinər. Bu dini qaydaların dini 

münasibətlərdən başqa vətəndaş həyatının geniş sahələrinə – nigah, ailə, təhsil və s. yayıldığı dinlər üçün 

xüsusilə xarakterikdir.  

КОМПРОМИСС 

Диэяр инсанларын 

марагларыны тямин 

етмяк cящди 

Актив  

фяалиййят  



Пассив  

фяалиййят  




Yüklə 204,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə