On-line” XİDMƏTLƏRİn göSTƏRİLMƏSİ haqqinda müqavilə № /onl. Bakı şəhəri, 2017-ci IL



Yüklə 41,26 Kb.
tarix11.10.2017
ölçüsü41,26 Kb.
#4365



ON-LINE” XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ HAQQINDA

MÜQAVILƏ № ______ /ONL.
Bakı şəhəri, «___» ____________ 2017-ci il.

Bundan sonra «Turoperator» adlandırılacaq, Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Silk Vey Travel” MMC direktor vəzifəsini müvəqqəti icra edən Məsumə Yusubova şəxsində bir tərəfdən və bundan sonra «Agent» adlandırılacaq, __________________________________ şəxsində digər tərəfdən, birlikdə Tərəflər ayrılıqda isə Tərəf adlandırılaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq aşağıdakılar barədə Hazırki Müqaviləni (bundan sonra «Müqavilə» adlanacaq) bağladılar:


1. Müqavilənin predmeti

    1. Turoperatorun Agentə təqdim etdiyi individual və ya qrup şəklində turizm xidmətlərin bronlaşdırılması və satışı üçün, Turoperatorun internet-saytında yerləşən “on-line” bronlaşdırma sistemindən kommersiya məqsədləri üçün istifadə etmək şəraitinin yaradılması və Tərəflər arasında bundan irəli gələn münasibətlərin tənzimlənməsi Müqavilənin mövzusunu təşkil edir.

    2. Hazırkı Müqavilədə turizm xidmətləri qismində turistlərin individual və ya qrup şəklində turagentlik vasitəsilə sifariş etdiyi yerləşdirmə, sərnişin daşınması, qidalanma, ekskursiya və s. kimi kompleks xidmətlər, turizm xidmətlərin təchizatçısı(bundan sonra «Təchizatçı» adlanacaq) qismində turizm xidmətlərin bilavasitə “on-line” bronlaşdırılmasını və satışı təqdim edən aviaşirkətlər, digər nəqliyyat şirkətləri, yerləşmə obyektləri (otel, pansionat) kimi şirkətlər, turizm agentlikləri və s. bu kimi şirkətlər başa düşülür.




  1. Tərəflərin öhdəlikləri və “on-line” xidmətlərin göstərilməsi qaydası

    1. Turizm məhsulunun əldə edilməsi (bronlaşdırılması) Turoperatorun müvafiq ixtisaslaşmış turizm xidmətləri təchizatçıları ilə bağladığı müqavilələr (razılaşmalar, sazişlər) əsasında rəsmi internet-sayt vasitəsilə həyata keçirilir.

Agentə xüsusi daimi elektron qeydiyyat (istifadəçi logini və parolu) vasitəsi təqdim edilir.

    1. Turoperator Agentin “on-line” xidmətlərdən fasiləsiz istifadəsinə şərait yaratmalıdır.

    2. Bronlaşdırma, bronlaşdırmanın ləğv edilməsi, cərimə sanksiyaları, dəyişikliklərin edilməsi, və digər qayda və şərtlər birbaşa xidmətlərin Təchizatçısı tərəfindən təyin edilir. Xidmətlərin təsdiqlənməsi müddətinin müəyyən olunması birbaşa Təchizatçı tərəfindən həyata keçirilir.

    3. Agent müştərilərinin turist səfərinə hazırlanması, zəruri sənədlərin olması, vizaların alınması, turistlərin sığorta olunması, onlara əldə etdikləri turizm xidmətləri barədə doğru və tam məlumat verilməsi, hesablaşmanın düzgün və vaxtında aparılmasına görə məsuliyyət daşıyır.

    4. Agent öz müştərisinin şəxsi məlumatlarının üçüncü Tərəfə ötürülməsinə razılıq aldığına zəmanət verir.

    5. Agent açıq informasiya mənbələrində Təchizatçının xidmətlərinə təkliflərin dərc edilməsi zamanı (öz və ya agentlərinin saytında, eləcə də digər informasiya daşıyıcılarında və ya satış kanallarında) qiymət paritetinə (Turoperator tərəfindən təsdiqlənmiş və dəyişdirilməsi mümkün olamayan qiymətlər) riaət edilməsinə nəzarətə görə cavabdehlik daşıyır.

    6. Agent tərəfindən qiymət pariteti pozulduğu halda, Turoperator Agenti məlumatlandıraraq satışdan kənarlaşdırmaq hüququna malikdir.

    7. Təchizatçı Turoperatora zərərin təmin edilməsi ilə əlaqədar tələbnamə göndərdiyi halda, Turoperator bu növ tələbnaməni Agentə göndərmək hüququna malikdir. Zərərin təmin edilməsi Turoperatorun yazılı müraciəti əsasında Agent tərəfindən həyata keçirilir.

    8. Tərəflər razılaşırlar ki, Turoperator tərəfindən bronlaşdırılan müvafiq turizm xidmətlərinin yalnız satınalınması təşkil edilir və turizm xidmətlərinin razılaşdırılmış keyfiyyət və kəmiyyəti faktiki göstərilən turizm xidmətlərinə uyğun olmadığı təqdirdə, belə turizm xidmətlərini bilavasitə təqdim edən şirkətlər, təşkilatlar və s. məsuliyyət daşıyır.

2.10.Turoperator göstərilən turizm xidmətlərində bu və ya digər çatışmamazlıqların Agent və/və ya onun müştəriləri tərəfindən aşkar edildiyi təqdirdə, müvafiq turizm xidmətlərini bilavasitə təqdim edən şirkətlə mübahisəli məsələnin çözülməsində Agentə kömək və dəstək göstərəcəkdir.


  1. Qiymətlər və qarşılıqlı hesablaşma qaydaları

    1. Agent təqdim etdiyi bank təminatı və ya depozit həcmində turizm xidmətlərinin sifarişini maneəsiz və anında həyata keçirir və ona təqdim olunmuş hesab-fakturaların ödənişini aparır.

    2. Əgər Agent əvvəlcədən ödəmə qaydası ilə fəaliyyət göstərirsə və ya Agentin “on-line”da apardığı bronlaşdırmanın həcmi təqdim etdiyi maliyyə təminatının həcmini üstələyərsə, Agent bu fəaliyyətini, ona təqdim olunmuş hesaba (invoice) əsasən 3 (üç) bank günündən gec olmamaq şərti ilə toplanmış borclar üzrə ödəməni apardıqdan və ödənişi təsdiq edən sənədləri Turoperatora təqdim etdikdən sonra davam edə bilər.

    3. Agent öz depozit həcmini daim nəzarətdə saxlamalıdır.

    4. Ödənişlərin gecikdirilməsi halları təkrar olunarsa, Turoperator birtərəfli qaydada xəbərdarlıq etmədən Agentin “on-line” sistemə girişini bağlaya bilər.

    5. Təqdim olunmuş hesaba əsasən ödəniş, azərbaycan manatı ilə həyata keçirilir.

    6. Rəsmi internet-saytda göstərilən qiymətlər Turoperator tərəfindən müəyyən edilir. Turoperator qiymətlərdə dəyişiklik etmək hüququna malikdir. Belə dəyişikliklərdən öncə edilmiş sifarişlər əvvəlcədən razılaşdırılmış qiymətlərlə təqdim edilir.

    7. Agentin “on-line” vasitəsilə aparılmış satışlara görə mükafatlandırılması turizm xidmətlərindən asılı olaraq müəyyənləşdirilir 5-10% arası (ƏDV daxildir).

    8. Tərəflər hər növbəti ayın 1(bir)-ci gününə qarşılıqlı hesablaşma aktı tərtib edərək, imzalayırlar.




  1. Bronların ləğv edilmə qaydaları

    1. Agent bron edilmiş sifarişlərdən göstərilmiş tarixdən sonra imtina etdiyi və ödənişləri gecikdirdiyi halda, Agentə rəsmi internet-saytda qeyd olunmuş cərimə sanksiyaları tətbiq edilir.

    2. Agentə tətbiq olunacaq cərimə sanksiyaları Təchizatçı tərəfindən rəsmi internet-saytda göstərilir.

  2. Fors-Major

    1. Tərəflər öz Müqavilə öhdəliklərinin qismən yerinə yetirməsinə və ya ümumiyyətlə yerinə yetirməməsinə görə məsuliyyətdən o halda azad edilirlər ki, bu vəziyyət qarşısıalınmaz qüvvənin, yəni Müqavilə imzalandıqdan sonra yaranan gözlənilməz, qarşısı alına bilməyən fövqəladə xarakterli hadisələrin nəticəsi olaraq baş vermiş olsun.

    2. Tərəf, əgər onun üçün öz müqavilə öhdəliklərini yerinə yetirmək imkansızlığı yaranıbsa, belə bir şəraitin başlanması və kəsilməsi haqqında dərhal qarşı Tərəfi məlumatlandırmağa borcludur və Tərəflər müqavilə münasibətlərinin davam etdirilməsinə dair qərar qəbul edə bilərlər.




  1. Mübahisələrin həll edilməsi

    1. Hazırkı Müqavilənin icrası üzrə və ya onunla əlaqədar ortaya çıxan bütün mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə həll edilir.

    2. Yuxarıda göstərilən qaydada Tərəflər arasında razılaşma əldə olunmadığı təqdirdə mübahisələrə Azərbaycan Respublikasının müvafiq iqtisad məhkəməsində baxılır.

    3. Hazırki Müqavilə ilə əlaqədar aparılan informasiya mübadiləsi konfidensial xarakter daşıyır və Tərəflər bu məlumatların qorunmasına görə məsuliyyət daşıyır.

    4. Tərəflər hazırki Müqavilədə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrin layiqincə yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.




  1. Digər şərtlər

    1. Hazırki Müqavilə Tərəflərin imzaladığı gündən qüvvəyə minir və 31 dekabr 2017-cı il tarixinədək qüvvədədir. Əgər Müqavilənin bitməsinə bir ay qalmış, Tərəflərdən heç biri yazılı surətdə Müqaviləyə xitam verilməsi barədə qarşı Tərəfə müraciət etməzsə, Müqavilə avtomatik olaraq hər növbəti ilin sonunadək uzadılır.

    2. Tərəflər hazırkı Müqavilənin imzalanması zamanı faksimil imzadan, və ya şəxsi imzanın başqa analoqundan istifadə etmək hüquqlarının olması barədə razılığa gəldiklərini təsdiq edirlər və imzaların mexaniki həyata keçirilmiş faksimil surətlərinə əlyazma imzalar kimi baxılmasını qəbul edirlər. Tərəflər yalnız bu Müqavilədə göstərilmiş ünvanlardan qəbul etdikləri, elekron poçt (e-mail) və ya digər rabitə vasitəsi ilə göndərilmiş və lazımi qaydada imzalanmış və möhürlə təsdiq edilmiş əqdlərin foto-surətlərinin hüquqi qüvvəsinin kağız üzərində olan nüsxələrin hüquqi qüvvəsinə bərabər tuturlar.

    3. Otellər tərəfindən bronlaşdırmanın yazılı təsdiq olunması və təqdim edilməsi ödənişli olaraq həyata keçirilir və hər sifarişə görə Agent tərəfindən Turoperatora ödəniş 30 (otuz) AZN təşkil edir. Otel tərəfindən təsdiq olunmuş bronlaşdırma Turoperatora təqdim edildiyi halda, Agent bronu ləğv və ya digəri ilə əvəz edərsə, bu zaman bu xidmətin göstərilməsinə görə ödənilmiş məbləğ geri qaytarılmır.

    4. Agent bronu ləğv və ya digəri ilə əvəz edərsə, bu halda viza xidmətinin göstərilməsinə görə ödənilmiş məbləğ geri qaytarılmır.

    5. Müqaviləyə, Tərəflərdən hər hansı birinin bir ay əvvəldən digər tərəfə müraciəti əsasında xitam verilə bilər. Müqavilənin xətm olunmasından sonra 15 (on beş) gün ərzində tərəflər arasında qarşılıqlı hesablaşmaların yekunlaşdırılması həyata keçirilir.

    6. Müqaviləyə bütün əlavələr və dəyişikliklər yalnız yazılı qaydada, hər iki tərəfin imzaları ilə rəsmiləşdirilir və bu dəyişikliklər və əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.

    7. Hazırki Müqavilə azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir.




  1. Tərəflərin rekvizitləri və imzaları




«Turoperator»:

«Agent»:

SİLK VEY TRAVEL” MMC




VÖEN: 1701973391.

VÖEN:

Ünvan: AZ 1010, Bakl şəh., Nizami küç. 126A.

Ünvan:

Tel./Faks: +99412 598 88 80. / +99412 437 40 87.

Tel./Faks:

Email: info@swtravel.az

Email:

Veb: www.swtravel.az

Veb:

Bank: “BANK SİLK VEY” ASC

Bank:

Kod: 508256.

Kod:

VÖEN: 9900006241.

VÖEN:

M\h: AZ70NABZ01350100000000020944

M\h:

H\h: AZ04AZAL40060050000000001000

H\h:

SWIFT BİK: AZALAZ22

SWIFT BİK:


«TƏSDİQ EDİRƏM»
Silk Vey Travel” MMC
Direktor vəzifəsini müvəqqəti icra edən:

M.Y.

_________________________ M.Yusubova.

( i m z a )





«TƏSDİQ EDİRƏM»


:

M.Y.

_________________________



( i m z a )





Müqavilənin doldurulmasına və imzalanmasına dair tələblər:


  1. Yuxarıda göstərilən “word.doc” və formatında təqdim olan Müqavilə və Əlavə “Agent” tərəfindən kompyuter vasitəsi ilə doldurulmalıdır.

  2. Müqavilə Agent tərəfindən doldurulduqdan sonra Müqavilənin bütün səhifələri

printerdən çap olunur

  1. Müqavilə çap olunduqdan sonra Agentin imzası və möhütrü ilə təsdiqlənir həmçinin

Müqavilənin hər səhifəsi ( kolontitul hissəsihəri) də Agent tərəfindən imzalanır.

  1. Müqavilə çap edildikdən və Agent tərəfindən təsdiqləndikdən sonra

Müqavilənin bütün səhifələrin skan surəti (foto-surəti) Agentin Müqavilədə göstərilmiş

e-poçt ünvanından Turoperatora göndərilir.

  1. Müqaviləyə Agentin turizm sahəsinə dair qüvvədə olan lisenziyasının və icazəsinin, həmçinin VN-tərəfindən verilmiş şəhadətnamənin (hər iki üzünün) və dövlət reyestrindən çıxarışının surətləri də əlavə olunur.

  2. Agent tərəfindən təsdiq edilmiş Müqavilənin və əlavə edilmiş sənədlərin surətləri (faksimil keyfiyyətinə cavab verən) Turoperator tərəfindən yoxlandıqdan sonra, təsdiq edildiyi təqdirdə Müqavilənin skan surəti(foto-surəti) Agentin Müqavilədə göstərilmiş e-poçt ünvanına göndərilir və Müqavilə bağlanmış hesab edilir.


Qeyd: Müqavilənin və onun Əlavələrinin mətninə birtərəfli düzəlişlərin verilməsinə və əlavə edilməsinə yol verilmir.


_____________ ____________

«Turoperator» «Agent» Səhifə - 3


Yüklə 41,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə